Dostlar arasında ünsiyyətitn xarakteri. İnsanlar
arasında ünsiyyətin xüsusi forması dostluq ünsiyyətidir. Dos-
tluq davamlı fərdi – seçici qarşılıqlı münasibət və qarşılıqlı
təsir sistemindən ibarətdir. Dostlar arasında olan ünsiyyət
adamların bir – birilə qarşılıqlı bağlılığı, sədaqətliliyi, bir – biri
ilə ünsiyyətdən məmnunluqları, bir – birindən qarşılıqlı hiss və
arzuları gözləmələri ilə səciyyələnir. Dostluğun inkişafı
qarşılıqlı anlama, ürəyiaçıqlıq, etibarlılıq, fəal qarşılıqlı kömək,
bir – birinin işlərinə qarşılıqlı maraq, səmimilik və təmənnasız
hisslərin olması kimi yazılmamış kodeksə əməl etməyi tələb
edir. Dostluq kodeksinin ciddi şəkildə pozulması ya dostluğun
dayandırılmasına, ya üzdən həyata keçən yoldaşlığa keçməsinə,
ya da düşmənçiliyə səbəb ola bilər.
Ünsiyyətdə maneələr və onların qarşısını almaq yolları.
İnsanların birgə yaşayışı, birgə fəaliyyəti prosesi daima
ünsiyyətlə müşayət olunur. Başqa sözlə ünsiyyət insanlar
arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana
çıxır. Bu prosesdə insanlar öz fikir və arzularını bir- birlərinə
125
çatdırır, bir- birlərinə qarşılıqlı təsir göstərir, bir- birlərini
qavrayır və anlayırlar. Ünsiyyət prosesinin xarakteri insanların
birgə fəaliyyətinə, qarşılıqlı münasibətlərinə özünəməxsus
təsir göstərir. Bir çox hallarda ünsiyyət prosesi münaqişələrlə
müşayət olunur və qarşılıqlı münasibətə neqativ təsir göstərir.
Hamımız olmasaq da bəzilərimiz bu cür münaqişəli şəraitdən
çıxmaq üçün müvafiq yol tapa bilmirik. Ünsiyyət zamanı baş
verən bu cür maneələri aradan qaldırmaq yollarını nə orta, nə
də ali məktəblərdə öyrətmirlər. Lakin sosial psixologiya və
pedaqogikada bununla bağlı olduqca zəngin empirik və nəzəri
məlumatlar toplanmışdır ki, onlardan istifadənin ünsiyyət
maneələrinin qarşısını almaqda rolu inkarolunmazdır.
Ünsiyyət prosesinə mənfi təsir göstərən bu cür
maneələrin bəziləri və onların qarşısını almaq yollarını qısaca
nəzərdən keçirək.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müxtəlif
fəaliyyət növlərində bu cür maneələr müxtəlif şəkildə özünü
təzahür etdirir. Məsələn, görkəmli psixoloq V.A. Kan-Kalik
gənc müəllimlərin pedaqoji ünsiyyətində özünü göstərən
çətinlikləri «psixoloji maneələr» adlandırmış və bunları peda-
qoji fəaliyyətin spesifik xüsusiyyətləri ilə əlaqələndirmişdir.
1
Şübhəsiz həmin materialdan istifadə olunması gənc müəl-
limlərin
pedaqoji
ünsiyyətindəki
çətinlikləri
aradan
qaldırmalarında onlara köməklik göstərə bilər. Ona görə də
burada həmin fikirləri təkrar etməyi lazım bilmədik. Burada
ümumiyyətlə insanların ünsiyyətində özünü göstərən bəzi
çətinlikləri, onları doğuran səbəbləri psixoloji maneə kimi şərh
etməyə çalışmışıq.
Ünsiyyət zamanı diqqəti cəlb edən çətinliklərdən,
maneələrdən biri qavrayışla şərtlənən səhvlərdir. Bir çox hal-
larda ünsiyyətdə olan adamlar bir-birlərini düzgün qavraya
bilmirlər. Bu cür maneələr ona görə meydana gəlir ki, ünsiyyət
1
Бах, дярслийин ВЫ.25.3 –ъü бюлмясиня
126
zamanı hər bir adam qeyri-ixtiyari olaraq onun üçün
əhəmiyyətli olan cəhəti ayırır, ona fikir verir və münasibət bil-
dirir. Nəticədə ünvanlanmış məlumat təhrif olunur və
anlaşıqsızlığa gətirib çıxarır. Ona görə də ünsiyyətin əsas
məqsədi olan məlumat bir növ düzgün dərk edilmir. Bu isə
münaqişə ilə nəticələnir.
Qavrayışla yanaşı olaraq ünsiyyətdə olan adamların
təfəkküründə olan fərdi fərqlər də onların ünsiyyətini
çətinləşdirir. Bu cür çətinliyi məntiqi səhvlərdən doğan çətinlik
adlandırmaq olar. Ünsiyyətdə olanların əqli keyfiyyətlərinin
inkişaf xüsusiyyətlərinə görə fərqli olmaları onların bir –
birlərini başa düşmələrini çətinləşdirir. Məhz buna görə də
bəzən ünsiyyət alınmır.
Ünsiyyətdə olanların nitqlərindəki üslub səhvləri də bir
maneə kimi ünsiyyət prosesini çətinləşdirir. Belə ki, bəzən
adamların nitqində məlumatların çatdırılması forması onun
məzmununa uyğun olmur və bu da ünsiyyət prosesini
çətinləşdirir.
Bu cür çətinliyin qarşısını almaq üçün mütəxəssislər
ünsiyyət zamanı bir sıra qaydalara əməl olunmasının vacibliyi-
ni irəli sürürlər. Bunlara aşağıdakıları aid etmək olar:
«Haşiyə» qaydası. Bu qaydanın mahiyyəti ondan
ibarətdir ki, hər cür işgüzar ünsiyyətin əvvəli və sonu dəqiq
müəyyənləşdirilməlidir.
«Məqsəd» qaydası. Bu qaydaya görə çatdırılan fikirlər
tör – töküntü şəklində deyil çox dəqiq şəkildə sıralanmalıdır.
Bunlarla yanaşı olaraq ünsiyyətə girərkən nitqin
əvvəlində həmsöhbəti maraqlandırmağa cəhd göstərilməli,
maraqlı faktlarla, aforizm və nümunələrlə onun diqqəti cəlb
edilməlidir. Yalnız bundan sonra əsas məsələyə keçmək faydalı
olur. Əsas fikir çatdırıldıqdan sonra dinləyicinin etiraz və
suallarıni dinləmək və öz nitqini nəticələr və ya xülasə ilə başa
çatdırmaq lazım gəlir.
Kommunikator öz nitqini qısa cümlələrlə (5–9 söz) ifadə
127
etməlidir. Bu cür məlumat dinləyicilərin yadında yaxşı qalır.
Semantik (məna) səhvlər də ünsiyyətə mənfi təsir edən
maneə kimi özünü göstərə bilər. Adətən bu cür səhvlər eyni
sözün müxtəlif məna daşıdığı zaman özünü göstərə bilir.
Nəticədə dinləyici sözü eşitdikdə onu təhqir mənasında anlaya
bilər ki, bu da ciddi münaqişəyə səbəb olar.
Ünsiyyətin səmərəli keçməməsinə səbəb olan maneə kimi
resipientin xətrinə dəyən söz və ifadələrdən istifadə edilməsini
də qeyd etmək olar. Şübhəsiz dinləyiciyə «Sən qorxaqsan,
tənbəlsən, satqınsan» və s. şəklində deyilən söz ciddi
narazılığa səbəb ola bilər.
Nitqdə tez- tez «həmişə», «heç vaxt» kimi ifadələrin
işlədilməsi də ünsiyyətə ciddi zərər gətirir. Aşağıdakı iki ifadə
bir – birindən nə qədər fərqli səslənir: «Siz məşğələyə gecikmi-
siniz» və «Siz həmişə məşğələyə gecikirsiniz!» Burada
«həmişə» sözündən istifadə olunması, ona istinad edilməsi
ünsiyyət məntiqinin pozulmasına səbəb olur. Bu sözdəki hər
cür vəd və ya qadağan təmasın yaranmasına mane ola bilər.
Bunun üçün «Sən mənə heç vaxt bu cür hərəkət etməyəcəyini
vəd etmişdin», «Sən həmişə bunu yadda saxlaya bilmirsən!»
kimi ifadələrin işlənməsi ünsiyyətin alınmaması üçün
kifayətdir.
Həmsöhbətlərin hər hansı bir fikri başqa cür başa
düşməsi də ünsiyyət üçün maneə rolunu oynaya bilər. Məsələn,
«Sən sadəcə olaraq düşünürsən ki, mən…» və ya da «Siz bilə –
bilə gecikirsiniz görəsiniz ki, mən buna necə reaksiya
verəcəm» və s. ifadələri qavramada olduğu kimi. Hətta əgər
başqasının fikri düzgün «başa düşülməzsə» də bunun
hündürdən ifadə olunması adətən həmsöhbət tərəfindən özünün
təhqir olunması və ya ona təzyiq göstərilməsi kimi başa
düşüləcəkdir. Bu isə şübhəsiz təmasın inkişafına şərait
yaratmayacaqdır.
Ünsiyyətin səmərəliliyi və onun iştirakçılarının bu
prosesdə qarşılıqlı təsirində maneə rolunu oynayan səbəblərdən
128
biri də insanların həmin prosesdə ehtiyatlı hərəkət etməməsi,
danışığında əmr üslubundan istifadə etmələri, başqa sözlə av-
tokratik mövqe tutmalarıdır. Xahiş, məsləhət şəklində müraciət
tərzi – kimə müraciət etmələrindən asılı olmayaraq, əmr
etməyə nisbətən olduqca az daxili etiraz, qarşıdurma yaradır.
«Gətir!», «Yadında saxla!», «Dərhal yerinə yetir!» tipli
müraciət formaları insanın mənliyinə ağır təsir göstərir,
nəticədə ünsiyyət prosesi üçün maneə rolunu oynayır.
Ünsiyyət zamanı nitqdə olan fonetik səhvlər, səslərin
təkrarı, tüfeyli sözlərdən (qısası, deməli, zad və s.), eləcə də
parafonezlərdən istifadə edilməsi ünsiyyət prosesinə mənfi
təsir göstərir. Bu cür hallar həmsöhbətin diqqətinin
yayınmasına, həyəcanlanmasına, nitqi yanlış şəkildə qavrama
və anlamasına səbəb olur.
Ünsiyyət zamanı mövcud ola biləcək maneələri azaltmaq
və baş verə biləcək münaqişənin qarşısını almaq üçün
«səmərəli ünsiyyət qaydaları»ndan istifadə olunması zəruridir.
Mütəxəssislər bu cür qaydalara aşağıdakıları aid edirlər:
1. Öz çıxışına başlamazdan əvvəl dinləyicilərə nələri
çatdırmaq istədiyini bildirmək, başqa sözlə öz ideyalarını
aydınlaşdırmaq zəruridir.
2. Qısa cümlələrlə (5 – 9 sözdən ibarət ) danışmağa
çalışın. Bu cür cümlələr qavrama və anlama üçün daha çox
səmərəlidir.
3. Səsinizin daha çox ifadəli olmasına çalışın.
4. Öz nitqinizdə fasilələrdən istifadə edin.
5. Öz nitqinizdə aydın olmayan, ikimənalı ifadələrdən
eləcə də professionallıqdan qaçmağa çalışın.
6. Həmsöhbətinizin qeyri – verbal siqnallarına (mimika
və jestlər və s.) nəzər salın.
7. Kateqoriyallıqdan qaçmağa çalışın. Nəzərə alın ki, si-
zin fikriniz yanlış ola bilər.
8. Ünsiyyət yeri və vaxtını düzgün seçin.
9. Daima öz nöqteyi nəzərinizi dəyişdirməyə hazır olun.
129
10. Səmərəli dinləmə qaydasına əməl edin. Bu qaydalar
aşağıdakılardan ibarətdir:
-
Həmsöhbətinizin sözünü kəsməyin.
-
Həmsöhbətinizə qarşı diqqətli olun.
-
Tələsik nəticə çıxarmayın.
-
Həmsöhbətinizin ifadəsinə sakit reaksiya verin.
-
Diqqətinizi yayındırmayın.
-
Təfəkkür tempinizi nitqə uyğunlaşdırın.
-
Həmsöhbətinizlə əks əlaqə yaratmağa çalışın.
Ünsiyyətdə məna maneələri və onları doğuran səbəblər.
Psixoloji ədəbiyyatda ünsiyyətdə olan adamlar arasında
münaqişənin səbəblərindən biri kimi məna maneəsinin
yaranmasını qeyd edirlər. Belə ki, bəzən ünsiyyətdə olan
tərəflərin baş verən hadisəyə verdikləri məna uyğun gəlmir və
bu məna maneəsi kimi münaqişənin yaranmasına gətirib
çıxarır.
Psixoloqlar müəyyən etmişlər ki, məna maneəsi həm
ünsiyyətdə olan adamın qarşısında hansı tələbin qoyulmasından
asılı olmayaraq, konkret adama münasibətdə, həm də kimin
irəli sürməsindən asılı olmayaraq, konkret tələbə münasibətdə
özünü göstərə bilir. Məsələn, müəllim şagirdi onun davranışına
uyğun olmayaraq, qeyri obyektiv cəzalandırdıqda şagirddə
həmin müəllimə qarşı məna maneəsi yaranır. Bundan sonra
müəllim nə qədər obyektiv hərəkət etsə də şagird onu qəbul edə
bilmir. Konkret adama qarşı bu cür məna maneəsi müəllim
tamamilə obyektiv, düzgün hərəkət etdiyi halda, şagirdin öz
davranış motivini dərk edə bilməməsindən asılı olaraq da ya-
rana bilir.
Konkret tələbə münasibətdə özünü göstərən məna
maneəsi isə tamamilə başqa səbəblərdən irəli gələ bilir.
Məsələn, müsbət nəticə vermədiyi halda tərbiyəçi eyni tələbi
dəfələrlə irəli sürür. Nəticədə uşaq bu cür tələblərə o qədər
alışır ki, onu bir növ qavramamağa başlayır.
Təcrübə göstərir ki, bu cür məna maneələrinin yaranması
130
şagirdlərlə aparılan işin çətinləşməsinə, bir növ nəticəsiz
qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu
cür məna maneələrinin yaranmasının qarşısını almağa
çalışmalıdır. Bu cəhətdən müəllim və tərbiyəçi üçün əsas prob-
lem zəruri təsir vasitəsini seçmək deyil, həm də rəftar və
davranışını motivlərini, onun baxışlarını, münasibətlərini
bilməkdir. Belə olduqda məna maneələrinin yaranmasının
qarşısı alına bilir.
II. 4. 4. Ünsiyyət insanların bir-birini qavraması
və anlaması kimi
Ünsiyyət
prosesində
insanlar
təkcə
informasiya
mübadiləsi aparmaqla, bir-birinə qarşılıqlı təsir göstərməklə
kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar.
Bu ünsiyyətin perseptiv cəhətini təşkil edir. Ünsiyyətin persep-
tiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik
deyildir.
Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarşılıqlı təsir
prosesinə daxil olan insanlar özlərinin qarşılıqlı anlama
səviyyələrini
qiymətləndirə, tərəf
müqabillərinin
hansı
keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə
bilsinlər. Ona görə də ünsiyyətin iştirakçıları şüurlarında bir-
birinin daxili aləmini yaratmağa, hisslərini, davranış
motivlərini, əhəmiyyətli obyektlərə münasibətini anlamağa
cəhd göstərirlər. Başqa sözlə, bir-birini dəqiq qavramağa və
anlamağa çalışırlar. Qavrama və anlama nə qədər dəqiq və
ətraflı olarsa onların qarşılıqlı münasibətləri də bir o qədər
səmərəli xarakter daşıya bilir. Fərd başqa adamları dərk
etməklə onlarla birgə fəaliyyətin perspektivlərini daha yaxşı
müəyyənləşdirmək imkanı əldə edir. Məhz onların daxili
aləmlərinin dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin müvəf-
fəqiyyətlə həyata keçməsi üçün mühüm şərtdir.
131
İnsanların bir-birlərini qavramalarının mexanizmləri.
Məlum olduğu kimi, ünsiyyət prosesində ən azı iki adam
iştirak edir. Onlar bir-birilə informasiya mübadiləsi aparır, bir-
birinə qarşılıqlı təsir göstərir və bir-birlərini qavramağa,
anlamağa çalışırlar. Bəs onlardan hər biri digərinin zahiri
davranış tərzinə görə özündə onun daxili aləmi barədə
təsəvvürü necə yaradır? Bu sual daima mütəxəssislərin
diqqətini cəlb etmiş və ciddi tədqiqatlar nəticəsində onlar bu-
rada qarşılıqlı qavrama və anlamanın üç mühüm mexanizm
əsasında baş verdiyini aşkara çıxarmışlar: eyniləşdirmə, ref-
leksiya və stereotipləşdirmə.
Eyniləşdirmə – başqa adamın davranışını şüurlu və
şüursuz olaraq subyektin özünün davranış tərzlərinə
oxşatmaq, bənzətməklə qavraması və anlamasından ibarətdir.
Başqa sözlə, çox vaxt insanlar qarşılıqlı əlaqə şəraitində
özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə
onun daxili vəziyyəti, keçirdiyi hisslər, fikirlər, davranış
motivləri və s. haqqında mülahizə yürütməyə çalışırlar. Bu za-
man həmin adamın (və ya adamların) davranış tərzini bir növ
həmin şəraitdə özlərinin keçirə biləcəkləri psixoloji hallarla
eyniləşdirirlər. Özlərinin bu kimi şəraitdə keçirmiş olduqları və
keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas
olur.
İnsanın başqalarını qavraması zamanı təkcə subyektin
başqalarını anlaması deyil, onunla ünsiyyətə girən, təmasda
olan fərdin onu necə qavraması və anlamasına diqqət
yetirilməsi də vacibdir. Subyektin ünsiyyətdə olduğu adamlar
tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya
formasında baş verir. Psixoloqlar refleksiyanı başqa adamları
qavramanın tərkibinə daxil edirlər. A.B.Petrovskinin fikrincə,
başqa adamı anlamaq qismən həmin adamın qavrayış subyekti
kimi sənə münasibətini dərk etmək deməkdir.
1
Deməli, insan-
1
Петровский А.В., Ярошевский М.Г. Психология. – М., 2002, с.256
132
ların bir-birini qavramasını güzgünün ikiqat əks etdirməsinə
bənzətmək mümkündür. İnsan başqasını əks etdirməklə, həmin
başqasını əks etdirmə güzgüsündə özünü də əks etdirir.
Ünsiyyət prosesində eyniləşdirmə və refleksiya vəhdətdə baş
verir.
İnsanların bir-birini qavraması və anlamasının mexaniz-
mi kimi stereotipləşdirmə də xüsusi əhəmiyyət kəsb edir.
Stereotipləşdirmə – davranış forması və onun şərhinin
artıq bizim üçün məlum olan və ya məlum hesab edilən
hadisələrə, başqa sözlə sosial stereotiplərə uyğun təsnifindən
ibarətdir. Burada stereotip bir ştamp kimi istifadə olunan
formalaşmış insan surəti götürülür. Stereotipləşdirmə sub-
yektin öz şəxsi təcrübəsini ümumiləşdirməsi və bu zaman ki-
tablardan, kinofilmlərdən aldığı məlumatların ona əlavə
edilməsi nəticəsində də yarana bilər. Bu zaman həmin bilik
nəinki şübhəli, hətta yanlış xarakter daşıya, düzgün nəticələrlə
yanaşı, tamamilə yanlış nəticələrə də gətirib çıxara bilər. Bu
baxımdan stereotipləşdirmə kauzal atribusiyanın bir növ mex-
anizmini təşkil edir. Kauzal atribusiya latınca causa – səbəb
və attribuo – vermək sözlərindən əmələ gəlib şəxsiyyətlərarası
anlama zamanı digər adamın davranışının səbəb və
motivlərinin şərhindən ibarətdir. Burada isə bəzən qabaqcadan
yaranmış yanlış fikir stereotipləşməyə əsaslı təsir göstərir.
Kauzal atribusiyanın xarakteri müxtəlif şəraitdən asılı ola
bilir. Belə ki, məsələn, tanış olmayan adamı qavrayarkən sub-
yektin aldığı ilkin məlumat böyük rol oynaya bilər.
Psixoloqlar belə bir eksperiment aparmışlar. İki qrupda
tələbələrə eyni bir adamın fotoşəklini göstərmişlər. Birinci
qrupda eksperimentator onu görkəmli alim kimi, ikinci qrupda
isə cinayətkar kimi təqdim etmişdir. Hər iki qrupda tələbələrə
xarici görkəminə görə həmin adamı səciyyələndirmək
tapşırılmışdır. Birinci qrupda yoxlanan tələbələr şəkildəki
adamı səciyyələndirərkən göstərmişlər ki, bu adam çox gərgin
işləyən, rəhimli, xoşxasiyyət, qayğıkeş, həssas, ağıllı adamdır.
133
İkinci qrupdakı tələbələr əsaslandırmağa çalışmışlar ki,
şəkildəki adam çox qəddar, inadkar, hiyləgər, xain adamdır.
Şəkildəki eyni detal, məsələn, göz bir halda mehribanlıq və
ağıllılıq, digər halda kinlilik və qəddarlıq əlaməti kimi şərh
olunmuşdur.
Buradan aydın olur ki, qavrama zamanı əldə edilən
məlumat ciddi şəkildə insan sifətini – alim və cinayətkar
obrazları haqqında stereotipə uyğunlaşdırmağa əsaslanmışdır.
Gündəlik müşahidələr və aparılmış tədqiqatlar insanların
bir – birini qavraması və anlamasında onlar haqqında ilkin
təsəvvürün yaranması da xüsusi rol oynadığını göstərmişdir.
Bu cür asılılıq psixologiyada «oreol effekti» («himayə effek-
ti») adlanır. Əldə edilmiş ilkin məlumatlar qavradığımız
adamlar haqqında bizdə müsbət və ya mənfi oreol effekti
yarada bilər. Birinci halda biz qavradığımız adamın bütün
davranışına pozitiv, ikincininkinə isə neqativ münasibət
bəsləməyə meylli oluruq.
Məsələn, ilkin müşahidə və ya başqa müəllimin uyğun
olmayan məlumatı bizdə çalışqan şagird haqqında mənfi fikir
yaradır. Nəticədə bu ilkin təəssüratın təsiri altında həmin
şagirdin həqiqi keyfiyyətini qavraya bilmirik. Sanki onun ən
yaxşı davranışını da görmək istəmirik. Bizdə həmin şagird
haqqında mənfi oreolun yaranması buna səbəb olur.
Əksinə, tənbəl, zəif şagirdlə ilk dəfə rastlaşarkən onun
təsadüfi cavabı, başqa müəllimin onun haqqında yersiz tərifləri
bizdə həmin şagirdə qarşı müsbət oreolun yaranmasına səbəb
olur. Nəticədə şagirdin cavablarındakı qüsurları hiss etməməyə
başlayırıq.
Uyğun olmayan həm müsbət, həm də mənfi oreol eyni
dərəcədə ziyanlıdır. Ona görə də «oreol effektinin» qarşısını
almaq üçün adamları müxtəlif şəraitdə və vəziyyətdə qavra-
maq tələb olunur. Bu zaman müsbət kauzal atributun
yaranması, oreol effektinin mənfi təsirinin aradan qaldırılması
mümkün olur.
134
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Ünsiyyət nəyə deyilir? Onun əsas cəhətləri hansı-
lardır?
2. Ünsiyyətin məzmunu, məqsədi və vəzifələrini şərh
edin.
3. Ünsiyyətin növləri hansılardır? Onları şərh edin.
4. Ünsiyyət hansı funksiyaları yerinə yetirir?
5. Ünsiyyət və fəaliyyətin vəhdətini izah edin.
6. Ünsiyyətdə informasiya mübadiləsi dedikdə nəyi başa
düşürsünüz?
7. İnformasiya mübadiləsi tərəfləri hansılardır?
8. Verbal ünsiyyət nədir?
9. Nitq və onun növləri haqqında danışın.
10. Nitqin funksiyaları və xüsusiyyətləri hansılardır?
11. Nitqin mexanizmlərini şərh edin.
12. Qeyri – verbal ünsiyyət nədir?
13. Ünsiyyətdə qarşılıqlı təsir dedikdə nəyi başa
düşürsünüz?
14. Ünsiyyətdə nə kimi maneələr özünü göstərir və
onları necə aradan qaldırmaq olar?
15. Ünsiyyət prosesində insanların bir – birini
qavramalarının mexanizmləri hansılardır? Onları şərh edin.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Ünsiyyətin psixoloji əsasları.
2. Ünsiyyət üslubu.
3. Ünsiyyətdə konfliktlər və ünsiyyət çətinlikləri.
4. Nitq verbal ünsiyyət kimi.
5. Qeyri verbal kommunikasiya.
135
Ədəbiyyat
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın
əsasları. Bakı 2003
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji
problemləri. Bakı 2004, səh.269-271
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiyanın
aktual
məsələləri.
Bakı
1986,
səh.296-304
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı
2003, səh.265-302
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı 2002,
səh 513-515
Əmiraslanova S.F. Ünsiyyətdə maneələr və onların
aradan qaldırılmasıyolları haqqında.
// «ADU-nun elmi xəbərləri», 2003,
№3, səh.330-334
Əmiraslanova S.F. Qeyri-verbal kommunikasiyanın
ünsiyyətdə yeri haqqında. // «ADU-
nun elmi xəbərləri», 2005, №5,
səh.289-292
Arqentova T.E. Stilğ obheniə kak faktor gffektivnosti
slovesnoy deətelğnosti. // Psixolo-
qiçeskiy jurnal.-1984, T.5.-№6
Dostları ilə paylaş: |