III.5.7.Hisslər, iradə, fəaliyyət
Bu bölməni təsadüfi olaraq «hisslər, iradə, fəaliyyət»
adlandırmamışıq. Burada
işlədilən
sözlərin
şəxsiyyətin
fəallığında rolu inkaredilməzdir. Belə ki, insan fəallığı müvafiq
hissləri doğuran emosional təəssüratdan başlayır. Bu zaman
şəxsiyyət üçün əhəmiyyətli obyektə
baxdıqda (proyeksiya
olunduqda) həmin obyekt insanın sərvət meylləri ilə emosional
təəssüratları arasında əlaqənin yaranmasına səbəb olur ki, bu da
öz növbəsində konkret işin başa çatdırılmasına iradi cəhdi
aktuallaşdırır.
Emosional təəssüratın özünün yaranması stereotiplərin,
ustanovkanın dəyişməsi və ya pozulması, başqa sözlə
gerçəkliyin əks olunma forması müvafiq hisslərin keçirilməsinə
gətirib çıxarır. Məsələn, milli futbol komandamızın oyunu
qələbə ilə nəticələndikdə yaranan emosional təəssürat bizdə if-
tixar hissi, uduzduqda isə narazılıq ilə bağlı hissi yaradır. Yax-
ud, işgüzar partnyorumuzla bağlı yeni əlaqənin yaranması ilə
bağlı emosional təəssürat razılıq hissi keçirməyimizə, tamas
alınmadıqda isə narazılıq hissinin yaranmasına səbəb olur.
Beləliklə, hər cür emosional təəssürat öz modallığı və
yönəlişliyinə görə bir-birindən fərqlənən hisslər doğurur.
190
İnsanın keçirdiyi bu cür fərqli hisslər onun iş və fəaliyyətinin
«mexanizmi» ilə bilavasitə əlaqəyə malik olur.
Adətən, neytral hisslər olmur və ya belə demək
mümkündürsə, emosional neytrallıq uzun ömürlü olmur. İnsan
gah bir, gah da digər tərəfə meyilli olur və nəticədə ya müsbət,
ya da mənfi hisslər keçirir. Modallığından asılı olmayaraq
onların təzahürü həmişə müəyyən obyektə yönəlmiş olur. Bu
zaman həmin obyektin harada olması əsas deyildir. Biz heç bir
səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin neqativizmi
və ya pozitivizmi subyektiv və ya obyektiv səbəblərlə şərtlənir.
Bu cür hissi yönəlişlik və yaxud hissi proyeksiya olduqca va-
cibdir. Məhz bunun sayəsində proyeksiya olunmuş hissləri
şəxsi sərvət meyilləri ilə əlaqələndirmək olar.
Bunu müvafiq misallar əsasında aydınlaşdıraq. Yerinə
yetirdiyimiz işin keyfiyyəti ilə bağlı tənqidi fikirlər çox vaxt
bizdə narazılıq, inciklik və ya pərtlik hissi yaradır. Öz
ünvanımıza yönələn tənqidi dinləməklə biz həmin hissləri
keçirməyə başlayırıq və onlar bizdə qalmır, şəxsi əhəmiyyət
daşıyan obyektlərin üzərinə keçir. Bu cür obyekt tənqidin irəli
sürüldüyü şərait, ola bilsin ki, tənqid edilən adam və yaxud
tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik
hissi tənqidin məzmunundan deyil, yaranma mənbəindən irəli
gələ bilər.
Bu zaman biz ya özümüzü pis işlədiyimizə görə danlayır,
ya rəisin günahkar olduğunu düşünür, ya yerinə yetirdiyimiz işi
pisləyirik, lakin tənqidin məzmunu haqqında fikirləşmirik.
İnsan hissinin bu fenomeni məişət psixologiyası səviyəsində
hamıya yaxşı məlumdur.
Təsadüfi deyildir ki, biz kimi isə tənqid etməyə başlarkən
«inciməyin, lakin…» ifadəsini işlədir və tənqid etdiyimiz
adamın tənqidin məzmununa diqqət verməli olduğunu və onu
şəxsi səviyyəyə keçirməməyi qeyd edirik. Lakin bu ya faydalı
arzu olaraq qalır, belə ki, simasız tənqid mümkün deyildir. Bu
cür tənqid özünü göstərirsə bu artıq tənqid deyil, boş
191
danışıqdır. Belliklə, aydın şəkildə təsəvvür etmək lazımdır ki,
«proyeksiya olmamış» hisslər olmur, əgər təzahür edərsə onlar
artıq hisslər deyil, sadəcə olaraq emosional təəssürat –
emosiyadır. Bu cür nəticəyə gəlmək olduqca vacibdir. Beləki,
Bu bizim sonrakı addımı atmağımıza, proyeksə olunmuş
hisslərin daima bizim sərvət meyllərimizlə əlaqələnməsinə
kömək edir. Başqa sözlə, bizdən kimsə mütəəssir olur, öz
hisslərini duyur və şəxsi əhəmiyyətli obyektə proyeksə edirsə,
mütləq onları öz şəxsi sərvətləri ilə əlaqələndirir. Burada
«əlaqələndirmək» anlayışını dəqiqləşdirmək zəruridir. Beləki,
bu iki aspektdə təzahür edə bilər. Birinci tip xarici (zahiri)
əlaqələndirmə olub, burada əlaqələndirmə hisslərin zahiri
proyeksləşməsində
təzahür
edir,
insan
tərəfindən
qiymətləndirilir, lakin həqiqi şəxsi sərvət səviyyəsinə qalxa
bilmir. Bu cür hadisə çox vaxt sözdə fəallıq şəklində təzahür
edir və «Belə də iş olar», «Bu heç bir çərçivəyə sığmır» və s.
ifadələrində özünü göstərir, faktiki olaraq yalançı informasiya
xarakteri daşıyır. Xarici təzahür edən hisslər və onları müşayət
edən replika insanın həqiqi niyyəti, məqsəd və dəyərlərinə
uyğun gəlmir. Buna görə də proyeksləşdirilmiş hisslərin xarici
və ya yalançı qarşılaşdırılması şəxsiyyətin sərvət özəyinin
həqiqi qarşılaşdırılmasında aydın şəkildə fərqləndirilməlidir.
Belə olduqda iş və hərəkətlərin həyata keçirilməsi ilə bağlı olan
iradi cəhd aktuallaşır. Bu da qarşılıqlı əlaqələndirilmiş
elementlər silsiləsində insan davranışının istiqamətini izah
etməyə imkan verən son mərhələni təşkil edir.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Şəxsiyyət nəyə deyilir?
2. Şəxsiyyət, fərd və fərdiyyət anlayışlarını səciyyə-
ləndirin.
3. Şəxsiyyətin psixoloji strukturuna nələr daxildir?
4. Şəxsiyyət haqqında əsas nəzəriyyələr hansılardır?
192
Onları səciyyələndirin.
5. Şəxsiyyətin fəallığını təmin edən amillər hansılar-
dır?
6. Tələbat və onun növlərini səciyyələndirin.
7. Şəxsiyyətin davranış motivləri hansılardır?
8. Maraq nəyə deyilir? Onun növlərini səciyyələn-
dirin.
9. Dünyagörüşü, əqidə və idealları səciyyələndirin.
10. Mənlik şüuru nədir?
11. İnsanda «mən-obraz»ının hansı tipləri var?
12. Özünüqiymətləndirmə nədir və onun hansı tipləri
vardır?
13. «İddia səviyyəsi» nədir? Onu səciyyələndirin.
Referat, məruzə, və müstəqil tədqiqat üçün mövzular
1. Şəxsiyytin formalaşmasının şəraiti və amilləri.
2. Müxtəlif elm sahələrində şəxsiyətin tərifi və onların
təhlili.
3. Şəxsiyyətin sabitliyi problemi.
4. Qloballaşma və şəxsiyyətin qarşılıqlı əlaqəsi.
Ə d ə b i y y a t
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri –
Bakı, 2002, s. 128-138; 209-235.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Ba-
kı, 2003, s. 51-70.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual
psixoloji problemləri. – Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının
etnopsixoloji əsasları. – Bakı, 2000.
193
Seidov S.İ. Psixoloqiə menedjmenta. - Baku, 2000, s.
102-126; 168-200.
Kovalev A.Q. Psixoloqiə liçnosti. - M., 1970, s.5-22
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1 – M., 1998.
Mayers D. Psixoloqiə. – Minsk, 2001, s. 564-611.
Psixoloqiə liçnosti. Tekstı. – M., 1982, s. 11-41.
Zayqarnik B.V. Teoriə liçnosti v zarubejnoy psi- xolo-
qii. – M., 1982.
Medjidova S.M. Psixoloqiçeskie tipı. Tipoloqiə «69».
Baku, 2001.
Mamedova Q.K. Problemı tipoloqii liçnosti v psixoloqii
i xudojestvennoy literature.- Baku,
2003.
Bodalev A.A. Psixoloqiə o liçnosti. – M., 1988, s. 31-59
Psixoloqiə formirovaniə i razvitiə liçnosti. – M., 1981.
194
6-cı F Ə S İ L
QRUPLARIN PSİXOLOGİYASI
Q ı s a x ü l a s ə
Qruplar haqqında anlayış. Qrupları səciyyələndirən əsas
amillər. Qrup sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin
xarakterinə görə birləşən insan birliyi kimi. Sosial qruplar və onların
adi insan birldiyindən fərqi. Sosial qrupların funksiyaları.
Qrupların təsnifatı. Böyük və kiçik qruplar. İlkin qruplar və
onları səciyyələndirən xüsusiyyətlər. Kiçik qrupların növləri: şərti
və real qruplar; rəsmi (formal) və qeyri rəsmi (qeyri-formal) qrup-
lar; referent (etalon) qruplar.
Kiçik qrupların fenomenologiyası və strukturu. Kiçik
qrupların fenomenologiyası haqqında anlayış. Qrup üzvlərinin
mövqeləri və statusu, fərdin kiçik qrupdakı daxili yönəlişliyi
(ustanovkası). Kiçik qrupların həcmi və strukturu. Qrupdaxili
kommunikasiyanın struktur tipləri və variantları. Mərkəzləşdirilmiş
kommunikasiya strukturu, tipi və onun variantları: frontal, radial,
ierarxık; mərkəzləşdirilməmiş kommunikasiya strukturu tipi və onun
variantları: zəncirvari, dairəvi və tam; onların xarakteristikası. Kiçik
qruplarda psixoloji uyuşma və onun istiqamətləri: struktur, funksion-
al və adaptiv; onların pstxoloji xarakteristikası. Qrup təzyiqi feno-
meni və onun xüsusiyyətləri: konformizm (konformluq), qrupdaxili
təlqin və nonkonformizm qrup təzyiqi hadisələri kimi. «Qrup
qütbləşməsi» fenomeni. Qruplarda rəhbərlik və liderlik problemi.
Rəhbərlik və liderlik anlayışlarının müqayisəli təhlili. Qruplarda
rəhbərlik üslubu və onun tipləri: avtokratik, avtoritar, demokratik,
laqeyd və qeyri sabit.
Qruplarda
şəxsiyyətlərarası
münasibətlər. Qruplarda
şəxsiyyətlərarası münasibətlər haqqında. Qruplarda şəxsiyyətlərarası
münasibətlərin səviyyələri: vasitəsiz asılılıq, vasitəli asılılıq. ictimai
vəzifələr. Psixoloji iqlim qruplarda şəxsiyyətlərarası münasibətlərin
mühüm göstəricisi kimi. Şəxsiyyətlərarası münasibətlərin növləri:
rəsmi, qeyri-rəsmi, şəxsi, işgüzar. Qrupların inkişaf səviyyəsindən
195
asılı olaraq qarşılıqlı münasibətlərin xarakteri.
Qruplarda şəxsyyətlərarası seçmə. Şəxsiyyətlərarası seçmə
və onun sosiometrik baxımdan təhlili. Sosiometrik matrisa və sosio-
qram. Qruplarda
şəxsiyyətlərarası
münasibətlərdə
seçmənin
motivləşməsi. Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə
öyrənilməsi.
III. 6. 1. Qruplar haqqında anlayış
İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd
nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret
mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət
və ənənələri təkrar edir. Bu baxımdan hər bir şəxs konkret
cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan bir-
liyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun
bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi
işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər
tarixində insanlar daima müəyyən qruplarda birləşir və
fəaliyyət göstərirlər.
Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı?
Qrupları səciyyələndirən əsas amillər nədən ibarətdir? Bu kimi
suallara cavab vermədən qruplar, onların rolu və funksiyalarını
da düzgün dərk etmək mümkün deyildir.
Hər şeydən əvvəl hər cür insan birliyini, məsələn,
təsadüfən avtobusda, metroda, küçədə birgə gedən adamları
qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən
birləşmiş
fərdlər
olmaqla, bir-birlərinə
qarşılıqlı
təsir
göstərmirlər. Hər hansı bir insan birliyini qrup adlandırmaq
üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə
girişməsi tələb olunur. Bu cür ümumi mənafe və birgə fəaliyyət
olmadıqda insanların birliyinin son məqsədi də məlum olmur.
Bu cür təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri,
onların bir-birini qavraması halları da aradan çıxır. Bu
196
baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa ver-
diyi tərif diqqəti cəlb edir. «Qrup bir-birinə qarşılıqlı təsir
göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini
«biz» kimi qavrayan iki və daha artıq insan birliyidir»
1
. Məhz
buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və
ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi
səciyyələndirmək lazım gəlir.
Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış,
ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan
adamların nisbətən sabit birliyi qrup adlanır.
Adamların
qeyri-mütəşəkkil
yığımından, təsadüfü
birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün tipik olan
fəaliyyət növlərinə daxil olurlar. Məsələn, ali məktəbin tələbə
qruplarında gələcəyin mütəxəssisi kimi formalaşmalı olan in-
sanlar birləşirlər. Onlar üçün tipik fəaliyyət növü təlim fəaliy-
yəti olub, bu prosesdə müvafiq peşə bilik, bacarıq və
vərdişlərinin formalaşması baş verir.
Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir.
Lakin hər hansı adam bütün qruplarda eyni statusa malik ol-
mur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Məsələn,
uşaq ailədə övlad (oğul və ya qız), məktəbdə şagird, voleybol
komandasında idmançı rolunu; yaşlı adam ailədə valideyn, işdə
müdir və ya adi işçi və s. rolunu yerinə yetirə bilər.
Sosial qruplar. Qeyd olunduğu kimi, adi insan
biriliklərində adamlar ümumi mənafe, sərvət və davranış
normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür so-
sial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul
etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan
qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını,
təşkilat və idarələrdə toplanmış insan qruplarını, hərbi və id-
man qruplarını və s. aid etmək olar. Həmin qrupların strukturu,
normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir
1
Майерс Д. Соüиальная психология. – Питер, 1997, с.356
197
növ cəmiyyət tərəfindən idarə olunur. Təsadüfü insan
biliklərində isə çox vaxt bu cür idarə olunma mövcud olmur.
Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır. Kütlə
aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin bir-
biri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət
obyektinə görə bağlı olan, xüsusi strukturu olmayan insan top-
lusudur. Sosial qruplarda isə aydın dərk olunmuş ümumi
məqsədlər mövcud olur. Qrup üzvlərinin hamısı həmin
məqsədin həyata keçirilməsinə çalışırlar. Burada qarşılıqlı an-
lama, əvvəlcədən düşünülmüş struktura uyğunluq, müvafiq
funksiyalar həyata keçirilir. Bu cəhəti nəzərə alaraq
Ə.Bayramov və Ə.Əlizadə yazır: «Sosial qrup mədəniyyət
meyarları, sərvət meylləri, həyat fəaliyyəti vasitələri və ya
şəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən sabit birliyi-
dir»
1
.
Psixoloji ədəbiyyatda (Ə.Bayramov, Ə.Əlizadə) sosial
qrupların aşağıdakı funksiyaları qeyd olunur:
sosializasiya funksiyası;
instrumental funksiya;
ekspressiv funksiya;
müdafiəedici funksiya;
Qrupun sosializasiya funksiyası-burada qrup üzvlərinin
sosiallaşması, sosial təcrübəni mənimsəməsi, bir şəxsiyyət kimi
formalaşmasını nəzərdə tutur. İnsanın sosiallaşması onun
düşdüyü ilkin sosial qrupdan başlayır. Ailənin ilkin sosial qrup
kimi uşağın sosiallaşmasında oynadığı rol hamıya məlumdur.
İnsanın daxil olduğu sonrakı sosial qruplar da onun sosial
təcrübəni mənimsəmək məktəbi rolunu oynayır.
Sosial qrupların instrumental funksiyasına gəldikdə bu,
qrupda insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə
həyata keçirilməsini nəzərdə tutur. Bu, xüsusilə kollektiv
1
Байрамов Я.С., Ялизадя Я.Я. Сосиал психолоэийа. – Бакы, 2003,
с.115
198
şəkildə həyata keçirilən fəaliyyət növlərində özünü daha aydın
şəkildə göstərir. Buna voleybol, futbol komandasının və birgə
fəaliyyətə əməl olunmadan həyata keçirilməsi mümkün
olmayan digər fəaliyyət növlərində birləşən insan qruplarını aid
etmək olar.
Sosial qrupların ekspressiv funksiyasına gəldikdə buna
psixoloqlar qrupda insanın rəğbətləndirmə, hörmət və etimada
tələbatının təmin olunmasında ifadə olunmasını aid edirlər.
Başqa sözlə sosial qruplar insanların qeyd olunan tələbatlarını
ödəmək vəzifəsini də yerinə yetirirlər.
Sosial qrupun müdafiəedici funksiyasına gəldikdə elə
həmin funksiyanın adı onun mahiyyətini başa düşməyə imkan
verir. Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi üçün əsaslı
şərait yaradan bir birlik kimi fəaliyyət göstərir.
III. 6. 2. Qrupların təsnifatı
Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən
əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq
səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə
bölürlər.
Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük
qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə
bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi
olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s.
aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.
Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan bir-
liyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha
yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri
ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı
əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun
daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar.
Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq
olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn,
199
yeni yaranmış ailəni ilkin qrup adlandırırlar. İnsan adətən bir
ilkin qrupun iştirakçısı olur. Hər hansı mikro sosial qrup onun
iştirakçıları üçün ilkin qrupa çevrilə bilər. Bütün ilkin qruplar
eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın
ömrü boyu davam edən qruplar olaraq qalır. İlkin qrupun
iştirakçıları daimi təmas nəticəsində bir-birini yaxşı tanıyır, bir-
birinə bələd olurlar.
İlkin qrupun iştirakçıları arasında məhrəmlik və ümumi
məxvilik mövcud olduğundan, onların dünyaya «özlərinə»
məxsus baxışları və xüsusi qiymətləndirmə sistemləri yaranır.
Qarşılıqlı maraqların anlaşılması və eyni qrupa mənsub olmaq
hissi ilkin qrupun iştirakçılarını daha həmrəy hərəkət etməyə
məcbur edir. İlkin qrupda sosial nəzarət olub, iştirakçılar öz
hüquq və vəzifələrini könülllü anlayır və yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, ilkin qruplarda baxışlar,
təsəvvür və motivlər birgə yaşayış və fəaliyyət şəraitində
tədricən formalaşır və təkrar nəticəsində müxtəlif stereotiplər
yaranır. İlkin qrupun yaşayış tərzi, adət və ənənələri mövcud
olur ki, onlar tədricən formalaşır və sosial ünsiyyət şəklində
yeni iştirakçılara keçir.
İlkin qruplar özləri eyni zamanda kiçik qrup olmaqla,
kiçik qrupda olan ilkin qruplardan birinə çevrilə bilir. Başqa
sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud ola bi-
lir.
Kiçik qrupların növləri. Sosial psixologiyada kiçik
qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti
qrupları qeyd edirlər.
Şərti qruplar, adından məlum olduğu kimi müəyyən
şərtlər, adamların
müəyyən xüsusiyyətlərə
(cins, yaş,
həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi
nəticəsində yaranır. Məsələn, Universitetin tələbələrini oğlan
və qız olmalarına, idman və musiqi ilə maraqlanmalarına,
yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar. Şərti
qrup bəzən statik qrup da adlandırılır. Şərti qrup iştirakçıları
200
eyni zaman və məkan daxilində yaşamaya və bir-biri ilə
rabitədə, təmasda olmaya da bilirlər. Bununla yanaşı olaraq
şərti qrupların yaradılmasından müvafiq eksperimentlərin
nəticələrini təhlil edərkən də istifadə olunur. Bu zaman
tədqiqatçı üzərində tədqiqat apardığı yoxlananları bu yolla
qruplaşdıra bilir. Məsələn, prof. Ə.Bayramov müxtəlif
məktəblərdə
və
siniflərdə
apardığı
müəyyənedici
eksperimentlərə əsasən aglın tənqidiliyinin səviyyəsinə görə
şagirdləri 4 qrupa bölmüşdür: təhriksiz olaraq tənqidi
düşünənlər; qismən təhriklə tənqidi düşünənlər; tam təhriklə
tənqidi düşünənlər; heç cür tənqidi düşünə bilməyənlər.
Real qruplara gəldikdə bunlara müəyyən zaman və
məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyini
aid edirlər. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin peda-
qoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə
təmasda olurlar.
Sosial psixologiyada kiçik qrupların məqsəd və
xarakterinə görə daha iki növünü qeyd edirlər: rəsmi (formal)
və qeyri – rəsmi (qeyri formal).
Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış
qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla
müəyyən olunur və tənzim edilir. Rəsmi qruplarda qrup
üzvlərinin
mövqeyi
və
davranışı
ciddi
qaydalarla
reqlamentləşdirilir. Bu cür qruplar daima mütəşəkkil qrup olub,
onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və
sənədlərdə öz əksini tapır. Özünün şəxsi töhfəsi və özünün
xidməti və ictimai funksiyalarını yerinə yetirməsindəki
məsuliyyət dərəcəsindən asılı olaraq rəsmi qrupun bütün
üzvləri burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi qrup-
lara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını,
kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.
Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi,
rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür
qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür
201
qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup
üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri
qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da
özünün müvafiq strukturu və qarşılıqlı münasibət normalarına
malik olur. Lakin bu münasibətlər ilk növbədə yazılmamış
qaydalar
və
insanların
şəxsi
keyfiyyətlərindən
doğan
münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına
görə birləşən həyət kompaniyalarını, yaxın iş və təhsil
dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də
bu cür qeyri-rəsmi qruplar yarana bilir. Belə ki, rəsmi qrupun
üzvləri bir-birinə yaxınlıq, dostluq münasibətlərinə görə
qruplaşa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi
bütövlükdə rəsmi qrupun mövqe, norma və məqsədinə uygun
gəldikdə
qrupun
fəaliyyətinin
müvəffəqiyyətlə
həyata
keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik
qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və
qeyri-rəsmi strukturlarının bir-birinə uyğun gəlməsindən asılı
olduğunu qeyd edirlər.
Dostları ilə paylaş: |