Kan-Kalik V.A. Uçitelö o pedaqoqiçeskom obhenii. –
M.1987, -s. 96-138
Verenikina İ.M. Preodolenie vozmojnıx konfliktnıx si-
tuaüiey mejdu uçitelem i uçenikami
na uçobe. // Voprosı psixoloqii. –
1986.- №3, s. 71-77
Andreeva Q.M. Soüialğnaə psixoloqiə. M.1998
136
ÜÇÜNCÜ HİSSƏ
ŞƏXSİYYƏT, QRUPLAR VƏ ŞƏXSİYYƏTLƏRARASI
MÜNASİBƏTLƏR
5 - c i F Ə S İ L
ŞƏXSİYYƏT
Qısa xülasə
Şəxsiyyət haqqında anlayış. Müasir psixologiyada şəxsiyyət
problemi. «Şəxsiyyət» anlayışının mürəkkəb anlayış olması. «Şəx-
siyyət» anlayışının adekvat şəkildə anlaşılmasına təsir edən amillər.
İnsan şəxsiyyəti onun birbaşa və dolayı mənada sifəti, siması kimi.
Şəxsiyyətin fərdin özünü cəmiyyətdə eyniləşdirməsinə imkan verən
davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarət
olması. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət
göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən,
ünsiyyətə girməyi bacaran konkret canlı insan kimi.
İnsan, fərd, şəxsiyyət və fərdiyyət. İnsan anlayışının
xarakteristikası:
fərd, fərdiyyət
və
şəxsiyyət
anlayışlarını
fərqləndirən xüsusiyyətlər. Bir fərd kimi doğulmuş insanın tədricən
ictimai
münasibətlər
qovuşuğunda, sosiallaşma
nəticəsində
şəxsiyyətə çevrilməsi.
Şəxsiyyətin psixoloji strukturu. Şəxsiyyətin psixoloji struk-
turunu təşkil edən əsas komponentlər: şəxsiyyətin istiqaməti;
hazırlıq
səviyyəsi; anadangəlmə
imkanları
ilə
bağlı
olan
qabiliyyətləri; həyatda qazandığı davranış forması - xarakteri;
şəxsiyyətin mənliyi; şəxsiyyətdə «şüursuzluq» və «şüurun»
istiqaməti. İnsanda keçmiş və gələcəyin qarşılıqlı təsiri onun
şüursuzluğu və şüurunun qarşılıqlı təsiri kimi.
Şəxsiyyət haqqında əsas nəzəriyyələr. Şəxsiyyət haqqında
klassik nəzəriyyələr: Z.Freydin psixoanalitik, K.Yunqun analitik,
A.Adlerin
fərdi-psixoloji
nəzəriyyələri.
Şəxsiyyətin
klinik
137
nəzəriyyələri: K.Xorninin nevroz nəzəriyyəsi, E.Frommun
konsepsiyası, Q.S.Sallevanın
interpersonal, E.Eriksonun
eqo-
psixologiya nəzəriyyəsi. Şəxsiyyətin eksperimental nəzəriyyəsi:
Q.Olportun, Q.Merreyin, R.Kattelin, A.Kellinin nəzəriyyələri. Şəxsiyyət
haqqında L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsi. Şəxsiyyət
haqqında biheviorist nəzəriyyə. Şəxsiyyət haqqında humanistik
nəzəriyyələr: K.Rocersin, A.Maslaunun, R.Meyyin nəzəriyyələri.
Şəxsiyyətin fəallığı və istiqaməti. Şəxsiyyətin fəallığı və onu
təmin edən amillər. Şəxsiyyətin istiqamətinin xarakteristikası.
Tələbatlar və onların növləri. Şəxsiyyətin davranış motivləri. Maraq-
lar və onların növləri. Dünyagörüşü, əqidə və ideallar.
Şəxsiyyətin mənlik şüuru. Mənlik şüuru funksiyaları
haqqında anlayış. «Mən»in kəşf olunması. «Mən» obrazının
formalaşması. Özünüqiymətləndirmə və mənlik şüurunun əmələ
gəlməsində onun rolu. Şəxsiyyətin iddia səviyyələri.
Hisslər, iradə, fəaliyyət.
III. 5. 1. Şəxsiyyət haqqında anlayış
Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət
problemi elmin müxtəlif sahələrində çalışan alim və
mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm
problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını
saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı,
formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət
anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu
bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq
edir.
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə,
barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakte-
ristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları göz-
lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki
xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir
şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət
anlayışı
mürəkkəb
anlayışdır. Onun
adekvat
şəkildə
138
anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin
mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.
1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən
deyildir. O, bir sıra amillərin, şəraitin, imkanların və
determinantların təsiri altında formalaşan psixoloji törəmədir.
2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa
da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz,
çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.
3. İnsan davranışının determinasiyasında şəxsiyyətin
mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu nəzəriyyə və
konsepsiya mövcuddur ki, bunların bir çoxunun «şəxsiyyət»
anlayışını şərh etməsi ziddiyyətlidir.
4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anla-
maqla birbaşa əlaqədardır. Şəxsiyyət yalnız o zaman insanın
əsası, özəyi kimi, onun başlıca parametri, onun eyniləşdirmə
vasitəsi kimi şərh oluna bilər ki, antropologiya və insan
haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə
yüksəlmiş olsun.
Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi
imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir.
Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental
tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır.
«Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində
maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir.
Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan
«şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi,
simanı bildirir. Rus dilində «şəxsiyyət» (liçnostğ) sözü də
«liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində
«şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını
iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür
ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. So-
nralar qədim Yunanıstanda və Rim imperiyasında bu söz teatr
tamaşasında aktyorun «maskası» şəklində özünü büruzə
vermişdir. Adətən, səhnə hərəkətindən asılı olaraq «masqa»
139
dəyişilir, aktyor rola daxil olur. Lakin, yalnız xeyli vaxt
keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna
yükünü daşımağa başlamış, «personality» – «şəxsiyyət»
mənasında işlənməyə başlanmışdır.
Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti
birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa
mənada insanın siması, sifəti onun başlıca identifikatorudur.
Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri
əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş
kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik.
Təsadüfi deyildir ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün
sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb edilir.
Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın,
hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin
ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- ver-
bal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də
ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan
şəxsiyyəti onun «ruhunun», başqa sözlə, onun bütün psixi
təzahürünün «sifətidir». İnsana məxsus olan fərdi-psixoloji
xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna,
davranışına, fikir
və
ideyalarına
görə
onu
aydın
eyniləşdirməyimiz və onun gələcək davranışının istiqamətini
proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə
bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə
imkan verən davamlı fiziki və psixi xarakteristikasının
məcmuundan ibarətdir.
Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə
malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin
fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi
dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib
müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran
konkret canlı insandır.
140
III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət
İnsan, fərd, şəxsiyət və fərdiyyət anlayışları bir- biri ilə
müəyyən əlaqəyə malik olsa da onları eyniləşdirmək olmaz.
Onların içərisində ən geniş anlayış «insan» anlayışıdır. Həm
fərd, həm şəxsiyyət, həm də fərdiyyət eyni zamanda insandır
(bax şəkil 3). İnsan həyata insan kimi gəlir. İnsan dölünün
genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin
inkişafı üçün anadangəlmə zəmini qoyulmuş olur. Yeni
doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək
imkanı yaradır, beyinin strukturu intellektin inkişaf imkanını
təmin edir, əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə
prespektivləri
yaradır. Bütün
bunlar
körpəni
özünün
imkanlarına görə bir insan kimi heyvan balalarından
fərqləndirir. Beləliklə körpənin insan nəslinə aidliyi təsdiq olu-
nur və fərd anlayışının aşkara çıxmasına gətirib çıxarır. «Fərd»
anlayışında insanın növə mənsubluğu öz əksini tapır. Belə ki,
hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda
insandır. Ona görə də yeni doğulmuş uşaq da, ağlını itirmiş
səfeh də, yaşlı vəhşi insan da, mədəni ölkələrin yüksək
intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir
konkret adamı fərd adlandırmaqla onun potensial insan
olduğunu təsdiq edirik.
141
Şəkil 5. «İnsan», «şəxsiyyət», «fərd» və «fərdiyyət»
anlayışlarının həcmlərinə görə qarşılıqlı əlaqəsi
(R.S. Nemova görə).
Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz. Yeni
doğulmuş uşaq, ağlını itirən səfeh şəxsiyyət hesab olunmur. Bir
fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər
qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir.
Nəticədə o təkcə başqalarından fərqlənmir, eyni zamanda tarixi
prosesin iştirakçısına çevrilir. Hər bir şəxsiyyət cəmiyyətdə
yaşayan konkret canlı insan olmaqla, gerçəkliyi dərk edib
dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək
imkanına malik olur.
«Fərdiyyət» anlayışına gəldikdə, hər bir adamın
şəxsiyyəti yalnız ona məxsus əlamət və xüsusiyyətlərin məc-
muuna malik olur və onun fəaliyyətini təşkil etməklə həmin
adamı başqalarından fərqləndirir. Fərdiyyət insanın tempera-
mentinin, xarakterinin əlamətlərində, adətlərində, üstünlük
təşkil edən maraqlarında, idrak proseslərinin keyfiyyətlərində,
qabiliyyətlərində, fərdi fəaliyyət üslubunda və s.- də təzahür
edir. İki elə adam tapmaq mümkün deyildir ki, onlarda qeyd
etdiyimiz psixoloji xüsusiyyətlər eyni olsun. İnsan şəxsiyyəti
özünün fərdiyyətliliyinə görə təkrarolunmazdır. «Fərd» və
«Şəxsiyyət» anlayışlarında olduğu kimi, «fərdiyyət» və
«şəxsiyyət» anlayışlarını da eyniləşdirmək mümkün deyildir.
Onlar yalnız vəhdət təşkil edirlər.
III.5.3. Şəxsiyyətin psixoloji strukturu
142
Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır.
Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, insanın şəxsiyyətə
çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas
– ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji
strukturunun əsasında birinci növbədə onun idrak prosesləri
durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə
ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa
nail olur. Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi
əhəmiyyətə malikdir. Şəxsiyyətin strukturunda onun idrak
prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca
yarımstrukturları, komponentləri qeyd olunur:
- Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ic-
timai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və
idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi
və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri
dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad ro-
lunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin
bütün psixi fəaliyyətini müəyyənləşdirir.
- Şəxsiyyətin
strukturunda
sonrakı
mühüm
yarımstrukturunu onun hazırlıq səviyyəsi təşkil edir. Buraya
şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxil-
dir.
Şəxsiyyətin
strukturunda
mühüm
yer
tutan
yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını
müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən
qabiliyyətlər sistemindən ibarətdir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan digər kom-
ponenti insanın həyatda qazandığı davranış forması, başqa
sözlə onun xarakteridir.
Nəhayət, bu komponentlərin hamısının üzərində
şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz
davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir.
Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür
ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə
143
etmək mümkündür. Bunun üçün birinci növbədə şəxsiyyətin
strukturunun aşağıdakı qrafikinə nəzər yetirək
5
Şəxsiyyət
Şüursuzluq
Şüur
Ümumi növ
tendensiyalar
ı
Arxetip
«Kölgə»
Növün, etno-
sun
tendensiyalar
ı
Arxetip
«Başqaları»
Sıxışdırılmış,
unudulmuş,
rədd
edilmiş, arzu olunmaz,
qeyri-aktual
Özü, ətrafdakılar
və
aləm haqqında informa-
siya
Mühitin,
etnosun,
xalqın
dəyərləri
Ümumbəşəri
dəyərlər
İblis Yoldançıxaran Qeyri Mən
Mən
Peyğəmbər Allah
Kollektiv şüursuzluq
Şəxsi şüursuzluq
Şəxsi şüurluluq
Kollektiv şüurluluq
Keçmiş
Gələcək
İndii
Şəkil 6. Şəxsiyyətin strukturu (prof. S.İ.Seyidova görə)
16
3
164
Şəkli nəzərdən keçirdikdə ilk növbədə diqqəti şüur və
şüursuzluğun qarşılıqlı təsir yolu, üsulu ilə bağlı sual cəlb edir.
Şəxsiyyətin vəhdətini anlamaq üçün «şüurun istiqaməti» və
«şüursuzluğun
istiqaməti»
anlayışlarını
aydınlaşdırmaq
olduqca vacibdir. Bu məsələ bir çox psixoloji məktəb və
istiqamətlər
tərəfindən
qaldırılmış, görkəmli
alim
və
tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin bu vaxta qədər
həmin məsələ açıq qalmış, yönəlişlik onun istiqamətləndiyi
obyekti axtarmağa «səbəb olmuşdur». Daxili və xarici aləmdə
mövcud olan nəhayətsiz müxtəliflik sayəsində isə buna nail
olmaq praktik olaraq mümkün deyildir. Məhz buna görə də biz
insanın şüur və şüursuzluğunu obyektə deyil, zamana
«yönəltməyə» cəhd göstərməyi vacib bildik. Nəticədə şüurun
gələcəyə,
şüursuzluğun
isə
keçmişə
yönəlişliyinin
mümkünlüyünü zənn etmək imkanı yaranmışdır. Bununla da
şüurun gələcəyə yönəlişliyi insanda hadisənin baş verməsindən
qabaq onun inkişafını görmə qabiliyyəti kimi antisipasiya
fenomeninin olması ilə də təsdiq olunur. Bununla yanaşı
şüursuzluğun keçmişə yönəlişliyi tamamilə təbii haldır. Çünki,
sıxışdırılmış, unudulmuş və arxetipik elementlər yalnız
keçmişə aid ola bilər.
Beləliklə insanda keçmiş və gələcəyin qarşılıqlı təsiri
onun şüursuzluğu və şüurunun qarşılıqlı təsirindən başqa bir
şey deyildir. Bunun nəticəsi isə hal hazırda yaşayan konkret
şəxsiyyətdir.
Şəkildəki ikinci komponent şüursuzluq və şüurun
strukturundan ibarətdir. İlk baxışda belə görünə bilər ki, bu
fenomenlərin strukturu üçlaylıdır. Şüursuzluq üçün bu laylar
ümumi nəsl arxetipi, etnos arxetipi, şəxsi şüursuzluq, şüur üçün
isə ümumbəşəri qiymətlər, konkret mühitin qiymətləri və şəxsi
şüur laylarıdır. Lakin bu belə deyildir. Şüursuzluq və şüurun
strukturu identik xarakter daşımaqla, müvafiq olaraq kollektiv
üstəgəl şəxsi şüursuzluğu və kollektiv və şəxsi şüurluluğu
özündə əks etdirir. Bu başqa məsələdir ki, kollektiv
165
şüursuzluğun, eləcə də kollektiv şüursuzluğun daxilində həm
mütləq olanı («kölgə» - bizim şəxsiyyətimizin heyvani
əcdadlarımızdan gələn ən tutqun, arzuolunmaz cəhdlər və ən
arzuolunan davranış forması kimi ümumbəşəri qiymətlərin
neotipləri), həm də nisbi olanı (konkret növ, sotsium
arxetipləri və konkret millətə, xalqa, sinfə, mədəniyyətə
mənsub olan qiymətlər) mövcuddur. Kontinuumda mövcud
olan, özünə yer edən şüursuzluqdan irəli gələn ən arzuolunmaz
və şüurluluqdan irəli gələn ən arzu olunan elementlərə xüsusi
ad vermək mümkündür. Bunlara əsaslanmaqla şəxsiyyətin
müxtəlif tiplərini xarakterizə etmək mümkündür. Onları
nəzərdən keçirək.
1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli,
bizi insani sifətdən məhrum edən ənənələr – İblis.
2. Bizdə nəsldən, etnosdan gələn, dərk etmədiyimiz,
lakin bizi özünə cəlb edən ənənələr - Yoldan çıxaran.
3. Şəxsi
şüursuzluğun
məzmununu
təşkil
edən
unudulmuş, aktual olmayan, bizim tərəfimizdən rədd edilən
hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən.
4. Özümüz, bizi əhatə edənlər, yaşadığımız aləm
haqqında şüurun koqnitiv elementləri - Mən.
5. Mövcud sosial mühitdə, xalqda, cəmiyyətdə qəbul
olunmuş qiymətlərin, əxlaq normaları, mənəvi əsasların insan
tərəfindən dərk edilməsi – Peyğəmbər.
6. Bütün insanlar üçün eyni olan və real şəkildə onların
şüurunda bəşəriyyətin mədəni irsi kimi möhkəmlənən
ümumbəşəri keyfiyyətlər – Allah.
İnsan şəxsiyyətində yuxarıda qeyd olunan struktur
yaradıcı elementlərindən birinin olması onun tamlığının şərti
hesab olunur. Lakin bunlardan birinin və ya bir hissəsinin
üstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir.
III. 5. 4. Şəxsiyyət haqqında əsas nəzəriyyələr
166
Məlum olduğu kimi, şəxsiyyət və onun psixologiyası
dərin köklərə malikdir. Şəxsiyyət psixologiyası sahəsində
nəzəri
tədqiqatlar
öz
əsaslarını
qədim
dünyanın
mütəfəkkirlərinin
işlərindən
almışdır. Lakin
şəxsiyyət
psixologiyası bir eksperimental elm kimi XX əsrin birinci
onilliyindən meydana gəlmiş və bu sahədə geniş əhatəli
tədqiqatlar aparılmışdır. Şəxsiyyətin eksperimental tədqiqinin
əsası A.F.Lazurski, Q.Olport, R.Kettel tərəfindən qoyulmuşdur.
Şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatlar bu
sahədə müxtəlif baxış və nəzəriyyələrin meydana gəlməsinə
səbəb olmuşdur. Həmin nəzəriyyələri qruplaşdırmış olsaq
təxminən aşağıdakı əsas nəzəriyyələri qeyd edə bilərik: klassik
nəzəriyyə, klinik nəzəriyyə, eksperimental nəzəriyyə, koqnitiv
nəzəriyyə, bihevioristik nəzəriyyə, humanistik nəzəriyyə. Həmin
nəzəriyyələr və onların qısa xarakteristikası ilə tanış olaq (şəkil
7).
Klassik nəzəriyyə. Şəxsiyyət haqqında klassik nəzəriyyə
qrupuna Z.Freydin psixoanalitik nəzəriyyəsini, K.Yunqun
analitik
nəzəriyyəsini,
A.Adlerin
fərdi
psixologiya
nəzəriyyəsini aid etmək olar.
164
Шяхсиййят щаггында ясас
нязяриййяляр
Классик
нязярий
йя
Клиник
нязярий
йя
Експери
ментал
нязярий
йя
Когнит
ив
нязярий
йя
Бищеви
орист
нязярий
йя
Щуман
истик
нязярий
йя
З.
Ф
ре
йд
ин
п
си
хо
ан
ал
ит
ик
н
яз
яр
ий
йя
си
К
. Й
ун
гу
н а
на
ли
ти
к н
яз
яр
ий
йя
си
А
. А
дл
ер
ин
ф
яр
ди
п
си
хо
ло
эи
йа
ня
зя
ри
йй
яс
и
Dostları ilə paylaş: |