Шякил 7. Шяхсиййят щаггында ясас
нязяриййяляр
К
. Х
ор
ни
ни
н н
ев
ро
з н
яз
яр
ий
йя
си
Е
. Ф
ро
м
м
ун
к
он
се
пс
ий
ас
ы
С
. С
ал
ли
ве
ни
н и
нт
ер
пе
рс
он
ал
ня
зя
ри
йй
яс
и
Е
.Е
ри
кс
он
ун
е
го
-п
си
хо
ло
эи
йа
сы
Г
. О
лп
ор
т в
я Г
. М
ер
ре
йи
н п
ер
си
он
ол
ож
и
ня
зя
ри
йй
яс
и
Р.
К
от
те
ли
н ф
ак
то
р-
ан
ал
ит
ик
ня
зя
ри
йй
яс
и
А
. К
ел
ли
ни
н «
ш
ях
си
йй
ят
ин
ко
нс
тр
ук
тл
ар
» н
яз
яр
ий
йя
си
Л
. Ф
ес
ти
нг
ер
ин
к
ог
ни
ти
в д
ис
со
на
нс
ня
зя
ри
йй
яс
и
Б
. С
ки
нн
ер
ин
н
яз
яр
ий
йя
си
А
. Б
ан
ду
р в
я Д
. Д
ол
ла
рд
ы
н с
ос
иа
л т
ял
им
ня
зя
ри
йй
яс
и
К
. Р
оъ
ъе
рс
ин
ю
зü
нü
ак
ту
ал
ла
ш
ды
рм
а
ня
зя
ри
йй
яс
и
А
. М
ас
ла
ун
ун
ю
зü
нü
ак
ту
ал
ла
ш
ды
рм
а
ня
зя
ри
йй
яс
и
Р.
М
ей
йи
н е
кз
ис
те
нс
ио
на
л
пс
их
ол
оэ
ий
ас
ы
16
7
168
Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856
– 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə
məşhurdur. Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini onda
heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə
görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış –
şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin
strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo),
yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id)
şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo)
yüksək şüurluluq kimi götürür.
Z.Freydə görə id (o) məhz elə sahədir ki, orada yalnız
sıxışdırılmış şüursuz instinktlər hökmranlaq edir və onlar həzz
prinsipinə tabe olurlar. Buna görə də prinsipcə onlar dərk edilə
bilməzlər.
Mən (eqo) bir tərəfdən şüursuz instinktlərin ardınca
gedir, digər tərəfdən gerçəkliyin norma və tələblərinə tabe olur.
Yüksək
-
mən
(super-eqo) cəmiyyətin
əxlaqi
tələbatlarının bir növ məcmuudur. Başqa sözlə, o, insanın hələ
uşaqlıq dövründən mənimsədiyi, avtomatlaşmış sosial norma,
inam, qaydalardan ibarətdir. O, bir növ nəzarətçi rolunu
oynayır. Ona görə də «eqo» həmişə münaqişədə olur. «İd»- in
və «yüksək – mən»- in tələbləri bir-birinə uyğun gəlmir. «Eqo
(mən)» daima müdafiə mexanizminə qaçır (ona meylli olur).
Şəxsiyyətin klassik nəzəriyyələri qrupuna yuxarıda qeyd
etdiyimiz kimi İsveçrə psixoloqu Karl Yunqun (1875 – 1961)
analitik nəzəriyyəsi də daxildir. K.Yunqa görə şəxsiyyət dörd
əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq,
şüursuzluq və kollektiv şüursuzluq. Bir şüurluluğa qarşı üç
şüursuzluq dayandığı halda, K.Yunq buna xüsusi əhəmiyyət
verir. O belə hesab edir ki, insan təkcə özünün gizli
tendensiyaları ilə deyil, eyni zamanda istəkləri, məqsədləri,
arzuları və qiymətdəri ilə də müəyyən edilir.
K.Yunqun fikrincə çox vaxt bu maska əhval və
istəyimizə uyğun gəlmir. Lakin biz mövcud sosial mühitdə
169
qəbul olunmuş əxlaq və davranış normalarını əsas götürərək
həmin maskanı geyirik.
K.Yunqa görə şəxsi şüursuzluq öz başlanğıcını uşağın
anadan olduğu gundən əldə edir və bütün həyatı boyu
formalaşır. Şəxsi şüursuzluq insanın artıq keçirmiş olduğu, la-
kin ya unutduğu, ya sıxışdırılmış müxtəlif hissləri, duyğuları,
xatirələrini özünə daxil edir. Bununla belə şəxsi şüursuzluq
zərurət olduqda dərk oluna bilər. Bu zaman o şüurda müəyyən
tənzim funksiyasını yerinə yetirir və insanı öz gücünə və ya
zəifliyinə inanmasına məcbur edir.
Şüursuzluğu K.Yunq «kölgə» adlandırır. Onun fikrincə
«kölgə» insan şəxsiyyətinin ən primitiv və qaranlıq cəhətlərini
özünə daxil edir və öz başlanğıcını heyvan əcdadlarımızın
amoral həzzlərindən alır ki, bu da cəmiyyətin normal həyat və
fəaliyyəti üçün tamamilə qəbuledilməzdir. Lakin özünün
amorallığına baxmayaraq «Kölgə» bizim bir çox yaradıcı
ehtiraslarımızın
və
dərin
emosional
təəssüratlarımızın
mənbəyini təşkil edir.
Kollektiv şüursuzluğu həqiqi mənada K.Yunqun ən
böyük kəşfi hesab etmək olar. Bu kəşf onun adını ölməz
etmişdir. K.Yunqun fikrincə yeni doğulmuş uşaq heç də ağ
lövhə deyildir. Belə ki, yeni doğulmuş uşaqda yaşlılıq döv-
ründə onun davranışını şərtləndirən anadangəlmə tendensiya öz
əksini tapır. Bu tendensiyalar K.Yunq tərəfindən arxetiplər
adlandırılmışdır. Arxetip nəsildən- nəslə keçirilən, insan
şüurunda bilavasitə öz əksini tapan surətlərin, istək və davrvnış
formalarının fövqaladə mürəkkəb əlaqəsindən ibarətdir.
Yunq
ekstroversiya
və
introversiya
anlayışlarını
şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil
etmiş, ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir.
Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə
yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar, bütün
həyat energiyası özünə, özünün daxili aləminə yönəldilmiş
olur.
170
Nəhayət, şəxsiyyət haqında klasik nəzəriyyələrdən biri
də, əvvəl qeyd etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Ad-
lerin (1870- 1937) fərdi psixologiya nəzəriyyəsidir. Onun
fikrincə insanda ən əsas onun təbii instinktləri deyil, «birlik
hissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf
etdirilməlidir.
A.Adler şəxsiyyətin formalaşmasına təsir edən üç
mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət,
əməyə münasibət, başqa cinsə münasibət. Adlerə görə
şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tenden-
siyalar aşağıdakılardır: 1) özünün gücsüzlüyünü hiss etmək; 2)
təkmilləşməyə və üstünlük əldə etməyə cəhd; 3) birlik hissi və
ya sosial hiss. Onun fikrincə bu tendensiyalar anadangəlmə
deyildir. Daha doğrusu, uşaq doğularkən ona hazır şəkildə ve-
rilmir; o, dünyaya gələrkən insan nitqinə qabillik onun
anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də poten-
sial imkan olur.
Şəxsiyyət haqqında klinik
nəzəriyyə. Şəxsiyyət
haqqında psixoloji nəzəriyyələr içərisində klinik nəzəriyyə də
özünəməxsus
yer
tutur. Bunlara
K.Xorninin
nevroz
nəzəriyyəsini, E.Frommun konsepsiyasını, Q.S.Sallivenın in-
terpersonal nəzəriyyəsini, E.Eriksonun eqo-psixologiyasını aid
etmək olar.
Amerika psixoloqu Kartin Xorni (1885- 1952) insan
şəxsiyyətinin
əsasında
anadangəlmə
narahatlaq
hissini
qoymuşdur. Onun fikrincə uşaq həmin hisslə doğulur.
Doğulduğu gündən uşaq üzvü səviyyədə narahatlaq hissi
keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı
həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətin daxili xassəsi
kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən
başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə
başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini
insanın davranışının əsas motivasiyası hesab edir və onu
«köklü həyəcan» adlandırır. Onun fikrincə «köklü həyəcan»
171
insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.
Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik
Frommun (1900 – 1980) da xidmətləri az olmamışdır. O, Al-
maniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra Amerikaya,
oradan da Meksikaya getmişdir. Froma görə ictimai inkişaf
şəxsiyyətin daha çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır.
Onun fikrincə yeni azadlıq inamsızlıq, öz gücünü duymamaq,
şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Bu-
radan da şəxsiyyətin «azadlıqdan qaçması» meydana gəlir. O,
özünün «Azadlıqdan qaçış» kitabında Amerikanı xəstə ölkə
adlandırmışdır. Onun fikrincə kapitalizm cəmiyyətindəki
rəqabət nevrotik şəxsiyyətlər, funksional nevroz yaradır.
E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazox-
ist, sadist, konformist və tənha (tərk dünya).
Mazaxist tipə malik olan adam, Frommun fikrincə,
cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır. Bu
uğursuzluqda o yalnız özünü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil,
başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı
düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir.
Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.
Konformist tip ümumi kütləyə qarışır, başqaları
necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd
edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.
Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən
uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi
Amerika psixoloqu Q.S.Salliven (1892- 1949) olmuşdur. O,
əsasən K.Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə
psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil,
subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət
olmalıdır. Salliven şəxsiyyətin inkişafının mexanizmini Aşa-
ğıdakı şəkildə nəzərdə tutur: 1) incəliyə, əzizlənməyə tələbat,
2) həyəcandan qaçmaq cəhdi.
172
Sallivenin
fikrincə
təhlükəsizliyə
olan
tələbat,
həyəcandan qaçmaq cəhdi sosial xarakter daşıyır, lakin bu
sosiallıq uşaq doğularkən onun üzvü tələbatına daxil olur.
Salliven belə hesab edir ki, uşaq doğularkən hər iki mex-
anizm mövcud olur və onlar şəxsiyyətin inkişaf mexanizmini
təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu
təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xa-
rici aləmlə həmin mübarizədə, başqa sözlə, narahatlıqla
mübarizədə insan şəxsiyyəti formalaşır. Salliven bunu «mən-
sistem» adlandırır. O göstərir ki, «mən-sistem», daha doğrusu,
şəxsiyyət, birincisi, şüursuzluq səviyyəsində narahatlıqla
mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün
müxtəlif vasitələri tapma prosesində inkişaf edir. «Mən-
sistem» uşağı, yeniyetməni, sonradan isə yaşlı adamları
əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş
yerindəki həmkarlarının köməyinə qaçmağa məcbur edir.
Beləliklə də Sallivenə görə şəxsiyyətlərarası münasibətlər
formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə
başlayır.
Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus
yer tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994)
olmuşdur. E.Erikson Almaniyada doğulmuş, 1927- 33- cü
illərdə Venada Freydlə birlikdə işləmiş, 1933- cü ildən ABŞ-a
köçmüşdür. O, eqo-psixologiya konsepsiyası yaradıcılarından
biri olmuşdur. Onun nəzəriyyəsi epigenetik nəzəriyyə adı ilə
məşhurdur. Onun fikrincə şəxsiyyətin inkişafı sosial aləmlə
müəyyən edilir. O, «şəxsiyyətin identikliyi» anlayışını irəli
sürmüş və həmin anlayış altında insanın əhatə olunduğu sosial
aləmlə qırılmaz əlaqəsi barədə ona məlumat verən mərkəzi
keyfiyyəti nəzərdə tutmuşdur. Həmin keyfiyyətlər aşağıdakı
parametrlərdə
ifadə
olunur:
insanın
özünə
doğru
mərkəzləşməsində, sosial
qrupla, onu
əhatə edənlərlə
eyniləşdirmədə, insanın öz qiymətini, sosial rolunu müəyyən-
ləşdirməsində.
173
Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya
tarixində özünəməxsus yer tutmuşdur. Burada birinci növbədə
diqqəti cəlb edən Q.Olport və Q.Merreyin persionoloji
nəzəriyyəsidir. Amerika psixoloqu Qordon Olport (1897-
1967) şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk
təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq
sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima
başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş
verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də
onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı
geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta
görə şəxsiyyət münasibətlərin qəti modelidir. Olporta görə
şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən
azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən
edilir.
Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Ame-
rika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruk-
torlar» konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə
şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri
qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Bu
fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az
dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki, bu da
gələcək
haqqında
sonrakı
xəbərvermənin
adekvatlığını
yüksəltməyə səbəb olur. Kelli bir sıra konkret psixoloji meto-
dikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsi-
pini işləyib hazırlamışdır. Hal-hazırda bundan klinik və təlim
psixologiyasında müvəffəqiyyətlə istifadə olunur.
Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv
nəzəriyyə də mühüm yerlərdən birini tutur. Bunlardan ən çox
diqqəti cəlb edəni Amerika psixoloqu L.Festinqerin koqnitiv
dissonans nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə əgər fərdin
şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən
bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskom-
fortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır.
174
Bəzən obyektiv şəraitdən asılı olaraq bu və ya digər şəkildə
hərəkət etməli olur. Bu zaman insanın bilikləri ilə real
davranışı arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iş
cansıxıcı olur. Ona görə də fərd bu vəzifəni yerinə yetirmək,
həmin vəziyyətdən çıxmaq üçün müvafiq obyektlər və ya
hadisələr haqqında öz biliyini və ya sosial ustanovkasını
yenidən qurmağa, təşkil etməyə çalışır ki, onların arasındakı
həmin ziddiyyəti aradan götürmüş olsun. L.Festinqerə görə öz
hərəkətinə, davranışına bəraət qazandırmağı gücləndirməyə
çalışan insan ya öz davrvnışını dəyişir, ya özünün hərəkətinin
bağlı olduğu obyektə münasibətini dəyişir, ya da həmin
davranışın özünə və başqalarına əhəmiyyətini qiymətdən salır.
Şəxsiyyətin biheviorist nəzəriyyəsi də psixologiya
tarixində özünə müvafiq yer tutmuşdur. Bu sahədə B.F.Skin-
nerin (1904-1990) nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir.
B.Skinner müasir Amerika biheviorist psixologiya məktəbinin
nümayəndəsi olmuşdur. O, neobiheviorizmin əleyhinə çıxmış,
psixologiya yalnız stimul, reaksiya və həmin reaksiyanın
möhkəmləndirilməsinin
zahiri
müşahidə
olunan
qanunauyğunluqlarını qeyd etməklə kifayətlənmişdir. B.Skiner
«Operant»
(operasiya, əməliyyat
sözündən) öyrənmə
konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyaya görə orqa-
nizm məhz ona görə yeni reaksiya verir ki, özü onu
möükəmləndirir və yalnız bundan sonra xarici stimul reaksiya
yaradır. İlk növbədə Skinner operant davranışı bir sıra orijinal
metodika və cihazları tətbiq etməklə öyrənmişdir. O,
proqramlaşdırılmış təlimin əsasını qoymuşdur.
A.Bandur və D.Dollardın sosial təlim nəzəriyyələri də
şəxsiyyətin biheviorist nəzəriyyələri içərisində özünəməxsus
yer tutmuşdur.
Nəhayət, humanist nəzəriyyə də şəxsiyyət haqqında
psixoloji nəzəriyyələr içərisində özünə sanballı yer tutmuşdur.
Bunlardan K.Rocersin və A.Maslounun özünüaktuallaşdırma
nəzəriyyəsi və R.Meyyin ekzistensional psixologiyası xüsusi
175
diqqət doğurur. Həmin nəzəriyyə tərəfdarları şəxsiyyətə
cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan hər hansı
bir psixoloji törəmə kimi, insan təcrübəsinin inkişafı, ictimai
davranış formalarının mənimsənilməsi məhsulu kimi baxırlar.
Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez- tez
belə bir fikir irəli sürülür ki, insanda əvvəlcədən humaniod, al-
truistik tələbatlar mövcud olur və məhz həmin tələbatlar insan
davranışının mənbəyini təşkil edir.
Humanist psixologiya məktəbinə mənsub olan amerika
psixoloqu Karl Rocers (1902- 1987) şəxsiyyətin strukturunun
fundamental komponenti kimi mən konsepsiyasını qəbul
etmişdir. Onun nəzəriyyəsi özünüaktuallaşdırma adı ilə
məşhurdur. Onun fikrincə mən konsepsiya subyektdə ətraf
mühit (birinci növbədə sosial mühit) arasındakı qarşılıqlı təsir
prosesində formalaşır və onun davranışının özünütənziminin
inteqral mexanizmini təşkil edir. Mən konsepsiya və ideal mən
haqqındakı təsəvvürləri arasındakı uyğunlaşma, eləcə də
bilavasitə real təcrübə və real «mən» arasındakı uyğunluğun
pozulması özünüaktuallaşdırma cəhdi yaradır.
Karl Rocersə görə hətta ən ilkin tələbat və cəhd insana o
şəraitdə təsir göstərə bilər ki, onlar müvafiq normalara uyğun
olsun. Onun fikrincə tələbat müsbət qiymətləndirildikdə
şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı
olmağa başlayır və son nəticədə insan öz orqanizminin
tələbatlarının ödənilməsindən çox, başqa adamların onu
bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa
başlayır. Hörmət əsasında özünəhörmət baş verir ki, bu da
fərdin mühüm tələbatlarından birinə çevrilir.
Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri
amerikan psixoloqu Abraham Maslau (1908- 1970) olmuşdur.
O, şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. Bu-
nunla əlaqədar olaraq o, insan tələbatlarının yeddi səviyyəsini
qeyd etmişdir (bax, şəkil 8). Bunu həmin tələbatların ierarxik
piramidası kimi təsəvvür etmək olar.
176
Şəkildən göründüyü kimi burada ən aşağı səviyyədə olan
fizioloji tələbatlardan başlayaraq ən ali tələbat olan özü-
nüaktuallaşdırmaya qədər ierarxik yüksəliş baş verir:
Fizioloji (üzvü) tələbatlar
Təhlükəsizliyə tələbat
Mənsubiyyətə və məhəbbətə tələbat
Hörmətə olan tələbat
İdrak tələbatları
Estetik tələbatlar.
Özünüaktuallaşdırmaya tələbat
Nəhayət,
şəxsiyyətin
humanistik
nəzəriyyələrinə
R.Meyyin (1909- 1994) ekzistensional psixologiya nəzəriyyəsi
də
daxildir. Bu
nəzəriyyə
humanistik
psixologiyanın
istiqamətlərindən birini təşkil edir. Ekzistensional psixo-
logiyanın öyrəndiyi sahələr aşağıdakılardan ibarətdir: 1) za-
man, həyat və onun problemləri; 2) azadlıq, məsuliyyət və
seçmə problemləri; 3) ünsiyyət, məhəbbət və tənhalıq prob-
lemləri; 4) yaşamağın, mövcud olmağın mənasını axtarmaq
problemləri.
Ю з ü н ü а к т у а л л а ш д ы р м а й а
т я л я б а т
Юзüнüн
мягсяд вя
габилиййят
лярини
щяйа-
та кечирмяк,
шяхсиййятинин
инкишафы
Е с т е т и к
т я л я б а т л а р
Щармонийа, симметрийа
(гайда), интизам, эюзяллик
И д р а к т я л я б а т л а р ы
Билмяк, баъармаг, анламаг, тядгиг
етмяк (юйрянмяк)
177
Şəkil 8. A.Maslauya görə insan tələbatlarının piramidası
(ierarxiyası)
Dostları ilə paylaş: |