Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Bağça yaşlı uşaqların psixoloji xüsusiyyətləri (3-6 yaş)



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

Bağça yaşlı uşaqların psixoloji xüsusiyyətləri (3-6 yaş)

APARICI FƏALİYYƏT – OYUN,  insanların davranış və

fəaliyyət normalarının mənimsənilməsi

-3-4  yaş – özünütəsdiq;  reaksiyaları:  sözə qulaq asmamaq, 

tərslik,  neqativizm,  höcətlik,  «böyükləri məcbur etmək»  («mən

özüm», «mən özüm bilirəm», özünü öymə)

TƏKBAŞINA OYUN (əşyavi, quraşdırma, süjetli-rollu oyunlar)

-5-6  yaş – böyüklərə münasibətin ahəngdarlığı,  uşaqlara mü-

nasibətin inkişafı,  uşaqlarla birgə oyun (qaydalı,  süjetli-rollu

oyunlar),  uşaqlar arasında liderlik və tabeçilik münasibətinin

formalaşması, «yarış xarakterli oyunlar».

-Quraşdırma oyunlarının inkişafı,  PRAKTİK TƏFƏKKÜRÜN

inkişafı.

Rəsm qabiliyyətinin,  musiqi qabiliyyətinin (musiqini başa

düşmək, oxumaq, oynamaq) inkişafı, yaradıcılığın inkişafı.

-Təfəkkürün EQOSENTRİZMİ.

-Qavrayışın inkişafı (perseptiv işlərin,  perseptiv etoalonların

mənimsənilməsi), diqqətin, hafizənin qeyri-ixtiyaridən ixtiyariyə

doğru inkişafı, iradənin inkişafı.

-Hər şeylə maraqlanmaq (4-5 yaşında «bu nədir?»)

-Təxəyyülün inkişafı (reproduktiv formadan yaradıcıya doğru).

-Başqa adamlarla dialoji nitqin və eqosentrik nitqin inkişafı, 



daxili nitqə keçid.

-Məfhumların inkişafı (3-5 yaşlarında sözlər cisim və hadisələri

əvəz edən yerlik kimi, 6-7 yaşlarında sözlərin əşyaların mühüm

əlamətini bildirməsi – konkret məfhumlar).

-Təfəkkürün əməliyyataqədərki səviyyədə (Piaje)    inkişafı, təd-

ricən əməliyyat səviyyəsinə keçid.

-Cins üzvlərinə, uşaqların doğulmasına maraq:


452

a)psixoseksual inkişafın fallik mərhələsi (3-4 yaşda);

b)Edip kompleksinin formalaşması və qarşısının alınması.

-Təşəbbüskarlığın,  məqsədəyönəlişliyin,  fəallığın formalaşması, 

müstəqilliyin, 

neqativ


inkişaf

gedişində

passivliyin, 

yamsılamağa meylin formalaşması

-Məktəbə hazırlığın formalaşması.

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Yeni doğulmuş uşağın xüsusiyyətləri haqqında

danışın.


2. Canlanma kompleksi nədir və nə vaxt baş verir?

3. Erkən uşaqlıq dövrünün fərqləndirici xüsusiyyətləri

hansılardır?



4. Bağça yaşı dövründə uşaqların ümumi inkişafından

danışın.


5. Uşağın psixi inkişafında oyunun rolunu izah edin.

6. Bağça yaşı dövründə uşaqlarda idrak prosesləri və nitq

necə inkişaf edir?



7. Uşağın məktəbə psixoloji hazırlıq şərtləri hansılardır?

Referat, məruzə və müstəqil tədqiqat üçün

mövzular.

1. Bir yaşından üç yaşına qədər dövrdə nitqin inkişafı.

2. Uşaqların məktəbə psixoloji hazırlığında fərdi-fərqlər.

3. Bağça yaşlı uşaqlarda təxəyyül və təfəkkürün inkişafı.

4. Müxtəlif oyun,  təlim və əmək tapşırıqlarının bağça

yaşlı uşaqların psixi inkişafına təsiri.



453

Ədəbiyyat

Həmzəyev M.Ə. Ailədə uşaqların oyunlarına rəhbərlik. –

Bakı, 1965



Qədirov Ə.Ə.  Yaş psixologiyası. – Bakı, 2002

Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə.  Xrestomatiə.  –

M., 2001, s. 11-61

Qreys Krayq   Psixoloqiə razvitiə. –Piter, 2002, s. 207-

243   


Mayers D. Psixoloqiə. – M., 2001, s. 124-157

Muxina V.S.  Detskaə psixoloqiə. – M., 1985, s.221-261

Zaporojeü A.V.   İzbrannıe psixoloqiçeskie trudı. V 2-x

T. – M., 1986, t.1.s.52-99;154-215



Glğkonin D.B.    Detskaə psixoloqiə.  – M.,  1960,  s.138-

293


Glğkonin D.B.  Psixoloqiə iqrı. – M., 1978, s.151-168

454

2 0 - c i F Ə S İ L

KİÇİK MƏKTƏBLİLƏRİN PSİXİ İNKİŞAFI

Qısa xülasə

Uşağın məktəb həyatının ilk dövrünün psixoloji xüsusiyyətləri. 

Kiçik məktəb yaşının başlanğıcı və sonu ilə əlaqədar olaraq özünü göstərən

psixoloji dəyişiklik.  Məktəbə daxil olmaqla əlaqədar uşağın qarşılaşdığı

problemlər.  Uşağın öz həyat tərzində,  gün rejiminə,  onu əhatə edənlərlə

münasibətindəki dəyişikliklərin zəruriliyi,  intensiv əqli iş zamanı kiçik

məktəblilərin tez yorulmasının səbəbləri. 



Kiçik yaşlı məktəblilərdə idrak proseslərinin inkişafı.  İdrak

proseslərinin qeyri-ixtiyaridən ixtiyari tənzimlənməyə çevrilməsi.  Kiçik

yaşlı məktəblilərdə qavrayışın,  diqqətin,  hafizənin,  təfəkkürün,  təxəyyülün

və nitqin inkişaf xüsusiyyətləri.



Kiçik məktəblilərdə hisslərin,  iradə və xarakterin inkişafı.

Hisslərin inkişaf xüsusiyyətləri.  Hisslərin az davamlılığı və keçiciliyi. 

Uşaqların öz hisslərini gizləməkdə çətinlik çəkmələri. Ali hisslərin təzahürü

xüsusiyyətləri. İradənin formalaşması və ona təsir edən amillər. Xarakterin, 

şəxsiyyətin bəzi əlamətlərinin formalaşması. 


455

VI.20.1. Uşağın məktəb həyatının ilk dövrünün

psixoloji xüsusiyyətləri

Kiçik məktəb yaşının başlanğıcı və sonu ilə əlaqədar

özünü göstərən psixoloji dəyişiklik.  Kiçik məktəb yaşı 6-10 

yaşı əhatə edir.  Bu dövrün başlıca xüsusiyyətləri-uşağın

məktəbli olması,  əsas fəaliyyətini təlim fəaliyyəti təşkil

etməsindən ibarətdir.  Bu dövrdə inkişafetdirici oyunlar

təlimdən sonra ikinci yeri tutur.  Bu dövr bir növ keçid dövrü

olub,  məktəbəqədər dövrün xüsusiyyətləri ilə məktəblinin

xüsusiyyətlərini

birləşdirir.  Şəxsiyyətin

bir

çox


psixi

xüsusiyyətlərinin əsası məhz bu dövrdə qoyulur.  Məktəbə

təzəcə daxil olduğu vaxt rastlaşdığı çətinliklər kiçik məktəb

yaşının sonunda aradan qalxmış olur, təlim fəaliyyəti oyundan

tamamilə fərqli xüsusiyyətlərini əldə edir. 

Məktəbə təzəcə daxil olan uşaq bir sıra problemlərlə

qarşılaşır.  O,  artıq şagirddir.  Buna görə də şagirdlər üçün

nəzərdə tutulan qaydalara əməl etməli,  həmişə eyni vaxtda

zənglə sinfə girib sinifdən çıxmalı,  bütün dərs ərzində sakit

oturmalı, sinifdən çıxmaq və ora daxil olmaq üçün müəllimdən

icazə almalı, onun bütün tələb və göstərişlərini yerinə yetirməli

olur. Bunlarla yanaşı olaraq uşağın ünsiyyət sahəsi genişlənir, 

tamamilə yeni adamlarla:  müəllimlər və həmyaşıdları ilə

rastlaşır, onlarla birgə fəaliyyət zamanı ünsiyyətə girməli olur. 

Müəllim onun yeni nüfuz sahəsinə çevrilir.  Tədricən sinif

kollektivində qarşılıqlı münasibətlər formalaşır. Bütün bunlara

uşaqlar asanlıqla alışa bilmirlər.  Burada uşağın məktəbə psi-

xoloji hazırlığından çox şey asılı olur.



Uşağın

həyat

tərzi



münasibətlərindəki

dəyişikliyin zəruriliyi. Məktəb təcrübəsi göstərir ki,  məktəbə

yeni daxil olmuş uşaq öz həyat tərzində,  gün rejimində,  onu

əhatə edənlərlə münasibətində dəyişiklik etmədən məktəb


456

həyatına uyğunlaşa bilmir.  Ona görə də məktəb həyatı uşaq

üçün cansıxıcı olur, bu vəziyyətdən çıxmaqda çətinlik çəkir. Bu

cür çətinliklərin aradan qaldırılması və uşağın öz həyat tərzi və

münasibətlərində dəyişiklik etməsi işində müəllimlərin üzərinə

ciddi vəzifələr düşür. Müəllimin qayğıkeş yanaşması bu prose-

sin asanlıqla keçməsinə səbəb olur.

Məktəbə


təzəcə

gələn


uşaqların

qarşılaşdıqları

çətinliklərdən biri də ondan ibarətdir ki,  ilk dəfə olaraq

məktəbdə həyata keçirməli olduqları dərinləşmiş məhsuldar

əqli iş onlardan hövsələ,  emosiyalarını saxlaya bilmək,  təbii

hərəki fəallığı tənzim etməyi, diqqətini tədris məsələləri üzərin-

də cəmləşdirməyi və saxlaya bilməyi tələb edir.  Lakin kiçik

məktəblilərin heç də hamısı bunlara əməl edə bilmirlər. Onlar-

dan çoxu asanlıqla və tez yorulurlar.

Xüsusilə birinci sinfə qəbul olunmuş uşaqlar öz

davranışlarını tənzim etməkdə çətinlik çəkirlər.  Birinci sinif

şagirdlərinin çoxunda uzun müddət özünü eyni vəziyyətdə sax-

lamaq, özünü idarə etmək üçün iradi güc çatmır. 

Məktəbdə məşğələ zamanı müəllim uşaqlara suallar ve-

rir,  onları fikirləşməyə məcbur edir.  Eyni iş ailədə də təkrar

olunur.  Valideyn uşaqdan ev tapşırıqlarını yerinə yetirməyi

tələb edir. Bu cür gərgin əqli iş uşaqları asanlıqla yorur. Psixo-

loqlar bunun səbəbini uşağın məhz əqli işdən yorulması ilə

deyil,  fiziki özünütənzimi həyata keçirə bilməmələri ilə izah

edirlər.


VI.20.2. Kiçik yaşlı məktəblilərdə idrak proseslərinin    

inkişafı

Kiçik məktəb yaşı dövründə məktəbə daxil olmaqla

əlaqədar idrak prosesləri möhkəmlənir və inkişaf edir. 

L.S.Vıqotskinin fikrincə bu proseslər kiçik məktəb yaşının so-

nunda “təbii”  proseslərdən “mədəni”  proseslərə çevrilməlidir, 


457

daha doğrusu nitqlə bağlı olaraq ixtiyari, vasitəli ali psixi funk-

siyalara çevrilməlidir.  Buna uşağın həmin yaş dövründə

məktəbdə və ailədə məşğul olduğu əsas fəaliyyət növləri: təlim, 

ünsiyyət, oyun və əmək fəaliyyətləri imkan yaradır.

Məktəbə təzə gələn uşaqlarda qavrayış hələ reproduktiv

xarakter

daşıyır.  I-II

sinif

şagirdlərinin



qavrayışları

azfərqləndirici,  səthi,  nisbətən az məqsədəyönəlmiş olur.  Bu

dövrdə uşaqların qavrayışı kəskin emosionallığı ilə fərqlənir. I

- II sinif şagirdləri cisim və hadisələrdə ən çox onlar üçün

əhəmiyyətli olan cəhətləri qavramağa meylli olurlar. Ona görə

də bu dövrdə uşaqların qavrayışı çox vaxt cisim və hadisələrin

yalnız müəyyən əlamət və keyfiyyətlərini əks etdirir. Bu zaman

xarici, bilavasitə nəzərə çarpan əlamətlərə görə qavramaya da-

ha çox üstünlük verilir.  Cisimlərin mahiyyətinin dərindən

təhlili və dərk olunması uşaq üçün hələ çətindir.  Ona görə də

kiçik məktəb yaşının əvvəllərində şagirdlərin qavrayış prosesi

qavranılan obyekti yalnız tanımaq və sonra onu adlandırmaqla

məhdudlaşır. 

Bu dövrdə şagirdlərin qavrayışı üçün xarakterik

cəhətlərdən biri də oxşar obyektləri qavramalarındakı qeyri

dəqiqlikdir. Məhz fərqləndirmənin lazımi səviyyədə olmaması

şagirdlərin oxşar cisim və hadisələrə eyni əhəmiyyət

vermələrinə və onları eyni cür qavramalarına səbəb olur.  Buna

görə də bu dövrdə müəllimin müvafiq iş aparmasına böyük eh-

tiyac hiss olunur.

III-IV siniflərdə qavrayış produktiv xarakter daşımaqla, 

təlim fəaliyyətinin təsiri altında daha məqsədəyönəlmiş, ixtiya-

ri olmağa başlayır. İxtiyari qavrayış olan müşahidə inkişaf edir. 

Müşahidənin təsiri altında qavrayış prosesi məqsədəmüvafiq, 

planlı və adekvat xarakter daşımağa başlayır. 

Təcrübə göstərir ki,  kiçik yaşlı məktəblilərdə təlim və

tərbiyənin təsiri altında zaman və məkan qavrayışı inkişaf edir. 

Lakin bu zaman qavrayışın həmin növlərinin inkişafı bir sıra

çətinliklərlə müşayət olunur.  Kiçik məktəblilərin, xüsusilə I-II


458

sinif şagirdlərinin zaman haqqında təsəvvürləri olduqca konk-

ret xarakter daşıyır.  Uşaqlar yalnız öz həyatlarında rast

gəldikləri zaman münasibətlərini bilirlər.  Onlar yalnız saatın, 

gündüzün, gecənin nə olduğunu bildikləri halda, sutkada neçə

saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər. 

Təlim və tərbiyənin təsiri altında və ümumi inkişaf

prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayışının

təkmilləşməsi baş verir. 

Kiçik məktəb yaşı dövründə uşaqlarda diqqətin

inkişafında da özünəməxsus dəyişiklik baş verir.  Psixoloji

tədqiqatlar göstərmişdir ki,  kiçik məktəblilərin diqqəti ilk

gündən seçici xarakter daşımağa başlayır,  daha doğrusu, 

uşaqların diqqəti onlar üçün daha çox əhəmiyyətli olan cisim

və hadisələrə yönəlir.  Bu baxımdan birinci-ikinci sinif

şagirdləri üçün müəllimin onların diqqətini yönəltdiyi sahə

əhəmiyyətlilik kəsb edir.

Məktəb təcrübəsi göstərir ki,  yeknəsək xarakterli işin

yerinə yetirilməsi kiçik məktəblilərin yorğunluğuna,  bu da öz

növbəsində diqqətin yayınmasına gətirib çıxarır. Birinci-ikinci

sinif şagirdlərinin diqqəti yüksək emosional təəssürata malik

olmaları ilə bağlı olur. Ona görə də bu yaşda uşaqların diqqəti

onlar üçün çox maraqsız,  cansıxıcı görünən işlərdən asanlıqla

yayınır. Ona görə də bu dövrdə şagirdlərin diqqətini əsas detal-

lara nisbətən ikinci dərəcəli detallar daha çox cəlb edir.

Kiçik məktəb yaşı dövründə qeyri ixtiyari diqqət hələ

nisbətən üstünlük təşkil etsə də ixtiyari diqqət əsaslı şəkildə

inkişaf etməyə başlayır.  Kiçik məktəb yaşının sonunda - IV

sinifdə diqqətin həcmi və davamlılığı,  keçirilməsi və

mərkəzləşməsi demək olar ki,  əsasən böyüklərdə olan

səviyyəyə çatır.  Diqqətin keçirilməsi bu dövrdə hətta orta he-

sabla böyüklərin diqqətlərinin keçirilməsindən yüksək olur. Bu, 

orqanizmin cavanlığından və uşağın mərkəzi sinir sistemində

proseslərin mütəhərrikliyindən asılıdır. 

Kiçik məktəblilər heç bir xüsusi çətinlik olmadan bir


459

fəaliyyət növündən digərinə keçə bilirlər. Lakin burada hələ də

“uşaqlıq”  əlamətləri qalır.  Belə ki,  uşaqların diqqətini ən çox

onlara bilavasitə təsir edən və onlar üçün maraqlı olan cisim və

hadisələr cəlb edir.

Kiçik məktəb yaşı dövründə hafizə də öz inkişafını da-

vam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təşkil edir. Bu

dövrdə uşaqlar hər cür materialı asanlıqla əzbər öyrənə bilirlər, 

ona görə də əzbər öyrənməyə meylli olurlar.  Bunun müəyyən

əhəmiyyəti olsa da uşaqları quru əzbərçiliyə alışdırmaq olmaz. 

Şübhəsiz bəzi materialları, məsələn, vurma cədvəlini əzbərdən

bilmək yaxşıdır.  Lakin təcrübəli müəllim vurma cədvəlini

əzbərdən öyrənməyi tapşırmazdan əvvəl cədvəlin strukturunu

ətraflı izah edir,  onun hansı prinsip üzrə tərtib olunduğunu

uşaqlara başa salır. Öyrənmə bu şəkildə təşkil olunduqda əgər

şagird,  məsələn,  yeddi dəfə səkkiz neçə etdiyini yaddan

çıxarıbsa,  özünü itirmir.  O,  yeddi dəfə yeddinin neçə etdiyini

yada salır və buna yeddi əlavə edir.

  Çox vaxt birinci-ikinci sinif şagirdləri materialı hərfən

yadda saxlamağa çalışırlar.  Bu,  həmin yaşda şagirdlərin

oxuduqlarını və eşitdiklərini öz sözləri ilə ifadə edə

bilməmələri ilə izah oluna bilər.  Burada nitqin lazımi

səviyyədə inkişaf etməməsi və müəllimin şagirddən öyrən-

diyini dəqiq və tam yada salmağı tələb etməsi də rol oynaya

bilər.

  Təcrübə göstərir ki, kiçik məktəblilərdə, xüsusilə birin-



ci-ikinci sinif şagirdlərində birinci siqnal sistemi üstünlük

təşkil etdiyinə görə əyani materialları daha yaxşı yadda

saxlayırlar.

  Kiçik məktəb yaşlı uşaqlarda məntiqi hafizə nisbətən

zəif inkişaf etmiş olur. Birinci-ikinci sinif şagirdlərindən fərqli

olaraq üçüncü-dördüncü sinif şagirdləri elə yadda saxlamağa

çalışırlar ki,  sonradan onu öz sözləri ilə danışa bilsinlər. 

Nəticədə onlarda müqayisə və ümumiləşdirməyə əsaslanan

məntiqi hafizə inkişaf edir.  Birinci sinifdən başlayaraq


460

məktəbdə təlim prosesində uşaqlara xüsusi şəkildə mnemik

tərzlər öyrədildikdə məntiqi hafizənin məhsuldarlığı xeyli

yüksəlir.

Məktəbə təzə gələn uşaqlar ən çox parlaq,  emosional

təəssürat yaradan materialı yaxşı yadda saxlamağa daha çox

meylli olurlar.  Sonrakı siniflərdə,  xüsusilə IV sinifdə bu hal

əsasən aradan qalxmış olur. 

Kiçik məktəb yaşı dövründə uşağın həyat təcrübəsi və

biliyinin artması nəticəsində onda təxəyyülün inkişafı üçün

əlverişli şərait yaranır.  Bununla belə kiçik məktəb yaşının

əvvəllərindən uşaqların təxəyyül surətləri hələ də az davamlı

olub, qavrayışa əsaslanmaqda davam edir. 

Bərpaedici

təxəyyül

kiçik


yaşlı

məktəblinin

fəaliyyətində həlledici rol oynamağa başlayır, təlim materialını

mənimsəməsini asanlaşdırır.

Ə.Əlizadənin tədqiqatları göstərmişdir ki,  kiçik mək-

təblilərin təxəyyülü,  hər şeydən əvvəl,  emosional xarakter

daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq

təxəyyül surətləri yaranır.  Kiçik məktəblinin təxəyyülü

müəyyən əyani vasitəyə istinad etmədikdə, o, təsvir edilən ha-

disəni aydın təsəvvür edə bilmir.  Kiçik məktəblilər baharda

baharı, qışda qışı təsvir edən mətnləri daha yaxşı mənimsəyir. 

Çünki bu zaman təxəyyül şagirdin xarici aləmdən aldığı yeni, 

parlaq və canlı təəssüratdan daha səmərəli şəkildə istifadə edir. 

Kiçik məktəb yaşı dövründə təfəkkür də özünəməxsus

xüsusiyyətlərə malik olur.  İlk dövrlər əyani-əməli təfəkkür

özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baş verir, sözlü

məntiqi təfəkkürün inkişafı üçün müvafiq şərait yaranır.

Kiçik


məktəb

yaşının


əvvəllərində

hələ


ümumiləşdirmə və müqayisə zamanı zahiri əlamətlərə üstünlük

verilir.  Getdikcə mühüm əlamətlər üzrə ümumiləşdirmə və

müqayisəyə

meyl

artır. 


Kiçik

yaşlı


məktəblilərdə

mücərrədləşdirmənin perseptual və konseptual səviyyəsi

inkişaf edərək, onların idrak fəaliyyətində mühüm rol oynayır. 


461

(Ə.Qədirov).

Kiçik məktəb yaşı dövründə uşaqlarda təfəkkürün

keyfiyyətləri

inkişaf

edir.  Ə.Bayramovun



tədqiqatları

göstərmişdir ki,  əlverişli şərait yaradıldıqda,  hətta I-II sinif

şagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir,  oradan

müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı, 

onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləməyə

qabil olurlar. Bununla belə kiçik məktəb yaşlı uşaqların hamısı

eyni dərəcədə müstəqil və tənqidi düşünə bilmirlər.

Bu sahədə şagirdlər arasında bir sıra fərdi fərqlər özünü

göstərir. 

Professor

Ə.Bayramovun

tədqiqatları

kiçik

məktəbliləri təfəkkürün tənqidiliyinin inkişaf xüsusiyyətlərinə



görə aşağıdakı qruplara ayırmağa imkan vermişdir:

1)  heç bir təhrik olmadan tənqidi düşünən şagirdlər.  Bu

cür şagirdlər heç bir təhrik olmadan, müstəqil şəkildə öz idrak

obyektlərinə

tənqidi

yanaşır


buradakı


qüsurları, 

uyğunsuzluqları görə bilirlər.

2)  qismən təhriklə tənqidi düşünən şagirdlər.  Bu cür

şagirdə sadəcə olaraq idrak obyektində qüsur və ya çatışmazlıq

olduğunu dedikdə onu asanlıqla müəyyənləşdirə və düzəldə bi-

lir.


3)  tam təhriklə tənqidi düşünən şagirdlər.  Bu cür

şagirdlər yalnız onlara nədə səhv etdiklərini bildirdikdə

qüsurları müəyyənləşdirə və aradan qaldıra bilirlər.

4)  heç cür təhriklə belə tənqidi düşünə bilməyən şa-

girdlər.  Bu cür şagirdlərdə təfəkkürün ümumi inkişafı aşağı

səviyyədə olur.

Kiçik məktəb yaşı dövründə nitqin bütün istiqamətləri

üzrə inkişaf baş verməklə yanaşı məktəblilər ilk dəfə olaraq

oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə başlayırlar. 

Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmələrinin əsası

məhz bu dövrdən başlanır. Psixoloji tədqiqatlar göstərmişdir ki, 

kiçik məktəblilər düzgün yazı vərdişlərinə yiyələnərkən bəzən

ilk dövrlər yalnız təsadüfi,  zahiri formal əlamətə görə


462

ümumiləşdirmə aparmağa meyl göstərirlər ki, bu da generaliza-

siya hadisəsi ilə nəticələnir.  Təlim prosesində müqayisəli işə

geniş yer verilməsi bu kimi halların aradan qaldırılmasına im-

kan verir (M.Ə.Həmzəyev).

Şagirdlər qrammatik və orfoqrafik qaydalara yiyələn-

dikdə onlarda həm şifahi,  həm də yazılı nitq inkişaf edib

zənginləşir. 



VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarak-

terin inkişafı

Məktəbə daxil olmaqla əlaqədar uşaqda bir sıra yeni, 

mürəkkəb və ziddiyyətli hisslər özünü göstərməyə başlayır. Bu

hisslər uşağın yeni vəziyyəti ilə bağlı olur.  Məktəbə yenicə

gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar

fəxr edirlər ki,  artıq məktəblidirlər,  “böyük”  olmuşlar.  Eyni

zamanda məktəbə təzə gələn uşaqlar bəzi həyəcanlı anlar da

keçirməyə başlayırlar:  “Görəsən məktəbdə necə olacaq? 

Tapşırıqları yerinə yetirə biləcəkmi?  Yoldaşları, müəllim necə

olacaq? və s.

Bütün bunlarla yanaşı olaraq mühitin,  təlim və

tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər

yaranmağa başlayır. Təlimdə qazandığı ilk müvəffəqiyyət uşa-

ğı sevindirir.

Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və

keçici olur.  Onların hissləri asanlıqla bir-birini əvəz edir.  Bu

dövrdə uşaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər.

Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri

nisbətən davamlı xarakter daşımağa başlayır.

Bu dövrdə uşaqlarda zehni,  əxlaqi və estetik hisslər də

özünəməxsus şəkildə inkişaf edir.  Uşaqda hər şeyi bilməyə, 

öyrənməyə həvəs,  təlim zamanı rast gəldiyi çətinliyi aradan



463

qaldırmağa inam, şübhə, işi icra edərkən özündən razı qalmaq, 

öz “kəşfləri”  ilə fəxr etmək və s.  kimi hallar baş verir.  Bu

dövrdə vətənə məhəbbət, böyüklərə hörmət, yoldaşlıq, insanla-

ra qayğı və s. kimi əxlaqi hisslərin əsası qoyulur. Ümumiyyətlə

kiçik məktəblilərdə əxlaqi hisslər biliklərə,  tədricən əxlaqi

anlayışlara yiyələnməklə əlaqədar inkişaf edir.  Kiçik məktəb

yaşı dövründə estetik hisslərin inkişafı, estetik zövqün tərbiyəsi

üçün də səmərəli şərait yaranır. 

Kiçik məktəb yaşı dövründə uşaqlarda iradənin

inkişafı üçün də geniş imkan yaranır.  Bu dövrdə uşaq öz

hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu

prosesdə maneələri aradan qaldırır. I-III sinif şagirdlərində ira-

di cəhd göstərmək bacarığı hissediləcək dərəcədə artır. İxtiyari, 

iradi fəaliyyət inkişaf etməyə başlayır.  Uşağı iradi cəhdə

yönəldən motivlər kəskin şəkildə dəyişir.  9-10  yaşlı uşaqlar

nəyə qadir olduqlarını öz həmyaşıdlarına göstərmək istəyirlər. 

Bu dövrdə hisslərin və iradənin inkişafı uşaqda xarakterin

inkişafına da əsaslı təsir göstərir. Kiçik məktəblilərdə təlim və

tərbiyənin təsiri altında xarakterin intizamlılıq, dözümlülük, tə-

kidlilik kimi iradi keyfiyyətləri formalaşmağa başlayır.  Təlim

və tərbiyənin təsiri altında kiçik məktəblilərdə xarakterin

əməksevərlik,  səliqəlilik,  böyüklərə hörmət kimi əlamətləri

formalaşır.

Kiçik məktəblilərdə xarakterin formalaşmasında təlim və

tərbiyə ilə yanaşı onlarda təqlidə meyllilik də mühüm rol

oynayır. 

Bütün bunlarla yanaşı olaraq müəllimin qiymətlən-

dirməsi və təlimdə əldə edilmiş uğurlu nəticələrin təsiri altında

kiçik


məktəblilərdə

özünüqiymətləndirmə

formalaşmağa

başlayır. Lakin bu hal sabit xarakter daşımır, tez-tez aşağı düşə

bilir. 

Özünüqiymətləndirmə ilə bağlı olaraq kiçik məktəb-



lilərdə özünə,  öz gücünə inam da formalaşır.  Lakin təcrübə

göstərir ki, təlimdəki çətinliklərdən, müəllimin və valideynlərin



464

tənqidi qeydlərindən asılı olaraq kiçik məktəblilərdə öz gücünə  

inamsızlıq,    frustrasiya vəziyyəti,  təlimə marağın    itməsi, 

«məktəb nevrozlarının»  meydana gəlməsi halları da müşahidə

olunur.  Müəllimin

bu

cəhətləri



nəzərə

alması


kiçik

məktəblilərdə şəxsiyyətin müvafiq əlamətlərinin forma-

laşmasında mühüm əhəmiyyət kəsb edir.


465


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin