IV. 7. 4. Diqqətin xarakterik xüsusiyyətləri
Psixoloji ədəbiyyatda diqqətin 5 əsas xüsusiyyətini ayırd
edirlər. Bunlar diqqətin həcmi, paylanması, mərkəzləşməsi,
davamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün adam-
larda eyni səviyyədə inkişaf etmir. Məsələn, bəzi adamlarda
diqqət daha çox mərkəzləşməyə, digərində isə paylanmaya
meyl edir.
Diqqətin həçmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin
miqdarı ilə müəyyən edilir. Diqqətin həçmi fərdi şəkildə
dəyişən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi ol-
mayan 5
2 obyekti əhatə edir. Əksər hallarda diqqətin həcmini
ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur. Bu
cihaz vasitəsilə qıcıqlandırıcılar (sözlər, fiqurlar, rəqəmlər və
s.) elə nümayiş etdirilir ki, yoxlanılan şəxs nəzərini bir
obyektdən diqərinə keçirə bilməsin.
Diqqətin həçmi qavranılan cisim və hadisələrin bir-biri
ilə nə qədər sıx əlaqədar olmasından aslıdır. Cisim və hadisələr
bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin həçmi də bir
o qədər böyük olar. Bunu aydın görmək üçün aşağıdakı iki
şəkilə nəzər salaq.
A
B
Əgər birinçi şəkli (A) yoxlanana ani olaraq göstərib
götürsək və orada neçə xətt çəkildiyini soruşsaq dəqiq rəqəmi
çətin eşidəçəyik. İkinçi şəkli (B) göstərdikdə isə dər hal 12
çavabını alacağıq. Burada yoxlanan 3 xəttdən ibarət olan 4
246
qrupu birləşdirərək cavab verir.
Başqa bir misal. Əgər yoxlanana «ü ə n g n a a x b»
hərfləri yazılmış lövhəni göstərib orada neçə hərf olduğunu
soruşsaq düzgün cavab çətin alınaçaqdır. Lakin həmin hərfləri
bir söz kimi birləşdirib «günəbaxan» şəklində təqdim etsək bu-
rada 9 hərf olduğunu asanlıqla deyə biləcəkdir.
Diqqətin davamlılığı onun eyni bir obyekt üzərində uzun
müddət saxlanılmasında ifadə olunur. Tədqiqatlar göstərir ki,
insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri
aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur. Başqa sözlə
qavranılan obyekt daima yeni məzmun kəsb edərsə bu diqqətin
davamlı olmasına gətirib çıxarır. Bundan başqa diqqətin
davamlılığı bir sıra şərtlərdən, məsələn, materialın çətinlik
dərəcəsindən,
onun
anlaşıqlılığından,
subyektin
ona
münasibətindən, insanın yaşından və şəxsiyyətin bir çox fərdi
keyfiyyətlərindən asılıdır. Diqqətin bu xüsusiyyətini nəzərə
alaraq dərs zamanı hər 10-15 dəqiqədən sonra fəaliyyət
növlərinin dəyişilməsi məqsədəuyğun hesab olunur.
Diqqətin paylanması eyni zamanda 2 və ya daha çox
fəaliyyət növünü (və ya müxtəlif işləri) həyata keçirmək
qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri
şərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən
biri avtomatlaşmalı, yəni şüurun xüsusi nəzarəti olmadan
həyata keçirilməlidir.
Diqqətin paylanması insanın psixoloji və fizioloji
vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha
çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin həyata
kecirilməsi zamanı diqqəti paylamaq çətin olur.
Bununla belə, diqqətin paylanması səviyyəsi eyni za-
manda icra edilən fəaliyyət növlərinin xarakterindən, onların
mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri sahəsində
insanın bacarıq və vərdişlərinin avtomatlaşma səviyyəsindən də
asılı olur.
Diqqətin keçirilməsi şüurlu surətdə diqqəti bir
247
obyektdən digər obyektə, bir fəaliyyət növundən digərinə
keçirməkdə təzahür edir. Məsələn, müəllim dərs zamanı
diqqətini müxtəlif şagirdlərə, öz fəaliyyətinə, gözlənilmədən
baş verən hadisələrə kecirir və eyni zamanda da o dərsin əsas
məzmunundan, planından yayınmır. Keçirilmə hər hansı bir
dəyişən, mürəkkəb situasiyaya daha tez bələdləşmə qabiliyyəti
ilə bağlıdır. Əlbəttə, diqqətin keçirilməsi bütün insanlarda asan
baş vermir və çox şərtlərdən asılıdır. Bunlara əvvəlki və
sonrakı fəaliyyətin qarşılıqlı əlaqəsini və subyektin onlara
münasivətini aid etmək olar. İnsan asan işdən çətin isə
keçdikdə keçirilmənin göstəriçiləri aşağı düşür.
Diqqətin keçirilməsi bir fəaliyyətdən digər fəaliyyətə
keçmə tezliyində ifadə olunur və o həm də sinir sisteminin bəzi
xassələrindən - dinamiklik və rigidlikdən asılıdır.
Diqqətin mərkəzləşməsi zamanı şüurumiz yalnız bir ob-
yekt və ya fəaliyyətə yönəlir. Fizioloji baxımdan mərkəzləşmə
beyində olan dominant oyanma ocağının fəaliyyətilə bağlıdır.
Mərkəzləşmənin masksimal intensivliyi yalnız bir obyektin
qavranılması zamanı baş verir. Diqqətin həcmi artıqça, o
mərkəzləşmənin səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Mərkəzləşmə dərk etdiyimiz cism və hadisələrin daha dərindən
öyrənilməsinin,
mürəkkəb
əşyavi
fəalliyyətin
yerinə
yetirilməsinin psixoloji şərti kimi çıxış edir.
Diqqətin qeyd olunan xassələri ilə yanaşı bir sıra pozul-
ma hallarına da rast gəlmək mümkündür. Bunlara diqqətin
tərəddüdünü, yayınmasını, dalğınlığı aid etmək olar.
Diqqətin
tərəddüdü–müəyyən
fəaliyyət
zamanı
diqqətmizin gah bu, gah da başqa obyektə yönəlməsi, az və çox
müddət onun üzərində mərkəzləşməsidir.
Hətta çox davamlı və mərkəzləşmiş diqqət zamanı biz
onun intensivlik dərəcəsinin qısa müddətli qeyri-ixtiyarı
dəyişmələri ilə rastlaşırıq. Bu diqqətin tərəddüdüdür. Diqqətin
tərəddüdü
N.N.Lanqe
tərəfindən
öyrənilmişdir.
Onun
eksperimentlərində yoxlanılanlar saatın tiqqiltisini eşidirdilər.
248
Müəyyən zaman intervalı keçəndən sonra saatın səsi fluktia-
siyaya uğqayırdı. N.N.Lanqe qöstərdi ki, tərəddüd dövrü
təqribən 2-3 saniyə təşkil edir. Diqqətin tərəddüdünün
səbəblərinə yorğunluğu və hiss üzvlərinin adaptasiyasını aid
etmək olar. Diqqətin tərəddüdü onun davamlılığına əks olan bir
xüsusiyyətdir.
Diqqətin yayınmasına gəldikdə bu, hər hansı bir
fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas işlə əlaqəsi
olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir.
Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri işlədiyimiz
yerdə kənar qıcıqların mümkün qədər olmamasına çalışmaqdır.
Lakin buna həmişə nail olmaq mümkün olmur. Bəzən istər-
istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir göstərdiyi
şəraitdə işləməli oluruq. Ona görə də diqqətimiz yayınır. Bu
cəhəti nəzərə alaraq insan özündə həm sakit şəraitdə, həm də
kənar qıcıqlandırıcıların təsir göstərdiyi şəraitdə işləmək
bacarığı aşılamağa çalışmalıdır.
Diqqətin yayınması hallarından birini də dalğınlıq təşkil
edir.
Dalğınlıq
insanın
öz
diqqətini
mərkəzləşdirə
bilməməsində ifadə olunur. Dalğınlıq halının iki şəklini ayırd
edirlər. Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan
dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt
üzərində mərkəzləşdirə bilmir, onun diqqəti davamsız olur və
tez-tez yayınır. Uşaqlarda və yaşlı adamlarda bu cür dalğınlığa
tez-tez rast gəlmək olur. Bunun səbəbi çox yorulmaq, insana
təsir edən güclü emosional amillər, xəstəlik, uşaqda ixtiyari
diqqətin tərbiyəsinin düzgün təşkil edilməməsi ola bilər.
İkinci halda dalğınlıq diqqətin hər hansı bir obyekt
üzərində çox güclü, gərgin şəkildə mərkəzləşməsində ifadə
olunur. Bunun sayəsində kənar qıcıqlandırıcılar onu yayındıra
bilmir, insan sanki ətraf aləmi «unudur». Bu nöqsan diqqəti
paylamağı və bir obyektdən digərinə vaxtında keçirməyi ba-
carmamaqda ifadə olunur.
249
IV.7.5. Diqqətin inkişafı və dərsdə şagirdin diqqətinin
səmərəli təşkili haqqında
Diqqət də digər psixi proseslər kimi öz inkişaf
mərhələlərinə malikdir. L.S.Viqotski diqqətin inkişafı haqqında
yazırdı ki, uşağın diqqətinin inkişaf tarixi onun davranışının
təşkili ilə çulğalaşır. Genetik planda uşağın diqqətinin
köklərini onun daxilində yox, uşaq şəxsiyyətindən kənarda ax-
tarmaq lazımdır.
Əlbəttə biz uşaqların həyatının ilk aylarında yalnız qeyri-
ixtiyari diqqətlə rastlaşırıq. İxtiyari diqqət rüşeymləri 1 yaşın
axırında, 2-ci yaşın əvvəllərində təzahür etməyə başlayır.
İxtiyari diqqətin inkişafında biz xüsusilə oyun fəaliyyətinin ro-
lunu qeyd etməliyik. Oyun situasiyasında uşaq öz hərəkətlərini
oyunun qaydalarına uyğunlaşdırmağı öyrənir. Məktəbəqədər
yaşlı uşağın ixtiyari diqqəti öz davamsızlığı, emosionallığı ilə
fərqlənir. Lakin tədricən iradi cəhd və təlim sayəsində uşaq öz
diqqətini idarə etməyi öyrənir. Qeyd etmək lazımdır ki, məktəb
təlimi ixtiyari diqqətin inkişafında xüsusilə böyük əhəmiyyətə
malikdir. Əgər kiçik məktəblilər öz davranışlarını idarə edə
bilmirlərsə və onlarda qeyri-ixtiyari diqqət üstünlük təşkil
edirsə, artıq yuxarı siniflərdə məktəbli uzun müddət hər hansı
fəaliyyət növü ilə məşğul ola, öz davranışına nəzarət edə bilir.
Lakin 13-14 yaşlarında müşahidə olunan və yorğunluğa,
əsəbiliyə səbəb olan bəzi fizioloji dəyişikliklər yenidən
diqqətin bəzi xüsusiyyətlərinin aşağı enməsinə gətirib çıxarır.
Lakin bu hadisə nəinki uşağın orqanizmində baş verən fizioloji
dəyişikliklərlə, həm də təəsürat bolluğunun təsiri ilə baş verir.
Qeyd etmək lazımdır ki, məktəbdə təlim-tərbiyə işinin
təşkili zamanı hər bir şagirdin diqqətinin yaş və fərdi
xüsusiyyətləri nəzərə alınmalıdır. Təlim və tərbiyə prosesində
müəllim bir ali funksiya kimi diqqəti inkişaf etdirmək, dərs
prosesində onu idarə etmək üçün aşağıdakı üsullara əməl
etməlidir:
250
1) təlim materiallarının təşkili (onların anlaşıqlılığı,
strukturu, daha parlaq misalların seçilməsi və s.);
2) dərs zamanı şagirdlərin fəaliyyətinin düzgün təşkili (
şagirdlərin fəal, müstəqil və yaradıcı fəaliyyətinə şərait
yaradılması, fəaliyyət növlərinin bir-birini əvəz etməsi və s.);
3) müəllimin
fəaliyyətinin
təşkili
(onun
nitqinin
xüsusiyyətləri, şərhin anlaşıqlı, obrazlı, məntiqi və emosional
olması və s.);
4) əyani və texniki vasitələrdən istifadə;
5) şagirdlərdə təlim vərdişlərinin yaranması;
6) şagirdlərdə təlim motivasiyasının, dərsə davamlı
marağın formalaşdırılması.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1) Bir psixi hadisə kimi diqqəti səciyyələndirin.
2) Diqqətin funksiyaları hansılardır? Onları səciyyə-
ləndirin.
3) Diqqətin insanın həyat və fəaliyyətində oynadığı rolu
şərh edin.
4) İ.P.Pavlovun diqqətin fiziolji mexanizimləri haqqında
təlimini şərh edin.
5) A.A.Uxtomskinin
dominantlıq
prinsipi
nədən
ibarətdir?
6) Diqqətin fizioloji mexanizimləri ilə bağlı müasir ney-
rofizioloji baxışlar nədən ibarətdir?
7) Qeyri- ixtiyari diqqəti səciyyələndirin.
8) İxtiyari və ixtiyaridən sonrakı diqqət haqqında nə bi-
lirsiniz?
9) Diqqətin xarakterik xüsusiyyətlərini şərh edin.
10) Diqqətin tərəddüdü, yayınması
və dalğınlığı
haqqında danışın.
11) Diqqətin inkişafı və dərsdə şagirdlərin diqqətini
251
səmərəli təşkili haqqında nə bilirsiniz?
252
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular:
1) Diqqət və onun fizioloji mexanizmləri.
2) Diqqətin inkişaf mərhələləri.
3) Dərsdə şagirdlərin diqqətin səmərəli təşkili yolları.
4) Diqqətdə pozğunluqlar, onların aradan qaldırılması
yolları.
5) Diqqətin öyrənilməsi yolları.
Ədəbiyyat
Bayramov Ə.Ə., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri.-
Bakı, 2002.
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2003.
Həmzəyev M. Ə. Pedaqoji psixologiya.- Bakı, 1991,
səh.110-111; 113-117.
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın
əsasları. – Bakı,2003.
Əlizadə Ə.Ə. Uşaqlarda diqqətin tərbiyə edilməsi.- Bakı,
1962
Luriə A.R. Vnimanie i pamətğ, – M, 1975, s.-4-41
Xrestomatiə po vnimaniö – M, 1976
Vıqotskiy L.S. Sobranie soçineniy t.3. 1983, s. 205-239
Qalğperin P.Ə., Kabılğniükaə S.L. Gksperimentalğnoe
formirovanie vnimanii. M-.1974.
8 - c i F Ə S İ L
DUYĞULAR
Q ı s a x ü l a s ə
253
Duyğular haqqında anlayış. Duyğular haqqında məlumat.
Duyğular hissi idrak prosesi kimi. Duyğuların insan həyatında rolu.
Duyğular və analizatorlar. Duyğular haqqında nəzəriyyələr.
Duyğuların təsnifatı. Duyğuların təsnifatı prinsipləri. Xarici
duyğular. Görmə, eşitmə, dadbilmə, iybilmə və dəri duyğuları xarici
duyğular kimi; kontakt və distant duyğular. Daxili duyğuların
növləri: üzvi duyğular, müvazinət duyğuları. Əzələ hərəkət
duyğuları. Duyğuların əvəz olunma imkanları.
Duyğuların ümumi qanunauyğunluqları. Duyğuların
ümumi cəhətləri. Həssaslıq və hədlər. Mütləq və fərqləndirmə
həssaslığı və hədlər. Adaptasiya. Duyğuların qarşılıqlı təsiri.
Sensibilizasiya və sinesteziya. Ardıcıl surətlər.
IV.8.1. Duyğular haqqında anlayış
Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin,
hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır.
Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı
qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma his-
si sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz
cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s.
keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası
olub, hal - hazırda hiss üzvlərimizə təsir edən cisim və
hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində
inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları
xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı-
ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun
uçuşu zamanı çıxardığı səsi, əlimizin ağrısını, arının rəngini
əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pav-
lovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan
analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları
254
duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz
adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1)
periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası
xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir prosesinə
çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent
(mərkəzəqaçan) və efferent (mərkəzdənqaçan) sinirlər daxil-
dir: 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun
mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası
perifernik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir.
Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var.
O beyin qabığında müxtəlif yerlərdə yerləşir. Məsələn görmə
duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının
ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun
mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır.
Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin
tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin
hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.
Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri
altında daima özünü yenidən qurur. Ona görə də demək
lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə
hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri
daşıyır.
Duyğuların
insanın
həyatında
əhəmiyyəti
əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət
yetirmək kifayətdir.
1. Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil
edir. Gerçək aləm haqqında ilkin məlumatı duyğular vasitəsilə
əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur.
2. Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil,
həm də hiss və emosiyalarımızın da mənbəyidir.
Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa,
çürümüş ətin üfunətliliyi mənfi emosional halın yaranmasına
səbəb olur.
Duyğuların insanın həyatında rolunu göstərmək üçün bu
255
faktı xatırlamaq yerinə düşər.
Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə
rastlaşmışdır: Xəstə bütün duyğulardan məhrumdur. Onun
ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. Bir də
əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim
göstərir ki, əgər xəstə həmin görən gözünü yumursa, əlindəki
hissiyyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə
huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır.
I V . 8 . 2 .
D u y ğ u l a r ı n t ə s n i f a t ı
Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif
prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları
reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir.
Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda
birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.
Ekstreoseptorlar
bədənin
xarici
səthində
yerləşir.
Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və
yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə,
dadbilmə və dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli
qişasında yerləşir. Bunlara isə intreoseptorlar deyilir.
İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili
duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan
duyğulardır.
Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda,
onları
birləşdirən
vətərlərdə
yerləşir.
Bunları
isə
proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan
duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və
müvazinət duyğuları bu bölgəyə daxildir.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla
təmasından asılı olaraq kontakt və distant duyğulara da
ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
256
1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duy-
ğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına
bilavasitə təsiri zamanı əmələ gəlir.
2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə
duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün
qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.
Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini
qısaca nəzərdən keçirək.
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın
inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və
axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün
rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380
milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan
elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı
əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən
uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı
uzunluqda olan dalğa hansı rəngi yaradır? Bunu aşağıdakı
cədvəldən görə bilərik:
Dalğanın uzunlu-
ğu
Müvafiq uzunluqda olan dalğanın
yaratdığı rənglər
380 – 450
480
500
521
540 – 560
572
600 – 650
650 - 780
Bənövşəyi
Mavi
Göy
Yaşıl
Yaşıl
Sarı
Çəhrayı
Qırmızı
Görmə duyğularının reseptorları gözün torlu qişasında
yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar
mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma
orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar
257
pozulduqda isə yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından
ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə
analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən
dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə
olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu
və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu
dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır.
İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan
səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin
fiziki ölçü vahididir.
İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin
inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud
xoşagəlməz
olması
baxımından
fərqləndirirlər. İybilmə
duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində
yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı
çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik
hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və
reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ
gəlir.
Dostları ilə paylaş: |