Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Şagird şəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
1   ...   41   42   43   44   45   46   47   48   49

Şagird şəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji

xarakteristika  tərtibi üçün təxmini sxem

1.Şagird haqqında ümumi məlumat.  Şagirdin soyadı, 

adı, atasının adı,  yaşadığı yer, məktəbin nömrəsi,  oxuduğu si-

nif, yaşı, sağlamlıq dərəcəsi.



2.Şagirdin ailə şəraiti və ailə tərbiyəsi. Ailədəki mədəni

məişət şəraiti,  ailədəki qarşılıqlı münasibət,  onun tərbiyəsinə

qayğı. 

3.Şagirdin mənsub olduğu sinif kollektivinin xarakte-

ristikası.  Sinfin fəalları,  ictimai və ictimai-faydalı işə müna-

sibət,  sinfin mənimsəmə və intizamı,  kollektivdə şəxsiy-

yətlərarası münasibətlər, dostluq,  yoldaşlıq, sinif kollektivində

ənənələr. 



4.Şagirdin kollektivə münasibəti.  Kollektivin üzvü ol-

maq tələbatı.  Kollektivin rəyi ilə hesablaşmaq,  onun şərəfi

uğrunda mübarizə aparmaq.  Şagirdin yoldaşları arasında

hörməti,  ünsiyyətliliyi və başqalarını anlaması.  Kollektivdəki

mənfi sosial-psixoloji hadisələrə münasibəti.

5.Şəxsiyyətin istiqaməti.  Şagirdin şəxsi    və işgüzar

istiqaməti.  Maraqları,  onların dərinlik dərəcəsi,  genişliyi, 

davamlılığı.  Aydın təzahür edən idrak maraqları.  Baxış və

inamı, arzu və idealları.



6.Şagirdin iddia səviyyəsi.  Aşağı,  uyğun və yüksək id-

dia səviyyəsindən hansına malik olması. Özünüqiymətləndirmə

və iddia səviyyəsinin qarşılıqlı əlaqəsi.  Özünə qarşı

tələbkarlığı.  Müəllim və yoldaşlarının tənqidi qeydlərinə

münasibəti. Özünütərbiyəsinin xüsusiyyətləri.

7.Şagirdin müxtəlif fəaliyyət növlərində iştirakı.-

Şagirdin təlimə münasibəti,  maraqla oxuması,  maraqsız

oxuması, oxumaq istəməməsi. Ayrı-ayrı fənlərə münasibəti və

mənimsəmə səviyyəsi. Əmək fəaliyyətinə münasibəti. Şagirdin

ictimai fəallığı, peşə yönümü və peşə seçməsi.

8.İdrak fəaliyyətinin xarakteristikası.  Qavrayışının, 


603

müşahidəçiliyinin xüsusiyyətləri.  Hafizəsinin xüsusiyyətləri, 

hafizənin hansı tipinə malik olması. Diqqətinin xüsusiyyətləri, 

davamlılığı, keçirilməsi, dalğınlığı və s. Yaradıcı və bərpaedici

təxəyyülünün

xüsusiyyətləri. 

Obrazlı



mücərrəd



təfəkkürünün xüsusiyyətləri,  təfəkkürünün müstəqillik və

tənqidiliyinin inkişaf dərəcəsi;  məntiqi təfəkkürün inkişafı, 

fikirlərinin ardıcıllığı və sübutluluğu,  fikirləşmək və nəticə

çıxarmaq bacarığı;  hökm və əqli nəticələrindəki müstəqillik. 

Şifahi və yazılı nitqinin inkişaf xüsusiyyətləri.

9.Emosional-iradi sferasının xüsusiyyətləri.  Pedaqoji

təsirlərə emosional reaksiyasının xarakteri. Əxlaqi, zehni və es-

tetik hisslərin xüsusiyyətləri.  Emosional oyanıqlıq dərəcəsi, 

emosiyaların cərəyanı və dəyişmə sürəti,  emosiyaların xarici

ifadəsi.  İradi xüsusiyyətləri:  məqsədyönlülüyü,  müstəqilliyi, 

təşəbbüskarlığı, qətiliyi, təkidliliyi, özünə sahib olması və s.



10.Qabiliyyətlər.  Ümumi və xüsusi qabiliyyətləri;  şa-

girddə aydın müşahidə olunan qabiliyyətlər:  musiqi,  texniki, 

riyazi, təşkilatçılıq və s. 

11.Temperament. Temperamentin hansı tipinin üstünlük

təşkil etməsi: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Həmin

tipə mənsub olduğunu göstərən amillər.

12.Xarakter.  Şagirdin təlimə münasibətdə ifadə olunan

xarakter əlamətləri:  səyliliyi,  fəallığı,  intizamlılığı və s. 

Məktəbə və sinfə münasibətdə ifadə olunan xarakter əlamətləri. 

Əməyə münasibətdə ifadə olunan xarakter əlamətləri: 

əməksevərliyi,  vicdanlılığı,  işgüzarlılığı.  Yoldaşlarına və

böyüklərə münasibətdə ifadə olunan xarakter əlamətləri: 

qayğıkeşlilik,  ünsiyyətlilik.  Şeylərə münasibətdə ifadə olunan

xarakter əlamətləri:  səliqəlilik və ya səliqəsizlik,  ehtiyatlılıq, 

ehtiyatsızlıq.  Özünə münasibətdə ifadə olunan xarakter

əlamətləri: təvazökarlıq, lovğalıq, məğrurluq və s. 



13.Təcrübəçi tələbə kollektivin köməyi və fərdi

yanaşma yolu ilə şagirdin tərbiyəsində nə kimi işlər

görmüşdür? Yerinə yetirilən işin səmərəliliyi.


604

14.Pedaqoji nəticələr.  Gələcəkdə həmin şagirdlə hansı

tərbiyəvi işlər aparmaq lazımdır?  (müəllimlər,  sinif rəhbəri, 

valideynlər,  sinif və məktəb kollektivi,  eləcə də şagirdin özü

tərəfindən).



Sinif kollektivinin psixoloji xarakteristikasına gəldik-

də, o da özündə aşağıdakı göstəriciləri əks etdirməlidir.

I. Məktəbin bir kollektiv kimi xarakteristikası.

II. Sinif kollektivinin strukturu.

III. Sinif kollektivinin ayrı-ayrı fəaliyyət növlərində

iştirakının  xarakteristikası.

IV. Sinfin davranışı və məqsədləri.

V. Şəxsiyətlərarası münasibətlər,  kollektivdəki mikro-

klimat.

VI. Sinif fəalları və liderlərinin xarakteristikası.



VII. Sinif kollektivinə təsir edən amillər.

VIII. Sinfi bir kollektiv kimi xarakterizə edən ümumi

nəticə, gələcəkdə aparılacaq iş barədə təklif və məsləhətlər.

Sinif kollektivini aşağıdakı təxmini sxem üzrə öyrənmək

və ona psixoloji-pedaqoji xarakteristika tərtib etmək olar.

Sinif kollektivinin öyrənilməsi və ona psixoloji-pedaqoji xa-

rakteristika tərtib etmək üçün təxmini sxem

1.Məktəbin bir kollektiv kimi xarakteristikası. Məktəb

kollektivinin tərbiyəlilik,  intizamlılıq,  mənimsəmə səviyyəsi. 

Məktəbin ictimaiyyətlə əlaqəsi.  Məktəbin sinif kollektivinə

təsiri.


2.Sinif kollektivinin rəsmi strukturu.  Sinfin tərkibi

Onun fəalları.. Sinif nümayəndəsinin, kollektivin hörmətini qa-

zanan şagirdlərin qısa xarakteristikası.

3.Sinif kollektivinin tədris fəaliyyətinin təşkilinin

ümumi xarakteristikası.  Sinfin mənimsəmə göstəriciləri. 

Ayrı-ayrı fənlərə münasibət.



4.Sinif kollektivinin ictimai- faydalı işdə iştirakı.

5.Sinfin intizamı,  şagirdlərin davranış normalarının,  so-

605

sial davranış vərdiş və adətlərinin vəziyyəti.



6.Sinif kollektivinin ictimai əhəmiyyətə malik olan

məqsədləri.  Sinif kollektivi üzvlərinin   birliyi. Kollektivdə ic-

timai rəy.

7.Şəxsiyyətlərarası münasibətlər.  Yoldaşlıq münasi-

bətləri.  Şagirdlərin mikroqruplardakı qarşılıqlı əlaqəsini xüsu-

siyyətləri. Kollektivə xüsusi təsir edə bilən şagirdlərin olması.

8.Sinif kollektivinin yaş xüsusiyyətləri.  Əldə edilmiş

materialların təhlili və ümumiləşdirilməsi əsasında sinif kollek-

tivinin aşkara çıxarılması mümkün olan spesifik xüsusiyyətləri.

9.Sosial mühitin,  valideynlərin,  ictimaiyyətin,  sinif

kollektivinə təsiri.

10.Şagirdlərdə ictimai fəallığı yüksəltmək, onlarda xarak-

terin müsbət əlamətlərininin aşılanması məqsədilə təcrübəçi

tələbənin sinifdə apardığı işin məzmunu.

11.Gələcəkdə həmin sinif kollektivi ilə aparılacaq

tərbiyəvi işin məzmunu və təşkilinə aid təkliflər (müəllimlərin, 

sinif  rəhbərinin valideynlərin aparacağı işlər).



Dərsin psixoloji təhlili

Tədris işinin təşkilinin əsas forması olan dərsin xüsusiy-

yətləri ilə dərindən tanış olmadan,  müasir dərsə verilən

tələbləri nəzərə almadan yaxşı müəllim olmaq, şagirdlərə zəruri

bilik,  bacarıq

vərdişlər



aşılamaq,  dərsdə

onların


şəxsiyyətinin formalaşmasına təkan vermək mümkün deyildir. 

Ona görə də dərsi (istər başqalarının, istərsə də özünün dediyi

dərsi)  psixoloji cəhətdən təhlil edə bilməyən təcrübəçi –

müəllim bu tələbləri nəzərə almaqda çətinlik çəkəcəkdir. 

Bununla yanaşı olaraq,  dərsin dərin psixoloji təhlilini

verməyi bacaran müəllim həm öz əməyinin, həm də təlimin hər

bir mərhələsində şagirdlərin bilik və bacarıqlara yiyə-

lənməsinin səmərə və keyfiyyətini yüksəldə biləcəkdir. 

Dərsin psixoloji təhlilini vermək bəzən təcrübəçi-müəl-


606

lim üçün o qədər də asan deyildir.  Bunun üçün bir sıra

cəhətlərə xüsusi diqqət yetirilməlidir. 

Adətən, hər bir dərsdə müəllim birbaşa və ya dolayı yolla

uşağın şəxsiyyətinin istiqamətinin formalaşması və inkişafı

vəzifəsini həyata keçirir. Ona görə də dərsin təhlili zamanı bi-

rinci növbədə tədris materialının məzmununun,  onun təşkili

yollarının,  müəllimin

davranışının

şagirdlərdə

baxışlar, 

dünyagörüşü,  maraqlar,  inamın formalaşmasına necə təsir

etdiyinə fikir vermək lazımdır. 

Dərsdə şagirdlərin idrak proseslərinin təşkili və inkişafı

üçün nə kimi işlər görülməsi nəzərə alınması zəruri olan

cəhətlərdəndir.  Xüsusilə müəllimin şagird təfəkkürünü hansı

yollarla fəallaşdırması, problem situasiya yaratma imkanları və

s.  nəzərdən qaçmamalıdır.  Məfhumların çatdırılması zamanı

mühüm əlamətlərə nə dərəcədə istinad olunması,  formal

əlamətlərdən istifadə zamanı baş verən qüsurlar təhlildə qeyd

olunmalıdır.  Dərsdə şagirdlərin təfəkkürün təhlil,  tərkib, 

müqayisə,  ümumiləşdirmə,  mücərrədləşdirmə proseslərindən

necə istifadə etmələri və müəllimin bu sahədəki işi nəzərə

alınmalı və qeyd edilməlidir. 

  Dərsdə şagirdlərin diqqətinin necə təşkil olunması, 

diqqəti cəlb edən və ya yayındıran səbəblər təcrübəçinin

nəzərindən qaçmamalıdır.

Bütün bunlarla yanaşı olraq dərsin  təhlilində müəllimin

xarakteristikasına da xüsusi yer verilməlidir. Burada müəllimin

pedaqoji ustalığı,  pedaqoji təfəkkürü,  dərsə hazırlığı,  nitqi, 

şagirdlərə yanaşma tərzi,  pedaqoji ünsiyyət və mərifəti və s. 

nəzərə alınmalıdır. 

Dərsin psixoloji təhlilini aşağıdakı təxmini sxem üzrə

aparmaq mümkündür:



Dərsin psixoloji təhlilinin təxmini sxemi

1. Dərsin mövzusu,  həmin mövzuda aparılan dərslərin

ümumi sistemində onun yeri.


607

2. Dərsin məqsədi və onun təlim-tərbiyəvi vəzifələri.

3. Dərsin təşkili. Şagirdlərin məşğələyə hazırlığı. Şagird-

lərin təşkili (onların diqqətinin səfərbərliyə alınması,  iş

yerlərini hazırlamaq tələbi və s.). Sinif otağının dərsə hazırlığı. 

4. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin məzmunu və

yoxlanması

metodikası.  Bilik,  bacarıq

vərdişlərin



yoxlanmasının məqsədi və yeri.  Yoxlama üsulu.  Frontal və

fərdi sorğu üçün verilmiş sualların,  praktik tapşırıqların, 

müstəqil işin,  ayrı-ayrı şagirdlərə verilən fərdi tapşırıqların

məzmunu.  Şagirdlərin cavablarının keyfiyyəti.  Şagirdlərin

cavablarındakı qüsurlara müəllimin münasibəti. Sinfin fəallığı. 

Şagirdlərin

biliyinin

yoxlanmasının

yekunlaşdırılması. 

Şagirdlərin cavablarının qiymətləndirilməsi. 

5. Yeni biliklərin məzmunu və öyrədilməsi metodikası. 

Mövzu və müəllimin təlim materialını şifahi şərhinin məz-

munu.  Müəllimin verdiyi biliklərin həcmi və sistemi,  şərhi

metodları.  Şərh olunan materialın elmi və ideya istiqaməti, 

həyatla əlaqəsi,  tərbiyəedici xarakteri.  Şərhin sistemi və

ardıcıllığı,  obrazlılığı,  şagirdlər üçün aydınlığı,  əvvəl keçi-

lənlərlə əlaqəsi. 

Şagirdlərin müstəqil öyrəndikləri təlim materialının

mövzusu və məqsədi. Şagirdlərin qarşısına problemli sualların, 

idraki məsələlərin qoyulması. 

Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması,  ayrı-ayrı

məsələlər üzərində şagirdlərin marağının və diqqətinin

cəmləşdirilməsi.  Şagirdlərin yeni materialı qavramaq və

anlamağa yaradıcı şəkildə cəlb olunması.  Nümayiş etdirilən

texniki və əyani vasitələrin rolu və yeri. Yazı taxtası və

dəftərlərdən istifadə. Yeni materialın öyrədilməsi zamanı

müstəqil işlərin rolu və yeri. Yeni materialın öyrədilməsi

zamanı şagirdlərin biliyinin hesaba alınması yolları.

6. Öyrədilən materialın möhkəmləndirilməsinin məzmu-

nu və metodikası.

7. Evə verilən tapşırığın məzmunu və metodikası.  Ev


608

tapşırığının həcmi və növü.  Onu yerinə yetirməklə əlaqədar

təlimat. Ayrı-ayrı şagirdlərə əlavə (fərdi) tapşırıq.

8. Dərsdə şagirdlərin idrak fəaliyyətlərinin xarakteris-

tikası.

Diqqət. Dərsdə şagirdlərin diqqətini təşkil etmək üçün

müəllimin ümumpsixoloji prinsiplərdən istifadə etməsi. Dərsdə

diqqətin təşkili priyomları:  müəllimin zahiri görkəmi,  mimika

və pantomimikası;  diqqətin ritmi və tempi,  əyani vasitələrin

parlaqlığı və yeniliyi; müəllimin nitqinin emosional zənginliyi, 

obrazlılığı,  şərhin ardıcıllığı və məntiqiliyi.  Dərsin müxtəlif

mərhələlərində diqqətin davamlılığının təşkili,  müəllimin

şagirdlərdə diqqətin keçirilməsini təşkil etməsi.



Qavrayış. Yeni materialı qavramağa qarşı ustanovkanın

yaradılması priyomları.  Şagirdlərin müşahidə aparmalarının

təşkili.

Hafizə. Əvvəl mənimsənilmiş biliklərin fəallaşdırılması

priyomları.  Şagirdlərdə hafizənin bütün tiplərinin nəzərə

alınması və onların inkişafının təmin olunması.  Öyrənmənin

səmərəli yollarından istifadə edilməsi.



Təfəkkür.  Şagirdlərin problem situasiya ilə qaşılaşdı-

rılması.  Yeni anlayışların formalaşdırılması yolları.  Fikri pro-

seslərin dərsin ayrı-ayrı mərhələlərində təşkili.  Dərsdə şagird-

lərin əqli keyfiyyətlərinin (təfəkkürün müstəqilliyi, tənqidiliyi, 

əqlin dərinliyi,  çevikliyi və s.)  təzahürü və müəllimin həmin

keyfiyyətləri formalaşdırmaq üçün istifadə etdiyi yollar.



9. Dərsdə şagirdlərin şəxsiyyətlərinin ayrı-ayrı cəhət-

lərinin təzahürünün xarakteristikası.

Şagirdlərin öz yoldaşlarının cavablarına və müəllimin

verdiyi qiymətə münasibətləri.  Müəllimin öz hərəkətləri ilə

şagirdlərdə yeni davranış motivi yaradıb yaratmaması.  Təlim

prosesində əqli,  iradi və s.  xassələrin necə formalaşması. 

Şagirdlərin davranışında qüsurların olub-olmaması.  Onların

səbəbi.

10. Müəllimin xarakteristikası. Materialı bilməsi.  Me-


609

todiki ustalığı.  Pedaqoji mərifəti.  Pedaqoji ünsiyyətinin

xüsusiyyətləri. Nitqi (tələffüzü, tempi, nitq mədəniyyəti, nitqi-

nin obrazlılığı, emosionallığı).



Ümumi nəticə.  Müəllim dərsdə şagirdlərin psixi fəaliy-

yətini idarə etməyi nə dərəcədə müvəffəqiyyətlə həyata keçirdi.



VI.25.5. Pedaqoji kollektiv və ona rəhbərliyin

bəzi psixoloji məsələləri

Pedaqoji kollektiv. Gənclərin təhsili və tərbiyəsi

müəllim kollektivinin birgə yaradıcı əməyi deməkdir. Müəllim

kollektivinin yaxşı düşünülmüş və möhkəmlənmiş iş sistemi

onların əxlaqi fəaliyyətinin müvəffəqiyyəti üçün əvəzolunmaz

şərtdir.

Müəllim kollektivinin işindəki məqsədyönlülüyü və

mütəşəkkillik məktəb işinin nəticəsi üçün məsuliyyətlilik

doğurur.  Vahid pedaqoji baxışın olması müəllim kollektivi

üçün ən mühüm keyfiyyətdir.

Pedaqoji kollektiv özünün fəaliyyətinin məzmunu ilə

müəyyənləşən müəyyən təşkilati struktura malikdir.  Bu struk-

tur kollektiv üzvlərinin qarşılıqlı asılılıq,  qarşılıqlı nəzarət

münasibətlərini müəyyənləşdirir.  Bu struktur dairəsində peda-

qoji şura, fənn metodik birləşmələri, sinif rəhbərləri və məktəb

rəhbərləri fəaliyyət göstərir.

Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və koopera-

siya mövcuddur.  Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif

fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan

müəllimlər arasında;  eyni sinifdə işləyən müəllimlər və sinfin

rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmələrə, cəmiyyətlərə, 

şagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə

aparılan tərbiyəvi işin müəyyən sahəsi və ya istiqamətinə ca-

vabdeh olan müəllimlər arasında və s. bölünür.


610

Pedaqoji kollektivin işinin müvəffəqiyyəti müəllimlərin

əmək kooperasiyasının düzgün təşkilindən asılıdır.  Bu isə

müəllimlərdən birgə əməkdaşlıq vərdişlərinə yiyələnməyi tələb

edir. Həmin vərdişlərə müəllim pedaqoji kollektivdə yiyələnir.

Müəllimlərin qarşılıqlı münasibətləri və pedaqoji

kollektivdə psixoloji iqlim. Pedaqoji kollektivdə müəllimlərin

qarşılıqlı münasibətləri onların fəaliyyətlərinin məqsəd və

məzmunu ilə müəyyən edilir və şərtlənir. Birgə fəaliyyət və ün-

siyyət prosesində pedaqoji kollektivdə bir neçə münasibət sis-

temi yaranır. Bunlar əsasən aşağıdakılardan ibarətdir: rəsmi və

qeyri-rəsmi münasibətlər.

Öz fəaliyyətlərini təşkil etmək və həyata keçirmək üçün

müəllimlər arasında yaranan qarşılıqlı münasibəti şərti olaraq

rəsmi münasibət adlandırmaq olar.  Bu cür münasibətlərə

müəllimlərin bir-biri ilə bu və ya digər şəkildə bağlı olduqları

işgüzar münasibətləri, müəllimlərlə rəhbərlik arasında mövcud

olan idarəetmə münasibətlərini aid etmək olar.

Bununla yanaşı olaraq pedaqoji kollektivdə iki qeyri-

rəsmi münasibət sistemi yaranır.

Birincisi,  bütün pedaqoji kollektivi əhatə edən ümumi

şəxsiyyətlərarası əxlaqi-psixoloji münasibətlər,  ikincisi,  ayrı-

ayrı müəllimlər arasında qarşılıqlı simpatiyaya əsaslanan seçici

münasibətlər.

Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi onun

üzvlərinin bir çox cəhətdən vahidliyini tələb edir. Buraya kol-

lektiv üzvlərinin şagirdlərə qarşı ustanovkası,  tərbiyənin

məqsədini,  şagirdə təsir etmə metodunu,  şagirdlərlə qarşılıqlı

münasibət üslubunu və s. aid etmək olar. Əgər pedaqoji kollek-

tivin üzvləri arasında bu məsələlərdə vahidlik yoxdursa, vahid-

lik prinsipi pozulmuşsa kollektivdə bir sıra xəstəliklərin

(müəllimlər arasında münaqişə,  qısqanclıq,  paxıllıq və s.) 

yaranması baş verə bilər ki, bu da məktəbdə təlim-tərbiyə işinin


611

müvəffəqiyyətinin aşağı düşməsinə, müəllimlərin əhvalına təsir

göstərir. Burada pedaqoji kollektivdəki psixoloji iqlim mühüm

rol oynayır.  Pedaqoji kollektivdəki müsbət psixoloji iqlim

məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə həyata

keçirilməsinə,  kollektiv üzvlərinin gümrahlığına,  əhval-

ruhiyyələrinin yüksək olmasına,  bütün sahələrdə kollektivin

birliyinə səbəb olur. Müsbət psixoloji iqlim kollektiv üzvlərinin

əməkdən zövq almasına,  optimizmə,  ünsiyyət sevincinə, 

etibarlılığa və s.  kimi emosional vəziyyətinin yaranmasına

səbəb olur. Ona görə də pedaqoji kollektivdə müsbət, xoş psix-

oloji iqlimin yaranması həmin kollektiv üçün ən mühüm cəhət

hesab olunur.  Psixoloji iqlimin pozulması üzvləri bir-birinə

qarşı qoyur,  onlarda bir-birinə qarşı inamsızlıq,  kinlilik,  işə

qarşı laqeydlik, müxtəlif münaqişələr və s. yaranmasına gətirib

çıxarır.


Pedaqoji kollektivdəki psixoloji iqlim bir sıra amillərdən

asılıdır.  Pedaqoji kollektiv cəmiyyətin bir hissəsi olduğuna

görə,  onun iqlimi də birinci növbədə həmin cəmiyyətin həyat

şəraiti ilə şərtlənir. Pedaqoji kollektivdə bu və ya digər psixolo-

ji iqlimin yaranması məktəb rəhbərlərinin,  məktəbin ictimai

təşkilatlarının rəhbərlik üslubundan da asılıdır. Əgər məktəb di-

rektoru və onun müavinləri pedaqoji kollektivə rəhbərliyi tələb

olunan səviyyədə keçirərlərsə,  kollektiv üzvləri arasında ayrı

seçkilik qoymadan onların əməyini düzgün qiymətləndirirlərsə, 

bu, pedaqoji kollektivdə müsbət psixoloji iqlimin yaranmasına

köməklik göstərir. Pedaqoji kollektivin psixoloji iqliminə kol-

lektiv üzvlərinin iş şəraiti də müvafiq təsir göstərə bilir. 

Nəhayət,  pedaqoji kollektivdəki psixoloji iqlimə kollektiv

üzvlərinin özlərinin də təsiri olur. Kollektiv üzvlərində sosial-

psixoloji uyuşma,  uyğunluq yoxdursa burada psixoloji

iqlimdən də danışmağa dəyməz.  Bunun üçün kollektiv üzvlə-

rində şəxsiyyətin bir-birini qarşılıqlı tamamlamaq,  qarşılıqlı

yardım,  özünə qarşı yüksək tənqidilik və həmkarına qarşı



612

dözümlülük kimi yüksək keyfiyyətlər olmalıdır.  Bəzən

kollektivdə

yüksək


psixoloji

uyuşmazlığa

malik

olan


müəllimlərə də rast gəlmək olur ki,  onlar psixoloji iqlimin

pozulmasının əsas səbəbkarına çevrilir.  Kollektiv özünün bu

cür üzvlərini tərbiyə etməyə borcludur.

Pedaqoji kollektivə rəhbərlik. Pedaqoji kollektivin

fəaliyyətinin səmərəliliyi və burada münasib psixoloji iqlimin

yaranması onun düzgün idarə olunmasından,  başqa sözlə

rəhbərlikdən çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən bi-

ri pedaqoji kollektivə rəhbərliyin,  onu idarəetmənin sosial-

psixoloji funksiyalarını həyata keçirməkdən ibarətdir.  Həmin

funksiyalara aşağıdakıları aid etmək olar:

Kollektivin təşkili,  məqsəd yönəlişliyi,  fəallaşdırılması, 

fəaliyyətinin təkmilləşdirilməsi,  kollektivin birliyinin təmin

edilməsi, kollektivdə özünüidarəetmənin inkişaf etdirilməsi.



Kollektivin təşkili - bu, hər şeydən əvvəl, pedaqoji pro-

sesin


tələblərinə

uyğun


olaraq

müəllimlərin

qarşılıqlı

münasibətini,  onların intizamını qaydaya salmaqdan ibarətdir. 

Kollektivin təşkilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki

sosial rolların persenifikasiyasından (şəxsləndirilməsindən), 

daha doğrusu müəllimlərin seçilməsi və yerləşdirilməsi,  eləcə

də onların birgə fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.



Məqsəd yönəlişliyi - bu,  pedaqoji kollektivdə mövcud

konkret fəaliyyət şəraitində məktəbin idarə olunmasının sosial

funksiyasının həyata keçirilməsinə yönəldilmiş məqsədlərin

təşəkkülündən ibarətdir.  Kollektiv və onun hər bir üzvü

tərəfindən qəbul olunmuş məqsəd onların əmək fəaliyyətinin

lazım olan istiqamətdə fəallaşdırılması üçün mühüm zəminə

çevrilir.

Kollektivin fəallaşdırılması - kollektivin təlim-tərbiyə

işində yüksək nəticələr əldə etməsinə yönəldilmiş optimal

əmək gərginliyini,  şəraitini yaratmaq və müdafiə etmək. 


613

Fəallaşdırma maddi və mənəvi stimul sistemi yaratmaq və

onların müəllimlərin sərvət meylinə çevrilməsi nəticəsində əldə

edilir.  Pedaqoji kollektivin fəaliyyətinin fəallaşdırılmasının

mühüm şərtlərinə:  yerinə yetirilən əməyin kəmiyyət və

keyfiyyəti ilə onun qiymətləndirilməsi həcmi arasındakı

asılılığın düzgün müəyyənləşdirilməsi, müəllimə yüksək, lakin

yerinə yetirilə bilən tələbin verilməsi, onlarda insani

münasibət,  borc hissi tərbiyə etmək,  kollektivdə işgüzar

şəraitin yaradılması daxildir.



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin