Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

IV.13.5. Ali hisslər

Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir

və inkişaf edir. İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, 

eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali)  hissləri ilə

təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və

cəmiyyətdəki əxlaq normalarına,  qanunlara,  başqa insanlara, 

millətlərə,  eləcə də təbiət və insan gözəlliklərinə,  bir sözlə

gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil

edir.    İnsanların davranışı,  qruplar arasındakı qarşılıqlı

münasibətlər,  insan mədəniyyətinin məhsulları,  incəsənət

əsərləri,  cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-

qanunları,  dərk olunması vacib olan problemlər və s.  həmişə

insanlarda müəyyən hisslər doğurur.  Belə hisslər ali hisslər

kimi səciyyələndirilir.  Ali hisslərin məzmunu şəxsiyyətin

inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, 

əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter

daşıyır. 

Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali

hisslərin 4  növü fərqləndirilir:  əxlaqi,  intellektual,  estetik və


351

praksis hisslər.

Ali hisslər – şəxsiyyətin formalaşması prosesində, 

mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, 

məsələn, vətənpərvərlik, inam, dostluq və s.

Sadə (ibtidai)  hisslər – isə bütün canlı orqanizmlərin,  o

cümlədən,  insanların üzvi tələbatlarının təmin olunması ilə

əlaqədar olaraq baş qaldırır.



Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də

adlandırırlar.  Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar,  kiçik

qruplar,  kollektivlər,  dövlət,  idarə və təşkilatlar,  ictimai

hadisələr,  insan münasibətləri,  mövcud qanunlar,  qaydalar və

insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi hisslər, 

müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları

əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı

insanın keçirdiyi hisslərdir.  İnsanın əxlaqi hissləri,  müvafiq

əxlaq normalarına bəslədiyi  subyektiv münasibətlə bağlı olur.

Əxlaqi hisslər sosial    mahiyyət kəsb etdiyi üçün əsasən

ailə,  məktəb və digər sosial institutlarda həyata keçirilən

tərbiyə işləri ilə sıx bağlıdır.

İnam,  dostluq,  yoldaşlıq,  xeyirxahlıq,  məhəbbət, 

insanpərvərlik,  vətənpərvərlik,  borc,  həya və məsuliyyət hissi, 

vətəndaşlıq,  humanizm və s.  əxlaqi hisslərə misal ola bilər. 

Bəzən də elə olur ki,  insan mövcud olan əxlaq normalarına

uyğun olaraq hərəkət etmir.  Bu ilk növbədə həmin şəxsin öz

mənafeyini hər şeydən üstün tutmasından irəli gəlir. Belə olan

halda həmin şəxs müvafiq normalara müsbət münasibət

bəsləmədiyi üçün, mənfi hisslər keçirir. Düşmənçilik, paxıllıq, 

fərdiyyətçilik,  məsuliyyətsizlik,  həyasızlıq,  vicdansızlıq,  na-

muzsuzluq və s. bu cür hisslərdir.

Bəzən də elə olur ki,  insan öz hərəkətinin,  rəftarının

cəmiyyətdəki müvafiq normalara uyğun olmadığını,  düzgün

hərəkət etmədiyini sonradan başa düşür. Bu zaman əmələ gələn

iztirab,  xəcalət,  təəssüf,  peşmançılıq,  rüsvayçılıq da əxlaqi

hisslər hesab olunur. Deməli əxlaqi hisslər qavrayış obyektinə


352

bəslənən müsbət və ya mənfi münasibətlərin əks etdirilməsidir. 

İnsanın münasibəti onun şüuru ilə tənzim olunur. Odur ki, gənc

nəslin tərbiyəsi işində əxlaqi şüurun inkişaf etdirilməsi ön pla-

na çəkilməlidir.  Çünki,  özünüdərketmənin kökləri şüurla, 

əxlaqi hisslərlə bilavasitə bağlıdır. Digər tərəfdən mənlik şüuru

da bir qayda olaraq əxlaqi şüura söykənir və onunla qarşılıqlı

əlaqədə daha səmərəli inkişaf edir. 



İntellektual (zehni)  hisslər – insanın zehni (idrak) 

fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir.  Bu cür hisslər insanı

ətraf aləmin sirlərinə,  özünün eləcə də başqasının rəftar və

davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. 



Maraq, inamsəbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yeni-

lik və s. intellektual hisslər hesab olunur. 

Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə



əlaqədar olan,  onu ətraf aləmi daha dərindən və ətraflı dərk

etməyə yönəldən mürəkkəb hisslərdir.  Təlim prosesində elmi

axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına  

insan fəaliyyəti daha da səmərəli olur.  Zehni hisslərin təsiri

nəticəsində insan ətraf aləmin sirlərinə,  həll etməli olduğu

problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll

edir.  Ümumən insanın idrak fəaliyyətinin səmərəliliyi,  başqa

psixi hadisələrlə yanaşı həm də zehni hisslərlə şərtlənir. 

Azərbaycan xalqın müqtədir oğlu,  fəlsəfi-romantik

şerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın: «Hər

şeyə şübhə ilə yanaş! – Budur həqiqətin meyarı» fəlsəfi kredo-

su ilə səsləşir:

                Şübhədir hər həqiqətin anası,

Şübhədir əhli – hikmətin babası,

                 Şübhə artarsa həm yəqin artar,

                 Mərifət nuri şübhədən parlar.

   Səhvinizdən ta ki doğsun şübhələr,

    Həp seçilsin haqqü batil, xeyrü şər.

İdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət

təşkil etməsi – müasir təlim nəzəriyyəsi üçün fundamental


353

əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim təlim

prosesində şagirdin idrak fəaliyyətini,  onun intellektual

hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yo-

lu ilə gücləndirməlidir.  Bu cür fəallıq nəticə etibarı ilə

təfəkkürün,  ağlın inkişafına xidmət edəcəkdir.  Yeni pedaqoji

təfəkkür,  təhsilin humanistləşdirilməsi,  humanitarlaşdırılması, 

interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə, 

şagird təfəkkürünün emosional cəhətdən,  zehni hisslərin

köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixope-

daqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf

etdirilməsi şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil

etməlidir.

Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf

aləmin cisim və hadisələri,  təbiət gözəllikləri,  insan

yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə

də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsünkar təbiət

mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi

və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ic-

timai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən bi-

rinci estetik zövq mənbəi elə insanın özüdür.        

Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir

göstərməklə onun psixi sağlamlığını bərpa etməyə,  müalicəyə

çalışırlar. Bu mənada musiqi terapiya, art terapiya və naturap-

sixoterapiyada

musiqi, 

incəsənət

əsərləri

təbiət



gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur.  Deməli

estetik hisslər insan şəxsiyyətinin həm mənəvi,  həm də psixi

sağlamlığının əsas şərtini təşkil edir. Vaxtılə Aristotel incəsənət

əsərlərinin qavranılmasının insanın psixoloji və fizioloji

vəziyyətinə müsbət təsirini qeyd etmiş və bu halı «təmizlənmə» 

(katarsis) adlandırmışdır.

Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə

orqanizmin funksiyasını aktivləşdirir,  bədəni gümrah edir. 

Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s. este-

tik hisslər hesab olunur. İnsan hisslərin köməyi ilə ətrafda baş



354

verən hadisələrə münasibətini bildirir,  başqaları ilə qarşılıqlı

münasibətini

tənzimləyir,  həm

özünün


psixoloji

sağlamlığını təmin etməyə cəhd göstərir.  İnsanın estetik

hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüşü və

yaşadığı sosial mühit də təsir göstərir.



Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi emo-

sional münasibəti ilə bağlıdır.  Fəaliyyət prosesi insanda həm

müsbət,  həm də mənfi emosional reaksiya əmələ gətirir. 

Fəaliyyət prosesində,  sərf edilmiş sayda yaranan razılıq və ya

narazılıq duyğusu praksis hisslər adlanır.  İnsan fəaliyyətinin

hər bir forması praksis hisslərin obyekti ola bilər.  Hər hansı

fəaliyyət

prosesində

qarşıya

çıxan


maneələri

aradan


qaldırdıqca,  işin uğurla yerinə yetirilməsindən alınan razılıq

hissi praksis hisslərə aiddir.  Dərs zamanı qarşılıqlı əlaqənin

yaranması,  izah olunan məsələnin şagirdlər tərəfindən aydın

başa düşüldüyünü gördükdə,  eləcə də pedaqoji refleksiyaya

müraciət edərkən keçirilən dərsdə məqsədə nail olunması ilə

bağlı müəllimin keçirdiyi hisslər praksis hisslər hesab olunur. 

Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir.

Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı ola-

raq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş

qaldıran hisslər praksis hisslər adlanır.  Fəaliyyətin,  işin

mənimsənilmə səviyyəsindən asılı olaraq,  praksis hisslər bəzi

hallarda işin gedişi ilə bağlı,  bəzi hallarda isə fəaliyyətin

nəticəsi ilə bağlı olur.  Çətin tapşırığın,  məsələnin düzgün

həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi prak-

sis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli ilə

bağlı uğursuz axtarışlardan yaranan həyəcan,  gərginlik, 

məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir.

Beləliklə,  insanın şəxsiyyət kimi psixoloji portretinin

mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuş

halda deyil vəhdətdə təzahür edir.  Odur ki,  insanın mənəvi

aləmini,  idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali

hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin


355

tərbiyəsi işinin mühüm tərəflərindəndir.                 



Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Hisslər nəyə deyilir?

2. Hisslər duyğulardan nə ilə fərqlənir?

3. Hisslərin obyekti və subyekti nədən ibarətdir?

4. Hisslərlə emosiyaların oxşarlıq və fərqini şərh

edin.


5. Hisslər insanın idrak fəaliyyətində nə kimi rol

oynayır?


6. Hisslərin xarici ifadəsi özünü nələrdə göstərir?

7. Hisslərin əsas keyfiyyətlərini xarakterizə edin.

8. Hisslərin fizioloji əsasları barədə danışın.

9. Hisslərin hansı funksiyaları vardır?  Onları

şərh edin.

10. Hisslərin keçirilmə formaları hansılardır? 

Onları şərh edin.

11. Ali hisslər hansılardır?  Onların hər biri

haqqında ayrılıqda danışın.

Referat, məruzə və müstəqil tədqiqatlar üçün

mövzular

1. Hiss və emosiyalar psixoloji problem kimi.

2. Hisslərin ekspresiyası.

3. Hisslərin başqa idrak prosesləri ilə qarşılıqlı

təsiri.

4. Ali hisslər və onların insan şəxsiyyətinə təsiri.



Ədəbiyyat

1. Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya 2-

ci nəşri. - Bakı 2002.

2. Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. 



356

Psixopedaqoji məsələlər. – Bakı,2006, səh. 252-337.

3. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin

psixoloji problemləri. Bakı 1998

4. Əliyev R.İ. Psixologiya. - Bakı 2003.

5. İzard K. Psixoloqiə emoüii. Moskva 2001.

6. Nemov R.S. Psixoloqiə. Kniqa 1. -  Moskva.,  

1898.


7. Qranovskaə R.M. Elementı praktiçeskoy

psixoloqii. - SPb. 1997.

8. Mayers D. Psixoloqiə – Minsk, 2001, s. 530-

563


     9. Reykovskiy Ə.  Gksperimentalğnaə psixoloqiə

gmoüii. – M., 1979.

     10. Selğe Q. Stress bez distressa Moskva 1979

              



357

                   



14-cü FƏSİL

İRADƏ

Qısa xülasə

İradə haqqında anlayış.  İradi iş.  İradi iş ixtiyari işin xüsusi

növü kimi. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyek-

tin öz fəaliyyət və davranışı zamanı rast gəldiyi çətinlikləri aradan

qaldırma prosesi kimi.  Daxili və xarici maneələr və iradi iş zamanı

onların aradan qaldırılması. İradi işin funksiyaları. 

İradi işin quruluşu.  Sadə və mürəkkəb iradi iş.  İradi işin

mərhələləri. 



Şəxsiyyətin iradi keyfiyyətləri.  İlkin iradi keyfiyyətlər:  iradi

güc,  təkidlilik.  İkinci və ya törəmə iradi keyfiyyətlər:  qətiyyətlilik, 

cəsarət,  özünü ələ almaq,  inam.  Üçüncü iradi keyfiyyətlər: 

məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq. 



İradi qüsurlar: təqlidçilik, təlqinə qapılmaq, qorxaqlıq, neqa-

tivizm, tərslik.



IV.14.1. İradə haqqında anlayış

İnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və

işləri icra edir. Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə ix-

tiyari şəkildə baş verir. 

Qeyri-ixtiyari hərəkətlər düşünülmüş,  şüurlu şəkildə

deyil,  ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk

edilməyən təhriklərin təsiri altında baş verir. Bu cür hərəkətlər

adətən impulsiv xarakter daşıyır.  Onların dəqiq planı olmur. 

Psixologiyada

qeyri-ixtiyari

hərəkətlərə

insanın

qorxu, 


çaşqınlıq,  heyrət,  affekt halında olan və s.  hərəkətləri aid

edirlər.


İxtiyari hərəkətlər isə məqsədlə bağlı,  məqsədəyönəlmiş

hərəkətlərdir.  Bu cür hərəkətləri yerinə yetirərkən insan öz

məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları


358

əvvəlcədən təsəvvür edir.  Bu cür hərəkətlər iradi xarakter

daşıyır.  Bu zaman insan qarşısına çıxan maneələri aradan

qaldırmalı olur. 



Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin

öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, 

maneələri aradan qaldırma prosesinə iradə deyilir.

İradi iş zamanı insan iki cür maneələri aradan qaldırmalı

olur: daxili (subyektiv) və xarici (obyektiv) maneələr.

Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail

olmasını çətinləşdirən istək və meyllərindən ibarət ola bilər. 

Məsələn,  şagird sabah müəllimə cavab vermək üçün

hazırlaşmağa başlayır.  Elə bu vaxt televizorda onun çoxdan

baxmaq arzusunda olduğu bir filmi nümayiş etdirəcəklərini

eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə

hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur. 

Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail

olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan

maneədir.  Məsələn,  şagird sabahkı dərsə hazırlaşmaq

məqsədini qarşısına qoyur.  Bu zaman işıqlar sönür.  Şagird öz

məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək

dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz

məqsədinə nail olur.

Mətin iradəli adamlar qarşılarına qoyduqları məqsədə

nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər. 

İradə – ali psixi funksiya kimi, insanın həyatı prosesində

formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə

mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk

növbədə nitqin köməyi ilə təşəkkül tapır. 

İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri

qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə

görə,  insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır.  İnsanın

iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə

qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir.  İradə –

psixikanın tənzimedici vəzifəsidir.  Bu vəzifə insanın öz


359

davranış və fəaliyyətini idarə etmək qabiliyyətində,  qarşısına

qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və

çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradə - xüsusi

fəaliyyət forması kimi insandan öz davranışını qarşısına

qoyduğu məqsədə müvafiq olaraq tənzim etməyi,  onunla

rəqabətə girən başqa arzu və istəkləri ləngitməyi,  boğmağı

tələb edir.

İradi işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də

səciyyələndirmək olar.  Çünki,  hər bir iradi iş,  başqa ixtiyari

işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun

yerinə yetirilməsi ilə nəticələnir.  Məsələn:  eyni otaqda qalan

tələbədən A – çoxdan yatıb,  B – isə yuxusu gəlsə də oturub

sabahkı seminar məşğələsinə hazırlaşır.  Bu misallarda hər iki

tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər

cür sadə işi iradi iş kimi səciyyələndirmək olmaz.  Yerinə

yetirilən iş o zaman, iradi iş adlandırıla bilər ki, orada müəyyən

iradi səy tələb olunsun.

Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub se-

minara hazırlaşması,  iradi səy hesabına yerinə yetirilmişdir. 

Ona görə də, bu cür iş iradi iş kimi səciyyələndirilir və ikiqat

ixtiyari adlandırılır. 

Beləliklə,  işin həm motivasiya tərzinə,  həm də icra

mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi

olmasının göstəricisidir. Beləliklə iradi iş mürəkkəb xarakter

daşımaqla,  ixtiyari işin xüsusi formasıdır.  İradi işin motivi

insanın bilavasitə aktual tələbatları ilə müəyyən olunmur.

İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən

ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə ye-

tirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.

İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün

çalışması,  bu yönümdə mübarizə aparması,  qarşısına çıxan

maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə

bağlı olmayan işlər görməsi,  dünyagörüşünə,  əqidəsinə,  inam

və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi



360

təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir.  Bu

funksiyalar bir-birilə qarşılıqlı surətdə əlaqədardır. İradə

şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli ola-

raq iradə insanı yalnız fəallığa təhrik etmir,  həm də lazım

gəldikdə onun fəallığını ləngidir.

İradə başqa psixi hadisələr kimi,  inikasın bir formasıdır. 

Belə bir inikas zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada

əks olunur.  İradə özündə şüurun 3  mühüm xassəsini

birləşdirmişdir: idrak, münasibət və hiss.

İnsan fəaliyyətinin məzmununa,  onun səmərəliliyinə

müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. 

Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, 

həm də onun motivlərinin gücləndirilməsinə şərait yaradır. 

Fəaliyyət motivlərinin aktuallaşdırılması,  şəxsiyyətin xəyali

motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir.

Xəyali motivlərin formalaşması,  şəxsiyyətin inkişaf

səviyyəsindən asılıdır.  Bir halda tələbə gözünün qabağına

gətirir ki,  o beynəlxalq əhəmiyyətli konfransda,  xarici

qonaqların çıxışlarını səlist və düzgün qaydada iştirakçılara

tərcümə edir,  təşkilat komitəsi tərəfindən təşəkkürnamə alır. 

Tədbirdən sonra,  məşhur bir şirkətin prezidenti ona

yaxınlaşaraq onların şirkətində tərcüməçi işləməyi təklif edir. 

Başqa halda isə,  o,  gözlərinin qarşısında rəfiqələrinin məşhur

estrada müğənnisinin konsertində iştirak etmələrini, ondan so-

nra şəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır.

Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə

güclü surətdə təsir göstərir,  onun səmərəsini birinci halda

artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin köməyi

ilə,  insan gördüyü işə daha mühüm məna verməklə,  özünün

iradi səyini gücləndirmiş olur. Deməli, iradə həm də təxəyyüllə

də bağlıdır.  Belə ki,  insan fəaliyyət göstərəcəyi şəraiti

təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir.

Təlim prosesində,  eləcə də,  tərbiyə işində müəllimlər, 

tərbiyəçilər eləcə də valideynlər uşaqlarda görəcəkləri işlə bağlı


361

müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən

kömək edə bilərlər.

IV.14.2. İradi işin quruluşu

İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. 

Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. 

Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas

mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud in-

tellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ.

Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun

əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar

qəbulu və işin planlaşdırması ilə xarakterizə olunur.  Qərarın

qəbulu yəni işin hansı şəkildə icra edilməsi,  iradi işin

quruluşunda mühüm mərhələdir.  Həqiqi iradi başlanğıc işin

məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul

edilməsində təzahür edir.

Zehni mərhələ,  xüsusən onun motivlər mübarizəsi və

qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir

elementi risk adlanır. Risk – o halda işə qoşulur ki, fəaliyyətin

nəticələrini proqnozlaşdırmaq mümkün olmasın. Səmərəli risk, 

mahiyyətinə görə çox mühüm iradi keyfiyyət hesab olunur.

İcra mərhələsi – iradi işin psixoloji məzmununu açıb

göstərən mərhələ hesab olunur.  Zehni mərhələ iradi işin icra

mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, ounn

nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar

olur.

Adətən öz strukturuna görə iradi işləri iki qrupa bölmək



olar: sadə və mürəkkəb iradi işlər.

Sadə iradi iş qərar qəbulu və onun icrası ilə başa çatır. 

Məsələn, əgər  dərsə hazırlaşmağı qərara alır və dərhal stolun

arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə



362

iradi iş adlandırmaq olar. 

Mürəkkəb iradi işdə isə vəziyyət tamamilə dəyişir.  Bu

zaman qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. 

Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və

vasitələrin axtarılması,  qərarın icrası və s.  mərhələlərdən

keçmək zəruri olur. Belə bir misala nəzər salaq. Fərz edək ki, 

XI sinif şagirdi ali məktəbə daxil olmaq məqsədini qarşısına

qoyur.  Bu zaman hansı ixtisası,  hansı universiteti seçmək

məsələsi ortaya çıxır. Şagirdi ingilis dili ixtisası maraqlandırır. 

Valideynləri isə onun həkim olmasını istəyirlər. Keçən il həmin

məktəbi bitirən yoldaşlarından Dillər Universitetinə daxil olan-

lar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün bu motivlər

arasında mübarizə gedir. Nəhayət o, ingilis dili üzrə mütəxəssis

olmaq qərarına gəlir.  Bundan sonra yeni mərhələ başlayır. 

Şagird bunun üçün yol və vasitələr arayır.  Müəllimlərindən

məsləhət alır.  Xüsusi hazırlıq kurslarına gedir.  Ciddi şəkildə

sınaq imtahanlarında iştirak edir. Nəhayət qəbul haqqında elan-

lar çıxdıqdan sonra sənədlərini həmin ixtsas üzrə təqdim edir. 

Bundan sonra test imtahanlarına gedir.  Son mərhələdə

məqsədinə necə nail olduğunu qiymətləndirir.


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin