Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş. Yuxarıda
qeyd etdiyimiz kimi məktəbə psixoloji xidmətin əsas
istiqamətlərindən birini psixoloqun müəllimlərlə, valideynlərlə
və şagirdlərlə apardığı konsultativ işlər təşkil edir. Məlum
olduğü kimi, təlim fəaliyyətinin müvəffəqiyyəti, şagird
şəxsiyyətinin formalaşması və inkişafı onun böyüdüyü və
tərbiyə aldığı ailə mühitinin xüsusiyyətindən çox asılıdır.
Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların
təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına
əsaslı təsir göstərir. Ona görə də ailə tərbiyəsindən çox şey
asılıdır. Təcrübə göstərir ki, bəzi ailələrdə uşağın tərbiyəsi üçün
zəruri olan psixoloji şərait yaradılmadığı, onun psixoloji
xüsusiyyətləri nəzərə alınmadığına görə bir sıra çətinliklər
meydana çıxır. Bu cür çətinlikləri aradan qaldırmaqda ailəyə
psixoloji xidmətin rolu böyükdür. Adətən, valideynlər uşaqla
əlaqədar hər hansı bir problemə rast gəldikdə kömək üçün
məktəbə, məktəb psixoloquna müraciət edirlər. Bu zaman əksər
hallarda uşağın ehtiyacı və tələbi nəzərə alınmır. Bütün bunları
nəzərə alaraq məktəb psixoloqu şagirdlərin davranışı, onların
şəxsiyyətdaxili vo şəxsiyyətlərarası münaqişə problemləri ilə
məşğul olarkən uşağın yaşadığı və tərbiyə aldığı ailə, həmin
ailə üzvləri arasındakı qarşılıqlı münasibət və s. ilə də
maraqlanmalıdır. Buradan çıxış edərək psixoloq öz xidmətini
639
göstərməlidir. Lakin bütün ailələr psixoloqun onun övladı ilə
müvafiq iş aparmasına, yeri gəldikdə valideynlərə lazımi
məsləhət verməsinə eyni cur yanaşmırlar.
Bəzi ailələr özləri psixoloqun övladlarının şəxsiyyətini
tənzim etməsi ilə maraqlanır və bu sahədə ona şərait yaradırlar,
başqa ailələr bu sahədə neytral mövqe tutur, bəziləri də bu işə
hər yolla mane olurlar. Ona görə də psixoloqun işi həmişə istə-
diyi kimi gedə bilmir. Xüsusilə uşağın tərbiyəsi və onun
şəxsiyyətinin inkişafı üçün müvafiq şərait olmayan ailələrlə iş
zamanı bu çətinlik özünü qabarıq şəkildə göstərir. Belə
ailələrin müxtəlif tipləri mövcud ola bilər ki, onların hər
birində psixoloqun yerinə yetirəcəyi iş o birilərindən fərqlənir.
Bu cür ailələrin aşağıdakı tiplərinə rast gəlmək mümkündür: 1)
boşanma ərəfəsində olan ailələr, 2) boşanmış ailələr, 3)
şəxsiyyətlərarası
və
şəxsiyyətdaxili
munaqişələri
həll
olunmamış ailələr, 4) əxlaq, ictimai münasibət normalarına
uyğun olmayan sərvət və normalar sistemi formalaşmış ailələr.
Psixoloqun həmin ailələrdən gələn uşaqlarla müvafiq iş apara
bilməsi üçün həmin ailələr, orada uşaqların tərbiyəsi üçün
yaradılan şəraitin xüsusiyyətləri ilə ətraflı tanış olması
zəruridir.
Adətən, birinci tip ailələrdə uşaqların tərbiyəsi və
sosiallaşması üçün yaranmış şəraitin xarakterik xüsusiyyəti
bundan ibarətdir ki, həmin ailələrdə uşaqlar artıq kəskin, açıq
xarakter almış ailə münasibətlərindəki münaqişələrə cəlb olu-
nurlar. Onlar münaqişədə olan valideynlərinə öz münasibətlərini
bildirməyə məcbur olurlar. Bütün bunlar həmin ailədəki
uşaqların psixoloji və mənəvi zədə almasına, eləcə də
məktəbdəki fəaliyyətinə mənfi təsir göstərməsinə səbəb olur.
Məktəb psixoloqunun vəzifəsi bu cür şəraitə düşən
şagirdləri müəyyənləşdirmək və onlarla psixoloji məsləhət işi
aparmaqdan ibarətdir. Bu sahədə aparılan iş uşağın özünü
qiymətləndirməsini təshih etməyə, günahkar olmaq fikrini,
hissini aradan qaldırmağa yönəldilməlidir. Psixoloq uşağın öz
640
gələcəyini daha nikbin təsəvvür etməsinə köməklik göstərə bilər
və göstərməlidir. Bu dövrdə valideynlərlə də izahat xarakterli
söhbət aparmaq mümkündür və lazımdır. Söhbət zamanı
valideynlərin uşağa
qarşı müvafiq şəkildə davranmaq
məsələsinə toxunmaq lazımdır.
İkinci tip ailələrdə böyüyən uşaqlarla əlaqədar psixolo-
qun aparacağı iş də düşünülmüş xarakter daşımalıdır. Burada da
nəzərə alınması zəruri olan cəhətlər çoxdur. Adətən, bu cür
ailələrdə uşaqdan bir növ qisas almaq silahı kimi istifadə olu-
nur. Belə ki, uşağın onunla olmayan valideynlə ünsiyyət
saxlamasına qəti imkan vermirlər. Bu isə uşağın nəinki ümumi
inkişafına, tərbiyəsinə, o cümlədən təlim fəaliyyətinə mənfi təsir
göstərir.
Bu cür ailə şəraitində olan uşaqlarla psixoloqun apardığı iş
onların yaş və cinsi xüsusiyyətlərini nəzərə almaq əsasında
qurulmalıdır. Psixoloq bu zaman rollu treninqdən istifadə
etməklə uşağın evdə əldə edə bilmədiyi rolu mənimsəməsinə,
ünsiyyət sahəsinin genişlənməsinə və özü üçün yaxın dost
seçməsinə nail olmalıdır. Bu kimi hallarda uşağın yanında
qaldığı valideyni ilə məsləhət xarakterli iş aparılması
məqsədəuyğundur.
Üçüncü tip ailələrdə də uşağın inkişafı və sosiallaşması
üçün uyğun olmayan şərait yaranır. Psixoloji tədqiqatlar
göstərmişdir ki, həmin ailələrdəki şərait gizli, həll olunmamış
münaqişələrin
və
ya
uyğun
şəkildə
həll
edilməyən
münaqişələrin olması ilə xarakterizə olunur. Bu cür münaqişələr
isə ailədəki münasibətlərin psixoloji strukturunu aradan qaldırır
ki, bu da çox vaxt uşağın şəxsiyyətinin inkişafına mane olur.
Onun şəxsiyyətində arzu olunmayan əlamət və keyfiyyətlər,
uyğun olmayan özünüqiymətləndirmə formalaşır, məktəbdəki
davranışına, mənimsəməsinə, sinif yoldaşları və müəllimlərlə
qarşılıqlı münasibətinə mənfi təsir göstərir. Yenietməlik
dövründə bu daha aydın şəkildə təzahür edir.
Məktəb psixoloqu bu cür ailələri aşkara çıxarmaqla burada
641
böyüyən
uşaqlara
mümkün
olan
psixoloji
köməkliyi
göstərməlidir. Valideynlərlə müvafiq izahat işi aparmalı, onların
arasındakı münasibətin uşağın tərbiyəsinə nə kimi təsir
göstərməsini qeyd etməlidir. Yeri gəldikcə həmin valideynlərə
müvafiq psixoloji məsləhətlər verməlidir.
Nəhayət, dördüncü tip ailələrlə psixoloqun apardığı iş də
özünəməxsus xüsusiyyətə və əhəmiyyətə malikdir. Bu cür
ailələrdə güc, gobudluq, alkoqolizm hökm sürə bilər. Həmin
ailə mühiti nəinki uşaqlarda şəxsiyyətin ahəngdar inkişafına
şərait yaratmır, eyni zamanda məktəbin həmin sahədə apardığı
işi sıradan çıxarır. Belə ailələrdə böyüyən uşaqlarda ikili əxlaq,
mənəviyyat formalaşır. Həmin uşaqlar qanunu pozmağa daha
çox meylli olurlar. Onlarda, adətən, şübhə, inamsızlıq, onu əhatə
edənlərlə mülayim şəxsi təmas yarada bilməmək, təcavüzkarlıq,
zəifiradəlilik, xüdbinlik və s. kimi mənfi xarakter əlamətləri
formalaşır.
Məktəb psixoloqunun bu cür ailələrdən gələn uşaqlarla
apardığı iş olduqca çətindir. Adətən, bu cür ailələr üçün qapalılıq,
kənardan ona qarışmağa yol verməmək xarakterik haldır. Bu-
na baxmayaraq həmin ailələr və onlardan gələn uşaqlarla iş
aparılmalıdır. Məktəbin, məktəb psixoloqunun vəzifəsi uşağı
tərbiyə etmək, onda mövcud olan qüsurları aradan qaldırmaqdan,
onun şəxsiyyətindəki müsbət cəhətləri möhkəmləndirməkdən
ibarətdir. Bütün bu işləri həyata keçirərkən psixoloq sinif
rəhbərinin, ayrı-ayrı müəllimlərin, valideyn komitəsinin, şagird
təşkilatlarının köməyindən istifadə etməlidir.
642
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Psixoloji xidmət dedikdə nəyi başa düşürsünüz?
2. Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri barədə
qısaca danışın.
3. Məktəbə psixoloji xidmətin prinsipləri hansılardır?
4. Məktəbə psixoloji xidmət hansı mərhələlərdə həyata keçiri-
lir?
5. Məktəbə
psixoloji
xidmətin
funksiyaları
və
əsas
istiqamətləri hansılardır?
6. Məktəbə psixoloji xidmət məqsədilə hansı psixoprofilaktik
işlər aparmaq lazımdır?
7. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən
məsləhət işlərindən danışın.
8. Məktəbə psixoloji xidmət prosesində nə kimi diaqnostik
işlər aparmaq olar?
9. Məktəbə psixoloji xidmət məqsədilə aparılan korreksiya
işlərinin mahiyyəti nədən ibarətdir?
10. Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək
yardımçı işlərdən danışın.
11. Məktəbə psixoloji hazırlığın diaqnostikasını necə aparmaq
olar?
Ədəbiyyat
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991,
s.242-291.
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları.
– Bakı, 2003, səh.212-257
Əlizadə Ə.Ə. Məktəbə psixoloji xidmət: problemlər,
düşüncələr// Azərbaycan məktəbi, 1993,
№3.
Əliyev R.İ. Məktəbə psixoloji xidmətin aktual məsələləri.
643
– Bakı, 2004.
Quliyev E.M. Uşaq və yaş psixologiyası. Testlər-300.
- Bakı, 2006.
Məmmədov İ.Ə. Azərbaycan məktəblərində psixoloji
xidmətin təşkili təcrübəsi və elmi-metodik
problemləri. – Bakı, 1996
Məmmədzadə R.H. Təhsil müəssisələrində psixoloji
xidmət. – Bakı, 1996.
Psixoloqiçeskaə
slujba
v
şkole
/
Pod
red.
İ.V.Dubrovina. – M., 1984
Roqov E.İ. Nastolğnaə kniqa praktiçeskoqo psixoloqa v
obrazovanii. – M., 1995.
644
Mündəricat
Ön söz ....................................................................................... 2
BİRİNCİ HİSSƏ 5
PSİXOLOGİYAYA GİRİŞ...................................................... 5
1 - c i F Ə S İ L 5
PSİXOLOGİYANIN PREDMETİ VƏ METODLARI ............ 5
I. 1.1. Psixologiyanın predmeti ................................................. 6
I. 1.2. Psixologiyanın elmlər sistemində 8
yeri və sahələri .......................................................................... 8
I.1.3. Psixologiya elminin inkişaf mərhələləri ..................... 16
I.1.4. Azərbyacanda psixoloji fikrin və elmi
psixologiyanın yaranması, inkişafı ......................................... 21
I.1.5. Psixologiyanın tədqiqat metodları .............................. 47
2 - c i F Ə S İ L
PSİXİKANIN FİLOGENEZDƏ İNKİŞAFI........................... 56
İKİNCİ HİSSƏ
FƏALİYYƏT VƏ ÜNSİYYƏT.............................................. 64
3 - c ü F Ə S İ L
FƏALİYYƏT.......................................................................... 64
II.3.1. Fəaliyyət haqqında anlayış ........................................ 64
II.3.2. Fəaliyyət və fəallıq ...................................................... 65
II.3.3. Fəaliyyətin quruluşu ................................................... 67
II.3.4. Fəaliyyətin mənimsənilməsi........................................ 70
II.3.5. Fəaliyyətin əsas növləri ............................................... 91
4 - c ü F Ə S İ L
ÜNSİYYƏT ............................................................................ 97
II.4.1. Ünsiyyət haqqında anlayış............................................ 97
II. 4.2. Ünsiyyət informasiya mübadiləsi kimi..................... 105
II. 4. 3. Ünsiyyət şəxsiyyətlərarası qarşılıqlı
təsir kimi .............................................................................. 122
II. 4. 4. Ünsiyyət insanların bir-birini qavraması
645
və anlaması kimi ................................................................... 130
ÜÇÜNCÜ HİSSƏ
ŞƏXSİYYƏT, QRUPLAR VƏ ŞƏXSİYYƏTLƏRARASI
MÜNASİBƏTLƏR............................................................... 136
5 - c i F Ə S İ L
ŞƏXSİYYƏT ........................................................................ 136
III. 5. 1. Şəxsiyyət haqqında anlayış ..................................... 137
III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət ............................ 140
III.5.3. Şəxsiyyətin psixoloji strukturu.................................. 141
III. 5. 4. Şəxsiyyət haqqında əsas nəzəriyyələr ..................... 165
III. 5. 5. Şəxsiyyətin fəallığı və istiqaməti .......................... 178
III. 5. 6. Şəxsiyyətin mənlik şüuru........................................ 185
III.5.7.Hisslər, iradə, fəaliyyət .............................................. 189
6-cı F Ə S İ L
QRUPLARIN PSİXOLOGİYASI ....................................... 194
III. 6. 1. Qruplar haqqında anlayış ....................................... 195
III. 6. 2. Qrupların təsnifatı .................................................. 198
III.6.3. Kiçik qrupların fenomenologiyası və strukturu ....... 202
III. 6.4. Şəxsiyyətlərarası münasibətlər............................. 216
III. 6. 5. Qruplarda şəxsiyyətlərarası seçmə..................... 222
DÖRDÜNCÜ HİSSƏ
PSİXİ PROSESLƏR VƏ HALLAR ..................................... 239
7-ci FƏSİL
DİQQƏT ............................................................................... 239
IV. 7. 1. Diqqət haqqında anlayış.......................................... 239
IV. 7. 2. Diqqətin fizioloji mexanizimləri............................. 241
IV. 7. 3. Diqqətin növləri ...................................................... 243
IV. 7. 4. Diqqətin xarakterik xüsusiyyətləri.......................... 245
IV.7.5. Diqqətin inkişafı və dərsdə şagirdin diqqətinin
səmərəli təşkili haqqında....................................................... 249
8 - c i F Ə S İ L
DUYĞULAR ........................................................................ 252
IV.8.1. Duyğular haqqında anlayış ....................................... 253
I V . 8 . 2 . D u y ğ u l a r ı n t ə s n i f a t ı .................... 255
646
IV.8.3. Duyğuların ümumi qanunauyğunluqları................... 259
9-cu FƏSİL
QAVRAYIŞ .......................................................................... 266
IV . 9.1. Qavrayışın ümumi xarakteristikası ......................... 266
IV.9.2. Qavrayışın əsas xüsusiyyətləri.................................. 267
IV. 9.3. Qavrayışın təsnifi və növləri:................................... 271
10-cu FƏSİL
HAFİZƏ ................................................................................ 279
IV.10.1. Hafizə haqqında anlayış.......................................... 280
IV.10.2. Hafizənin prosesləri ................................................ 283
IV.10.3. Hafizənin növləri və tipləri ..................................... 288
IV.10.4. Hafizə pozuntuları................................................... 291
1 1 - c i F Ə S İ L
T Ə F Ə K K Ü R ................................................................. 294
IV. 11.1. Təfəkkür haqqında anlayış.................................... 294
IV.11.2. Dilin və nitqin təfəkkürlə əlaqəsi............................ 299
IV.11.3. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar........... 302
IV.11.4. Təfəkkürün əsas növləri........................................ 307
IV.11.5. Təfəkkürün formaları.............................................. 310
IV.11.6. Təfəkkürün fərdi xüsusiyyətləri.............................. 315
12-ci FƏSİL
TƏXƏYYÜL VƏ YARADICILIQ ...................................... 318
IV. 12.1. Təxəyyül haqqında anlayış ................................... 318
IV. 12. 2.. Təxəyyülün növləri ............................................. 322
IV. 12. 3. Təxəyyül surətlərinin yaradılması
prosesi ................................................................................... 325
IV. 12. 4. Təxəyyül və oyun................................................. 327
IV. 12. 5. Təxəyyül və yaradıcılıq ...................................... 329
13-cü FƏSİL
HİSSLƏR. EMOSİONAL HALLAR ................................... 335
IV.13.1. Hisslər haqqında anlayış ......................................... 335
IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri .......... 339
IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları .............. 341
IV.13.4. Hisslərin keçirilməsi formaları ............................... 345
647
IV.13.5. Ali hisslər................................................................ 350
14-cü FƏSİL
İRADƏ .................................................................................. 357
IV.14.1. İradə haqqında anlayış ............................................ 357
IV.14.2. İradi işin quruluşu ................................................... 361
IV.14.3. Şəxsiyyətin iradi keyfiyyətləri ................................ 362
BEŞİNCİ HISSƏ
ŞƏXSIYYƏTIN FƏRDI-PSIXOLOJI XASSƏLƏRI ......... 367
1 5 - c i F Ə S I L
TEMPERAMENT................................................................. 367
V.15.1. Temperament haqqında anlayış................................ 367
V.15.2. Temperament haqqında təlimlər tarixindən ............. 369
V.15.3 Temperamentin tipləri............................................. 371
V.15.4. Temperamentin fizioloji əsasları.............................. 373
16-cı FƏSİL
XARAKTER ........................................................................... 378
V.16.1. Xarakter haqqında anlayış........................................ 379
V.16.2. Xarakterin quruluşu.................................................. 380
V.16.3. Xarakter haqqında təlimlər tarixindən ..................... 382
V. 16.4. Xarakter və şəxsiyyət .............................................. 391
V 16.5. Xarakterin formalaşmasının şərtləri......................... 393
17-ci F Ə S İ L
Q A B İ L İ Y Y Ə T L Ə R .................................................. 398
V. 17.1. Qabiliyyətlər haqqında anlayış................................ 398
V.12. 2. Qabiliyyətlərin keyfiyyət və
kəmiyyət xarakteristikası ...................................................... 402
V. 17. 3. Qabiliyyətlərin quruluşu......................................... 407
V. 17. 4. Qabiliyyət və talantın təbii şərtləri......................... 411
V. 17. 5. Qabiliyyətlərin formalaşması ................................. 414
ALTINCI HİSSƏ
ŞƏXSİYYƏT TƏLİM VƏ TƏRBİYƏNİN
OBYEKTİ KİMİ ................................................................... 419
18-ci FƏSİL
YAŞ VƏ PEDAQOJİ PSİXOLOGİYANIN
648
PREDMETİ, VƏZİFƏLƏRİ VƏ METODLARI ................. 419
VI.18.1. Yaş və pedaqoji psixologiyanın predmeti............... 420
VI. 18. 2. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri
............................................................................................... 423
VI. 18. 3. Psixi inkişafın yaş dövrləri .................................. 423
VI.18.4. Müasir pedaqoji psixologiyanın əsas problemləri,
vəzifələri və bölmələri .......................................................... 427
VI.18.5. Yaş və pedaqoji psixologiyasının tədqiqat metodları
............................................................................................... 430
19-cu FƏSİL
MƏKTƏBƏ DAXİL OLANADƏK UŞAĞIN
PSİXİ İNKİŞAFI................................................................... 436
VI. 19.1. Körpəlik və erkən uşaqlıq dövrünün
xüsusiyyətləri ........................................................................ 436
VI.19.2. Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri ........ 440
VI.19.3.Uşağın məktəbə psixoloji hazırlığı .......................... 447
2 0 - c i F Ə S İ L
KİÇİK MƏKTƏBLİLƏRİN PSİXİ İNKİŞAFI .................... 454
VI.20.1. Uşağın məktəb həyatının ilk dövrünün
psixoloji xüsusiyyətləri ......................................................... 455
VI.20.2. Kiçik yaşlı məktəblilərdə idrak proseslərinin inkişafı
............................................................................................... 456
VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarakterin
inkişafı................................................................................... 462
21-ci FƏSİL
YENİYETMƏLİK YAŞI DÖVRÜNÜN PSİXOLOGİYASI
............................................................................................... 468
VI.21.1.Yeniyetməlik yaşının ümumi xarakteristikası ......... 468
VI.21.2. Yeniyetmə yaşında şəxsiyyətin formalaşması ........ 471
VI.21.3. Yeniyetmələrdə yaşlılıq hissi və meylinin
formalaşması ......................................................................... 475
VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda idrak
proseslərinin inkişafı ............................................................. 476
2 2 - c i F Ə S İ L
649
İLK GƏNCLİK YAŞI DÖVRÜNÜN PSİXOLOJİ
XÜSUSİYYƏTLƏRİ............................................................ 483
VI.22.1. Gənclik yaşının ümumi xarakteristikası ................. 483
VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı .................. 485
VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak
proseslərinin inkişafı ............................................................. 489
2 3 - c ü F Ə S İ L
TƏRBİYƏ PSİXOLOGİYASI ............................................. 496
VI.23.1. Şəxsiyyətin formalaşması tərbiyə psixologiyasının
əsas problemi kimi ................................................................ 497
VI.23.2. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının
psixoloji şərtləri..................................................................... 498
VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən
əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin
müəyyənləşdirilməsi problemi.............................................. 501
VI.23.4. Şəxsiyyətin özünütərbiyəsinin psixoloji
əsasları................................................................................... 508
VI.23.5.Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji ................... 515
əsasları................................................................................... 515
VI.23.6. “Çətin” uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri
............................................................................................... 521
2 4 - c ü F Ə S İ L
TƏLİM PSİXOLOGİYASI................................................... 527
VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi
problemi kimi........................................................................ 528
VI. 24.2. Təlim və psixi inkişaf ............................................ 533
VI. 24.3. Öyrənməyə qabillik problemi və mənimsəmə ....... 536
VI.24.4. Öyrənmənin müvəffəqiyyətini təmin
edən amillər........................................................................... 541
VI.24.5. Təlim prosesində motivasiya - tələbat .................... 548
sahəsinin formalaşması ......................................................... 548
VI. 24.6. Dərsin təşkilinin psixoloji şərtləri.......................... 553
VI.24.7. Təlimin fərdiləşməsi və diferensiasiyası................. 557
2 5 - c i F Ə S İ L
650
PEDAQOJİ FƏALİYYƏTİN VƏ MÜƏLLİM
ŞƏXSİYYƏTİNİN PSİXOLOGİYASI ................................ 562
VI.25.1. Pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri.......... 563
VI.25.2. Müəllim şəxsiyyətinin psixologiyası və müəllimin
pedaqoji ustalığının psixoloji əsasları ................................... 565
VI.25.3. Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri haqqında
............................................................................................... 582
VI.25.4.Şagird şəxsiyyəti və sinif kollektivinin
öyrənilməsi və onlara psixoloji xarakteristika
tərtibinin prinsipləri. Dərsin psixoloji təhlili......................... 599
VI.25.5. Pedaqoji kollektiv və ona rəhbərliyin
bəzi psixoloji məsələləri........................................................ 609
2 6 - c ı F Ə S İ L
MƏKTƏBƏ PSİXOLOJİ XİDMƏTİN ƏSASLARI............ 616
VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və
vəzifələri................................................................................ 617
VI.26.2. Məktəbə psixoloji xidmətin prinsipləri və
həyata keçirilmə mərhələləri................................................. 622
VI. 26. 3. Məktəbə psixoloji xidmətin funksiyaları və əsas
istiqamətləri............................................................................... 625
Dostları ilə paylaş: |