Azərbaycanda elmi psixologiyanın yaranması və inkişafı
1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil
oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə
son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.
«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb
tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət
dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet
Sosialist
Respublikası
vahid
əmək
məktəblilərinin
Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və dekretdə
məktəblərdə təlimin ana dilində və pulsuz aparılması,
zəhmətkeş balalarının üzünə açıq olması elan edildi»
(F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nur-
lan», 2005, s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi. Ali məktəblər
açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin
ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı.
1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs
deyəcək müəllim kadrları hazırlamaq üçün yeni bir ali təhsil
müəssisəsi – APİ yaradıldı. 1931-ci ildə Azərbaycan Dövlət
Elmi Tədqiqat Pedaqogika İnstitutu, 1936-cı ildə Kirovabad
(Gəncə) Dövlət Pedaqoji İnstitutu təsis edildi.
32
Azərbaycan Dövlət Universiteti isə hələ Azərbaycan
Demokratik Respublikasının vaxtında – 1919-cu ildə yaradıl-
mışdı. Universitetdə yaradılan kafedralardan biri də psixolo-
giya kafedrası idi. Kafedraya görkəmli alim A.O.Makovelski
rəhbərlik edirdi. Ali məktəblərdə ən böyük çətinliklərdən biri
də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə
bağlı idi. Vəziyyətdən çıxış üçün dilləri Azərbaycan dilinə
yaxın olan Krımdan, Kazandan, Türkiyədən yüksək ixtisaslı
müəllimlər dəvət olunur. Onların sırasında A.O.Makovelski,
X.Fikrət, M.Tofiq və başqaları var idi. Onlar həm psixologiya-
dan dərs deyir, həm də milli kadrların hazırlanmasına kömək
edirdilər. A.O.Makovelskinin bu sahədə xidmətləri isə
əvəzsizdir.
A.O.Makovelski 1920-ci ildə Azərbaycan Dövlət
Universitetində işə dəvət olunur. O, 1920-ci ildən 1930-cu ilə
qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə
ADU-da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. O, 1931-ci ildən 1940-cı ilədək
AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə
Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır
və 1960-cı ilə qədər məntiq-psixologiya kafedrasına rəhbərlik
edir. Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının
hazırlanmasında
əvəzsiz
xidmətləri
olmuşdur.
O,
Ə.K.Zəkuyevin doktorluq dissertasiyasının rəsmi opponenti,
M.Məhərrəmov, M.Abbasov, M.Hacıyev, İ.Seyidov
və
başqalarının elmi rəhbəri olmuşdur.
Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış,
Azərbaycan şair və filosoflarının yaradıcılığının psixoloji təh-
lilini vermişdir.
Azərbaycanda psixologiya elminin inkişafında, psixoloq
kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-
1965) böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn
Komarovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer-
sitetinin aspiranturasında oxuyur. 1927-ci ildə pedaqogika
33
ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il
o, professor elmi adı alır. Komarovski ilk elmi məqaləsini
1914-cü ildə, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa ma-
lik olan Komarovski «Psixologiya cədvəlləri» (1923),
«Uşaqlığın sosiologiyası» (1921), «Təkrarlama metoduna dair»
(1940) və s. onlarla fundamental əsərlərin müəllifidir.
Azərbaycanda psixologiya elminin digər tanınmış bir
nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988). O, respub-
likamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun
Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil
etdiyi psixologiya laboratoriyasında çoxsaylı, müxtəlif istiqa-
mətli tədqiqatlar aparılmışdır.
F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına
APİ-də, sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutunda psixologiya kafedrasının müdiri olmuşdur.
F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə
bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmışdır. Onun
tədqiqatları nəinki ittifaq miqyasında, eləcə də dünyanın bir
sıra ölkələrində rəğbətlə qarşılanmışdır. O, ana dili və rus
dillərinin mənimsənilməsinin psixoloji əsaslarını tədqiq
etmişdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumit-
tifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxışlar bir qayda ola-
raq yüksək dəyərləndirilmişdir. Onun «İkidillilik, onun forması
və fərdi fərqlərə görə təsnifatı», «Milli məktəblərdə rus dili
təliminin psixoloji əsasları haqqında», «Nitqin qavranılmasının
seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq
inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan
hesab olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında,
psixoloji fikrin inkişafı və təşəkkülündə Əhməd Kərədi
Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci
ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş,
1922-1960-cı illərdə V.İ.Lenin adına APİ-də dərs demiş,
müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir.
34
1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə
şöbəsində çalışmışdır.
1933-cü ildə V.İ. Lenin adına APİ-nin nəzdində aspiran-
tura şöbəsi açılır. Bu şöbənin yaradılmasıyla psixologiya üzrə
kadr hazırlığında da bir dönüş yaranır.
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-
lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-
mikalar başladı. Qeyd etmək istərdik ki, SSRİ miqyasında
gedən proseslər eynilə Azərbaycanda da baş verirdi. Bununla
bağlı F. Rüstəmov yazır: «20-ci illərin əvvəllərində pedaqoji
elmdə demokratik fikir güclü idi, əsasən qeyri-marksist
mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu
nəzəriyyələrin bir qismi Avropadan türk pedaqoq və
psixoloqlarının (X. Fikrət, Mühiddin, İ. Hikmət, T. Tofiq, N.
İsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi
isə rus pedaqoji fikrindən tərcümə edilmiş əsərlərdən milli pe-
daqoji fikrə keçirdi.
İntellektual mübahisələr çox zaman bir-birinə qara yax-
maqla başa çatırdı. Bu proses hər yerdə – mərkəzdə də,
yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan
yanlışlıqlar eyni ilə Azərbaycanda da təkrar olunurdu. Mosk-
vada A.P. Pinkeviçin, P.P. Blonskinin başına gətirilənlər
Bakıda B.B. Komarovski, A.O. Makovelski, Ə. Seyidov, Ə.
Zəkuzadə üçün təkrarlanırdı. Hədə, təhqir və yalanlara cavab
vermənin fiziki cəhətdən məhvə səbəb olacağını dərk edən
alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf
məktubları yazır, düzgün elmi mövqelərini tənqid etmək
məcburiyyətində qalırdılar».
Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütə-
xəssislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli
marksistlər» tərəfindən də keçirilir, təəssüf ki, çox vaxt məhz
onlar «haqlı» çıxırdılar. Tənqid olunanlar sırasında adətən
həqiqi elm fədailəri, görkəmli alimlər olurdu.
1931-ci ildə F.Ə.İbrahimbəyov testlər metodunun milli
35
psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə
danışmağa məcbur olur. Onun 1936-cı ildə nəşf etdirdiyi
«Uşaqların əqli inkişafında zərərli nəzəriyyə» adlı məqaləsində
pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya
və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.
30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə
gənc və istedadlı alimlər gəlir. Onların sırasından S. Hacıyev,
M. Məhərrəmov, M. Abbasov və başqaları xüsusilə seçilirdilər.
1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika
İnstitutu fəaliyyətə başlayır. Fərəhli haldır ki, institutun
nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da
fəaliyyət göstərir. Təlim-tərbiyə prosesi ilə bağlı aparılan
tədqiqatlar psixologiya elminin inkişafında xüsusi yer tutur.
İnstitutda yaradılan şöbəyə M.R. Abbasov başçılıq edir. Bu in-
stitutda müxtəlif dövrlərdə F.Ə. İbrahimbəyov, A.O. Mako-
velski, S. Hacıyev, M. Hacıyev, Z.M. Mehdizadə, Ə.K.
Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov,
Ə.Ə. Əlizadə və başqa görkəmli alimlər çalışmış, tədqiqat işləri
aparmışlar.
Hazırda institut Təhsil Problemləri İnstitutu adı ilə fəaliy-
yət göstərir. İnstitutun psixologiya və yaş fiziologiyası şöbə-
sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.
Respublikamızda
psixologiya
elminin
inkişafında
APRDƏİ (hazırda Bakı Slavyan Universiteti), SSRİ-nin 50 il-
liyi adına APXDİ (hazırda Azərbaycan Dillər Universiteti),
KDPİ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil
müəssisələri də özünəməxsus rol oynamışdır.
1946-cı ildə ÜİK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-
ci tədris ilindən başlayaraq orta məktəblərin buraxılış
siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı
qərar qəbul olunur. Qərara uyğun olaraq 1947/48-ci tədris
ilində Azərbaycan Dövlət Universitetində məntiq-psixologiya
kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O. Makovelskiyə
tapşırılır. O, 1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir.
36
1960-cı ildən kafedra pedaqogika və psixologiya kafedrası adı
ilə fəaliyyətini davam etdirir. 1960-1970-ci illərdə kafedraya
M.C. Məhərrəmov, daha sonra professor Ə.S. Bayramov
rəhbərlik edir. Hazırda kafedraya professor B.H. Əliyev
rəhbərlik edir.
M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının
hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəz-
siz xidmətlər göstərmişdir.
O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cü
ildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonuna-
dək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-
giyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psi-
xologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini
yazır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr
olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə idi.
50-ci illərdən başlayaraq Azərbaycanda psixologiya elmi-
nin yeni bir inkişaf mərhələsi başlayır. Bu dövrdə A.K. Abdul-
layev, Ş.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əliza-
də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fa-
kültəsində təhsil almışdır.
İ.Ə. Seyidov, K.S. Əbilov, M.S. Nəcəfov, M.Ə. Həm-
zəyev, M.M. Hacıyev 50-ci illərdə namizədlik dissertasiyaları
müdafiə edirlər.
1963-64-cü tədris ilində V.İ. Lenin adına APİ-də psixolo-
giya kafedrası yenidən müstəqil fəaliyyətə başlayır. 1963-
1975-ci illərdə kafedraya görkəmli psixoloq Ş.S. Ağayev
rəhbərlik edir.
Ş.S. Ağayev 1954-cü ildə «Fikri məqsədin xarakterindən
asılı olaraq görmə qavrayışının dinamikası» mövzusunda nami-
zədlik, 1967-ci ildə isə «Əmək, tərbiyə və inkişaf» mövzu-
sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Şəxsiyyət psi-
xologiyası, təlim psixologiyası, tərbiyə psixologiyası və s.
sahələr üzrə tədqiqatlar aparmış, dərsliklərin hazırlanmasında,
37
kadrların yetişməsində önəmli rol oynamış professor Ş.S.
Ağayev müəyyən müddət V.İ. Lenin adına APİ-nin rektoru
olmuşdur.
1960-70-ci illərdə sovet psixologiya elmində bir inkişaf
mərhələsi başladı. Psixologiyanın müxtəlif sahələri üzrə tədqi-
qatlar genişləndi.
Gənc və istedadlı psixoloqlar Ə.S. Bayramov, T.Ə. Mus-
tafayev, C.A. Təhmasib, İ.A. Fərəcov, A.U. Məmmədov, Q.E.
Əzimov, R.M. Rəsulov, M.Ş. Əbdülov və başqaları namizədlik
dissertasiyaları
müdafiə
etdilər.
Bu
dissertasiyalar
psixologiyanın bir çox sahələrini əhatə etsə də əsas diqqət yaş
və pedaqoji psixologiyaya yönəldilmişdi.
60-cı illərin sonu – 70-ci illərin əvvəlləri Azərbaycan
psixologiya elmi üçün daha məhsuldar olmuşdur. Ə.S. Bayra-
mov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əli-
zadə müxtəlif mövzularda doktorluq dissertasiyaları müdafiə
etmişlər. Bundan sonra 20 il müddətində Azərbaycanda psixo-
logiya üzrə doktorluq dissertasiyaları müdafiə olunmamışdır.
Yalnız 90-cı illərin ortalarından başlayaraq yenidən respubli-
kada doktorluq dissertasiyaları müdafiə olunmağa başladı. Ə.T.
Baxşəliyev, S.İ. Seyidov, B.H. Əliyev, İ.M. Novruzlu,
R.İ.Əliyev, G.K.Məmmədova, İ.Ə.Məmmədova doktorluq
dissertasiyaları müdafiə etdilər.
Azərbaycanda psixologiya elminin inkişafında 1947-48-
ci tədris ilindən 1954-55-ci tədris ilinədək Azərbaycan Dövlət
Universitetində təşkil olunmuş məntiq-psixologiya şöbəsinin
müstəsna rolu olmuşdur. Bu müddət ərzində 150-dən artıq yük-
sək ixtisaslı psixoloq kadrı oranın məzunu olmuşdur. Onların
sırasından Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə. Qədirov, M.S.
Nəcəfov, Q.E. Əzimov, M.Ş. Əbilov kimi tanınmış alimlər
çıxmışlar. Məhz onların sayəsində Azərbaycan psixologiya el-
mi mühüm inkişaf yolu keçmişdir.
1947-52-ci illərdə Azərbaycan Dövlət Universitetinin
məntiq-psixologiya şöbəsini bitirənlərdən biri də professor
38
Ələddin Əhməd oğlu Qədirov (1929-2003) olmuşdur. Ə.Qədi-
rov 1963-2001-ci illər ərzində Gəncə Dövlət Pedaqoji İnstitu-
tunda dosent, kafedra müdiri, prorektor, rektor vəzifələrində
çalışmışdır.
Ə. Qədirov 2001-2003-cü illərdə Təhsil Problemləri
İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
O, 1961-ci ildə «Kiçik məktəbyaşlı uşaqlarda mücərrəd
təfəkkürün inkişafı» mövzusunda namizədlik, 1974-cü ildə isə
«Kiçikyaşlı məktəblilərdə mücərrədləşdirmənin inkişafı» möv-
zusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.Qədirov
təlim-tərbiyə
psixologiyasına
dair
çoxsaylı
əsərlərin
müəllifidir. 2003-cü ildə nəşr etdirdiyi «Yaş psixologiyası»
dərsliyi isə ümumən Azərbaycan psixologiya elminin
nailiyyətlərindən hesab olunur.
Azərbaycan psixologiya elminin inkişafında əvəzsiz
xidmətləri olan alimlərdən biri də professor Muxtar Əliş oğlu
Həmzəyevdir (1929). O, 1952-ci ildə Azərbaycan Pedaqoji
İnstitutunu bitirmişdir. 1956-cı ildə «İbtidai məktəbin II sinif
şagirdlərində samitlər üzrə düzgün yazı vərdişlərinin təşəkkül
etməsi və inkişafının psixoloji xüsusiyyətləri» mövzusunda na-
mizədlik dissertasiyası müdafiə etmişdir. Bundan sonra
M.Həmzəyevin təlim-tərbiyə məsələləri ilə bağlı əsərləri nəşr
olunur. «Ailədə uşaqların oyunlarına rəhbərlik» (1965), «Yazı
təliminin bəzi məsələləri» (1961), «Şagirdlərin düzgün yazı
vərdişlərinə yiyələnmə xüsusiyyətləri» (1984) və onlarla digər
kitablar M.Həmzəyevin qələminin məhsulu olsa da, ümumən
Azərbaycan psixologiya elminin nailiyyətləri hesab edilir.
Onun «Pedaqoji psixologiya» (1991), «Yaş və pedaqoji
psixologiyanın əsasları» (2000-2003) və digər dərslikləri geniş
istifadə olunan uğurlu dərsliklərdəndir. O, uzun müddət I sinif
şagirdləri üçün «Ana dili» dərsliyinin müəlliflərindən biri
olmuşdur.
M. Həmzəyevin fəaliyyətinin uzun və məhsuldar bir
dövrü Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ilə
39
bağlı olmuşdur. O, 1956-74-cü illərdə baş elmi işçi, şöbə
müdiri, psixologiya laboratoriyasının müdiri işləmişdir. 1974-
77-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İns- titutunda
kafedra müdiri olmuşdur.
1978-ci ildən M.Həmzəyevin elmi fəaliyyəti Azərbaycan
Dövlət Dillər İnstitutu, indiki Dillər Universiteti ilə bağlanır.
O, hazırda Azərbaycan Dillər Universitetində psixologiya
kafedrasının müdiri vəzifəsində çalışır.
M.Həmzəyev 1969-cu ildə «Azərbaycan dili orfoqrafiya
və durğu işarələrinin mənimsənilməsi psixologiyası» mövzu-
sunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Respublikada elmi kadrların hazırlanmasında da M.Həm-
zəyevin müstəsna rolu olmuşdur. Onun rəhbərliyi ilə onlarla
aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmiş-
dir. Uzun müddət AAK Ekspert Şurasının üzvü olmuşdur.
Azərbaycan psixologiya elminin inkişafında əməkdar elm
xadimi, professor Əkbər Salman oğlu Bayramovun (1930)
müstəsna xidmətləri olmuşdur. Azərbaycan Dövlət Universite-
tinin məntiq-psixologiya şöbəsini bitirdikdən sonra Ə.S. Bayra-
mov çoxşaxəli elmi-pedaqoji fəaliyyətə başlayır. O, demək olar
ki, Azərbaycanda psixologiya elminin bütün sahələri üzrə
tədqiqat aparmış, elmi əsərlər yazmış, dərsliklər hazırlamışdır.
O, professor Ə.Ə. Əlizadə ilə birlikdə Azərbaycanda sosial
psixologiyanın əsasını qoymuşdur. Hələ sovet hakimiyyəti
illərində etnopsixologiyanın «qadağan olunduğu» vaxtlarda et-
nopsixologiya ilə bağlı fikir və ideyalarını irəli sürmüş, 1996-cı
ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəşr etdirmişdir.
Ə.S.
Bayramov
Azərbaycanda
etnopsixologiyanın
yaradıcısıdır. Onun çoxsaylı aspirant və dissertantları da etnop-
sixoloji məsələlərə dair namizədlik dissertasiyası müdafiə
etmişdir.
1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və
tənqidiliyinə
görə
III-IV
sinif
şagirdlərinin
fərdi
xüsusiyyətləri» mövzusunda namizədlik, 1967-ci ildə isə
40
«Kiçik məktəbyaşlı şagirdlərdə əqli keyfiyyətlərin inkişaf
dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir.
O, 1974-cü
ildən
SSRİ
Psixologiya
Cəmiyyəti
Azərbaycan şöbəsinın sədri olmuşdur. Ə.S.Bayramov 1971-97-
ci illərdə BDU-nun pedaqogika və psixologiya kafedrasına
rəhbərlik etmişdir. Uzun illər psixologiya üzrə ixtisaslaş-
dırılmış müdafiə şurasının sədri kimi respublikada yüksək
ixtisaslı psixoloq kadrların hazırlanmasına rəhbərlik etmişdir.
Hazırda
Bakı
Dövlət
Universiteti
psixologiya
kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü
kimi Azərbaycan psixologiya elminin inkişafına xidmət
göstərir.
Respublikamızın görkəmli alimlərindən biri, Azərbaycan
Dövlət
Pedaqoji
Universitetinin
ümumi
psixologiya
kafedrasının müdiri, professor Əbdül Əli oğlu Əlizadə (1932)
Azərbaycanda
psixologiya
elminin
inkişafında
əvəzsiz
xidmətlər göstərmiş psixoloqlardandır. Ə.Əlizadə 1950-55-ci
illərdə Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya
şöbəsində təhsil almışdır. 1956-cı ildə ilk elmi məqaləsi çap
olunur. 1957-ci ildə «Azərbaycan məktəbi» jurnalında işə
başlayır. 1959-cu
ildə
Azərbaycan
Dövlət
Pedaqoji
İnstitutunun aspiranturasına daxil olur. Sonrakı fəaliyyəti bu
institutla bağlıdır.
1962-ci ildə «Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində
analiz və sintez proseslərinin xüsusiyyətləri» mövzusunda
namizədlik, 1975-ci ildə isə «Cinsi dimorfizm və şəxsi
qarşılıqlı
münasibətlərin
formalaşmasının
psixoloji
problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə
edir.
1976-cı ildən bu günədək Ə.Ə.Əlizadə ADPU-nun ümu-
mi psixologiya kafedrasının müdiridir.
Ə.Ə.Əlizadənin fəaliyyətində dərsliklərin hazırlanması
41
xüsusi yer tutur. O, hələ 60-cı illərdən dərsliklərin hazırlanma-
sında yaxından iştirak edir. Professor Y.Ş.Kərimovla birlikdə
hazırladığı «İlk addımlar» dərs vəsaiti özünün psixoloji
məzmununa görə diqqəti cəlb edir.
1964-cü ildə nəşr olunmuş «Psixologiya» dərsliyinin
müəlliflərindən biri də professor Ə.Ə.Əlizadədir. Professor
Ə.Ə.Əlizadə professor Ə.S.Bayramovla birlikdə çox səmərəli
fəaliyyət göstərmiş, Azərbaycan psixologiya elminin inkişafına
önəmli xidmət etmişlər. «Psixologiya» (1989), «Sosial psixolo-
giyanun aktual məsələləri» (1986), «Sosial psixologiya»
(1976), «Sosial psixologiya» (2003) və digər əsərlər onların
birgə fəaliyyətinin məhsuludur.
Ə.Ə.Əlizadənin yaradıcılığında ailə tərbiyəsi, ailə prob-
lemləri daha dolğun şəkildə araşdırılmışdır. Professor A.N.Ab-
basovla birlikdə hazırladıqları «Ailə» dərsliyi pedaqoji
ictimaiyyət tərəfindən müstəsna xidməti olan əsər kimi qəbul
olundu.
Ə.Ə.Əlizadənin psixoloq kadrlarının hazırlanmasında da
əvəzsiz rolu olmuşdur. Onun aspirant və dissertantları müxtəlif
istiqamətli mövzularda namizədlik dissertasiyaları müdafiə et-
mişlər. Professor Ə.Ə.Əlizadə indi də fəaliyyətini uğurla da-
vam etdirir.
80-ci illərin ortalarından başlayaraq SSRİ-də psixologi-
yanın praktik istiqamətdə inkişafına xüsusi yer ayrıldı. Təbii ki,
Azərbaycanda da bu istiqamətə diqqət yetirilməyə başlandı. 80-
ci illərin sonuna yaxın məktəbə psixoloji xidmət sahəsində fəa-
liyyətə başlandı. Aydındır ki, fəaliyyət üçün ixtisaslı psixoloq
kadrlarına ehtiyac yarandı. İlk dövrlər problem işləyən
müəllimlərin
ixtisasdəyişməsi
yolu
ilə
həll
olundu.
Respublikamız müstəqillik qazandıqdan sonra yüksək ixtisaslı
psixoloq kadrlarının hazırlanması zərurəti yarandı.
90-cı illərin əvvəllərindən başlayaraq Bakı Dövlət
Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində,
Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar
42
Universiteti) psixologiya
fakültələri
fəaliyyətə
başladı.
Görülmüş işlər tədricən öz bəhrəsini verməyə başladı.
İndi Azərbaycanda həm elmi psixologiya, həm də praktik
psixologiya özünün inkişafının yeni bir mərhələsinə qədəm
qoyur.
20 ildən artıq bir müddətdə Azərbaycanda psixologiya
üzrə doktorluq dissertasiyası müdafiə olunmadı. 1996-cı ildə
Ərəstun Təriş oğlu Baxşəliyev «XX əsrdə Azərbaycanda psixo-
loji fikrin inkişafı» mövzusunda doktorluq dissertasiyası müda-
fiə etdi. Azərbaycanda psixologiya tarixi üzrə görkəmli mütə-
xəssis Ə.Baxşəliyev 1973-cü ildə «Sovet Azərbaycanında
psixologiyanın inkişaf tarixindən» mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
Ə.Baxşəliyev xüsusilə Azərbaycanda elmi psixologiyanın
təşəkkül tapmasından sonrakı dövrün öyrənilməsinə diqqət
yetirmiş, təhlillər aparmışdır. O hazırda ADPU-da yaş və peda-
qoji psixologiya kafedrasına rəhbərlik edir.
Respublikamızın müstəqillik qazanmasıyla digər sahələr-
də olduğu kimi, elm və təhsil sahəsində də islahatlar aparılması
zərurəti yarandı. Bu isə psixologiya elmində də yeni
istiqamətli, praktik
əhəmiyyət
kəsb
edən
problemləri
aktuallaşdırdı. Bu istiqamətdə ilk addım atan psixoloqların
sırasında ilk növbədə professor Səməd İsmayıl oğlu Seyidovun
adını qeyd etmək lazımdır. 1986-cı ildə Leninqrad Dövlət Un-
iversitetinin psixologiya fakültəsini bitirən S.Seyidov 1989-cu
ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyası
müdafiə edir.
Hazırda Azərbaycan Dillər Universitetinin rektorudur.
S.İ.Seyidov təşkilati, ictimai işlərlə yanaşı, Azərbaycan
Respublikası üçün yeni bir sahə olan menecment psixologiyası
üzrə aparılan ciddi tədqiqatların müəllifidir. Bununla yanaşı, o,
kadr hazırlığı sahəsinə də önəmli yer verir. Onun rəhbərliyi ilə
namizədlik dissertasiyası müdafiə edən gənc alimlər də tədqi-
qatlarında daha çox menecment psixologiyası kimi vacib bir
43
sahəyə diqqət yetirirlər.
Azərbaycan psixologiya elminin 80-ci illərdən sonrakı
inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, professor Bəxtiyar Həmzə oğlu Əliyevin özünəməxsus
yeri və rolu vardır. O, Moskva Dövlət Universitetini bitirmiş
azsaylı, yüksək ixtisaslı, peşəkar psixoloqlardandır. O, ilk
növbədə, rus psixologiya elminin nailiyyətlərinə istinad etmək-
lə Azərbaycanda da yeni istiqamətli tədqiqatların aparılmasını
zəruri hesab edən və bu yöndə əməli fəaliyyət göstərən
psixoloqlardandır. 1983-cü ildə MDU-nu bitirdikdən sonra
Azərbaycan
Dövlət
Universitetində
əmək
fəaliyyətinə
başlamış, 1989-cu ildə namizədlik dissertasiyası müdafiə
etmişdir. 1998-ci ildə doktorluq dissertasiyası müdafiə
etdikdən sonra daha ciddi şəkildə Azərbaycan psixologiya el-
minin inkişafına səy göstərmişdir.
B.H.Əliyev Azərbaycan elmi psixologiyası üçün çox əhə-
miyyətli olan, lakin nisbətən az işlənmiş sosial psixologiya
üzrə tədqiqatların aparılmasına, monoqrafiya və kitabların çap
olunmasına çalışır və bu sahədə Azərbaycan elminə
nailiyyətlər qazandırır. Onun hüquq psixologiyası sahəsindəki
tədqiqatları xüsusilə əhəmiyyətlidir.
B.H.Əliyev onlarla aspirant və dissertanta rəhbərlik
etmişdir. 2005-ci ilin iyun ayında isə B.H.Əliyevin rəhbərliyilə
G.K.Məmmədova «Psixologiya və bədii ədəbiyyatda şəxsiy-
yətin tipologiyası problemi» mövzusunda doktorluq disser-
tasiyası müdafiə etmişdir.
B.H.Əliyev eyni zamanda 1999-cu ildən nəşr olunan
«Psixologiya jurnalı»nın baş redaktoru, Bakı Dövlət Univer-
sitetinin nəzdindəki psixologiya üzrə dissertasiya şurasının
sədri, psixologiya kafedrasının müdiridir.
2003-cü ildə Azərbaycan psixologiya elmində az
işlənmiş bir sahə üzrə – dərinlik psixologiyası üzrə doktorluq
dissertasiyası müdafiə edən İ.M. Novruzlu həm özünün
yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində uzun
44
illər qadağan olunmuş psixoanalizin yenidən tədqiqat
obyektinə çevrilməsində mühüm addım atdı. 1979-cu ildə Tbi-
lisi şəhərində «Sözdüzəldici prosesin psixoloji əsasları»
mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra
nitq inkişafı, rus dilinin mənimsənilməsi sahəsində maraqlı
tədqiqatlar aparmışdır.
Azərbaycan psixologiya elminin inkişafında Təhsil
Prblemləri İnstitutu Psixologiya və yaş fiziologiyası şöbəsinin
müdiri Ramiz İbrahim oğlu Əliyevin özünəməxsus rolu vardır.
R.Əliyev 1985-ci ildə Kiyev şəhərində «Kiçik məktəbli
şəxsiyyətinin formalaşmasında ictimai fəallığın rolu» mövzu-
sunda namizədlik, 2004-cü ildə BDU-da «Şagird şəxsiyyətinin
formalaşmasının etnopsixoloji əsasları» mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. Pedaqoji psixologiya və etnop-
sixologiya üzrə tədqiqatlar aparır. «Şagird şəxsiyyətinin
formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması» (1995),
«Şəxsiyyət və onun formalaşmasının
etnopsixoloji əsasları» (2000) adlı monoqrafiyaları, Psixolo-
giya (2003), «Psixologiya tarixi» (2006) dərs vəsaitləri çap
olunmuşdur. O, Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvüdür.
Azərbaycan psixologiya elminin inkişafında M.Ş. Əbdülov,
R.M. Rəsulov, C.A. Təhmasib, T.Ə. Mustafayev, A.U. Məmmə-
dov və başqaları mühüm rol oynamışlar. T.Ə. Mustafayev
ədəbi yaradıcılıq, M.Ş. Əbdülov nitq inkişafı, R.M. Rəsulov
ikidilliliyin psixoloji xüsusiyyətləri, A.U. Məmmədov hafizə,
təlim fəaliyyəti sahəsində tədqiqatlar aparmış, əsərlər çap
etdirmişlər.
Azərbaycan psixologiya elminin inkişafında Z.M. Mehdi-
zadə, İ.Ə. Seyidov və Q.E. Əziomvun xüsusi rolu olmuşdur.
Z. Mehdizadə daha çox məktəbəqədər yaşlı uşaqların psi-
xoloji xüsusiyyətlərinin öyrənilməsinə, tədqiqinə diqqət yetir-
mişdir. Onun 1982 və 1984-cü illərdə nəşr etdirdiyi «Uşaq psi-
xologiyası» (I və II hissə) dərslikləri bu sahədə yazılmış ən də-
45
yərli əsərlərdəndir. Digər görkəmli Azərbaycan psixoloqu İ.Ə.
Seyidov 1954-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş,
bundan sonra psixologiya elminin inkişafında məhsuldar və
səmərəli fəaliyyət göstərmişdir.
İ.Ə. Seyidov 1959-cu ildən başlayaraq Zaqafqaziya
psixoloqlarının elmi-nəzəri konfranslarında, Ümumittifaq kon-
frans və simpoziumlarında Azərbaycan elmini uğurla təmsil
etmişdir.
İ.Ə. Seyidov professorlar Ə.Ə. Əlizadə və M.Ə. Həmzə-
yevlə birlikdə «Ümumi psixologiya» dərsliyini (Bakı, 1982)
Azərbaycan dilinə tərcümə etmişdir. 1976-cı ildə nəşr olunmuş
«Sosial psixologiya»nın müəlliflərindən biri də İ.Ə. Seyidov-
dur.
Azərbaycan psixologiya elminin inkişafında Q.E. Əzimo-
vun da özünəməxsus, əhəmiyyətli rolu olmuşdur. 1954-cü ildə
Azərbaycan
Dövlət
Universitetinin
məntiq-psixologiya
şöbəsini bitirən Q.E. Əzimov 1970-ci ildə namizədlik
dissertasiyası müdafiə edir. O, 1987-1991-ci illərdə ADPU-da
yaş və pedaqoji psixologiya kafedrasına rəhbərlik etmişdir.
Q.E. Əzimovun
«Psixi inkişaf və tərbiyənin müasir
problemləri» (Bakı, 2004) adlı tədris vəsaiti həm onun öz
yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində
əlamətdar hadisə kimi qeyd olunur.
Azərbaycan psixologiya elmi özünün yeni, mühüm bir
dövrünə qədəm qoymuşdur. Yaşlı nəslin nümayəndələri olan
professor Ə.S. Bayramov, professor M.Ə. Həmzəyev, professor
Ə.Ə. Əlizadə, gənc nəslin nümayəndələri – professor S.İ. Seyi-
dov, B.H. Əliyev Azərbaycan psixologiya elminin yeni istiqa-
mətlərini müəyyənləşdirməklə yanaşı, özləri də səmərəli şəkil-
də elmi axtarışlarını davam etdirir, gənc kadrların hazırlanma-
sında iştirak edirlər.
Bu istiqamətlər içərisində etnopsixologiya məsələləri
xüsusilə diqqəti cəlb edir. Uzun illər yasaq olunmuş bu istiqa-
mətdə aparılan tədqiqatlar içərisində professor Ə.S. Bayramo-
46
vun «Etnik psixologiya məsələləri» (Bakı, 1996), ««Kitabi-
Dədə Qorqud» dastanında etnik-psixoloji xüsusiyyətlərin
inikası» (Bakı, 2000), professor Ə.Ə. Əlizadənin «Azərbaycan
etnopsixologiyasına giriş» (Bakı, 2003), ««Xəmsə»də yaş və
pedaqoji psixologiya məsələləri» əsərləri xüsusi yer tutur.
Müasir dövrdə təhsilin humanistləşdirilməsi və demokra-
tikləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Bu sahədə professor
M.Ə. Həmzəyevin «Yaş və pedaqoji psixologiyanın əsasları»
(Bakı, 2000; 2003), «Pedaqoji psixologiya» (Bakı, 1991)
dərslikləri, professor Ə.Ə. Əlizadənin «Yeni pedaqoji təfəkkür:
ideyalar, problemlər. Psixopedaqoji araşdırmalar» (Bakı,
2001), «Müasir Azərbaycan məktəbinin psixoloji problemləri»
(Bakı, 1998) əsərləri diqqəti cəlb edir.
Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob-
lemləri, hüquq psixologiyası, professor S.İ.Seyidov menecment
psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləşdirmişlər.
Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarışlar davam et-
dirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir.
Hələ həllini gözləyən çoxsaylı problemlər vardır ki,
onların araşdırılması da zəruridir. Bunlar hərbi psixologiya,
iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə
edir. Hesab edirik ki, dünya psixologiya elminin öyrənilməsi
sahəsindəki
imkanlar
Azərbaycan
psixologiya
elminin
inkişafına əsaslı təsir göstərəcəkdir.
Azərbaycanda psixoloji fikrin, elmi psixologiyanın
inkişaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, ic-
timai-tarixi proseslərin, düşüncə və təfəkkür tərzinin inkişafı və
formalaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlar isə milli şüurun, milli özünüdərkin formalaşması
deməkdir.
Hələ vaxtilə Sokrat deyərdi: «Özünü dərk et!» Milli
inkişaf isə özünüdərkdən keçir.
|