Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Erkən uşaqlıq yaşının xüsusiyyətləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

Erkən uşaqlıq yaşının xüsusiyyətləri. Erkən uşaqlıq

dövrü 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə

uşaqlar öz tələbatlarını əşyavi-manipulyativ fəaliyyətin köməyi

ilə ödəyirlər. Erkən uşaqlıq dövrü özünəməxsus xüsusiyyətləri

ilə fərqlənir.  Bu dövrdə uşaq nitqə yiyələnir və nəticədə

şəxsiyyətin və fəaliyyət subyektinin formalaşması üçün zəmin

yaranır.  Hələ körpəlik dövrünün sonunda (11-ci aydan)  uşaq

nitqin fonetik quruluşuna,  yiyələnməyə başlayır,  getdikcə söz

ehtiyatı artır və üçüncü yaşın axırında 300-400-ə çatır. 1 yaş 10 

aylıqdan


başlayaraq

uşaq


ayrı-ayrı

sözləri


cümlədə

birləşdirməyə başlayır. Nitqin inkişafı əsasında uşaq əşyaları ən



439

parlaq zahiri əlamətlərinə görə qruplaşdırmağa başlayır.  Bunu

ümumiləşdirmənin

ilkin


mərhələsi

kimi


qeyd

etmək


mümkündür.  Bu dövrdə psixikanın əsas formaları olan hafizə

(tanıma şəklində),  əyani-əməli təfəkkür,  diqqət,  qavrayış fəal

şəkildə inkişaf etməyə başlayır.  İkinci yaşda uşaq yaxın

adamları və obyektləri qavradıqdan bir neçə həftə,  üçüncü

yaşda bir neçə aydan sonra tanıya bilir.  Tanıma ilə yanaşı

qavranılmış əşyaların xatırlanması da inkişaf edir.

Erkən uşaqlıq dövründə nitqin inkişafı ilə bağlı olaraq

təfəkkür, xüsusilə əyani-əməli təfəkkür də inkişaf edir.  Lakin

bu dövrdə uşaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də, 

onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, 

bu hərəkətlərdə təzahür edir.  Bu dövrdə uşaqların fikri

fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. Erkən

uşaqlıq yaşında diqqətin yeni xüsusiyyətləri özünü göstərir. 

Uşağın böyüklərlə nitq ünsiyyəti burada mühüm rol oynayır. 

Söz siqnalları uşağın diqqətinin müəyyən obyektə yönəlmə-

sinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiqliyinə əsaslı

təsir göstərir.  Böyüklərin tələbi ilə uşaqlarda ixtiyari diqqətin

inkişafı üçün şərait yaranır.

Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır. 

Nəticədə uşaqda ixtiyari qavrayışın - müşahidənin inkişafı

üçün şərait yaranır. Burada böyüklərin uşağın qavrayışını təşkil

etməsi əsas rol oynayır.

Erkən

uşaqlıq

dövründə

müstəqillik

meylinin

formalaşması. Erkən uşaqlıq dövründə uşaqlarda şəxsiyyətin

inkişafı üçün də zəmin yaranmış olur.  Uşaq özünü başqa

əşyalardan, onu əhatə edən adamlardan ayırmağa başlayır. Bu

isə uşaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə

səbəb olur. Üç yaşında uşaqda özü haqqında təsəvvür yaranır. 

Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri

ilə adlandırmağa başlayır.  Bununla bağlı olaraq ilk yaş

“böhranı”, “üç yaşın böhranı” özünü büruzə verir. Uşaq “mən” 

kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə


440

verir;  onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. 

Bununla da uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət

etməyə, “mən özüm” - deyə şəxsi fəallıq göstərməyə başlayır.

Uşağın psixi inkişafında ilk “yaş böhranı”  böyüklərlə

qarşılıqlı münasibət zamanı tərslik,  inadkarlıq,  höcətlik kimi

neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. Uşağın müstəqil

olaraq öz tələbatını ödəmək cəhdi, özünü başqa adamlarla mü-

qayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması

və hərəkətlərindəki sərbəstliyi “üç yaşın böhranı”  haqqında

aydın təsəvvür yaradır.

Əgər yaşlılar uşağın müstəqilliyi və sərbəstliyini lazımi

şəkildə tənzim və təşkil edərsə yaş böhranı tədricən aradan

qaldırıla bilər.



VI.19.2. Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri

Bağça yaşı dövründə uşaqların ümumi inkişafı.

Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, 

həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş

dövrüdür.  Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə

diqqəti cəlb edir.  3-6  yaşlı uşağın boyunun,  çəkisinin

artmasında nəzərə çarpacaq dəyişiklik baş verir.  Buna bax-

mayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli

inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ

sümüklənməmiş qığırdaqlar qalır.  Uşağın skeleti əsasən

qığırdaq toxumalardan ibarət olur. Ona görə də lazımi tələblərə

əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir. 

Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmyaşıdları

ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın

təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. 

Bütün bunlar uşağın sosial şəraitə və həyatın tələblərinə

uyğunlaşmasına imkan verir.



441

Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi

formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir. 

Məqsədəyönəlişliyin

əsası

qoyulur. 



Böyüklərin

qiymətləndirməsi və nəzarətinin təsiri altında bağça yaşının so-

nunda uşaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss

etməyə başlayırlar.  Bununla əlaqədar təqlid obyektləri

dəqiqləşməyə başlayır.  Məktəbəqədər yaş dövründə həm

ümumi,  həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları

yaranır və özünü göstərməyə başlayır.

Uşağın psixi inkişafında oyunun rolu.  Bağça yaşı

dövründə oyun uşaqların əsas fəaliyyəti olur. Bu yaş dövründə

uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər. 

Adətən,  məktəbəqədər yaş dövrünü üç yarımdövrə

ayırırlar:  kiçik bağça yaşı dövrü (3-4  yaş),  orta bağça yaşı

dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).

Kiçik bağça yaşlı uşaqlar,  adətən,  hələ təklikdə

oynayırlar.  Əşyavi və quraşdırma oyunlarında onlarda

qavrayış,  hafizə,  təxəyyül,  təfəkkür və hərəki qabiliyyətlər

inkişaf edir. 

Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna

keçməyə başlayırlar, oyunlarda daha çox uşaq iştirak edir. 

Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və

simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər

inkişaf yolu keçir.  Bütün bunlar uşağın həyatında mühüm rol

oynamaqla,  onun tələbatını ödəməklə yanaşı,  yaşlılarla ünsiy-

yət saxlamaq,  həyatı başa düşmək,  ətrafdakıları təqlid etmək, 

bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm

vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı

dəyişikliklə gətirib çıxarır. Oyun şəraitində və onun köməyi ilə

uşaqlarda diqqət,  qavrayış,  xüsusilə müşahidəçilik,  hafizə, 

təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış

olur.  Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə

edilməsi uşaqlarda nitqin inkişafı,  nitq qüsurlarının aradan

qaldırılması işində də əsaslı rol oynayır.


442

Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı

oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar

özlərinin mövzularına,  qaydalarının müxtəlifliyinə görə kiçik

bağça yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər. 

Burada kiçik bağça yaşı dövründən fərqli olaraq oyunda təbii

şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə

simvolik oyun xarakteri alır. 

Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda

iradənin inkişafına güclü təsir göstərir.  Adi şəraitdə bir yerdə

dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra

qədər yerinə yetirməyə,  qaydaya əməl etməyə məcbur olur. 

Oyun prosesində uşaqlar qarşılıqlı münasibətlərin hə-  yata ke-

çirilməsinə əməl etməyə alışırlar. Rollu oyun prosesində ilk

dəfə olaraq uşaqda liderlik özünü göstərir, təşkilatçılıq bacarıq

və vərdişləri inkişaf etməyə başlayır. Oyun eyni zamanda

uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir.

Bütün bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını

icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla

bəzi sadə əmək bacarıqlarına da yiyələnirlər.



İdrak prosesləri və nitqin inkişafı.  Məktəbəqədər yaş

dövründə uşaqlarda idrak prosesləri və nitqin inkişafında əsaslı

dəyişiklik baş verir.

Məktəbəqədər dövrdə uşaqların qavrayışının ixtiyari

növünün inkişafı üçün şərait yaranır.  Burada oyunun rolu

böyükdür.

Uşaqlar cismin formasını,  ölçüsünü,  tutduğu yeri

qavramağa alışırlar.  Bu onlarda məkan qavrayışının inkişafı

kimi özünü göstərir. Məktəbəqədər yaşlı uşaqlar ilk vaxtlar ən

çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni

zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü

göstərir.  Bağça yaşının sonunda uşaqlar onları maraqlandıran

obyektlərin xassələrini daha tez müəyyənləşdirmək, bir əşyanı

başqasından fərqləndirmək,  onların arasında mövcud olan

əlaqə və münasibətləri aşkara çıxarmaq imkanı əldə edirlər. 


443

Nəticədə zahiri perseptiv işlər əqli işlərə çevrilməyə başlayır. 

Psixoloqlar belə qənaətə gəlmişlər ki, (L.A.Venqer) qavrayışla

bağlı olan qabiliyyətlərin əsasını perseptiv işlər təşkil edir. Bu

cür qabiliyyətlərin keyfiyyəti uşağın xüsusi perseptiv etalon

sistemini mənimsəməsindən asılıdır.  Qavrayış zamanı bu cür

etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər.

Böyük bağça yaşı dövründə uşaqlarda ətraf aləmin

qavranılması genişlənir və dərinləşir.  Bu dövrdə qavrayış

uşaqlara yaşlıların həyatına qoşulmağa,  nüfuz etməyə imkan

verir.  Bununla bərabər böyüklərlə ünsiyyət qavrayışın

məzmununu zənginləşdirir.

Tədricən bağça yaşı dövründə ixtiyari qavrayış inkişaf

edir,  müşahidə və müşahidəçilik özünü göstərməyə başlayır. 

Böyüklər, tərbiyəçilər uşaqların qarşısına məqsəd qoyur, onları

ətraf aləmdəki daha mühüm cəhətləri qavramağa yönəldir, on-

lara müşahidə etməyi öyrədirlər.  Məhz buna görə də böyük

bağça yaşlı uşaqlar öz qavrayışlarını daha uzun müddət idarə

edə bilirlər.

Bağça yaşı dövründə uşaqlarda qavrayışın,  müşahi-

dəçiliyin inkişafında oyun aparıcı fəaliyyət növü kimi xüsusi

əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik oyun-

lar xüsusi yer tutur.

Bu dövrdə uşaqlarda qavrayışın inkişafında rəsm, yapma, 

quraşdırma da mühüm rol oynayır.  Uşaq nəyisə çəkmək, 

nəyinsə füqurunu yapmaq üçün birinci növbədə onu diqqətlə

müşahidə etməli,  onun konturunu,  rəngini müəyyənləşdirməli

olur. Bütün bunlar uşağı müşahidə etməyə təhrik edir, ixtiyari

qavrayışın inkişafına təkan verir. 

Bağça yaşı    dövründə qavrayışla yanaşı olaraq diqqətin

təkmilləşməsi prosesi də baş verir. Bu yaş dövrünün əvvəlində

uşaqlarda diqqəti zahirən cəlbedici cisimlər cəlb edir.  Bu

dövrdə hələ uşaqda qavradığı obyektə maraq üstünlük təşkil

edir. Başqa sözlə, diqqət qeyri-ixtiyari xarakter daşıyır.

Bağça yaşının sonunda diqqət öz inkişafının daha yüksək


444

səviyyəsinə çatır. Böyük bağça yaşlı uşaqlarda diqqətin inkişafı

yeni

maraqların



meydana

gəlməsi, 

dünyagörüşünün

genişlənməsi,  uşağın ailə həyatında və bağçada yeni şəraitə

daxil olması, yeni fəaliyyət növlərinə yiyələnməsi ilə sıx bağlı

olur.  Böyük bağça yaşlı uşaq gerçəkliyin əvvəllər onu cəlb

etməyən cəhətlərinə diqqət yetirməyə başlayır. Uşağın ünsiyyət

sahəsinin genişlənməsi,  marağının zənginləşməsi ilk növbədə

qeyri-ixtiyari diqqətin daha yüksək inkişaf səviyyəsinə

qalxmasına səbəb olur.

Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari

diqqətin meydana gəlməsi üçün də şərait yaranır. Burada qeyri-

ixtiyari diqqətdən ixtiyariyə keçid üçün uşağın diqqətini idarə

etmək vasitələri mühüm rol oynayır.  Ona görə də uşağa onu

əhatə

edən


cisim

hadisələrin



xassələrini,  fərqli

xüsusiyyətlərini,  əsas əlamətlərini görməyi öyrətmək lazım

gəlir.  Qavrayışda olduğu kimi,  bağça yaşlı uşaqlarda ixtiyari

diqqətin inkişafında da oyun mühüm əhəmiyyət kəsb edir. 

Oyun qaydalarına əməl etmək uşaqdan öz diqqətini

mərkəzləşdirməyi tələb edir.  Bu yaş dövründə diqqətin ən

yüksək davamlılığı oyun prosesində baş verir. Başqa fəaliyyət

növləri də uşağın diqqəti olmadan səmərəli şəkildə həyata keçə

bilməz.  İxtiyari diqqətin meydana gəlməsində nitq də mühüm

rol oynamağa başlayır. 

Psixoloji tədqiqatlar göstərmişdir ki,  uşaqlarda ixtiyari

diqqətin inkişafına öz-özünə hündürdən fikirləşmək xeyli

kömək edir. Təcrübə göstərmişdir ki, əgər 4-5 yaşlı uşaqlardan

daima nə edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar ix-

tiyari olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı bir

obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər.

Məktəbəqədər yaşın sonuna doğru uşaqda tədricən öz

diqqətini idarə etmək imkanı, onu az və çox dərəcədə müstəqil

təşkil etmək bacarığı özünü göstərir.

Bağça    yaşı dövründə uşaqların hafizələri də tədricən

qeyri-ixtiyari

yaddasaxlamadan

ixtiyari

yaddasaxlamaya



445

keçidlə səciyyələnir.

Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, 

xüsusi olaraq mnemik əməliyyat aparılmasına hazırlanma-

dıqda,  başqa sözlə təbii şəraitdə kiçik və orta bağça yaşlı

uşaqlarda yaddasaxlama və yadasalma qeyri ixtiyari xarakter

daşıyır.  Böyük bağça yaşı dövründə eyni şəraitdə tədricən

materialı qeyri-ixtiyari yaddasaxlama və yadasalmadan ixti-

yariyə keçid baş verir.  Beləliklə bağça yaşının sonunda

uşaqlarda yaddasaxlama və yadasalma tədricən ixtiyari xarak-

ter daşımağa başlayır.  Bağça yaşının əvvəlində qeyri-ixtiyari

görmə-emosional hafizə üstünlük təşkil edir. 

İxtiyari hafizənin inkişafı uşaqların qarşılarına yaddasax-

lama və yadasalma ilə bağlı xüsusi mnemik məqsədlərin

qoyulması ilə sıx bağlı olur.  Bunun üçün oyun fəaliyyətindən

istifadə daha səmərəli nəticə verir. 

Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi təsiri

sayəsində inkişaf edir.  Əvvəlcə yaşlılar uşağın qarşısında

nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu

cür məqsədi uşaq özü öz qarşısına qoyur.

İlk dövrlər ixtiyari yaddasaxlama təkmilləşmiş xarakter

daşımır. Uşaq hələ yaddasaxlamanın səmərəli yollarını bilmir. 

Lakin bağça yaşının sonuna doğru uşaq tədricən bəzi sadə yad-

dasaxlama və yadasalma priyomlarından istifadə etməyə

başlayır.  Məsələn,  uşaq materialı diqqətlə qavrayır,  onu

anlamağa,  başa düşməyə çalışır,  bir neçə dəfə təkrar edir, 

mümkün olan əlaqəni yaratmağa çalışır və s. Təcrübə göstərir

ki,  böyük bağça yaşlı uşaqlar anladıqları,  başa düşdükləri

sözləri daha yaxşı yadda saxlayırlar.

Nitqin və təfəkkürün inkişafı ilə əlaqədar olaraq bağça

yaşının sonunda əyani-obrazlı hafizə ilə yanaşı,  sözlü-məntiqi

hafizə də inkişaf edir.  Belə ki,  uşaq təkcə konkret,  emosional

cəhətdən zəngin,  əyani materialları deyil,  sözün özünü,  sözlə

ifadə olunan materialları da yaxşı yadda saxlayır.  Bağça

yaşının sonunda hafizənin möhkəmliyi,  davamlılığı artır. 


446

Uşağın maraqlandığı, onun üçün mühüm əhəmiyyət kəsb edən

materiallar uzun illər onun hafizəsində hifz oluna bilir.

Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin

dövrə aid olur. 

Bağça yaşı dövründə uşaq təxəyyülü də özünəməxsus

xüsusiyyətləri ilə fərqlənir.  Bağça yaşının birinci yarısında

uşaqlarda təxəyyül reproduktiv xarakter daşıyır.  Uşaqların

təxəyyül surətləri əldə etdikləri təəssüratların obrazlar şəklində

mexaniki canlandırmaları şəklində özünü göstərir.    Bu cür

təxəyyül surətləri əqli deyil,  emosional əsaslar,  emosional

təəssürat əsasında yaradılır.  Bütövlükdə bağça yaşlı uşaqların

təxəyyülləri

olduqca


zəif

olur.  Təxəyyülün

ayrı-ayrı

xüsusiyyətləri böyük bağça yaşı dövründə daha səmərəli

şəkildə inkişaf etməyə başlayır.  Bağça yaşı dövründə

bərpaedici təxəyyül surətləri xeyli inkişaf etsə də hələ solğun

olur, uşaq qarşıya qoyulmuş məqsədə uyğun, dəqiq surətlər ya-

ratmaqda çətinlik çəkir. Bu da uşağın həyat təcrübəsinin azlığı, 

təəssüratlarının zəifliyi,  müvafiq biliklərin məhdudluğu ilə

bağlıdır.

Bağça yaşı dövründə uşaqlarda yaradıcı təxəyyülün

inkişafı da özünü göstərir.  Uşaqlarda ilkin yaradıcı təxəyyül

surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı

olur.  Onlar oyun zamanı,  hər hansı bir nağılı və ya hekayəni

söyləyərkən buraya özlərinin əlavələrini də edirlər.

Bağça yaşlı uşaqların təfəkkürü əsasən əyani-əməli xa-

rakter daşıyır, icra etdikləri işlərlə, dərk etdikləri konkret cisim

və hadisələrlə bağlı olur. Uşaqlar ilk ümumiləşdirmələri əsasən

zahiri oxşar əlamətlərə görə aparırlar.  Nitqin inkişafı ilə

əlaqədar olaraq ümumiləşdirmələri mühüm əlamətlər əsasında

aparmaq meyli yüksəlir.  Bağça yaşı dövrünün əvvəllərində

uşaqlar hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə

bəzən qəribə,  həqiqətə uyğün olmayan hökmlər irəli sürür, 

düzgün olmayan nəticələr çıxarırlar.  Bu dövrdə uşaqlarda

təfəkkürün inkişafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi


447

təfəkkür istiqamətində gedir. Bağça yaşının sonunda uşaqlarda

sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması artıq onlar-

da sözlərə istinad etməyin və mühakimə məntiqini anlamağın

meydana gəldiyini göstərir.

Bağça yaşı dövrdə uşağın nitq inkişafında da əsaslı

irəliləyiş baş verir. 

Bağça yaşı dövründə uşaqların nitqi daha əlaqəli xarakter

daşımaqla dialoq forması əldə edir. Erkən uşaqlıq dövrü üçün

xarakterik olan nitqin situativliyini bu dövrdə kontekstli nitq

tutmağa başlayır ki,  bu da dinləyicidən situasiya haqqında

müvafiq izahat tələb etmir. Əvvəlki dövrə nisbətən bağça yaşlı

uşaqlarda daha mürəkkəb, müstəqil nitq forması olan müfəssəl

(geniş) monoloji ifadə forması təzahür və inkişaf edir.

Bu dövrdə nitq inkişafının digər sahələrində də irəliləyiş

baş verir. Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən

3000-4000-ə çatır.  Bunlardan xeyli hissəsi (təxminən 1500) 

passiv söz ehtiyatı olur. Uşaqlarda nitqin fonetik və qrammatik

cəhətdən inkişafı baş verir.  Bütün bunlara baxmayaraq həmin

dövrdə bəzi uşaqlar bəzi səsləri,    məsələn,  r ,  l,  ş səslərini

tələffüz etməkdə çətinlik çəkirlər.  Belə qüsurlar uşağın nitq

orqanları inkişaf etdikcə,  düzgün təlim-tərbiyə sayəsində

tədricən aradan qalxır.

Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və

təkmilləşməsi ilə yanaşı,  monoloji nitq də inkişaf etməyə

başlayır.



VI.19.3.Uşağın məktəbə psixoloji hazırlığı

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi,  məktəb

yaşına çatmış uşaqlar gerçəkliyi dərk etmək, idrak proseslərinin

inkişafı cəhətdən kifayət qədər irəli getmiş olurlar.  Bunlar

tədris proqramlarını mənimsəmək üçün lazımi imkan yarada


448

bilirlər.  Lakin uşağın məktəbə psixoloji hazırlığını təkcə bun-

larla məhdudlaşdırmaq olmaz.  Uşaqda qavrayışın,    diqqətin, 

təxəyyülün,  hafizə,  təfəkkür və nitqin inkişafı ilə yanaşı onun

müxtəlif fəaliyyət növlərini,    xüsusilə təlim fəaliyyətini

müvəffəqiyyətlə yerinə yetirməsi üçün bir sıra keyfiyyətlərə

yiyələnməsi də zəruridir. 

Həmin tələblərə aşağıdakıları aid etmək olar:  uşağın

ümumi fiziki inkişafı,  kifayət qədər bilik ehtiyatına malik

olması,  özünəxidmət «məişət»  vərdişlərinə yiyələnməsi, 

ünsiyyətə girə bilmək bacarığı,  mədəni davranış,  sadə əmək

vərdişlərinə,  nitqə,  əsas psixi funksiyaların zəruri inkişaf

səviyyəsinə,  koqnitiv və əqli inkişaf səviyyəsinə yiyələnmək, 

əməkdaşlıq etməyi bacarmaq,  davranışın ixtiyariliyi, oxumağa

arzu və maraq.

Burada qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s. 

kimi əsas psixi funksiyaların inkişaf səviyyəsi xüsusi yer tutur. 

Bəs məktəbə psixoloji hazırlıq üçün bütün bu qeyd

olunanların inkişaf səviyyəsi necə olmalıdır?

Burada birinci növbədə sensor (duyğu və qavrayışın) 

inkişafının müvafiq səviyyədə olması zəruridir.  Uşağın

qavrayışının

seçiciliyi,  mənalılığı,  predmetliliyi

lazımi


səviyyədə olmalıdır.  Məktəbə daxil olan uşaq cisimlərin və

onların xassələrinin identikliyini müəyyənləşdirməyi bacar-

malıdır.  Uşaq rəngləri,  cisimlərin forma və həcmini fərq-

ləndirməyi bacarmalıdır. Təcrübə göstərir ki, çox vaxt məktəbə

daxil olan uşaqlarda bu cür bacarıq,  başqa sözlə,  qavradıqları

cisimləri məqsədəuyğun təhlil və fərqləndirmə bacarığı

formalaşmadığına görə təlimdə ciddi çətinliklərlə qarşılaşırlar. 

Ona görə də təlim fəaliyyəti prosesində uşaqlarda həmin

bacarıqları formalaşdırmaq, onları müşahidə etməyə alışdırmaq

zəruridir. Uşağın qavrayışının seçiciliyi, mənalılığı, predmetli-

liyi lazımi səviyyədə olmalıdır.

Məktəbə daxil olan vaxt uşağın diqqəti artıq ixtiyari xa-

rakter daşımalı,  onun həcmi,  davamlılığı,  paylanması və


449

keçirilməsi kifayət qədər inkişaf etməlidir.  Altı yaşlı uşaq

yalnız o zaman uzun müddət, diqqəti yayınmadan hər hansı bir

işlə məşğul ola bilər ki,  həmin iş onu maraqlandırsın,  özünə

cəlb etsin. Lakin bu yaş dövründə uşaqda ixtiyari diqqət hələ o

səviyyədə formalaşmamışdır ki,  onun üçün maraqlı olmayan

bir cismin və ya hadisənin üzərində mərkəzləşməsini təmin et-

sin.  Təlim fəaliyyəti isə ixtiyari diqqət olmadan keçə bilməz. 

Burada çox vaxt maraqlı olmayan,  lakin zəruri tapşırıqları da

yerinə yetirmək tələb olunur.  Ona görə də təlimin ilk

günlərindən müəllim şagirdlərdə ixtiyari diqqətin planlı şəkildə

formalaşdırılmasına fikir verməlidir. 

Altı yaşlı uşağın hafizəsini də diqqətində olduğu kimi

səciyyələndirmək lazım gəlir. Uşaq öz parlaqlığı, qeyri adiliyi

ilə diqqətini cəlb edən cisim və hadisələri asan və tez yadda

saxlayır.  Bu o deməkdir ki,  bu dövrdə qeyri-ixtiyari hafizə

üstünlük təşkil edir. Təlim fəaliyyətində isə ixtiyari hafizəyə is-

tinad olunması zəruridir.  Məhz buna görə də məktəbə təzəcə

daxil olan uşağın hafizəsinə xüsusi tələb verilir. Uşağın tədris

proqramını yaxşı mənimsəməsi üçün onun hafizəsi ixtiyari xa-

rakter daşımaqla,  uşaq yaddasaxlamanın səmərəli yollarından

istifadə etməyi bacarmalıdır.  Lakin təcrübə göstərir ki, 

uşaqlarla xüsusi şəkildə iş aparılmadıqda bu cür bacarıqlar

çətin formalaşır.

Məktəbə təzəcə daxil olan uşağın hafizəsinə xüsusi

tələb verilir. Uşağın tədris proqramını yaxşı mənimsəməsi üçün

onun

hafizəsi


ixtiyari

xarakter


daşımaqla, 

uşaq


yaddasaxlamanın sadə səmərəli yollarından istifadə etməyi

bacarmalıdır.

Məktəbə daxil olarkən uşağın təxəyyülü də inkişaf

etməlidir. Xüsusilə uşaqlarda təsvir əsasında təxəyyül surətləri

yaratmaq bacarığı,  başqa sözlə,  bərpaedici təxəyyül müvafiq

səviyyədə olmalıdır.

Uşağın məktəbə psixoloji hazırlığı üçün təfəkkürün

inkişafı xüsusi əhəmiyyətə malikdir. Məktəbə yeni gələn



450

uşaqlarda təfəkkürün    əyani-əməli,    əyani-obrazlı    və    sözlü   

məntiqi növlərinin hər üçü lazımi səviyyədə inkişaf etməlidir.

Bu dövrdə uşaqlarda təfəkkürün prosesləri də müvafiq

səviyyədə inkişaf etməlidir. Uşaqlar öz idrak obyektlərinə tən-

qidi yanaşmağı və müstəqil fikirləşməyi bacarmalıdırlar.

Uşağın nitqi elə səviyyədə inkişaf etməlidir ki, öz fikri-

ni ifadə edə bilsin.  Uşağın nitqindəki qüsurlar onun təlim

fəaliyyətini çətinləşdirir.

Uşaqlarda təlimə, öyrənməyə marağın, idrak tələbatının

olması da məktəbə psixoloji hazırlığın əsas şərtlərindəndir. Bu-

nunla yanaşı olaraq uşaqlarda təlim motivi kimi müvəffəqiyyət

qazanmağa tələbat,  müvafiq özünüqiymətləndirmə və iddia

səviyyəsinin inkişafı da zəruridir. 

Məktəbə təzəcə gələn uşaq tamamilə yeni mühitə,  yeni

əhatə dairəsinə daxil olur. Ona görə də burada uşağın düşdüyü

yeni mühitdə həmyaşıdları və böyüklərlə ünsiyyətə girə bilmək

bacarığına yiyələnməsi də zəruridir.

Bütün bunlarla yanaşı uşaqlarda müvafiq qabiliyyətlərin

və xarakter əlamətlərinin inkişafı da məktəbə psixoloji hazırlıq

üçün əsas şərtlərdən hesab olunur. 


451


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin