I.1.5. Psixologiyanın tədqiqat metodları
İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq
müəyyən metodlardan istifadə edir, başqa sözlə qarşısına
qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq
şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və
vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların
köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır.
Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat
metodlarının təkmillik dərəcəsindən, onların validliyi və
etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və
tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin
araşdırdığı
hadisələri,
onların
qanunauyğunluqlarını
incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psix-
ologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və
özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də
bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin
hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək
tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən
prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan
müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip
əsasında aparılmasını vacib hesab edir. Bu prinsipə görə
öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və
tədqiqatçı onun inkişafının bütün cəhətlərini bərpa etməyə,
onların bir-birini necə əvəz etdiyini görməyə və anlamağa
çalışır, öyrənilən psixi faktı onun konkret tarixində, təsəvvür
etməyə təşəbbüs göstərir.
Psixoloji tədqiqat metodlarının təsnifi. Psixologiyanın
tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı olmaqla
təsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment
metodlarını aid edirlər.
Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları
sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə
48
edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun
şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə
etməməsi müşahidə metodunu xarakterizə edən başlıca
xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə
həyata keçirilir. Müşahidə metodunun üstün cəhəti ondan
ibarətdir ki, bu zaman üzərinə müşahidə aparılan bundan xəbər
tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.)
aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər.
Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistema-
tik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan
psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir.
Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara
çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə
buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və
ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar.
Dövrü müşahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn
hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü
izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf
dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik
müşahidə də inkişaf dinamikasını aşkara çıxarmağa xidmət
edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət
məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır.
Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və
ümumiləşdirmə əsasında müvafiq nəticələrçıxarılır.
Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin
gedişini izləməyə imkan verir. Buna baxmayaraq müşahidə
zamanı bəzi çətinliklər mövcud ola bilir. Hər şeydən əvvəl
psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi
müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək
imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda
qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək
çətinləşir. Bundan başqa müşahidə psixoloqun subyektiv
mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi
baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış
49
qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası və s. öz
təsirini göstərə bilər. Şübhəsiz müşahidə aparan psixoloq bu
kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır.
Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi
hadisənin, davranış tərzinin təzahürünü uzun müddət gözləmək
lazım gəlməsi ilə baglıdır. Ona görə də psixologiyada ən çox
əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur.
Eksperiment müşahidədən birinci növbədə onunla
fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə
qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə
müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam
nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır.
Eksperimentin birinci növbədə iki növünü – təbii və la-
borator eksperiment növünü qeyd etmək olar.
Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874-
1917) tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin
məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir
göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur.
Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun
şəraitində) həyata keçirilir. Məsələn, hansı materialın
şagirdlərin təfəkkürünün inkişafını yüksək inkişafetdirici təsir
göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan
iki qrupdan birində (eksperimental qrup) təlim materialları
problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup)
ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim
dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona
görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki
qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda üstünlük
olduğu aşkara çıxarılır.
Laborator
eksperimentə
gəldikdə
bu
laboratoriya
şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir
dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran
qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi
nəticələr əldə etmək mümkündür.
50
Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd
edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı)
eksperiment. Yaş və pedaqoji psixologiyada eksperimentin bu
növlərindən geniş istifadə olunur. Müəyyənedici eksperiment
psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq
üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin
gedişinə təsir etmir.
Öyrədici (formalaşdırıcı) eksperimentə gəldikdə bu eks-
perimentatorun fəal, məqsədəyönəlmiş təsiri prosesində yoxla-
nanlarda
psixikanın
inkişaf
xüsusiyyətlərini
aşkara
çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji-
pedaqoji eksperiment adı ilə də adlandırırlar.
Eksperimenti fərdi şəkildə, ayrıca bir adam üzərində və
qrup şəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq
mümkündür.
Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da
istifadə olunur. Bəzən müşahidə və eksperiment zamanı bu və
ya digər hadisənin baş verməsi səbəblərini aşkara çıxarmaq
mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun
köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı
əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar
düşünülmüş və birmənalı olmalıdır. Müsahibə metodunu çox
vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif
variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və
çatışmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd
edirlər: şifahi, yazılı və sərbəst sorğu.
Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı
üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir.
Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha
dərindən nüfuz etmək imkanı verir. Belə ki, tədqiqat zamanı
yoxlanan adamın reaksiya və davranışından asılı olaraq
tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. La-
kin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və
tədqiqatçının xüsusi hazırlığı tələb olunur. Belə ki, cavabların
51
obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və
şəxsi xüsusiyyətlərindən asılı olur.
Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna
nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun da-
ha geniş yayılmış forması anketlərdir. Lakin yazılı sorğunun
qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara
reaksiyasını görmək mümkün deyildir.
Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif
variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki,
veriləcək suallar əvvəlcədən müəyyənləşdirilmir. Bu cür sorğu
zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək
mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə
etməyə imkan verir.
Psixologiyada
yardımçı
metod
kimi
fəaliyyət
metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu
kimi şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii
yaradıcılıq məhsullarını: yazdıqları şer və hekayələri, əl
işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Belə ki,
şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı
vərdişlərinin
inkişaf
xüsusiyyətlərini,
digər
fəaliyyət
məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və
qabiliyyətlərinin xüsusiyyətlərin aşkara çıxarmaq mümkündür.
Fəaliyyət məhsullarının təhlili daha çox yoxlananı əhatə
etməyə imkan verir.
Müasir psixologiyada psixodiaqnostik metodlardan da
istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı
testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji
sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və
davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi
bir sıra əvvəlcədən verilmiş standartlara – test normalarına nə
dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir.
Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş
yayılanları aşağıdakılardır: müvəffəqiyyət testləri, intellekt
testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.
52
Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konk-
ret bilik bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara
çıxarılır.
İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini
aşkara çıxarmağa xidmət edir. İntellekt testləri haqqında ilk fi-
kir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar
fransız
psixoloqu
A.Bine
ilk
psixoloji
testləri
yaratmışdır(1905-ci il). «Əqli yaş » anlayışından istifadə edən
alman psixoloqu V.Ştern əqli koeffisenti (İQ) aşığıdakı formul-
la ölçməyi müəyyənləşdirmişdir:
100
йаш
хроноложи
йаш
ягли
IQ
Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Vekslerin
şkalasından, «proqressiv Raven matrisasından», R.Amtxauerin
əqlin (intellektin) strukturu testindən, Q.Y.Ayzenqin «öz
qabiliyyətlərinizi
yoxlayın»,
«özünüzün
əqli
inkişaf
koeffisentinizi yoxlayın» və s. geniş istifadə olunur.
İntellekt testlərindən fərqli olan xüsusi qabiliyyət
testlərindən də istifadə olunur. Bu cür testlərin köməyi ilə
insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki
və s.) malik olduqları aşkara çıxarılır.
Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini
aşkara çıxarmaq üçün tətbiq olunur. Ən çox tanınan kreativ
testlərə C. Gilfordun və E.Torrensin testlərini aid etmək olar.
Bu testin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək
qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu testdə tapşırıqlar
sistemi elə qurulmuşdur ki, yoxlanan adam şəraiti dəyişmək,
obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun.
Məsələn, obyektlərin şərhi zamanı onları daha çox sahəyə
tətbiq etmək yollarını fikirləşmək və ya daha çox dairə və ya
kvadrat tipli şəkilləri daxil etməsi tələb olunur. Bunun üçün
yoxlananlara dairələr (kvadrat) şəkli çəkilmiş vərəqə verilir.
53
Ondan həmin vərəqədə olan elementlərdən istifadə edərək
şəkillər seriyası çəkmək tələb olunur. Yerinə yetirilən iş
özünün məhsuldarlığına, sürətinə və orijinallığına görə
qiymətləndirilir.
Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini
tədqiq etmək üçün istifadə olunur.
Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya
dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi
əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan
verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik ap-
perseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın
tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş
verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz
daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki,
onları müxtəlif şəkildə şərh etmək mümkün olsun)
Psixodiaqnostik metod kimi sosiometriya metodundan da
istifadə olunur. Sosiometriya (latınca – sosietas-cəmiyyət və
yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və
kollektivlərdərəğbət
və
nifrət
tipli
şəxsiyyətlərarası
münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri
üçün tətbiq olunan standartlamdırılmış metodik üsulların
məcmuundan ibarətdir. Sosiometriya amerikan psixoloqu
C.Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə
edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda
əks etdirilməklə təhlil olunur.
Nəhayət psixologiyada riyazi – statistik metodlardan da
istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə
edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara
çıxarılır.
Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik
metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat yo-
luna aid faktların və hadisələrin, onun sələflərində, nəslində
özünü
göstərən
xarakterik
halların,
sənədlərin,
şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.
54
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Psixologiyanın bir elm kimi tərifini verin.
2. Psixi hadisələri necə təsnif edirlər? Onları xarakterizə
edin.
3. İdrak prosesləri dedikdə nələri başa düşürsünüz?
4. İdrak prosesləri hansılardır?
5. Psixi xassələr hansılardır? Onlları fərqləndirən
cəhətləri izah edin.
6. Psixologiyanın müasir elmlər sistemində tutduğu yeri
izah edin.
7. Müasir psixoloji fənnləri təsnif edərkən hansı
prinsiplərə əsaslanırlar?
8. Müasir psixologiyanın sahələrini şərh edin.
9. Müasir
psixologiyanın
başlıca
istiqamətləri
hansılardır?
10. Azərbaycanda
elmi
psixologiyanın
inkişaf
xüsusiyyətlərindən danışın.
11. Psixologiyanın əsas tətqiqat metodları hansılardır?
Onları xarakterizə edin.
12. Eksperiment metodunun hansı növləri vardır?
13. Psixoloji testləri xarakterizə edin.
14.
Psixologiyada riyazi-statistik metodlardan nə üçün
istifadə edirlər.
Referat, məruzə və müstəqil tədqiqat üçünüçün
mövzular
1. Psixi hadisələr və onların xüsusiyyətləri.
2. Azərbaycanda psixoloji fikrin və elmi psixologiyanın
inkişafı.
3. Müasir psixologiya və onun elmlər sistemində yeri.
4. Müasir psixologiyanın tədqiqat metodları.
55
Ə D Ə B İ Y Y A T
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri –
Bakı. 2002, s. 7-127
Ümumi psixologiya A.V.Petrovskinin red. ilə – Bakı,
1982, s. 5-68
Əliyev B.H. Məhkəmə psixoloji ekspertizasının ümumi
məsələləri. – Bakı, 1997
Əliyev R.İ Psixologiya tarixi. – Bakı, 2006, s. 14-18;
354-375.
Nemov R.S. Psixoloqiə. V 3-x kniqax, kn. 1. – M.,
1998, s. 5-90.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001,
s. 12-69.
Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2-x
tom – t. 1, M.,1989, s.12-89.
Fress P., Piaje J. Gksperimentalğnaə psixoloqiə
Vıp. 1-2 .M., 1966, s. 99-155
56
2 - c i F Ə S İ L
PSİXİKANIN FİLOGENEZDƏ İNKİŞAFI
Qısa xülasə
Psixikanın yaranma
və
inkişafının
öyrənilməsi
tarixindən. Hər cür materiyanın inikas qabiliyyətinə malik olması.
Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, in-
stinktiv, həyatda qazanılan və intellektual davranış formaları kimi.
Tropizmlər bioloji amillərə orqanizmin özünəməxsus cavab
vermə üsulu kimi. Tropizmlərin növləri: fototropizm, termotropizm,
xemotropizm, topotropizm.
İnstiktiv davranış – mühitin müəyyən şəraitinə, təsirinə
qarşı anadangəlmə reaksiya forması kimi.
Heyvanlarda vərdişlər həyatda qazanılan davranış forması
kimi.
Heyvanlarda intellektual davranış forması və onun
xüsusiyyətləri.
Psixikanın filogenezdə inkişafı
Psixikanın yaranma və inkişafının öyrənilməsi
tarixindən. Psixikanın yaranması və inkişafının öyrənilməsi
təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran
mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Hələ eramızdan
əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli
dünyagörüşü: idealist və materialist dünyagörüşü barədə
fikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika
(ruh) bədəndən asılı olmayaraq mövcuddur və materiyadan
əvvəl yaranmışdır. Materialistlərə görə isə materiya obyektiv
gerçəklikdir, bizim şüurumuzdan asılı olmayaraq mövcuddur
və daim dəyişir, hərəkətdə olur, inkişaf edir. Psixika yüksək
surətdə təşəkkül tapmış materiyanın məhsuludur.
57
Psixologiya elminin başlıca vəzifələrindən biri də insan
psixikasını öyrənməklə bağlıdır. Lakin insan psixikasının
təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın necə
yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə
inkişaf etdiyini və insanlarda necə yeni məzmun kəsb etdiyini
müəyyənləşdirmək lazımdır.
Daha vacib məsələlərdən biri də insan psixikasının tarixi
inkişafının öyrənilməsi ilə bağlıdır.
Müasir insanların psixi xüsusiyyətləri heç də insan
psixikası üçün əbədi olan bir keyfiyyət deyildir. Onlar ictimai
mühitin, şəraitin inkişafı nəticəsində dəyişir. Sosial-iqtisadi
şərait insan psixikasında əvvəlkilərdən fərqli yeni keyfiyyətlər
yaradır. Yəni insan psixikası əbədi, dəyişməz olaraq qalmır.
İstənilən konkret tarixi şəraitdə insan psixikasının bəzi
xüsusiyyətləri inkişaf edir, şəraitlə ziddiyyət təşkil edənlər isə
sanki «dondurulur».
Cansız, qeyri-üzvü materiyadan başlamış ən ali
mürəkkəb materiya olan insan beyninə qədər hər cür materiya
maddi aləmin ümumi keyfiyyəti olan inikas (əksetdirmə),
başqa sözlə, təsirə cavab vermə qabiliyyətinə malikdir. İnikasın
forması materiyanın varlıq formasından asılıdır.
Cansız maieriyada baş verən keyfiyyət dəyişikliklərinə
əsasən canlı materiya yaranır və o, daha mürəkkəb xassəyə -
qıcıqlanma xassəsinə malik olur. Bu xassə canlıların xarici
təsirlərə fəal reaksiyalarına imkan verir. Qıcıqlanmanın inkişafı
həyat şəraitinin mürəkkəbləşməsi və orqanizmin anatomik qu-
ruluşunun təkmilləşməsi nəticəsində həssaslıq artmış, tədricən
duyğular yaranmışdır.
Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm,
instinktiv, həyatda qazanılan və intellektual davranış
formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə,
birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm
təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji
təsir göstərə bilər ki, bunun nəticəsində həmin orqanizmin
58
protoplazmasının xassəsi dəyişir.
Bioloji amillərə özünəməxsus cavab vermək üsulları
tropizmlər və ya taksislər adlanır.
Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: fototro-
pizm - canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli;
termotropizm - işığın təsiri ilə hərəkətetmə meyli ; xemotro-
pizm - müəyyən fiziki-kimyəvi mühiti seçməyə meyli ; topo-
tropizm - mexaniki qıcıqlandırıcıların təsir ilə hərəkət etmə
meyli və s.
Canlılarda psixikanın təşəkkül tapması onların mühitə
uyğunlaşa bilmələri ilə bağlı olan dəyişikliklərdən yaranır.
Yəni canlının xarici mühitin təsirinə uyğun davranışını meyda-
na çıxır. Onların mühitə uyğunlaşması anatomik dəyişikliklərə
səbəb olmur, sadəcə olaraq onun davranışı dəyişir.
Bir çox canlıların davranışı instinktiv davranışdır və təbii
tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı
mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır.
İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xa-
rakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab
edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada
mühitə uyğunlaşması prosesində dəyişməz qalır. Lakin belə
yanaşma səhvdir. İ.P. Pavlov göstərir ki, canlıların inkişafının
bütün dövrlərində fərdi uyğunlaşma olmuşdur. Bu canlıların
(məsələn, bağırsaqboşluqlarda) həyat prosesində ayrı-ayrı
fərdlərdə müvəqqəti əlaqələr – şərti reflekslər yaranır. Məsələn,
kağız parçasını aktiniyaya yaxınlaşdırsaq onu tutub udar, lakin
bir neçə təkrardan sonra hətta, kağızı ağız boşluğuna almadan
kənara atır. Lakin yaranan bu cür əlaqələr qısamüddətli olur,
tezliklə sönür. Canlıların davranış xüsusiyyətləri inkişafın ilk
mərhələsində müxtəlif xassəli şeylərin təsirindən yaranırdı.
Məsələn, məlumdur ki, həşərat tora düşən kimi hörümçək
dərhal onun yanına qaçır və tikanını ona batırır. Hörümçəyin
belə davranışı nə ilə bağlıdır? Aparılmış xüsusi təcrübələr
göstərir ki, torun tərpənməsi həşəratı öz ovuna doğru çəkir.
59
Hərəkət olmadıqda isə «ovuna» tərəf getmir. Bunlar isə qida-
lanma tələbatı ilə bağlıdır. Yəni bioloji tələbatdan doğur. Lakin
bu həyat şəraitinin dəyişməsilə, tələbatın ödənilməsilə dəyişir.
Yaşayış şəraitinin mürəkkəbləşməsi canlıların davranış
tərzini də dəyişdirir. Yəni o, bu və digər şəraitə uyğunlaşır.
Məsələn, əgər məməli heyvanlarla yem arasında sədd çəkilərsə,
o həmin səddi necə olsa keçib yem əldə etməyə cəhd edir. Sədd
görürüldükdən sonra isə birbaşa yeməyə doğru gedir.
Həyat şəraitinin təsiri altında heyvanlarda davranışın
dəyişməsi ciddi şəkildə onlarda anatomik-fizioloji dəyişikliyə
səbəb olur. İlk növbədə, iy və görmə üzvlərində dəyişiklik baş
verir. Görmə onun həyatında vacib amilə çevrilir, iy duyğusu
isə tədricən zəifləyir. Bununla yanaşı hərəkət üzvləri də inkişaf
edərək cəld, mürəkkəb hərəkətləri icra etməyə uyğunlaşır:
qaçmaq, sürünmək, ovunu tutmaq və s. Bu isə baş beyində
hərəkət
sahəsinin
genişlənməsi, hərəkətinin
inteqrasiya
olunması ilə bağlıdır.
Ali heyvanlarda, xüsusilə məməlilərdə yeni, daha plastik
davranış forması yaranır. Heyvanların bir növündə müvəqqəti
əlaqələrin yaranması sahəsində fərdi fərqlər tez, daha kəskin,
digərlərində isə gec baş verir. Bu, heyvanların təkamül
səviyyəsindən asılıdır. Fərdi davranış üçün mühitin ayrı-ayrı
xassələrinin (temperatur, rəng, iy və s.) deyil, tam əşya
şəraitinin təhlili və tərkibi zəruri olur. Məsələn, toyuqla dən
arasında tor çəkilsə, toyuq həmin toru dimdikləməyə başlayır.
Əgər belə demək mümkünsə, «vəziyyətdən çıxış yolu
axtarmır». Lakin nisbətən daha yüksək inkişaf etmiş qarğa belə
etmir, bir neçə cəhddən sonra arakəsmənin ətrafına dolanmaqla
səddi keçir, yemi götürür.
Ali heyvanlarda instiktiv davranış forması ilə yanaşı,
fərdi, dəyişkən formalı davranış - vərdişlər və intellektual
hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı
pilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunan
vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda
60
müşahidə edilir.
Heyvanların vərdişləri həm anadangəlmə, həm də
təsadüfi hərəki siqnalların təkrarı prosesində möhkəmlənir.
Məsələn, pişik yeşikdən çıxmaq üçün pedalı basmalıdır. O bu-
nun üçün bir neçə uğursuz cəhd edir. Lakin təsadüfən pedala
toxunur, qapı açılır. Sonrakı təcrübələrdə o getdikcə daha az
səhv edir. Beləliklə, onda vərdiş yaranır.
Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellek-
tual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı
cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil
edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki,
insan ağlından fərqli keyfiyyətə malikdir.
Ali heyvanların, məsələn, insanabənzər meymunların in-
tellektual
davranışı
müxtəlif
esperimentlər
yolu
ilə
öyrənilmişdir.
Meymun (şimpanze) qəfəsdə yerləşdirilir. Qəfəsin çö-
lündə isə banan, portağal və s. Qəfəsin içərisinə isə çubuq
qoyulur. Meymun meyvələri yalnız çubuğun köməyi ilə götürə
bilər. Meymun ilk növbədə meyvələri əlləri ilə götürməyə
çalışır. Təbii ki, bu cəhdlər heç bir nəticə vermir. Sonra mey-
mun sakitləşir. Bu dəfə o, meyvələri gözünə sataşan çubuğun
köməyi ilə əldə etmək istəyir: ağacla meyvələri qəfəsə
yaxınlaşdırır. Nəhayət o meyvələri götürür.
Digər eksperimentlər də eyni üsulla aparılır. Məsələn,
qəfəsin tavanından banan asılır. Yaxınlıqda boş yeşiklər qoyu-
lur. Bananın götürülməsi üçün yeşiklər bananın qoyulduğu yerə
gətirilməlidir. Təcrübə göstərir ki, meymun bu işin öhdəsindən
uğurla gəlir.
Beləliklə, əgər əməliyyatın aşağı səviyyəsində çoxsaylı
səhv və sınaq nəticəsində təsadüfi uğurlu hərəkət tədricən
möhkəmlənirsə,
aparılan
təcrübədə
meymun
tam
müvəffəqiyyətsizliyə uğrayır və problemin həllini qəflətən
tapır. Bu, heyvanların intellektual davranışının ümumi
əlamətidir. İkinci mühüm cəhət isə ondan ibarətdir ki, təcrübə
61
təkrar keçirilərsə, onun bir dəfə icra olunmasına baxmayaraq,
meymun onu tez və səhvsiz yerinə yetirir.
İntellektual davranışın üçüncü xüsusiyyəti isə məsələnin
həll olunma yolunun tapılması onun digər vəziyyətlərdə də
tətbiq olunması ilə bağlıdır. Məsələn, əgər birinci təcrübədə
meymun meyvələri çubuğun köməyilə götürürsə, digər
təcrübədə çubuq tapmadıqda uyğun gələn bir əşya tapıb ondan
istifadə edir.
Meymun davranışında diqqəti cəlb edən cəhətlərdən bir
də onun bir neçə aktı birləşdirə bilməsi ilə bağlıdır.Bunu
aşağıdakı təcrübə də sübut edir.
Meymunun yerləşdiyi qəfəsdən bir qədər aralıda yem
qoyulur. Ondan bir qədər yaxınlıqda isə ağac qoyulur, lakin bu
ağaca da meymunun əli çatmır. Qəfəsin içərisində isə bir qədər
qısa əl ağacı qoyulur. Lakin bu ağacın köməyi ilə kənardan
uzun ağacı qəfəsə çəkmək olar. Qidanı əldə etmək üçün mey-
mun ilk növbədə qəfəsin içindəki əl ağacı ilə daha uzun olan
ağacı, onun vasitəsilə yemi götürə bilər. Təcrübə göstərir ki,
meymun bu tapşırığın öhdəsindən uğurla gəlir. Beləliklə,
heyvanların intellektual davranışının dördüncü xüsusiyyəti
tapşırığın uğurlu həlli üçün hazırlıq mərhələsinin keçirilməsi
ilə bağlıdır. Yəni ilk növbədə ağacı, daha sonra yemi əldə
etmək olar. Əvvəlcə qısa, sonra uzun ağacı, daha sonra isə
qidanı götürə bilərsən. Özlüyündə bir ağacın, daha sonra digər
ağacın götürülməsi heç də meymun üçün cəzbedici deyil. Buna
görə də o heç bir bioloji məna kəsb etmir. Bu, hazırlıq
mərhələsi
sayılır. Ağacdan
istifadə
davranışın
icrası
mərhələsidir və meymunun bioloji tələbatının ödənilməsinə
yönəldilir. İlk hazırlıq mərhələsi heç də öz-özünə yaranmır.
Yəni adi halda ağac meymun üçün heç bir məna kəsb etmir.
Əgər meymun ağacı ondan istifadə etmək məqamında görürsə
və ondan istifadə edirsə, bu yem və ağac arasındakı
münasibətin uzlaşdırılmasıdır. Əgər meymun başqa bir vasitə
tapa bilsə, ağac onun üçün heç bir bioloji məna kəsb etməz.
62
Beləliklə, üçüncü mərhələyə keçərkən daha mürəkkəb
əməliyyat yerinə yetirmir. Davranış aktında vahid prosesdə
birləşdirmələr hissələrə ayrılır. Göründüyü kimi, intellekt o
zaman yaranır ki, hazırlıq prosesi keçilsin, bu və ya digər
əməliyyat, vərdiş birləşərək həyata keçirilsin.
İntellektual davranış cəhd və sınaq üzərində deyil, yeni,
fərqli şəraitdə ondan istifadə üzərində qurulur. Məsələn, metal
tor çəkilmiş çəpərdən toyuq necə keçir? Bayıra çıxmaq üçün o
kor-koranə şəkildə o tərəf bu tərəfə qaçır. Nəhayət, təsadüf
nəticəsində o çıxış yolunu tapır. Ali heyvanlar (quşlar) isə
özlərini fərqli şəkildə aparırlar. Onlar da bir sıra sınaq
hərəkətləri edirlər. Lakin bu sınaqlar kor-koranə deyil,
əməliyyat hərəkətləridir. Qapısı bağlı qəfəsdən çıxmaq üçün
meymun öyrəşdiyi, əvvəllər istifadə etdiyi lingi fırladır. Bu,
səmərə vermədikdə lingi gəmirməyə başlayır. Daha sonra isə o
yeni metod axtarır və çıxmaq üçün düzgün həll üsulunu tapır.
Bu situasiya göstərir ki, meymun vəziyyətdən çıxmaq, onu həll
etmək üçün «düşünə bilir».
İntellektual davranışa malik olan heyvanlar üçün ətraf
aləmin inikası necə baş verir?
İntellektual davranışın ilk mərhələsi növbəti, ikinci
mərhələyə hazırlıqdır. Növbəti mərhələ isə heyvanın yalnız
ayrı-ayrı şeyləri qavraması yox, həm də onlar arasındakı
münasibəti müəyyənləşdirməkdir. Heyvanın intellektual dav-
ranışının inkişafı nəticəsində onda anatomik-fizioloji dəyişiklik
baş verir. Bu ilk növbədə baş beyində gedən dəyişikliklərlə
bağlıdır. İnkişaf daha çox beynin alın nayihəsində müşahidə
olunur. Meymun beyninin bu sahəsi götürüldükdə o hətta iki
mərhələli əməliyyatı yerinə yetirə bilmir.
İntellektual davranış insanabənzər meymunlarda özünün
ən yüksək səviyyəsinə çatır. Onu heyvanların psixi inkişafının
son həddi, insan şüurunun başlanğıc sərhəddi də hesab etmək
olar.
Yuxarıda deyilənlərdən göründüyü kimi ən yüksək intel-
63
lektual davranışa malik olan heyvanların da davranışı bilavasitə
maddi tələbatların ödənilməsi ilə bağlıdır. İnsan fəaliyyəti isə
onlardan keyfiyyətcə tamamilə fərqlidir.
Dostları ilə paylaş: |