Referent
qruplar. Psixoloji
ədəbiyyatda
kiçik
qrupların bir növü kimi referent qrupları da qeyd edirlər
(latınca referens sözündən götürülmüşdür). Özünün normaları,
fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial
birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci
ildə Q.Xaymen tərəfindən irəli sürülmüş və sonralar R. Merton,
Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə olunmuşdur.
Məlum olduğu kimi hər bir adam müxtəlif qrupların
üzvü olur. Ayrı- ayrı adamlar üçün daxil olduğu həmin
qrupların sırası özünəməxsus şəkildə, müxtəlif olur. Lakin
bütün hallarda həmin sıranın müəyyənləşdirilməsi eyni prinsipə
əsaslanır: birinci yerdə mütləq o qruplar dayanacaqdır ki,
həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun ol-
sun. Sonrakı yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik dərəcəsi
olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup fərd üçün
bir növ daxili forum təşkil edir (Q.Midin obrazlı ifadəsinə
202
görə), fərd öz davranışını həmin normalarla tutuşdurur, tənzim
edir.
Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına
çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan
bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.
V.B.Olşanskinin verdiyi tərifə görə etalon qrup real və
ya təsəvvür olunan elə qrupdur ki, şəxsiyyət həmin qrupa cəhd
göstərir və onun standartlarını öz davrvnışı üçün etalon qəbul
edir. Bu baxımdan etalon qruplar real və təsəvvür olunan xa-
rakter daşıya bilər.
III.6.3. Kiçik qrupların fenomenologiyası və struktu-
ru
Kiçik qrupların fenomenologiyası haqqında anlayış.
Psixologiyada fenomenologiya anlayışı altında hər hansı bir
konkret obyekt üçün xarakterik olan əsas hadisələr barədə
təsəvvür və izahatlar nəzərdə tutulur. Bu baxımdan kiçik
qrupların da özünəməxsus fenomenologiyası vardır. İndi kiçik
qruplar üçün xarakterik olan fenomenləri və əsas elmi
anlayışları qısaca olaraq nəzərdən keçirək.
Sosial-psixoloji tədqiqatlardan məlum olduğu kimi, eyni
bir qrup üzvü onlar üçün xarakterik olan münasibətlər
sistemində eyni vəziyyətdə olmurlar. R.S.Nemovun qeyd etdiyi
kimi, kiçik qrupların üzvləri qrupdaxili münasibətlər struktu-
runda özlərinin mövqeləri, statusları, daxili yönəlişlikləri,
rollarına malik olurlar. Ona görə də R.S.Nemov hər bir adamın
qrupdaxili
münasibətlər
strukturundakı
yerini
müəyyənləşdirmək üçün həmin anlayışlardan istifadə edildiyini
qeyd edir.
Bütün
bunlarla
yanaşı
olaraq
kiçik
qrupların
fenomenologiyasında aşağıdakı anlayışlar da özünəməxsus yer
tutur: kiçik qrupların həcmi, strukturu, psixoloji uyuşma, qrup
203
təzyiqi, norma və funksiyalar, qrupun qütbləşməsi, rəhbərlik və
liderlik və s.
Qrup üzvlərinin mövqeləri anlayışı altında insanın hər
hansı bir münasibətlər sistemində tutduğu yer başa düşülür.
Həmin mövqe insanın qrupun digər üzvləri ilə əlaqəsi ilə
müəyyənləşdirilir. İnsanın qrupun digər üzvlərinin hərəkət və
davranışına
potensial
təsiri
həmin
adamın
qrupdakı
mövqeyindən asılıdır. Mövqeyin hansı səviyyədə olması bu
təsirin səviyyəsini müəyyənləşdirmək imkanı verir.
Qrup üzvlərinin statusuna gəldikdə o, qrup üzvlərinin
mövqelərindən fərqli anlayışdır. Qrup üzvünün statusundan
danışarkən onun qrupdaxili münasibətlər sistemində qrupun
digər üzvlərinə nisbətən əldə etdiyi həqiqi nüfuz dairəsi
nəzərdə tutulur. Məsələn, hər hansı qrupun üzvlərindən biri
qrupda yüksək rəsmi bir vəzifəni tuta bilər. Bu onun qrupdakı
mövqeyini nəzərə çarpdırır. Qrup üzvünün yüksək statusundan
danışarkən isə onun qrup üzvləri tərəfindən qəbul olunması və
yüksək nüfuza, ona qayğı, inamın yaranması və qrup üzvlərinə
əsaslı psixoloji təsir göstərmək bacarığına malik olması
nəzərdə tutulur. Şübhəsiz qrupda yüksək statusa malik olan
şəxsiyyətlərin olması qrup fəaliyyətinin səmərəliliyi üçün ən
vacib şərtlərdən biridir.
Fərdin kiçik qrupdakı vəziyyətini səciyyələndirən
anlayışlardan biri də daxili yönəlişlik (ustanovka) anlayışıdır.
Bu
fərdin
öz
statusunu
şəxsən, subyektiv
şəkildə
qavramasından ibarətdir. Burada fərdin öz real vəziyyətini,
nüfuzunu və qrupun digər üzvlərinə təsir dərəcəsini necə
qiymətləndirməsi nəzərdə tutulur.
Fərdin qrupdakı vəziyyətini səciyyələndirməkdə rol
anlayışı da xüsusi yer tutur. Sosial psixologiyada rol qrupda
müvafiq mövqe tutan insanın müəyyən normalarla bağlı, kol-
lektiv şəkildə bəyənilmiş, icrası gözlənilən davranış tərzi kimi
nəzərdə tutulur. Rol rəsmi vəzifə kimi müəyyənləşdirilə, yaxud
qrup üzvləri tərəfindən seçilə bilər. Müəyyən qrupda müvafiq
204
rola girən insan tədricən həmin rola alışır və qrup üzvləri ondan
həmin rola uyğun davravnış tərzini gözləməyə başlayırlar.
Kiçik qrupların həcmi və strukturu. Əvvəlki bölmədə
kiçik qrupların həcmindən danışdıq və qeyd etdik ki, kiçik
qruplar 2- dən 30- 40- a qədər insanların birliyidir (III.6.2.).
Onun strukturuna gəldikdə bunu bir neçə istiqamətdə
xarakterizə etmək mümkündür.
R.S.Nemov qarşılıqlı təsir və informasiyaların qrupun bir
üzvündən digərinə ötürülmə imkanlarını və şəxsiyyətlərarası
əlaqə sistemini təmin edən kommunikasiya kanallarından asılı
olaraq kiçik qrupların özünəməxsus strukturunu qeyd edir.
Qrupdaxili kommunikasiyanın struktur kanalının iki əsas növü
qeyd olunur: mərkəzləşdirilmiş (A) və mərkəzləşdirilməmiş
(B), eyni zamanda onların həyatda özünü göstərən bəzi
variantları.
1
Mərkəzləşdirilmiş kommunikasiya kanalının strukturu
onunla səciyyələnir ki, burada qrupun üzvlərindən biri daima
bütün ünsiyyət istiqamətlərində fəaliyyət göstərir, diqqət
mərkəzində olur və qrup fəaliyyətinin təşkilində əsas rol
oynayır. Həmin adamın vasitəsilə qrupda həmin qrupun digər
üzvləri arasında informasiya mübadiləsi həyata keçirilir.
A
1) frontal 2) radial 3) ierarxik
1
Немов Р.С. Психология, в 3-х кн., кн. 1 – М., 1998, с. 539-541
205
B
4) zəncirvari 5) dairəvi 6) tam
Şəkil 9. Qrupdaxili kommunikasiyanın struktur tipləri
və variantları (R.S.Nemova görə)
A şəklində mərkəzləşdirilmiş strukturun üç variantı
verilmişdir: frontal, radial və iyerarxik struktur. Şəkildən
göründüyü kimi frontal kommunikasiya kanalı strukturunda
qrupun iştirakçıları birbaşa təmasa girmədən bir sırada dayanır
və bir- birlərini görə bilirlər. Bu cür struktur qrup iştirakçıları
birgə fəaliyyət zamanı müəyyən dərəcədə bir- birlərinin
davranış və reaksiyalarını nəzərə ala bilirlər. Frontal struktur
müəllimlərə sinifdə dərs zamanı, frontal iş zamanı yaranan
strukturdan tanışdır.
İkinci, mərkəzləşdirilmiş kommunikasiya strukturu olan
radial variant frontal variantdan onunla fərqlənir ki, burada
fəaliyyətin iştirakçıları bir-birlərini bilavasitə qavraya, görə və
ya eşidə bilmirlər. Onlar informasiya mübadiləsini yalnız
mərkəzi şəxsin vasitəsilə həyata keçirirlər. Bu hal qrupun ayrı-
ayrı üzvlərindən birinin digərlərinin davranış və reaksiyalarını
nəzərə almalarına imkan vermir. Bu zaman sadəcə olaraq qru-
pun hər bir üzvü tam sərbəst və müstəqil işləməklə, axıra qədər
fərdi, özünəməxsus mövqeyini təzahür etdirir.
Mərkəzləşdirilmiş iyerarxik kommunikasiya strukturun-
da tamamilə başqa cür vəziyyət yaranır. Burada iştirakçıların
bir neçə, ən azı iki tabeçilik səviyyəsi mövcud olur. Bunlardan
bir qismi birgə fəaliyyət zamanı bir- birini görə bildiyi halda,
digərləri görə bilmir. Onların arasındakı şəxsiyyətlərarası
ünsiyyət məhdudlaşmış olur. Yalnız tabeçilik səviyyəsində
olan iki nəfərin arasında əlaqə (kommunikasiya) həyata keçə
206
bilir.
Şəkil A – dan göründüyü kimi, bu cür kommunikasiya
strukturunda iyerarxik tabeçiliyin yuxarı səviyyəsində 1-ci
fərdin bilavasitə 2- ci köməkçisi vardır. 2- ci fərd də öz
növbəsində qalan üç iştirakçıya tabedir. 1- ci fərd yalnız 3-
mərhələdə dayanan fərdlərlə ünsiyyət imkanına malik olan 2-
ci fərdlə qarşılıqlı təsir imkanına malikdir.
Mərkəzləşdirilməmiş ünsiyyət strukturuna malik olan ti-
pik variantlar əvvəlki strukturdan fərqli xüsusiyyətlərə
malikdirlər. Burada bütün variantlarda qrupun hər bir üzvü
həmin struktur daxilində öz qrup yoldaşları ilə eyni məlumat
əldə etmək, işləmək və məlumatları ötürmək imkanlarına malik
olmaqla, onlarla açıq, bilavasitə ünsiyyətə girə bilirlər.
Kommunikasiyanın bu cür strukturunun zəncirvari
variantında ünsiyyət sistemində şəxsiyyətlərarası qarşılıqlı təsir
bir növ zəncirvari şəkildə həyata keçir. İki kənar iştirakçıdan
başqa qalan iştirakçılar iki qonşusu ilə, kənar mövqe tutan
fərdlər isə yalnız bir qonşusu ilə qarşılıqlı təsirə malik olur. Bu
cür ünsiyyət strukturu konveyer xarakterli işlərdə özünü aydın
göstərir.
Dairəvi kommunikasiya strukturası zəncirvaridən onunla
fərqlənir ki, burada birinci növbədə qrup üzvlirinin hamısı eyni
imkana malik olur. İkincisi, onların öhdəsində olan məlumatlar
qrup üzvləri arasında dövr etmək, tamamlanmaq və
dəqiqləşmək imkanına malik olur. Üçüncüsü, bu cür kommu-
nikasiya strukturunda iştirakçılar üzbəüz dayanmaqla bir-
birinin reaksiyalarını bilavasitə müşahidə etmək, onları öz
işlərində nəzərə almaq imkanına malik olurlar.
Aparılmış tədqiqatlar belə bir qənaətə gəlməyə imkan
vermişdir ki, qruplarda kommunikasiya strukturunun yuxarıda
qeyd etdiyimiz bütün variantlar bu və ya digər dərəcədə
məhdudiyyətə malikdir. Bunlarda iştirakçıların hər biri ya
başqaları ilə bilavasitə ünsiyyətdə qeyri bərabər imkana, ya da
bərabər, lakin məüdud imkana malik olur. Ona görə də həmin
207
sahənin mütəxəssisləri ünsiyyət strukturuna görə qrupun daha
səmərəli variantı kimi tam və ya qeyri məhdud variantını qeyd
edirlər. Bu variantda qrup iştirakçıları arasında sərbəst
şəxsiyyətlərarası ünsiyyət sahəsində heç bir məhdudiyyət ol-
mur. Burada qrupun hər bir üzvü digərləri ilə tamamilə sərbəst
qarşılıqlı təsiri həyata keçirə bilir. Təcrübədə kommunikasiya
strukturunun hansından istifadə olunması qrupun qarşısında du-
ran məqsəd və vəzifədən asılı olur.
Kiçik qruplarda psixoloji uyuşma. Kiçik qruplarda
birgə fəaliyyətin müvəffəqiyyətlə getməsi, səmərəliliyi qrup
uyuşmasından, başqa sözlə qrup üzvlərinin həmrəyliyindən çox
asılıdır. Bunu həyatı faktlar da təsdiq edir. Tez- tez hər hansı
bir qrupun dağılmasının, onun fəaliyyətinin səmərəsizliyinin
qrup uyuşmasının olmaması ilə bağlı olması barədə söhbətlərin
şahidi oluruq. Hər hansı bir qrupda, məsələn, ailədə, istirahət
qruplarında, biznesdə, idman və s. qruplarında adamların bir-
birinə uyuşa bilməməsini qrup fəaliyyəti üçün ciddi maneə he-
sab edirlər. Başqa sözlə, çox vaxt bu cür kiçik qruplarda heç də
bütün adamların hamısının həmin qrupda mürəkkəb və
məsuliyyətli birgə işi həyata keçirməyə hazır olmadıqları
özünü göstərir. Kiçik qrupların fəaliyyətinin səmərəliliyinə
müsbət və ya mənfi təsir göstərən amillərdən biri məhz qrup
uyuşması fenomeni ilə əlaqədardır.
Mövcud ədəbiyyatda qrup uyuşmasını ilk növbədə fizi-
oloji və psixoloji aspektdə izah edirlər. Fizioloji uyuşmanı çox
vaxt təmiz fiziki imkanlar, xüsusiyyətlərlə bağlayırlar.
Məsələn, hər hansı bir fiziki işi birgə yerinə yetirən adamlarda
fiziki uyuşmanın olması zəruridir. Psixoloji uyuşmaya
gəldikdə, bu, qrup üzvlərinin psixoloji cəhətdən uyuşması ilə
bağlıdır. Bu heç də fizioloji uyuşmadan az əhəmiyyətə malik
deyildir.
Müasir psixologiyada psixoloji uyuşmanın üç istiqamətdə
– struktur, funksional və adaptiv istiqamətlərdə öyrənildiyi
208
göstərilir.
1
Psixoloqlar struktur uyuşmanı «qrup üzvlərinin
xarakteristikalarının optimal uyuşmasının» araşdırılması ilə
baglayırlar. Buraya qrup üzvlərinin dünyagörüşü, tələbatları,
motivləri, maraqları və s.- nin oxşarlığı və yaxınlığını aid edir
və bu cür oxşarlıq və yaxınlığın qrup üzvlərinin bir-birinə
psixoloji cəhətdən uyuşmasına kömək etdiyini göstərirlər
(Ə.Bayramov, Ə.Əlizadə).
Funksional psixoloji uyuşmaya gəldikdə burada idraki,
emosional-iradi cəhətdən yaxınlıq, xüsusilə temperament və
xarakter səviyyəsində uyuşma əsas götürülür. Həyati faktlar
göstərir ki, qrup üzvləri arasında xarakterlərinə görə
uyğunsuzluğun olması çox vaxt qrupda ciddi mənfi psixoloji
hadisələrin baş verməsinə, xüsusilə qrupda psixoloji iqlimin
pozulmasına gətirib çıxarır. Hətta qrup üzvlərinin tək birində
xarakterin ciddi uyğunsuzluğu qrup fəaliyyətinin pozulmasına
əsaslı təsir göstərə bilir. Fikrimizi aydınlaşdırmaq üçün rast
gəldiyimiz bir fakta nəzər salaq. Yaxşı tanıdığımız, yüksək el-
mi dərəcəyə malik olan C. Bir elmi idarəyə şöbə müdiri təyin
olunmuşdu. İlk dövrlər C. Özünü bacarıqlı təşkilatçı kimi
göstərməyə çalışsa da bir neçə ay keçdikdən sonra həqiqi
xasiyyətini biruzə verməyə başladı. O, tabeliyində olan işçiləri
incidir, hamının yerli-yersiz onun istədiyi kimi hərəkət
etməsini tələb edirdi. Qulaq asmayanları müxtəlif bahanələrlə
işdən uzaqlaşdırmağa çalışır, rəhbərliyin düzgün tələblərini
qəbul etmirdi. Həmişə öz fəaliyyəti ilə müəssisədə yüksək
qiymətləndirilən şöbədə psixoloji iqlim pozulmaqla yanaşı
şöbənin fəaliyyəti iflic vəziyyətinə düşmüşdü. Bütün bunlar
rəhbərliyin nəzərindən qaçmadığına görə C-nı 1 illik elmi
məzuniyyətə göndərməyə, şöbəni birləşdirməyə məcbur oldu-
lar. C. İlk dövrlər bunula razılaşmış, elmi işini başa çatdırmış
1
Байрамов Я.С., Ялизадя Я.Я. Сосиад психолоэийа – Бакы, 2003, с.
168
209
və
rəhbərliyin
yaxından
köməyi
sayəsində
doktorluq
dissertasiyasını müdafiə etmişdir. Az vaxt keçdikdən sonra C-
in xarakter əlaməti yenə də özünü göstərməyə başlayır, ona
yaxından köməklik göstərmiş müəssisə rəhbərinə qarşı
çıxmağa, ona qarşı iftiralar uydurmağa başlayır. Nəticədə
yenidən müəssisədə psixoloji iqlim pozulur, işdə ciddi
narahatlıq özünü göstərməyə başlayır.
Bu cür faktlar göstərir ki, qrupda şəxsiyyətlərarası
rolların bir-biri ilə uyuşması psixoloji uyuşmanın zəruri
şərtlərindən birinə çevrilir. Əksinə, rollararası münaqişələrin
yaranması isə qrup uyuşmasını çətinləşdirməklə onun
fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir.
Psixoloji ədəbiyyatda qeyd olundugu kimi, qrup
uyuşmasının adaptiv planda təhlili pozitiv şəxsiyyətlərarası
münasibətlərin formalaşdırılmasını nəzərdə tutur. Psixoloqlar
qrup uyuşmasının adaptiv planda həyata keçirilməsini təmin
etmək üçün işgüzar oyunlar metodundan geniş istifadə
olunmasını məsləhət görürlər.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, işi
birlikdə icra edən və ya yanaşı yaşayan adamların uyuşan və
uyuşmaz olması qrupların sosial-psixoloji tədqiqi üçün ən ak-
tual vəzifələrdən biridir.
Qrup uyuşmasının eksperimental tədqiqi qomeostat adla-
nan xüsusi qurğunun köməyi ilə həyata keçirilir. Qomeostat elə
bir cihazdır ki, burada eyni vaxtda bir neçə adam işləyə bilir.
Bu zaman birgə fəaliyyətin müvəffəqiyyəti bütün qrupun
fəaliyyətinin uzlaşdırılmasından və uygunlaşdırılmasından asılı
olur. Bu cihazın köməyi ilə qrupun birgə fəaliyyətə nə dərəcədə
hazır olduğunu aşkara çıxarmaq mümkün olur. Bu baxımdan
qomeostatdan müəyyən qrupları yaratmaq məqsədi ilə müvafiq
qrup üzvlərini müəyyənləşdirmək üçün onun imkanlarını
şişirtməyə imkan vermədən istifadə etmək mümkündür.
Qrup təzyiqi fenomeni. XX əsrin 50 və 60- cı illərində
sosial psixologiyada şəxsiyyətin davranışının onun fərqli
210
sərvət meylləri və normaları qrup normalarına uyğun gəlmədiyi
şəraitdə ziddiyyətli xarakter daşıması problemi diqqət
mərkəzində olmuşdur. Bu cür psixoloji konfliktlər qrupun
şəxsiyyətə təsiri şəraitində təzahür edə bilirdi ki, bu qrup
təzyiqi hadisəsi kimi qeyd olunurdu. Fərd və qrup arasındakı
konflikti həll etməyin yollarından biri kimi konformizm özünü
göstərməyə başlamışdır.
Konformizm (və ya konformluq) fərdin qrupla zahirən
razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir
təsirinə tabe olması, hər bir şəraitdə uyğunlaşmasından ibarətdir.
Bu baxımdan sosial psixologiyada konformluq dedikdə fərdin
qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun
hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşması,
insanların öz davranışlarını dəyişmək meyli başa düşülür. Bu
zaman istər-istəməz psixoloji cəhətdən fərdin mövqeyinin qru-
pun təzyiqinə məruz qalması baş verir.
Konformizm fenomeni empirik şəkildə insanlara çoxdan
məlumdur. Prof. Ə.Əlizadə hələ qədim zamanlarda Azərbaycan
güzəran
psixologiyasında
konformizmin
müxtəlif
bədii
modellərinin təsvir olunduğunu aşkara çıxarmışdır.
1
Konformluq və nonkonformluq probleminin eksperimen-
tal tədqiqi başlıca olaraq M.Şerif, S.Aş, R.Kraçfild, D.Kreçin
əsərləri meydana gəldikdən sonra diqqəti cəlb etməyə
başlamışdır. Burada məşhur Amerika psixoloqu S.Aşın xidməti
xüsusilə
böyuk
olmuşdur.
Onun
1956-
cı
ildəki
eksperimentlərinin
nəticələri
sosial
psixologiyanın
«ən
heyrətamiz
kəşflərindən
biri
kimi» (V.E.Çudnovski)
səciyyələndirilməyə başladı.
S.Aşın eksperimenti çox sadə olmaqla hər hansı bir
mürəkkəb texniki ölçü tələb etmirdi. Eksperiment 7- 8 nəfərdən
ibarət qrupda aparılmışdır. Yoxlananları yazı taxtasından 3-5
1
Байрамов Я.С., Ялизадя Я.Я. Сосиал психолоэийа. – Бакы, 2003,
с.176
211
metr aralı bir sırada oturmağa dəvət etmişlər. Onlara təxminən
belə bir təlimat verilmişdir: Siz taxtada çəkilmiş xətlərin
uzunluğunu fərqləndirməli olacaqsınız. «Sizin qarşınızda iki ağ
vərəqdə xətlər çəkilmişdir. Birinci vərəqdə bir xətt vardır.
Həmin xətt etalon xətdir. İkinci vərəqdə 3 xətt çəkilmişdir (1,2
və 3). Həmin xətlərdən biri birinci vərəqdəki xətlə eyni
uzunluqdadır. Siz həmin xətti qeyd etməlisiniz. Xahiş edəcəm
hər biriniz öz cavabınızı verəsiniz. Mən cavabları qeyd
edəcəm. Diqqətli olmağa çalışın – gəlin sağdan sola başlayaq».
Qabaqcadan birinci 6 nəfərə belə bir tapşırıq verilmişdir
ki, qəsdən etalona uyğun olmayan xəttin nömrəsini qeyd
etsinlər. Bu bir növ xüsusi qrup kimi «düzəltmə qrup»
adlandırılmışdır. 7-ci və sonrakı yoxlananı eksperiment
aparanın əvvəlkilərlə qabaqcadan sözləşdiyini bilmir. S.Aş bu-
nu «sadəlövh subyekt» adlandırır. Cavab verilməyə başlananda
birinci 6 nəfər qəsdən xətləri səhv qiymətləndirir. Onlardan so-
nra cavab verən «sadəlövh subyektlərin» bir çoxu da xətləri
onların təsiri altında qiymətləndirməyə başlayırlar.
S.Aşın tədqiqatları komformizmin başqa bir maraqlı
cəhətini də aşkara çıxarmışdır. Məlum olmuşdur ki, «sadəlövh
subyektin» qrup təzyiqi effekti düzəltmə qrup üzvlərinin
miqdarı ilə bağlıdır. Tədqiqat zamanı məlum olmuşdur ki, əgər
təcrübədə sınanan şəxsdən başqa «düzəltmə qrup» kimi yalnız
bir nəfər iştirak edirsə, qrup «təzyiqi» effekti, demək olar ki,
təzahür etmir; əgər sınanan şəxs iki nəfərdən ibarət qrupun rəyi
ilə rastlaşırsa, qrup «təzyiqi» effekti çox cüzi olur. Düzəltmə
qrup 3 nəfərdən ibarət olduqda, müvafiq effekt tam aydınlığı
ilə təzahür edir. Düzəltmə qrup üzvlərinin sayının daha da
artması qrup «təzyiqi» effektinin də artmasına gətirib çıxarır.
Şəxsiyyətin qrup «təzyiqinə», fikrinə tabe olması daxili
və ya xarici xarakter daşıya bilir. Xarici konformluq zamanı
qrup təzyiqi götürüldükdən sonra fərd özünün ilkin mövqeyinə
qayıdır. Daxili konformluq zamanı isə qrup təzyiqi aradan
çıxdıqdan sonra da fərd qrupun mövqeyini saxlayır. Başqa
212
sözlə həmin konformluq zamanı fərdin daxili mövqeyi ilə xari-
ci təzyiq arasında ixtilaf olmur. Ona görə də bu cür
konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq müm-
kündür.
Təcrübə göstərir ki, qrup üzvləri arasında konformizmin
əksinə olan hallara da rast gəlmək mümkündür. Bu zaman fərd
qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir, bir
növ neqativ mövqe tutur. Fərdin nə olursa olsun əksəriyyətin
fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks
çıxması nonkonformizm adlanır. Nonkonformizm bir növ «ne-
qativizm» anlayışına sinonim, «konformluq» anlayışına anto-
nimdir.
Qrup qütbləşməsi. Kiçik qruplarda özünü göstərən
hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir. «Qrup
qütbləşməsi fenomeni» anlayışı ilk dəfə olaraq 1969- cu ildə
S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürülmüşdür.
D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onun
üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun
rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə
köçürülməsindən
ibarətdir.
1
D.Mayersin
fikrincə, qrup
qütbləşməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki,
qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün
ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər
adamlar əvvəlcədən nəyinsə «lehinə» fikir söyləməyə
meyllidirlərsə,
müzakirə
onların
mövqelərini
yalnız
möhkəmləndirir. Əgər onlar nəyinsə «əleyhinə» gedirlərsə,
müzakirədən sonra öz etirazlarını daha güclü şəkildə
göstərəcəklər.
Dostları ilə paylaş: |