Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Psixikanın filogenezdə inkişafı ilə bağlı materialist və
idealist yanaşmanın fərqi nədir?
2. İnsan psixikasının inkişafında sosial-iqtisadi amillərin
rolu barədə fikirlərinizi şərh edin.
3. Tropizm nədir və onun hansı növləri vardır?
4. İnstinktiv davranışla vərdişlərin fərqini göstərin.
5. İntellektual davranış nədir?
6. İnstinktiv davranışla intellektual davranış arasındakı
oxşar və fərqli cəhətləri izah edin.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə.. Psixologiya. Ali
əktəblər üçün dərslik. Bakı, 2002.
Ümumi psixologiya. A.V.Petrovskinin redaktorluğu lə
ruscadan tərcümə. Bakı: Maarif,
1982.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001,
s.70-87.
Tix N.A. Predistoriə obhestva. İzd. LQU, 1970.
Şoven R. Ot pçelı do qorillı. M.: Mir, 1965.
64
İKİNCİ HİSSƏ
FƏALİYYƏT VƏ ÜNSİYYƏT
3 - c ü F Ə S İ L
FƏALİYYƏT
Q ı s a x ü l a s ə
Fəaliyyət haqqında anlayış. Fəaliyyət insanın dərk olunmuş
məqsədi ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığı kimi
Fəaliyyət və şüurun dialektik vəhdət təşkil etməsi.
Fəaliyyət və fəallıq. Tələbatlar fəallığın mənbəi kimi.
Tələbatlar İnsanın dərk olunmuş ehtiyacıdır. Tələbatların insanın
konkret həyat şəraitindən asılılığı. Tələbat və fəaliyyətin motivləri.
Fəaliyyətin quruluşu. Fəaliyyətin quruluşu haqqında anlayış.
İş və hərəkatlar. İşin idarə olunması və ona nəzarət.
Fəaliyyətin mənimsənilməsi. Vərdişlər və onların mahiyyəti.
Vərdişlər və mümarisələr. Vərdişlərin qarşılıqlı təsiri: keçirilmə və
interferensiya. Dillərin mənimsənilməsində dildaxili və dillərarası in-
terferensiya. Bacarıqlar və adətlər.
Fəaliyyətin əsas növləri: oyun, təlim, əmək. Onların psixoloji
xüsusiyyətləri və psixi inkişafda rolu.
II.3.1. Fəaliyyət haqqında anlayış
İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir
göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət
arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət
adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə
məqsədəyönəlmiş
şəkildə
təsir
göstərməklə
özünün
tələbatlarını ödəyir. Məhz buna görə də fəaliyyət həmişə
insanın şüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim
olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji
65
ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk
olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici
(fiziki) fəallığıdır.
Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm
psixi, həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində
insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş
məqsədləri ilə tənzim edilir.
Fəaliyyət və şüur qarşılıqlı dialektik vəhdət təşkil edirlər.
Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və
hadisələri ilə bələd olur, onlara qarşı insanda müəyyən
münasibətlər sistemi formalaşır. Fəaliyyət prosesində subyektin
bilik çərçivəsi genişlənir, psixikası inkişaf edir və beləliklə də
şüurluluq səviyyəsi güclənir. Şüurun inkişafı isə öz növbəsində
fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik
dərəcəsini inkişaf etdirir.
II.3.2. Fəaliyyət və fəallıq
Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun
özünə və başqalarına fəal münasibətini əks etdirən, onun
tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Fəaliyyət sistem-
dir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özü-
nəməxsus inkişaf yolu vardır. Hər hansı bir fəaliyyətin
başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud
tələbatlar şəbəkəsi durur. Başqa sözlə, insan fəallığının
əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təşkil edir.
Tələbatlar orqanizmin mühüm daxili gücünü təşkil etməklə onu
fərdin və nəslin yaşaması və inkişafı üçün zəruri olan
keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata
keçirməyə təhrik edir.
Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin
ondan kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə
isə hiss etdiyi ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı
tələbatlarla eyniləşdirmək düzgün olmazdı. Tələbatlar insanın
66
dərk olunmuş ehtiyacları olmaqla daha geniş anlayış kimi
qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz
ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan
tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə
edən və onun bu şəraitdə fəallıgını şərtləndirən özünəməxsus
psixi halətdir. Tələbatlar və onların növləri barədə kitabın 5-ci
fəslində ətraflı bəhs olunduğuna görə burada deyilənlərlə
kifayətlənməli olduq.
Fəaliyyətin motivləri. İnsanı əhatə edən cisim və hadisələr
heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında
tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik
edir. Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını
ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur.
Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək
insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə
əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə,
fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. İnsan
fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə
olunur.
Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların
növlərinə görə fərqlənirlər. Bununla yanaşı olaraq motivlər
tələbatların kəsb etdiyi formalara, onların genişliyinə və ya
məhdudluğuna, reallaşdıqları fəaliyyətin konkret məzmununa
və s. görə fərqlənirlər. Təcrübə göstərir ki, fəaliyyətin
mərəkkəb növləri, adətən, bir motivə deyil, eyni vaxtda təsir
göstərən bir neçə motivə cavab verir ki, bu da motivləşmə
adlanır. Motivləşmə elə motivlər birliyidir ki, şəxsiyyətin
yönəlişliyini
müəyyən
etməklə
onun
fəaliyyətinin
səmərəliliyini də şərtləndirir.
Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və
mənəvi) ola bilir. Bundan başqa A.N.Leontyevə görə motiv ob-
raz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilir.
Qeyd edilənlərlə yanaşı olaraq özünün xarakteri və
67
fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı
növlərini qeyd etmək olar: 1) situativ və geniş motivlər; 2)
fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər;
3) eqoistik və ictimai əhəmiyyətli motivlər.
Motivləri
təzahür
xüsusiyyətlərinə
görə
psixoloji
ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq müm-
kündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri.
Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk
edilməyən olmaqla daha iki qrupda birləşdirirlər.
Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə,
fəaliyyətə təhrik etməsini anlamagımız, dərk etməyimizlə
fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər
nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam
aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi,
ustanovkanı aid etmək mümkündür.
Motivlər özlərinin növləri ilə yanaşı davamlılıqları, emo-
sional çalarları və ya modallıqları, qüvvələri və ifadə
xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər.
II.3.3. Fəaliyyətin quruluşu
Fəaliyyətin
quruluşu
haqqında
anlayış. İnsan
fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluşu
diqqəti cəlb edir. İnsanın hər cür fəaliyyəti eyni quruluşda, eyni
sistem və ardıcıllıqda həyata keçir. Başqa sözlə, bütün fəaliyyət
növlərində eyni ümumi struktur komponentlər özünü göstərir.
İnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluşunu
təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşagıdakı
əsas elementləri, komponentləri aşkara çıxarmaq mümkün
olur: fəaliyyətin motivləri, fəaliyyətin məqsədi və fəaliyyətin
vasitələri.
Motivlər haqqında yuxarıda qeyd etdiklərimizdən aydın
olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən,
yönəldən səbəblərdir. Hər cür fəaliyyət zamanı müvafiq
tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə girişməyə və
68
bu yolla öz tələbatımızı ödəməyə yönəldir.
Məqsədə gəldikdə o, insanın fəaliyyət zamanı hansı
nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima
fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan
fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir.
İnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi
qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olu-
nur.
Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də
çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-
birlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansı
bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv
həm də məqsəd rolunu oynaya bilər. Lakin «psixologiya»
dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi,
həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün
getməsi isə motivi ola bilər.
Fəaliyyətin vasitələrinə gəldikdə o, həmin fəaliyyətin
həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət
zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur.
Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin
səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.
Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin
quruluşunda motiv, məqsəd, müvafiq işlər, onların icrası,
qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər
özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş ol-
saq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq,
icra və qiymətləndirilmə. Fəaliyyətin icra mərhələsində insan
müvafiq işləri və hərəkətləri həyata keçirir ki, bu da həmin
fəaliyyətin məzmununu, ən mühüm komponentini təşkil edir.
Onlara qısa nəzər salaq.
İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz
müvafiq cari məsələləri həll etməli olur. Fəaliyyətin sadə bir
cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş
69
və ya əməl adlanır. Məsələn, cümlədə mübtədanı tapmaq, 11
metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və
s. müvafiq fəaliyyətin nisbətən bitmiş elementi olan işlərdir. Bu
cür işlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər.
Bu işlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya
xassəsinin dəyişməsinə yönəlmiş olur. Hər cür maddi iş və ya
əməl məkan və zamanla bağlı olan müəyyən hərəkətlərdən
əmələ gəlir. Məsələn futbol zamanı 11 metrlik cərimə topunu
vurmaq işini yerinə yetirmək üçün idmançı topu 11 metrlik
nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaşır, bir
ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu
hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baş
verir. Belə ki, idmançı topu başqa yerə deyil cərimə olunmuş
komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin
işarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu başqa
yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz.
Hər cür maddi işlər hərəkətlərin müəyyən sistem üzrə
yerinə yetirilməsindən ibarətdir. O, işin məqsədindən, həmin
işin yönəldiyi əşyanın xassəsindən və iş şəraitindən asılıdır.
Belə ki, məsələn,11 metrlik cərimə topunu vurmaq üçün
hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün
lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, ümu-
mi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq üçün
hərəkətlər «t» hərfini yazmaq üçün lazım olan hərəkətlərdən
fərqlənəcəkdir.
Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus
idarəolunma və nəzarət tələb edir. Fəaliyyət prosesində
hərəkətlərin özünün icrası onun nəticəsinin işin son məqsədi ilə
müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım
gəldikdə təshih olunur. Təcrübə göstərir ki, iş və hərəkətlərin
icrası zamanı nəzarəti və təshih etməni yerinə yetirə bilməyən
adamlar ən sadə işi də yerinə yetirmək imkanına malik olmur-
lar. Məsələn, bu cür uşaqlar sətir boyu xətt çəkməyi belə
bacarmır, sətrləri bir-birinə qarışdırırlar.
70
Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir işi
müvəffəqiyyətlə yerinə yetirməsi üçün iş və ya hərəkətləri
idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir.
İşləri təşkil edən hərəkətlər sistemi isə nəticə etibarilə həmin
işlərin məqsədilə idarə və tənzim olunur. Yerinə yetirilən
işlərin nəticələri həmin işin məqsədi nöqteyi-nəzərdən
qiymətləndirilir və təshih olunur. Başqa sözlə, məhz işin
məqsədi şeylərin hansı xassə və vəziyyətlərinin onun icrası,
nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir.
II.3.4. Fəaliyyətin mənimsənilməsi
İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini, iş və
hərəkətləri icra etməli olur. Lakin bu iş və hərəkətlərin icrası
həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə
yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz
olaraq yerinə yetirir, onun icrasına artıq vaxt sərf etmir. Bu
onu göstərir ki, insan həmin fəaliyyəti mənimsəmişdir.
Məsələn, şagird latın və ya kiril qrafiki ilə sərbəst şəkildə
yazmağı və oxumağı bacarırsa onun həmin fəaliyyəti
mənimsədiyini söyləyirik. Əksinə, şagird latın və ya kiril qrafi-
ki ilə yazılmış mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə
yol verirsə deməli o, bu işi mənimsəməmişdir.
Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda müvafiq
vərdişlər və bacarıqlar yaranır və onun həmin fəaliyyəti
məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir.
Vərdişlər
və
onların
mahiyyəti.
Əvvəl
qeyd
etdiklərimizdən aydın olduğu kimi, fəaliyyət insanın şüurlu
məqsədləri ilə tənzim olunan fəallığıdır. Bu o deməkdir ki, in-
san fəaliyyəti üçün şüurluluq əsas, fərqləndirici amildir. İnsan
hər hansı bir fəaliyyətin icrasına ilk dəfə başlayarkən işin
müəyyən cəhətlərini əvvəlcə müfəssəl şəkildə və şüurlu tənzim
etməli olur. Həmin işin dəfələrlə icrası, təkrarı nəticəsində get-
gedə həmin işi şüurun daha az iştirakı ilə yerinə yetirməyə
71
başlayır, başqa sözlə həmin işin icrası bir növ avtomatlaşır.
Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və
tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri
vərdiş adlanır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin
yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və
hərəkətlər
olaraq
qalır, yalnız
onların
icra
tərzləri
avtomatlaşmış olur.
Aparılmış tədqiqatlar göstərmişdir ki, vərdişin yaranması
nəticəsində hərəkətlərin getdikcə avtomatlaşması həmin
hərəkətlərin daxil olduğu işin şüurlu tənzim olunmasının daha
çox genişlənməsinə səbəb ola bilir.
Vərdişlər yaranarkən qismən avtomatlaşmadan asılı ola-
raq, işin strukturunda bir sıra dəyişikliklər özünü göstərir. Bun-
lara aşağıdakıları aid etmək olar:
1.Vərdiş yaranarkən birinci növbədə hərəkətlərin icra
üsulları dəyişir. Hələ vərdiş yaranmamışdan qabaq ayrı-
ayrılıqda icra etdiyimiz bir sıra hərəkətlər vahid, mürəkkəb bir
hərəkətdə birləşir. Biz həmin hərəkətləri ardıcıl olaraq fasiləsiz
şəkildə, sürətlə yerinə yetirə bilirik. Məsələn, hər hansı bir mu-
siqi parçasını çalmağı ilk dəfə öyrənən adam əvvəlcə müvafiq
notları ayrı-ayrılıqda icra edir. Vərdiş yarandıqdan sonra həmin
musiqi parçasını rəvan və sürətlə ifa edir.
2. Vərdiş yaranarkən artıq, lazımsız hərəkətlər aradan
çıxır. Məsələn, xarici dili yenicə öyrənməyə başlayan adam
danışarkən tez-tez dayanır, fikirləşir, artıq sözlər işlədir, ana di-
linin strukturundan uzaqlaşa bilmir. Lakin vərdiş yarandıqdan
sonra bu kimi artıq hərəkətlərə yol verilmir.
3. İş üzərində sensor nəzarət üsulları dəyişir, görmə
nəzarəti hərəki nəzarətlə əvəz olunur. Məsələn, kompyüterdə
işləməyə təzəcə başlayan adam daima gözü ilə əlini nə -
yin üzərinə aparacağını, nəyə toxunacağını izləyir. Lakin bu
sahədə vərdişə yiyələnmiş təcrübəli adam nəyi edəcəyini gözü
ilə axtarmadan sanki barmaqları lazımi nöqtəyə yönəlir. Musiqi
vərdişlərinə, müəyyən
cihazlarda, maşınlarda
işləmək
72
vərdişlərinə yiyələnmiş adamlarda da görmə nəzarətinin hərəki
nəzarətlə əvəz olunması özünü aydın şəkildə göstərir.
4. Vərdiş yarandıqda işin mərkəzi tənzimetmə üsulları
dəyişilir. Nəticədə insanın diqqəti iş üsullarını qavramaqdan
azad olur və ən çox şəraitin və işin nəticəsinin üzərinə keçirilir.
Məsələn, enməyə başlayan təyyarəçi təyyarəni mövcud şəraitdə
yerə oturtmaq tipindən irəli gələn bütün standart priyomlar
seriyasına daxilən hazır olur. Ona görə də mövcud priyomdan
sonrakına keçmək üçün təyyarəçi xüsusi planlaşdırma aparmır.
Bu zaman o, yalnız təyyarəni hansı üsulla yerə endirməyi
planlaşdırır. İstifadə edilməli olan
bütöv
priyomlar
silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu
cür xəbər verilməsi psixologiyada antisipasisiya adlanır.
Vərdişlər və mümarisələr. Yuxarıda qeyd edilənlərdən
göründüyü kimi, fəaliyyətin mənimsənilməsi bacarıq və
vərdişlərlə nəticələnir. Bunun üçün biz fəaliyyət zamanı icra
etdiyimiz iş və hərəkətləri (o cümlədən təlim materiallarını)
təkrar etməli oluruq. Lakin hər cür təkrar fəaliyyətin
mənimsənilməsinin səmərəliliyini təmin edə bilməz. Bunun
üçün həmin təkrarlar mümarisə səviyyəsinə yüksəlməlidir.
Mümarisə şüurlu, məqsədəyönəlmiş təkrar olub yerinə
yetiriləcək işin, fəaliyyətin təkmilləşdirilməsinə, müvafiq
bacarıq və vərdişlərin yaranmasına, başqa sözlə iş və
fəaliyyətin mənimsənilməsinə gətirib çıxarır.
Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranmasının
səmərəliliyi üçün mümarisələrə bir sıra tələblər verilir. Onlar-
dan bəzilərini nəzərdən keçirək. Bunun üçün təlim
fəaliyyətinin mənimsənilməsi ilə bağlı mümarisələrə diqqət
yetirək.
Məktəb təcrübəsi və aparılmış tədqiqatlar göstərir ki,
təlim mümarisələri düzgün təşkil edildikdə şagirdlərin yol
verdikləri və yol verə biləcəkləri səhvlərin qarşısını almağa və
düzgün bacarıq və vərdişlərə yiyələnmələrinə səbəb olur.
73
Təlim mümarisələrinin məhsuldarlığı, səmərəliliyi birinci
növbədə həmin mümarisələrin icrası zamanı şagirdlərin
qarşısında duran fikri məqsəddən asılıdır. Şagirdlərin şüurluluq
və fəallığını təmin etmək üçün yerinə yetirilən mümarisələrin
məqsədi onlara aydın olmalıdır. Mümarisənin məqsədi aydın
olduqda və şagirdlər həmin mümarisələri nə üçün və necə icra
edəcəklərini anladıqda, daha dogrusu, icra ediləcək işlə
əlaqədar onların qarşısında konkret fikri məqsəd qoyulduqda
daha çox fəal olur, icra edəcəkləri işin mahiyyətini anlayır,
müvafiq bacarıq və vərdişlərə yiyələnmək işi asanlaşır.
Mümarisənin nəticəsi onun müxtəlifliyindən də asılıdır.
Məktəb təcrübəsi göstərir ki, ayrı-ayrı dərslərdə (istər dil,
istərsə də riyaziyyat dərslərində) çox vaxt müəllimlər
şagirdlərə həmişə eyni tipli çalışma və mümarisələri icra
etməyi tapşırırlar. Bu cür çalışma və mümarisələr onların
tezliklə yorulmalarına, diqqətlərinin kütləşməsinə səbəb olur.
Tətbiq olunan mümarisələrin miqdarı da bacarıq və
vərdişlərin formalaşmasında mühüm rol oynayır. Adətən, tətbiq
olunan
mümarisələrin
miqdarı
öyrənilən
materialın
xarakterindən və şagirdlərin idrak imkanlarından asılı olur. Ona
görə də lazımi bacarıq və vərdişlərin yaranması üçün bir halda
az, başqa halda isə çox mümarisədən istifadə etmək lazım gəlir.
Aparılmış psixoloji tədqiqatlardan aydın olmuşdur ki,
vərdişin yaranmasının mühüm şərtlərindən biri yerinə yetirilən
işin nəticəsini bilmək və öz səhvini anlamaqdan ibarətdir. Bu
tələbi birbaşa tətbiq olunan mümarisələrə də aid etmək olar.
Təcrübə göstərir ki, şagird icra etdiyi mümarisənin nəticəsi ilə
tanış olmadıqda, bu zaman nə kimi səhvə yol verdiyini
anlamadıqda mümarisə də öz əhəmiyyətini itirir, düzgün
bacarıq və vərdişlərin yaranmasını təmin etmir. Öz işinin
nəticəsi ilə tanış olmayan, səhv edib-etmədiyini, əgər səhv
etmişsə, bunun nədən ibarət olduğunu anlamayan şagird (eləcə
də digər fəaliyyət sahəsinə yiyələnən adam) bəzən dəfələrlə
eyni səhvi təkrar edir, nəticədə səhv vərdişlərə yiyələnir.
74
Əksinə, şagird icra etdiyi mümarisələrin nəticəsi ilə tanış old-
duqda, səhvinin nədən ibarət olduğunu anladıqda sonradan bu
cür səhvlərə yol verməməyə çalışır, deməli, öz fiziki işinin
gedişini dərk etmək və izləmək imkanı əldə edir.
Faktlara müraciət edək. Psixoloqların apardıqları təc-
rübələrdən birində
1
yoxlananlara gözüyumulu müəyyən uzun-
luqda (75 mm) xətt çəkmək tapşırığı verilmişdir. Bu zaman üç
qrupun hər birində o birilərindən fərqli şəraitdə iş aparılmışdır.
Birinci qrupda olan yoxlananlara yerinə yetirdikləri işin
düzgün və ya səhv olması barədə məlumat verilməmişdir.
İkinci qrupda yoxlananlara hər xətti çəkdikcə ümumi şəkildə
«düzdür» və ya «səhvdir» xəbərdarlığı edilmişdir. Üçüncü
qrupda yoxlananlara çəkdiyi xəttin verilmiş tapşırıqdan nə
qədər fərqləndiyi bildirilmişdir. Hər üç qrupda yoxlanandar
100 cəhd etmişlər. Nəticədə qruplarda düzgün uzunluqdan
fərqlənmə aşagıdakı şəkildə olmuşdur (millimetrlə).
Variantlar
İlk 30
xəttdə
Sonrakı 40
xəttdə
Axırıncı 30
xəttdə
Məlumat
verilmədikdə
19
22
20
«Düzdür» və
ya
«səhvdir» xəbərdar-
lığı zamanı
23
16
12
Yayınma
halının
böyüklüyü
bildi-
rildikdə
6
4
3
Cədvəldəki rəqəmlərdən göründüyu kimi, yoxlananları
xəttin tapşırıqdan nə qədər fərqləndiyi bildirilmiş üçüncü
qrupda çəkilmiş xəttlər tapşırıga daha yaxın olmuşdur.
1
Психология. / под ред. А.А. Смирнова и др. – М. 1962.
75
Məktəbdə şagirdlərlə aparılmış iş də mümarisələrin
nəticələri ilə tanışlıgın fəaliyyətin mənimsənilməsindəki rolunu
bir daha təsdiq edir.
Hər birində 10 nəfər olmaqla iki qrup İV sinif
şagirdlərinə eyni orfoqrafik və durgu işarəsi qaydalarını əhatə
edən çalışma verilmişdir. Bu işi maksimum sürətlə və düzgün
yerinə
yetirməli
olduqlarını
bildirilmişdir. Bu
zaman
qruplardan birində (A) hər bir mümarisədən sonra buraxılmış
səhvlər təhlil olunmuş, digər qrupda (B) isə bu cür iş
aparılmamışdır.
10 mümarisədən sonra A qrupunda bu cür təhlil
aparılması dayandırılmış və şagirdlərə mümarisəni düz və ya
səhv yerinə yetirmələri barədə heç bir məlumat verilməmişdir.
B qrupunda isə əksinə, buraxılmış səhvlər təhlil olunmuşdur.
Nəticədə A qrupu şagirdləri B qrupuna nisbətən yaxşı nəticə
verdiyi halda, sonrakı 10 mümarisədə A qrupunun şagirdlərinin
nəticələri pisləşməyə, B qrupunda olan şagirdlərin nəticələri isə
yaxşılaşmağa başlamışdır. Bunu aşagıdakı diaqramdan aydın
görürük.
Bütün qeyd olunanlar mümarisələrin nəticələri ilə
tanışlığın fəaliyyətin mənimsənilməsindəki rolunu bir daha
təsdiq edir.
Vərdişlərin yaranması zamanı tətbiq olunan mümarisələrin
məvəffəqiyyəti müsbət nəticələrin artmasında, səhvlərin azalmasında
özünü göstərir. Lakin müsbət nəticələrin yüksəlməsi heç də bütün
hallarda rəvan, yüksələn xətlə getmir. Eyni vəziyyətdə, səviyyədə
qala bilir, yüksələ və aşağı düşə bilir. Hər bir təkrardan sonra
səhvlərin azalması da eyni səviyyədə, rəvan getmir. Bu baxımdan
vərdişlərin yaranması prosesinin qrafik ifadəsini, necə deyərlər
mümarisə əyrisini vermək olar. Sınaqların miqdarı üfiqi xətt (absis),
işin yoxlanan əlaməti isə şaquli xətt (ordinat) üzrə qeyd olunur.
Qrafikdə alınmış nöqtələri birləşdirən xətt mümarisə əyrisi və ya
öyrənmə əyrisi adlanır. O, formalaşan vərdişin inkişaf yolunu
səciyyələndirir. Bunu aşağıdakı sxemdən aydın görürük.
|