Kollektivin fəaliyyətinin təkmilləşdirilməsi. Fasiləsiz
olaraq müəllimlərin pedaqoji ustalığını artırmaq, kollektivdə
hər bir müəllimi təlim-tərbiyə işinin müasir forma və
metodlarını, psixologiya və pedaqogika elminin nailiyyətlərini
və qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hərtərəfli
inkişaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin
yaradılmasından ibarətdir.
Kollektivin birliyi - müəllimlərin daxili-psixoloji
eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir
və bir-biri ilə bağlı olan aşağıdakı üç cəhəti əhatə edir: 1)
şəxsiyyətlərarası inteqrasiya-kollektivin sosial-psixoloji struk-
turunun optimallaşması, burada qarşılıqlı anlama, qarşılıqlı
hörmət, yoldaşlıq və dostluq mühitinin formalaşması; 2) funk-
sional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələ-
rinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına
qarşı vahid müsbət münasibətlərin formalaşması, kollektiv
əhəmiyyət daşıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət
və rəftarlarını qiymətləndirmək üçün vahid norma və meyarla-
rın hazırlanması; 3) təşkilati birlik ─ müəllimlərdə öz
məktəblərində yaşamaq və işləmək ustanovkası, ona bağlılıq,
ondan razılığın təşəkkülü.
Özünüidarəetmənin
inkişafı
-
müəllimləri
fəal
idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir
614
müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil
etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü, müəllimlərdə
öz məktəbinin sahibi olması hissinin, öz kollektivinin təlim-
tərbiyə fəaliyyətini, onda psixoloji iqlimin bütün cəhətlərinin
təkmilləşdirilməsinə təsir etməyə yönəldilən tələbat və
bacarıqların inkişafı.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Pedaqoji fəaliyyət hansı fəaliyyətdir? Onun əsas
cəhətləri hansılardır?
2. Müəllimin cəmiyyətdə yeri və funksiyaları haqqında
danışın.
3. Müəllim şəxsiyyətinə nə kimi psixoloji tələblər veri-
lir?
4. Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə oynadığı
rol haqqında danışın.
5. Müəllimdə hansı pedaqoji bacarıq və vərdişlər
formalaşmalıdır?
6. Pedaqoji qabiliyyətləri xarakterizə edin.
7. Pedaqoji ünsiyyət və onun rolu haqqında danışın.
8. Şagirdlərlə pedaqoji ünsiyyət zamanı gənc müəllimlər
nə kimi çətinliklərlə qarşılaşırlar?
9. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı
psixoloji çətinliklər hansılardır?
10. Müəllimin pedaqoji mərifəti haqqında danışın.
11. Pedaqoji kollektivdə psixoloji iqlim dedikdə nəyi
başa düşürsünüz? Həmin iqlimin yaranmasına hansı
amillər təsir edir.
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
615
1. Pedaqoji fəaliyyətin psixoloji təhlili.
2. Şagird şəxsiyyətinin və sinif kollektivinin
öyrənilməsi.
3. Dərsin psixoloji təhlili.
4. Müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyinin
psixoloji göstəriciləri.
5. Pedaqoji kollektivin idarə olunmasının psixoloji
əsasları.
6. Müəllimin pedaqoji ustalığının psixoloji məsələləri.
7. Pedaqoji ünsiyyətin psixologiyası.
Ədəbiyyat
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991,
səh. 168-216; 226-235; 235-241.
Məmmədov A. Təlimn psixoloji əsasları.- Bakı, 1993.
Leontğev A.A. Pedaqoqiçeskaə obhenii. – M.,1979.
Markova A.K. Aktualğnıe problemı psixoloqii trudı
uçitelə// Sovetskaə pedaqoqika, 1986. №6
Anikieva N.Q. Uçitelğö o psixoloqiçeskom klimate v
kollektive. – M., 1983.
Kan-Kalik V.A. Uçitelğö o pedaqoqiçeskom obhenii. –
M., 1987.
Şakurov R.X. Soüialğno-psixoloqiçeskie problemı ru-
kovodstva pedaqoqiçeskim kollektivom. –
M., 1987.
Stolərenko L.D. Pedaqoqiçeskaə psixoloqiə. - Rostov-
na-Danu 2000, s.209-259.
616
2 6 - c ı F Ə S İ L
MƏKTƏBƏ PSİXOLOJİ XİDMƏTİN ƏSASLARI
Qısa xülasə
Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri. Psixoloji xidmət
anlayışı və məktəbə psixoloji xidmətin zəruriliyi. Məktəbə psixoloji
xidmətin aktual və perspektiv istiqamətləri.
Məktəbə psixoloji xidmətin prinsipləri və həyata keçirilmə
mərhələləri. Məktəbə psixoloji xidmətin təşkilinin sistemli xarakter daşıması
üçün nəzərə alınması zəruri olan prinsiplər: 1) sistemli məqsədəuyğunluq prin-
sipi; 2) tamlıq prinsipi; 3) peşə-pedaqoji fəallıq prinsipi; 4) kifayət qədər
məhdudluq prinsipi; 5) qarşılıqlı əlaqə prinsipi; 6) inkişaf prinsipi.
Məktəbə psixoloji xidmətin həyata keçirilmə mərhələləri: məktəbə psix-
oloji xidmətin ilkin mərhələsi; məktəbin müəllimləri üçün psixoloji-pedaqoji
seminarlar seriyası keçirilməsi mərhələsi; diaqnostik işlər zamanı əldə edilmiş
nəticələrin işlənməsi mərhələsi; əldə edilmiş nəticələrin psixoloq və müəllimlər
tərəfindən birgə təhlili mərhələsi; əldə edilmiş nəticələr əsasında psixokorrek-
siya işlərinin aparılması mərhələsi; işin nəticələri barədə valideyn iclasında
məlumat verilməsi və pedaqoji şurada müzakirəsi mərhələsi.
Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət işləri.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik işlər.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək korreksiya işləri.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımcı işlər.
Məktəbə psixoloji hazırlığın diaqnostikası. Çətin tərbiyə olunan şagirdlərlə
aparılan psixoloji iş. Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.
617
VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və
vəzifələri
Psixoloji xidmət anlayışı və məktəbə psixoloji xidmətin
zəruriliyi. İnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada psix-
oloji biliklərin zəruriliyi duyulmasın. Mübaliğəsiz demək olar
ki, hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan
münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində
görürlər. Ona görə də psixologiya insan haqqında əsas
elmlərdən biri kimi insana xidməti ön plana çəkmişdir. İndiki
dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran psixoloji
mexanizmi açmağa cəhd göstərilir, bu sahədəki qanunauyğun-
luqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk
baxışda hər şey öz yerində, öz qaydasında olduğu halda, nəticə
sevindirici olmur: əmək məhsuldarlığı aşağı düşür, qarşılıqlı
münasibətlər pozulur, işçi axını başlanır. Yaxud, hər cəhətdən
yüksək imkanlara malik hesab edilən idman kollektivi birdən-
birə sanki dəyişilir, öz pərəstişkarlarını narahat etməyə başlayır
və s. Bu kimi hallarda psixoloji işin aparılması, başqa sözlə
psixoloqun işə qarışması lazım gəlir və səmərəli nəticə verir.
Deməli, həmin sahələrdə psixoloji xidmət həyata keçirilmiş
olur. Məhz bu cür münasibət tərzindən "psixoloji xidmət"
anlayışı meydana gəlmiş və qeyd etdiyimiz kimi özünə geniş
yer etmişdir. Məktəbə psixoloji xidmət də eyni zərurət üzündən
meydana gəlmişdir. Müasir məktəbin qarşısında duran
vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı
böyükdür. Biz tez-tez şagirdlərin təlimə münasibətlərinin
zəifləməsi, tərbiyəlilik səviyyəsinin aşağı düşməsi, müəllim-
şagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-
valideyn
münasibətlərində
çətinliklərin
olması
barədə
mülahizələrin
şahidi
oluruq.
Şagirdlərin
intellektual
səviyyələrinin müxtəlifliyi, çətin tərbiyə olunan uşaqların
xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və
düzgün yanaşmağı tələb edir. Müasir psixologiyada belə bir
618
cəhət əsas götürülür ki, hər bir sağlam uşaq, yeniyetmə və gənc
müvafiq sosial şəraitdə özünün geniş inkişaf imkanına malikdir.
Bununla birlikdə bütün uşaqlar eyni imkana malik deyildirlər.
Hər bir şagirdin imkanını aşkara çıxarmaq, onun inkişafına
təkan vermək məktəbdə təlim-tərbiyəni optimallaşdırmağın
əsas tələblərindəndir. Məhz buna görə də uşaq psixologiyası və
pedaqoji psixologiya, eləcə də sosial psixologiya, eləcə də so-
sial psixologiya sahəsində əldə edilmiş nailiyyətlərdən istifadə
olunması ən ciddi məsələ kimi qarşıda durur. Uşaq psixologiyası
və pedaqoji psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə
tətbiqinin ən perspektiv yollarından biri xalq təhsili sisteminin
bütün sahələrində psixoloji xidmətin təşkilindən ibarətdir. Bu
cür xidməti həyata keçirmədən gənc nəslin təlim və
tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail ola bilmərik.
Məktəbə psixoloji xidmətin vəzifələri. Pedaqoji və yaş
psixologiyasının əsas istiqamətlərindən biri kimi inkişaf edən
məktəbə psixoloji xidmət psixologiyanın həmin sahələrinin bir
növ inteqral birliyini təşkil edir. Ona görə də məktəbə psixoloji
xidmətin üç mühüm əhatə sahəsi mövcuddur; müasir məktəb
şəraitində psixoloji biliklərin professional tətbiqinin yol, vasitə
və metodlarını yaratmaq məqsədilə şagirdlərdə psixi inkişafın
və
şəxsiyyətin
formalaşmasının
qanunauyqunluqlarını
öyrənmək (elmi aspekt); tədris proqramlarının tərtibi,
dərsliklərin hazırlanması, didaktik və metodik materialların
psixoloji əsaslarının işlənməsi, müəllimin psixoloji hazırlığı və
s. sahələri özünə daxil etməklə bütün təlim və tərbiyə prosesini
psixoloji cəhətdən təmin etmək (tətbiqi aspekt); psixoloqların
məktəbdə bilavasitə işləmələri (praktik aspekt).
Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzu-
sunu təşkil edir. Şübhəsiz vəhdətdə olan bu sahələrin hər birinin
öz məqsəd və vəzifələri vardır ki, onları həyata keçirmədən
psixoloji xidmətin səmərəliliyi mümkün deyildir.
Birinci
aspekt
bilavasitə
həmin
sahədə
çalışan
tədqiqatçılarla bağlıdır. Bu sahədə aparılan tədqiqatlar elə
619
olmalıdır ki, onlar bu və ya digər psixoloji qanunauyğunluqları
və mexanizmləri açarkən bilavasitə məktəbdə işləyən psixolo-
qun, məktəb müəllimlərinin fəaliyyəti nəzərə alınmış olsun.
Əldə edilmiş elmi nəticələr elə olmalıdır ki, onlar konkret
məktəb
şəraitinə,
konkret
uşaqda
şəxsiyyətin
formalaşdırılmasına xidmət göstərə bilsin.
Məktəbə psixoloji xidmətin tətbiqi aspekti tələb edir ki,
proqram, dərslik, didaktik və metodik materiallar hazırlayarkən
psixoloji biliklərdən kifayət qədər istifadə olunsun. Bu cəhət
nəzərə alındıqda, yeri gəldikcə həmin sahələrdə psixoloqların
bilavasitə iştirakı daima səmərəli nəticə verir.
Psixoloji xidmətin praktik aspektinə gəldikdə, daha çox
nəzərə çarpan, əsl mənada məktəbə psixoloji xidməti təmin
edən cəhətlərdir. Məktəbə psixoloji xidmətin həmin sahəsini
bilavasitə məktəb psixoloqları həyata keçirməlidir. Bu zaman
onlar konkret problemləri həll etmək üçün ayrı-ayrı şagirdlərlə,
sinif kollektivi ilə, müəllim və valideynlərlə işləməli olurlar.
Bəs
konkret
olaraq
məktəbə
psixoloji
xidmətin
vəzifələri
nədən
ibarətdir? Həmin
vəzifələr
əsasən
məktəbə psixoloji xidmətlə əlaqədar əsasnamədə öz əksini
tapmışdır. həmin vəzifələri aşağıdakı şəkildə xarakterizə etmək
olar.
Məktəbə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin
təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və in-
tellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, bununla
da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini
yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına ma-
lik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə
köməklik göstərməkdən ibarətdir.
Psixoloji
ədəbiyyatda
məktəbə
psixoloji
xidmət
fəaliyyətinin iki istiqaməti qeyd olunur : aktual və perspektiv
(İ. V. Dubrovina).
Məktəbə psixoloji xidmət fəaliyyətinin aktual istiqaməti
şagirdlərin təlim və tərbiyəsindəki bu və ya digər çətinlikləri,
620
onların
davranışlarında, ünsiyyətlərində, şəxsiyyətlərinin
formalaşmasındakı qüsurlarla bağlı bügünkü problemlərin
həllinə yönəldilmiş istiqamətdir. Məktəbin gündəlik həyatında
həmişə bir sıra problemlərə rast gəlmək olur və müəllim,
şagird, valideynlərə konkret köməklik göstərməyə ehtiyac duyu-
lur ki, bunlar məktəbə psixoloji xidmətin bügünkü mühüm
vəzifəsi hesab olunur.
Məktəbə
psixoloji
xidmət
fəaliyyətinin
perspektiv
istiqaməti hər bir şagirdin inkişafı, cəmiyyətdə yaradıcı həyata
onun psixoloji hazırlığının formalaşması məqsədinin həyata
keçirilməsinə yönəldilmiş istiqamətdir. Psixoloq pedaqoji kol-
lektivin fəaliyyətinə əsas psixoloji ideya olan hər bir şagirdin
şəxsiyyətinin ahəngdar inkişafı imkanı ideyasını daxil edir və
praktik işdə onu həyata keçirməyə köməklik göstərir. Bu zaman
onun əsas vəzifəsi hamının və hər bir şagirdin qabiliyətlərinin
inkişafı üçün psixoloji şərait yaratmaqdan ibarətdir. Şübhəsiz
ayrı-ayrı şagirdlərin qabiliyətlərinin inkişaf səviyyəsi müxtəlif
olacaqdır. Burada başqa cür düşünmək də olmaz. Şagirdlərin
hamısında eyni inkişaf səviyyəsini yaratmaq mümkün deyildir,
burada birinci növbədə onların imkanları rol oynayır. Məhz
buna görə də hər bir şagirdlə əlaqədar psixoloqun yerinə
yetirəcəyi vəzifə də müxtəlif olacaqdır.
Qeyd etdiyimiz hər iki istiqamət bir-biri ilə sıx bağlıdır.
Adətən, psixoloji xidmət zamanı psixoloq perspektiv vəzifələri
həll etməklə, gündəlik prosesdə onun köməyinə ehtiyacı olan
şagirdlərə, onların
valideynlərinə, müəllimlərə
konkret
köməklik göstərir.
Lakin məktəbə psixoloji xidmətin əsas
məqsədi
şagirdlərin psixikasının və şəxsiyyətinin inkişafına maksimum
kömək göstərməyə yönəldilmiş perspektiv istiqamət fəaliyyəti
ilə bağlı olmalıdır. Burada əsas amil qabiliyyətlərdən ibarətdir.
Qabiliyyətlər isə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafı
üçün
zəmin
olan
ümumi
və
şagirdin
fərdiyyətinin
formalaşmasının əsasını təşkil edən xüsusi qabiliyyətlərə
621
bölünür.
Qeyd etdiyimiz bu ümumi istiqamətlərlə yanaşı məktəbə
psixoloji xidmətin konkret məzmunu, praktik fəaliyyət
sahələri, istiqamətləri də vardır.
622
VI.26.2. Məktəbə psixoloji xidmətin prinsipləri və
həyata keçirilmə mərhələləri
Məktəb ilkin sosial institut kimi, gənc nəsli həyata
hazırlamalıdır. Həyat isə yalnız akademik biliklərdən ibarət
deyildir. Sosiallaşma
yalnız
elmlərin
əsası
haqqında
məlumatların verilməsi sayəsində həyata keçmir. İnsanın bir
şəxsiyyət və fəaliyyətin subyekti kimi məktəbdə inkişafı
aşağıdakıların həyata keçirilməsini tələb edir: 1)intellektin
inkişafı, 2)emosional sahənin inkişafı, 3)stresə qarşı dözüm-
lülüyün inkişafı, 4)özünə inamın inkişafı, 5)gerçək aləmə pozi-
tiv münasibətin və başqalarını qəbul etmənin inkişafı,
6)müstəqilliyin, avtonomluğun inkişafı, 7)özünüaktuallaş-
dırma, özünütəkmilləşdirmə motivləşməsinin inkişafı. Buraya
özünüinkişaf motivləşməsinin mühüm elementi kimi təlim
motivləşməsinin inkişafını da aid etmək olar.
Bütövlükdə götürmüş olsaq, bütün bu ideyaları pozitiv
pedaqogika və yaxud tərbiyə və təlimin humanistik
psixologiyası adlandırmaq olar (L.D.Stolyarenko). Bunların
məktəb təcrübəsində praktik şəkildə həyata keçirilməsi
məktəbdə psixoloji xidmətin nəticələrinin mühüm praktik
tələblərə uyğun olması, həmin psixoloji xidmət fəaliyyətinin
məktəbdə təlim və tərbiyənin səmərəliliyini əsaslı şəkildə
yüksəltməsini təmin etmək üçün burada psixoloji xidmətin pe-
daqoji prosesin real şəraitinə uyğun, sistemli əsasda aparılması
zəruridir.
Məktəbə psixoloji xidmətin təşkilinin sistemli xarakter
daşıması üçün aşağıdakı prinsiplərə əməl edilməsi tələb olunur:
1.Sistemli məqsədəuyğunluq prinsipi. Bu prinsipə görə
məktəbdə psixoloji xidmətə daha ümumi olan «məktəb» siste-
minin tərkib hissəsi kimi baxmaq lazımdır. Burada sistemyara-
dan komponent məqsəd və nəticədən ibarətdir (məqsədə nail
olmaq dərəcəsi kimi). «Məktəb» sistemində bu cür məqsəd (və
623
nəticə) şagird şəxsiyyətinin inkişafından ibarətdir. Həmin sis-
temin tərkib hissəsi, o cümlədən psixoloji xidmət ümumi
istiqaməti konkretləşdirən özünün spesifik məqsədinə malik ola
bilər.
2.Tamlıq prinsipi. Bu prinsipə görə psixoloji xidmət bir
tam sistem olan tədris müəssisəsinə istiqamətlənməli,
yönəlməli, onu əhatə etməlidir. Bu o deməkdir ki, psixoloji
xidmət məktəbdə oxuyan şagirdlərin tam əksəriyyətini (ən azı
70 %-ni) əhatə etməlidir.
3.Peşə-pedaqoji fəallıq prinsipi. Bu prinsipə görə
məktəb müəllimləri məktəbə psixoloji xidmətin strukturunda,
onun həyata keçirilməsində fəal rol oynamalıdırlar. Bu zaman
müəllimin üzərinə şagirdlərlə fərdi psixoloji-pedaqoji iş
(məsləhət, korreksiya, tərbiyəvi iş) aparmaq vəzifəsi düşür. Bu
prinsipin həyata keçirilməsi mahiyyət etibarilə klassik fərdi
psixoloji məsləhət modeli olan «psixoloq-şagird» modelindən
xüsusi model olan «psixoloq-müəllim-şagird» modelinə
keçmək deməkdir. Bu modelin həyata keçirilməsi müəllimdən
yüksək peşəkarlıq tələb edir.
4.Kifayət qədər məhdudluq prinsipi. Bu prinsip diaq-
nostik metodikanı seçməklə bağlıdır. Bu prinsipə görə konkret
məktəbdə şagirdlərin bir şəxsiyyət kimi və tədris-idrak
fəaliyyətinin
subyekti
kimi
öyrənilməsinin
sistemi
yaradılmalıdır. Seçilmiş metodika vaxta qənaət nöqteyi-
nəzərdən olduqca qısa olmalıdır. Bununla yanaşı olaraq
yaradılan metodik sistem kifayət qədər tam olmalıdır ki,
şəxsiyyətin strukturunun bütün komponentlərinin: psixi
proseslərin, emosional sahənin, şəxsiyyətin xassələrinin,
motivləşməsinin psixodiaqnostik tədqiqini həyata keçirməyə
imkan versin.
5.Qarşılıqlı əlaqə prinsipi. Bu prinsipə görə psixoloq,
müəllim və məktəb rəhbərlərinin fəaliyyəti təkcə onların fəallıq
dərəcəsi ilə məhdudlaşmamalıdır. Məktəb sisteminin ünsürləri
kimi onların qarşılıqlı əlaqəsinə də xüsusi yer verilməlidir.
624
6.İnkişaf prinsipi. Bu prinsip mərkəzi sistemyaradıcı
komponentdir. Lakin müasir məktəb təcrübəsində «inkişaf»
heç də həmişə kompleks vəzifə kimi anlaşılmır. Burada çox
vaxt əqli və şəxsiyyətin inkişafında disbalans özünü göstərir,
birinciyə daha çox üstünlük verilir.
Qeyd olunan prinsiplərə əməl edilməsi məktəbə psixoloji
xidmətin səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır.
Bəs məktəbə psixoloji xidmət hansı mərhələlərdə həyata
keçir?
Mövcud psixoloji ədəbiyyatda qeyd olunan prinsipləri
əsas götürməklə məktəbdə psixoloji xidmətin aşağıdakı
mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar.
1.Birinci mərhələ bir növ məktəbdə psixoloji xidmətin il-
kin mərhələsi olub bunun düzgün həyata keçirilməsindən onun
sonrakı davamı çox asılıdır. İlkin mərhələdə əvvəlcədən
seçilmiş psixodiaqnostik metodların köməyi ilə imkan
daxilində məktəbin bütün şagirdləri yoxlamadan keçiri-
lir.Məktəb
daxilində
bu
cür
ekspres
diaqnostikanın
aparılmasını direktorun müavinlərindən biri təşkil edir.
2.Psixodiaqnostika prosedurasının aparılması ilə bir
vaxtda məktəbin müəllimləri üçün psixoloji-pedaqoji seminar-
lar seriyası keçirilir. Adətən, 4-5 bu cür seminar keçirilir. Bu
məşğələlərin məqsədi müəllimləri aparılacaq işlərlə tanış
etmək, şagirdlərin hansı cəhətlərini öyrənməklə tanışlıq, meto-
dikalarla tanış olmaq, diaqnostikadan keçiriləcək keyfiyyət,
xassə
və
proseslərin
psixologiyasını
qısaca
nəzərdən
keçirməkdən ibarət olur.
3.Diaqnostik işlər başa çatdıqdan sonra əldə edilmiş
nəticələrin işlənməsi həyata keçirilir. Hər bir şagird haqqında
məlumat sinfin xüsusi psixoloji xəritəsində qeyd olunur. Psix-
oloji xəritələr adətən psixologiya kabinetində saxlanılır.
4.Əldə edilmiş nəticələr psixoloq tərəfindən təhlil
edildikdən və yoxlanılan bütün siniflər üzrə psixoloji xəritələr
doldurulduqdan sonra daha mühüm mərhələ – əldə edilmiş
625
nəticələrin psixoloq və müəllimlər tərəfindən birgə təhlili
mərhələsi başlayır. Bu iş aşağıdakı şəkildə həyata keçirilir:
4.1.Bütün siniflər üzrə fərdi («psixoloq-sinif rəhbəri»
diadında) qrafik tərtib olunur. Psixodiaqnostikanın psixoloji
xəritələrdə əks olunan nəticələrinin təhlili prosesində sinif
rəhbəri psixoloqun köməyi ilə sinifdəki psixoloji iqlimi
müəyyənləşdirir və bu və ya digər şagirdə fərdi yanaşmağın
pedaqoji strategiyasını, eləcə də şəxsiyyətlərarası səviyyədə və
bütövlükdə sinifdə qarşılıqlı təsirin taktikasını işləyib
hazırlayır.
4.2.Sonrakı mərhələdə eyni tipli iş «psixoloq-fənn
müəllimi» diadında həyata keçirilir.
4.3.Şagirdlərin psixoloji-pedaqi aspektdə psixodiaqnos-
tikasının nəticələri onların valideynləri ilə müzakirə oluna
bilər. Bu ən çox valideynlərə psixoloji məsləhət məqsədi
daşıyır.
5.Əldə edilmiş nəticələr əsasında məktəb psixoloqu
tərəfindən şagirdlərlə psixokorreksiya işlərinin aparılması
mərhələsi.
6.İşin nəticələri barədə valideyn iclasında ümumiləşmiş
məlumat verilir, eləcə də məktəbin pedaqoji şurasında müza-
kirə olunur.
Dostları ilə paylaş: |