Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
1   2   3   4   5   6   7   8   9   10   ...   49

Bacarıqlar. Fəaliyyətin mənimsənilməsi zamanı vərdiş-

lərlə yanaşı bacarıqlar da formalaşır.

Bacarıqlar – qarşıya qoyulmuş məqsədə müvafiq olaraq

iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud

bilik və vərdişlərdən istifadə olunmasıdır.  Bacarıq yarandıqda

insan qarşıda duran məsələnin həllində lazım olan yolları və

əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün

zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiş olur. 

Bacarıqların formalaşması biliklərə daxil olan məlumatların

işlənməsi ilə bağlı olan əməliyyatların,  bu məlumatın aşkara



90

çıxarılması,  həmin məlumatın hərəkətlərlə müqayisəsi və ona

aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir.

İnsanın bacarığa yiyələnməsi müxtəlif yollarla həyata

keçirilə bilər. Psixoloqlar bunlardan ikisini xüsusi olaraq qeyd

edirlər.  Birinci yolda öyrənən,  fəaliyyyəti mənimsəyən adam

zəruri biliklərə malik olur.  Onun qarşısında həmin bilikləri

lazım olan yerdə səmərəli tətbiq etmək vəzifəsi qoyulur. İnsan

fəaliyyətinin müvafiq istiqamətlərini,  məlumatları işləmək

yollarını və priyomlarını səhv və sınaq yolu ilə aşkara

çıxarmaqla bu vəzifənin həllinə çalışır.  Mütəxəssislər az

səmərəli olmasına baxmayaraq bu yolun hazırda təlimdə geniş

yayılmış yol oldugunu göstərirlər.  İkinci yol,  şagirdlərin

bilikləri tətbiq etməsi üçün zəruri olan psixi fəaliyyətini

müəllimin idarə etməsindən ibarət olan yoldur.  Bu zaman

müəllim şagirdləri lazım olan əlamətləri və əməliyyatları

seçmək istiqamətləri ilə tanış edir, qarşıya qoyulmuş məsələni

həll etmək üçün şagirdlərin aldıqları məlumatları işləmək və

onlardan istifadə etmək sahəsindəki fəaliyyətlərini təşkil edir. 

Bu yol hazırda pedaqoji psixologiyada səmərəli şəkildə işlənən

yoldur.  Bacarıqlara yiyələnmənin səmərəliliyini təmin edən

ümumi şərtlərə a)  şagirdin ümumiləşmiş qaydanı anlaması və

b) yeni məsələnin həlli prosesindəki əks əlaqə daxildir.

Vərdişlərdən fərqli olaraq bacarıqlar həmişə fəal əqli

fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil

edir.  Zəruri əqli nəzarət bacarıqları vərdişlərdən fərqləndirən

başlıca cəhətdir. 

Adətlərə gəldikdə,  o da vərdişlər kimi işin, hərəkətlərin

icrasının avtomatlaşmasıdır.  Lakin vərdişlərdən fərqli olaraq

adət yarandıqda həmin iş və ya hərəkətin icrası insanın

tələbatına çevrilir.  İnsan daima özünün həmin tələbatını

ödəməyə can atır. Məsələn, insanda oxu vərdişi yarandıqda o, 

çətinlik çəkmədən götürdüyü kitabı səhvsiz və sürətlə oxuya

bilir,  lakin bu işi yalnız lazım olduqda həyata keçirir.  Adətdə

isə belə deyildir. Məsələn, hər gün yatağa uzanmaqdan qabaq



91

kitab oxumağa adət etmiş adam bu işi görmədən yata bilmir. 

Yaxud,  həmişə bayırdan gəldikdə və ya yeməkdən qabaq

əllərini yumağa adət etmiş adam buna əməl etməyə bilmir. 

Vərdişlər şüurlu təkrarlar – mümarisələr sayəsində

yaranır.  Adətlər isə bəzən bu cür şüurlu təkrarlar olmadan da

yarana bilir.  Məsələn,  şagird dərsdə yerindən danışmağı

qarşısına məqsəd qoymur. Təsadüfən bir neçə dəfə yerindən

danışır və nəticədə danışqanlığa adət edir.

Həyati faktlardan aydın olur ki,  insanın yiyələndiyi

düzgün vərdiş əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur. 

Lakin insanda formalaşan adət həm xeyirli, həm də ziyanlı ola

bilər.  Məsələn,  böyük gələndə ayağa qalxmaq,  başqasının

sözünü kəsməmək xeyirli (faydalı), müsbət adət olduğu halda, 

böyüyə qarşı, laqeydlik, gobudluq, dərsdə yerindən söz atmaq

və s. ziyanlı, mənfi adətdir.



      II.3.5.  Fəaliyyətin əsas növləri

İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun məxtəlif və

çoxsaylı olduğunu görürük.  Adətən insanlar həyatları boyu öz

tələbatlarını ödəmək üçün məxtəlif fəaliyyət növlərindən

istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyişkən, digərləri isə

uzun müddətli,  insanın bütün həyatı boyu onun tələbatlarını

ödəyəcək fəaliyyət kimi özünü göstərir.  Demək olar ki, 

istisnasız olaraq bütün insanların hamısı üçün xas olan

fəaliyyət növlərini əsas fəaliyyət növləri adlandırırlar.  İnsanın

bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə



oyun,  təlim və əmək fəaliyyətini aid edirlər.  Fəaliyyətin bu

növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, 

digərləri isə köməkçi,  yardımçı fəaliyyət kimi özünü göstərir. 

Belə ki,  məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət  

növü hesab olunur.  Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən

oyunun köməyi ilə ödəyirlər.  Bununla yanaşı olaraq həmin



92

dövrdə uşaqlar həm öyrənir,  həm də sadə özünəxidmət

əməyindən istifadə edirlər.  Məktəb yaşı dövründə aparıcı

fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyun-

dan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adam-

lar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə

adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər. 

Oyun,  təlim və əməklə yanaşı olaraq psixoloji

ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. 

Həqiqətən həyatının bütün dövrlərində insanlar ünsiyyətə

hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, 

qarşılıqlı təsir və bir-birini qavrama,  anlama prosesini həyata

keçirirlər.  Sonrakı fəsildə ünsiyyətdən geniş bəhs olunduğuna

görə burada oyun,  təlim və əmək fəaliyyətinin psixoloji

xüsusiyyətləri və onların insanın psixi inkişafında rolunu

qısaca nəzərdən keçirək. 

Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir

maddi və mənəvi məhsul əldə edilmir (yaşlıların və uşaqların

işgüzar və quraşdırma oyunlarından başqa).  Oyun ən çox

əyləncə xarakteri daşıyır,  istirahət məqsədi güdür.  Oyunun

məqsədi «fəaliyyətin»  köməyi ilə əldə ediləcək praktik

nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur. 

Oyunun

müxtəlif


tipləri

mövcuddur. 

Bunlara

aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didak-



tik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s. 

Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir

əşyanı daxil etməsi ilə bağlıdır.  Əşyalarla əlaqədar olaraq

aparılan oyunlar insanların həmin şeylərə münasibətləri ilə

bağlı funksiyaları kimi çıxış etməyə başlayır.  Süjetli oyunlar

müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin

əsas detalları əks etdirilir. Bağça yaşının sonunda uşaqlarda so-

sial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun

genişlənməsinə səbəb olur.  Nəticədə tədricən oyunun

məzmunu praktik işləri təkrar etməkdən insanların əlaqələrinin

təsvirinə keçir. Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra olu-


93

nur.  Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir. 

Didaktik oyunlara gəldikdə bu cür oyunlar öyrətmə xarakteri

daşıyır. Məsələn, «nə yerini dəyişmişdir?», «səsindən tanı» tip-

li oyunların köməyi ilə uşaqlarda müşahidəçilik, dəqiq qavrama

imkanları inkişaf etdirilir. 

Oyunlar fərdi və qrup halında da aparılır. Fərdi oyun an-

caq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında oyunlar-

da isə bir neçə nəfər iştirak edir.  Rollu oyunlara gəldikdə bu

zaman oynayan adam (uşaq və ya yaşlı) oyun zamanı müəyyən

rolu öz üzərinə götürür və həmin rola uyğun hərəkət edir. 

Məsələn,  uşaq müəllim,  həkim rollarını oynayır.  Öz

oyuncaqlarına «dərs deyir», onları «müalicə» edir və s. Bu za-

man uşağın işi onun indiki anda istifadə etdiyi şeylərin

xüsusiyyətləri ilə deyil,  müəllimin,  həkimin vəzifəsi haqqında

təsəvvürlə idarə olunur. 



Qaydalı oyunlar müvafiq qaydalara əsasən aparılır və

oynayanlar bu qaydalardan kənara çıxa bilmirlər.  İndi artıq

işlər mücərrəd tələblər və qaydalarla tənzim olunur. Çox vaxt

həyatda oyunun əşyavi-rollu,  süjetli-rollu,  süjetli-qaydalı və s. 

kimi qarışıq tipinə də rast gəlmək olur. 

Yuxarıda qeyd edildiyi kimi, oyun məktəbəqədər dövrdə

aparıcı fəaliyyət növü olub uşaqların həm fiziki, həm də psixi

inkişafında mühüm rol oynayır.  M.Qorkinin qeyd etdiyi kimi, 

oyun uşağın yaşadığı və gələcəkdə dəyişdirilməli olduğu mühi-

ti dərk etmə yoludur. Oyun uşağın tələbatını ödəməklə yanaşı, 

yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları

təqlid etmək və bu yolla bir növ gələcək həyata hazırlaşmaq

işində mühüm vasitəyə çevrilir. 

Təlim fəaliyyəti -    məktəblilərin və tələbələrin nəzəri

bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə

yönəldilmiş fəaliyyət növlərindən biri,  aparıcı fəaliyyətləridir. 

Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. 

Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin icti-

mai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. 



94

Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, 

bacarıq



vərdişlərin



formalaşmasını

təmin


etməklə

kifayətlənmir.  Bu prosesdə onlarda psixi inkişafa,  şəxsiyyətin

formalaşmasına da əsaslı təsir göstərir.  Məhz buna görə də

təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki,  o, 

fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçi-

rir. 


İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək

fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. 

Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və

ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul

edirlər.

Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi

tələbatlarını ödəməyə xidmət etmir,  o,  eyni zamanda insanın

bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.   

                

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Fəaliyyət nəyə deyilir?

2. Tələbat nədir və onun hansı növləri vardır?

3. Fəaliyyətin motivləri dedikdə nəyi başa düşürsünüz? 

Motivləri təsnif edin.

4. Fəaliyyətin quruluşunu şərh edin.

5. İş və hərəkət nədir? Onları xarakterizə edin.

6. Fəaliyyətin mənimsənilməsi dedikdə nəyi başa

düşürsünüz?

7. Vərdişlər və onların xarakteristikasını verin.

8. Vərdişlər və mümarisələrin qarşılıqlı əlaqəsini şərh

edin.


9. Mümarisələrə nə kimi psixoloji tələblər verirlər?

10. Vərdişlərin keçirilməsi və interferensiyası dedikdə

nəyi başa düşürsünüz?

11. Vərdişlərin keçirilməsi və interferensiya hadisələri

hansı formalarda təzahür edir?


95

12. Bacarıq və adətləri şərh edin.

13. Dildaxili və dillərarası interferensiya hadisələrini

şərh edin.

14. Oyun,  təlim və əmək fəaliyyətinin fərqləndirici

xüsusiyyətlərini şərh edin.   

   Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Dillərin mənimsənilməsində keçirilmə və inter- fe-

rensiya.

2. Vərdiş və adətlərin psixoloji təsiri



.   

           3. Fəaliyyətin strukturu  



Ə D Ə B İ Y Y A T

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri. -  

Bakı, 2002, səh. 140-151



Ağayev Ş.S. Əmək, tərbiyə və inkişaf. – Bakı, 1967.

Həmzəyev M.Ə. Şagirdlərin düzgün yazı vərdişlərinə

yiyələnmə xüsusiyyətləri. – Bakı, 

1984.

Həmzəyev M.Ə. Dillərarası interferensiyanın psixoloji

xüsusiyyətləri. // Bakı Qızlar Universi-

tetinin «Elmi xəbərləri», 5-ci buraxılış, 

2006.


İbrahimbəyov F.Ə. 90 il. – Bakı, 1992.

Leontğev A.N. Deətelğnostğ. Sozrarie. Liçnostğ.. M., 

1982, s. 70-123.



Qippenreyter Ö.B. Vvedenie v obşuö psixoloqiö: kurs

leküii. – M., 1988, s. 95-128.



Quseynzade Q. Obuçenie reçevoy kommunikaüii na

inostrannom əzıke. – Baku, 2001, s. 

100-131.


96

Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, s. 

122-148.


Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1. – M., 1998, 

s.145-164.



Fress P., Piaje J. Gksperimentalğnaə psixoloqiə, vıp. 

4, - M., 1973



97

4 - c ü F Ə S İ L

ÜNSİYYƏT

                                    Qısa xülasə       



Ünsiyyət haqqında anlayış. Ünsiyyətin tərifi, əsas cəhətləri, 

məzmunu, məqsədi və vasitələri. Ünsiyyətin növləri: maddi, koqno-

tiv,  kondision,  motivlərlə bağlı işgüzar;  bioloji,  sosial,  vasitəli, 

vasitəsiz;  verbal, qeyri-verbal.  Ünsiyyətin funksiyaları.  Ünsiyyət və

fəaliyyətin vəhdəti.

Ünsiyyət informasiya mübadiləsi kimi.  İnformasiya

mübadiləsi və onun ünsiyyətdə yeri.  İnformasiya mübadiləsi

tərəfləri: kommunikator və resipient. Kommunikasiya vasitələri: ver-

bal və qeyri-verbal.  Nitq verbal ünsiyyət kimi.  Nitq dil vasitəsilə

həyata keçirilən ünsiyyət prosesidir. Dil şərti danışıq işarələri sistemi

kimi.  Nitqin xüsusiyyətləri:  məzmunluluğu,  anlaşıqlılığı,  təsirliliyi, 

ifadəliliyi.  Nitqin mexanizimləri.    Nitqin qavranılması və

anlaşılması. Nitqin növləri və formaları. Qeyri verbal ünsiyyət. Qeyri

verbal ünsiyyətin vasitələri.  Şəxsiyyətlərarası ünsiyyətdə özünü

göstərən zonalar.



Ünsiyyət qarşılıqlı təsir kimi. İnsanların qarşılıqlı təsiri və

qarşılıqlı münasibətlərinin tənzim olunması.  Sosial normalar və so-

sial nəzarət.  Ünsiyyət prosesində rol və rol gözləmələri.  Dostlar

arasında ünsiyyətin xarakteri. Ünsiyyətdə maneələr və onların

qarşısını almaq yolları. Məna maneələri  və onları doğuran səbəblər.

Ünsiyyət insanların bir-birini qavraması və anlaması ki-

mi. Qarşılıqlı anlama prosesində sosial persepsiyanın rolu. İnsanların

bir-birini qavramalarının mexanizimləri:  eyniləşdirmə,  refleksiya, 

stereotipləşdirmə. İnsanların bir-birini qavramasında, oreol effektinin

(himayə effekti) yeri.



II.4.1. Ünsiyyət haqqında anlayış

Ünsiyyətin tərifi,  məzmunu,  məqsəd və vəzifələri.

İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri



98

ilə informasiya mübadiləsi    aparır,  bir-birinə qarşılıqlı təsir

göstərir və ya bir-birini qavrayır və anlayırlar.  Başqa sözlə  

ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri  

şərt kimi özünü göstərir.  Ünsiyyət olmadan insanların birgə

fəaliyyəti həyata keçirməsi mümkün deyildir.

Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı

prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adam-

lar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə

bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. 

Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan

təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz



münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək

məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə

yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.

Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə,  əvvəla

ünsiyyət iki və daha çox şəxs arasında baş verir;  ikincisi,

həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət in-

sanlar arasında informasiya mübadiləsi olmaqla bərabər

qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir;



dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma

və vasitələri vardır.  Deməli, ümumipsixoloji baxımdan

ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar.  

Ünsiyyət prosesində insanlar arasında fikir,  bilik,  rəy,  təcrübə

və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə

təsiri


olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə

ünsiyyət prosesində əldə edir, öz bilik və təsəvvürlərini

başqalarına

aşılayırlar.  Aydındır

ki,  ünsiyyət

həyat


tələbatlarından doğur və demək olar ki, insanın ictimai

həyatının gedişini tənzim edir.  Təsadüfi deyildir ki,

tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması başa

düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların

başqalarına verilməsi

prosesi (L.S.Vıqotski),  insanların

başqalarına olan tələbatı (Y.L.Kolominski)  və s.  hesab


99

etmişlər.

Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında

məlumat əldə edir,  eyni zamanda müxtəlif adət və vərdişlərə

yiyələnir ki,  bunlar da real varlığın dərk edilməsinə xüsusi

istiqamət verir.  Deməli,  ünsiyyət,  hər şeydən əvvəl,  obyektiv

varlığın dərk edilməsini təmin edən əsas şərtdir.

Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi

proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir.

Ünsiyyət psixi proseslərin dinamikasına,  təzahürünə təsir

göstərir və onları daha da mütəhərrik edir.

Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da

müəyyən tərzdə istiqamət verir.  Demək olar ki,  şəxsiyyətin

təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur.

Ümumi psixologiya baxımından ünsiyyət probleminin

maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü

dərk etməsi,  öz məninə nəzər salması,  özünü başqaları ilə

müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin

məhlulu kimi qəbul edilə bilir.  İnsan yalnız başqaları ilə

ünsiyyət prosesində onları dərk edir.  

Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, 

cəhəti qeyd olunur:

1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiy-

yətin kommunikativ tərəfi;

2)  ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin

interaktiv tərəfi;

3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi

və yaxud ünsiyyətin perseptiv tərəfi.

Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri

mövcuddur (R.S.Nemov).



Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir in-

sandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz

məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif xarak-

ter daşıya və fərqlənə bilir.

Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili


100

motivasiya və emosianal vəziyyəti haqqında məlumat təşkil

edə bilər.  Bu zaman insanlar bir-birinə mövcud tələbatları, 

emosional vəziyyətləri (razılıq,  narazılıq,  sevinc,  kədər,  qəm, 

əzab və s.)  haqqında məlumatları çatdırır ki,  bu cür informa-

siyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası

tənzim rolunu oynaya bilər.

Ünsiyyətin məzmunu ətraf mühit,  orada baş verən

hadisələr haqqında məlumatlardan da ibarət ola bilər.  Bu za-

man ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, 

həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə

bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə,  insanda müvafiq

fəallığın nə üçün,  nəyin xatirinə həyata keçirilməsindən

ibarətdir.  Bu baxımdan insanların ünsiyyətə girməsinin

məqsədi geniş və çox sahəlidir.  İnsanların ünsiyyətə girmə

məqsədinə onların dünya,  təlim və tərbiyə,  şəxsi və işgüzar

qarşılıqlı əlaqələrin yaradılması və s.  haqqında obyektiv

məlumatın

verilməsi

ya



alınmasını

daxil


edirlər

(R.S.Nemov).

İnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən

informasiyaların kodlaşdırılmasında,  ötürülməsində,  işləmə və

açılmasında özünü göstərir.

İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan

digərinə ötürülmə tərzindən ibarətdir.  İnformasiya insanlar

tərəfindən müəyyən məsafədən,  hiss üzvləri vasitəsilə ötürülə

və qavranıla bilir.  İnsanda dil və başqa işarələr sistemi

vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.



Ünsiyyətin növləri.  Ünsiyyət çoxcəhətli,  çoxplanlı bir

prosesdir.  Onun özünəməxsus növləri də vardır.  Hər şeydən

əvvəl,  psixoloji

ədəbiyyatda

məzmunu,  məqsədi

vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olu-



nur.

Məzmunundan   asılı olaraq ünsiyyətin  aşağıdakı növlə-

rini göstərə bilərik:    maddi ünsiyyət (əşyalar və fəaliyyət

məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik



101

mübadiləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin

mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin,  motivlərin, 

maraqların,  tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı

ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).

Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və

sosial növlərini qeyd edirlər.  Bioloji ünsiyyət orqanizmi

mühafizə etmək,  qorumaq,  saxlamaq və inkişaf        etdirməklə

bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, şəxsiyyətlərarası

təması,  münasibətləri yaratmaq və inkişaf etdirmək,  fərdin

şəxsi

yüksəlişini



genişləndirmək

möhkəmləndirmək



məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq  vasitəsiz

və vasitəli növlərini qeyd etmək olar.

Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olma-

dan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini

bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur. 

Vasitəli ünsiyyətə gəldikdə o,  vasitəçilərin köməyi ilə

həyata keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar za-

man və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli

ünsiyyət özünə yer edir.  Bu zaman ünsiyyət aləti kimi part-

nyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən  

istifadə

olunur.  Bunlara

əşyaları,  qeydləri,  kitabları, 

mədəniyyət obyektlərini,  vasitəçilik edən üçüncü şəxsi, 

mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, 

kompyüteri və s.  aid etmək olar.  Elmi-texniki tərəqqi bu cür

vasitələrin daha mütərəqqi formalarının aşkara çıxmasına səbəb

olmuşdur.  Məsələn,  qlobal internet sistemi istədiyin adamla

əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları əldə

etmək üçün ünsiyyətə girməyə imkan verir.  Müasir texniki

ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq

məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır.

Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal 

qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir (bunlar barədə

sonrakı bölmədə bəhs olunacaqdır).   



102

Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin