Теплов Б.М. Способность и одаренность. // Хрестоматия по
возрастной и педагогической психологии. – М., 1981, с. 32-33.
401
yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır.
Qabiliyyət və istedad. Burada yeri gəlmişkən qabiliyyət və
istedad anlayışlarının fərqləndirilməsinə də diqqət yetirmək lazım
gəlir. Psixoloji
ədəbiyyatı
nəzərdən
keçirdikdə
müasir
psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsu-
si yer tutur. Psixoloqlar bunu hər şeydən əvvəl onunla bağlı hesab
edirlər ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin
təhlili təkcə elmi nəzəri məsələ olaraq qalmır. Onun mühüm praktik
əhəmiyyəti də vardır. Təcrübə göstərir ki, insanın hər hansı bir
fəaliyyəti müvəffəqiyyətlə icra etməsi üçün tək bir qabiliyyət deyil,
bir neçə qabiliyyət iştirak edir. Bu baxımdan qabiliyyətlərin bir və
ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan
özünəməxsus birliyi istedad adlanır.
Professor Ə.S.Bayramov və prof. Ə.Ə.Əlizadənin qeyd
etdikləri kimi, əgər müşahidəçilik, poetik görmə, surət, hiss və
hərəkət hafizəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət
ehtiyatının zənginliyi və ifadəli dil, söz assosiasiyalarının
zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində
üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkan
verirsə, bu ədəbi istedaddır.
Pedaqoji istedadı da bu cür xarakterizə etmək olar. Bu-
raya müşahidəçilik, didaktik, komunikativ, perseptiv, pedaqoji
təxəyyül, yüksək nitq, suqqestik və s. qabiliyyətlərin məcmuu
daxildir. Bu cür istedada malik olan müəllim pedaqoji
fəaliyyəti yüksək müvəffəqiyyətlə yerinə yetirə bilir.
İstedadın uşaqlıq, yeniyetməlik və gənclik yaşı dövrləri
üçün səciyyəvi olan aşağıdakı növlərini qeyd etmək olar:
Йарадыъы
башланьыъ
Академик истедад
Бядии истедад
Конструктив (техники)
истедад
402
Şəkil 17
İstedadın növləri (Ə.Ə.Əlizadəyə görə)
Professor Ə.Ə.Əlizadə haqlı olaraq istedadı yaradıcılıq
hadisəsi adlandırır. Onun hansı növü olursa olsun, ancaq və an-
caq yaradıcılıq kontekstində nəinki dəyərləndirilməlidir, həm
də öyrənilməlidir
1
.
Qabiliyyətlərin mahiyyətini dərk etmək üçün onları
keyfiyyət və kəmiyyət baxımından xarakterizə etmək zəruridir.
V.12. 2. Qabiliyyətlərin keyfiyyət və
kəmiyyət xarakteristikası
Qabiliyyətlərin keyfiyyət xarakteristikası. İnsanın nəyə
qabil olması, onun yerinə yetirdiyi fəaliyyət prosesində hansı
fərdi-psixoloji
xüsusiyyətlərin
müvəffəqiyyət
qazandırıcı
imkanlar kimi iştirak etməsi onun qabiliyyətlərinin keyfiyyət
xarakteristikası kimi özünü göstərir.
Bu sahədə araşdırma aparmış psixoloqların qeyd
etdikləri kimi, qabiliyyətlər onların keyfiyyət xüsusiyyətləri
baxımından fəaliyyətin müvəffəqiyyətli icrasını təmin edən
mürəkkəb psixoloji xassələr kompleksi, müxtəlif yollarla
məqsədə nail olmağa imkan verən dəyişən «kəmiyyətlər»
yığımı kimi özünü göstərir. Bunu aparılmış tədqiqatların
nəticələri də sübut etmişdir.
1
Ялизадя Я.Я. Истедадлы ушаглар. Психоложи мясяляляр. Есселяр,
етüдляр. – Бакы, 2005, сящ. 29
Психомотор
истедад
Сосиал истедад
Педагожи истедад
403
Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və
ya oxşar nəaliyyətin əldə edilməsinin əsasında tamamilə
müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan
qabiliyyətlərinin belə bir mühüm cəhətini açmağa imkan verir
ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür. Bunun
üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə inkişaf
etdirməsi zəruridir.
Qabiliyyətlərin kompensasiya imkanları haqqında çoxlu
həyati faktlar mövcuddur. Bunu O.İ.Skoroxodovanın həyat və
fəaliyyəti bir daha təsdiq edir. O.İ.Skoroxodova xəstəlik
nəticəsində
erkən
uşaqlıq
yaşında
görmə
və
eşitmə
qabiliyyətini
itirmişdir. Onunla
pedaqoq
və
psixoloq
İ.A.Sokolyanski xüsusi təlim keçmiş. Nəticədə O.İ.Skoro-
xodovada
həm
elmi
yaradıcılıq,
həm
də
ədiblik
qabiliyyətlərinin olduğunu müəyyənləşdirmiş və inkişaf
etdirmişdir. Düzgün təlim sistemi və böyük, təkidli zəhmət
sayəsində O.İ.Skoroxodova özündə iybilmə, ehtizaz, lamisə
duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkişaf
etdirmiş və nəticədə özündə çatışmayan qabiliyyətləri əvəz
etmək imkanı əldə etmişdir. O.İ.Skoroxodova iyindən adamları
tanıya, əlini toxundurmaqla əşyaları fərqləndirə, otaqdakı
əşyaların arasında sərbəst hərəkət edə bilmişdir. Bununla
yanaşı olaraq ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, yazdığı
şeirləri ilə ətrafdakıları təəccübləndirmişdir.
1
B.M.Teplovun qeyd etdiyi kimi, «mövcud olmayan
qabiliyyət çox geniş səviyyədə həmin insanda mövcud olan
yüksək inkişaf etmiş digər qabiliyyətlə əvəz oluna bilər»
2
.
Təcrübə göstərir ki, bir qabiliyyətin inkişaf etdirilmiş
başqa bir qabiliyyətlə əvəz edilməsi xassəsi hər bir adamın
1
Скороходова О.И. Как я воспринимаю, представляю и понимаю
окружающей мир. – М., 1972.
2
Теплов Б.М. Способности и одаренность // Хрестоматия по
возрастной и педагогической психологии. – М., 1981, с. 33.
404
qarşısında peşə seçmək və təkmilləşmək sahəsində son dərəcə
geniş imkanlar açır.
Bütövlükdə qabiliyyətlərin keyfiyyət xarakteristikası
insanın hansı əmək fəaliyyəti sahəsində daha tez öz yerini
tapması, müvəffəqiyyət və nailiyyət əldə edə bilməsi sualına
cavab verməyə imkan yaradır. Bununla da qabiliyyətlərin
keyfiyyət xarakteristikası onların kəmiyyət xarakteristikası ilə
sıx şəkildə bağlıdır. Fəaliyyətin tələblərinə cavab verən konkret
psixoloji keyfiyyətləri müəyyən etdikdən sonra bu keyfiyyətin
hər bir adamda öz iş və dərs yoldaşlarına nisbətən nə dərəcədə
az və ya çox inkişaf etməsi sualına cavab vermək olar.
Qabiliyyətlərin
kəmiyyət
baxımından
xarakteristikası
və
ölçülməsi.
Psixologiya
tarixində
qabiliyyətlərin kəmiyyət baxımından ölçülməsi XIX əsrin
sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə bir
sıra psixoloqlar (Kettel, Termen, Spirmen və başqaları) kütləvi
ixtisaslar üçün daha münasib namizədlər seçmək işini sahmana
salmaq məqsədilə insanların qabiliyyət səviyyələrini aşkara
çıxarmaq təklifini irəli sürmüşlər. Bunun üçün məqsəd
qabiliyyətinə görə şəxsiyyətinə yerini və onun bu və ya digər
əmək fəaliyyətinə, məsələn, ali məktəblərdə təhsil almağa,
istehsalatda, orduda və ictimai həyatda yüksək vəzifələri
tutmağa nə dərəcədə yararlı olduğunu müəyyən etmək
olmuşdur.
Qabiliyyətlərin ölçülməsi vasitəsi kimi əqli istedad
testlərindən istifadə olunmağa başlanmışdır. Bu testlərin
köməyi ilə bir sıra ölkələrdə əhali arasında qabiliyyətlərin
müəyyənləşdirilməsi
və
məktəblərdə
şagirdlərin
qruplaşdırılması, orduda zabit vəzifələrinin, sənayedə rəhbər
vəzifələrinin tutulması və s. həyata keçirildi.
Məzmun etibarilə əqli istedad testləri bir sıra sual və
məsələlərdən ibarətdir. Testlərin həllinin müvəffəqiyyətlilik
dərəcəsi (sərf olunan vaxtın miqdarı nəzərə alınmaq şərtilə) bal
və xalların cəmi ilə hesablanır.
405
Adətən, testlər
getdikcə
mürəkkəbləşən
testlər
batareyasında birləşdirilir. Testlər batareyası həll edilib
qurtardıqdan sonra alınmış nəticələr standart yolla hesablanır,
hər bir yoxlananın topladığı xalın miqdarı yekunlaşdırılır. Bu
əqli istedad əmsalı (İQ) adlanan ölçünün müəyyən edilməsinə
imkan verir.
Bəs intellektin səviyyəsini necə müəyyən etmək, onu
necə ölçmək olar? Bu sahədə ilk təşəbbüs və fəaliyyəti
görkəmli fransız psixoloqu Alfred Bine (1857-1911) həyata
keçirmişdir. Əqli cəhətdən geri qalan uşaqlar problemini
öyrənən A.Bine bu problemi həll etmək üçün olduqca maraqlı
yol işləyib hazırladı. Bunun üçün uşaqlar tərəfindən
müvəffəqiyyətlə həll edilməsi mümkün olan xüsusi tapşırıqlar
hazırlayıb ondan istifadə etməyi təklif etdi. A.Bine digər
fransız psixoloqu T.Simonla birlikdə müxtəlif yaşlı uşaqların
diqqətini, hafizəsini, təfəkkürünü və s. öyrənməyə başladı.
Nəticədə yeni - Bine-Simon testləri yarandı. Bu testalogiyada
yeni istiqamət oldu. Bu testlə yoxlanan uşaq öz həmyaşıdları
tərəfindən yerinə yetirilən tapşırıqları həll edə bilirdisə, o, nor-
mal uşaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin
tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olur-
du. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji yaş -
CA (Chroniloqical Aqe) anlayışı ilə yanaşı ağıl yaşı - MA
(Mental Aqe) anlayışından istifadə olunmağa başlandı. Onların
bir-birinə üyğun gəlməməsi ya əqli geriliyin (MA CA-dan
aşağı olanda), ya da istedadın (MA CA-dan yüksək olanda)
göstəricisi hesab olunurdu. 1912-si ildə V.Ştern onların
nisbətini intellekt əmsalı (İQ) (ingiliscə - intelliqence quotient)
adlandırdı. Əmsalı müəyyən edərkən, məsələn, nəzərə alınır ki,
11,5 yaş uşaqlar üçün xalların orta yekunu 120-yə
yaxınlaşmalıdır. Buradanda belə bir sadə nəticə çıxarılar ki,
120 xal toplamış hər bir uşağın ağıl yaşı 11 il yarıma
bərabərdir. Onun əsasında əqli istedad əmsalı aşağıdakı düstur-
la hesablanır:
406
Ağıl yaşı x100
İQ=----------------------------------------------
Uşağın xronoloji yaşı (faktik yaş)
MA
İQ=---------.100
CA
Məsələn, əgər testlərlə aparılan yoxlama nəticəsində iki
uşağın (10yaş yarım və 14 yaş) hər ikisi eyni (120) xal toplasa
və beləliklə də onların hər birinin ağıl yaşı 11,5 ilə bərabər
olsa, onda həmin uşaqların əqli istedad əmsalını bu cür
hesablamaq olar:
11,5
Birinci uşaq İQ =--------.100=109,5
10,5
11,5
İkinci uşaq İQ =--------.100=82,1
14
Beləliklə birinci uşağın əqli istedad əmsalı 109,5, ikinci
uşağınkı isə 82,5 olur. Bu isə o deməkdir ki, birinci uşaq əqli
cəhətdən ikinci uşağa görə daha istedadlıdır (testologiya
təcrübəsində İQ_130-a bərabərdirsə uşaq istedadlı,180 dan
çoxdursa ən istedadlı hesab olunur. Lakin psixoloqların
apardıqları elmi psixoloji təhlil bu əqli istedad əmsalının bir
növ fiksiya olduğunu göstərir. Əslində isə yuxarıda təsvir
olunan priyomların cəmi insanın əqli qabiliyyətlərini deyil,
onda bu və ya digər məlumat, bacarıq və vərdişlərin olduğunu
göstərir
ki,
qabiliyyətlər
onlarla
qarışdırılmamalıdır.
Qabiliyyətlərin mahiyyətini təşkil edən bilik və bacarıqların
qazanılması isə burada aydınlaşdırılmamış qalır.
Heç də bütün bu deyilənlərdən qabiliyyətlərin
407
kəmiyyətcə xarakteristikasının və ölçülməsinin mümkün
olmadığı və müxtəlif diaqnostik metodlardan, test və
yoxlamalardan istifadənin əvvəlcədən arzuedilməz olduğu
haqda nəticə çıxarılmamalıdır. Bir çox sahələrdə, məsələn
anadangəlmə qüsurları nəticəsində zehni cəhətdən geridə qalan
uşaqların müəyyənləşdirilməsində, yüksək riyazi qabiliyyətə
malik olan uşaqların ixtisaslaşmış məktəbdə oxuması üçün
seçilməsində, təyyarəçi və kosmanavtların seçilməsində
testləşdirmə aktual bir məsələ kimi əhəmiyyətlidir. Bu mənada
nə qısa yoxlamalar, nə də onların nəticələrinin kəmiyyətcə
təhlili heç bir etiraz doğurmur.
V. 17. 3. Qabiliyyətlərin quruluşu
Əvvəlki bölmədə qeyd olunduğu kimi, qabiliyyət
insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı
olduğunu ğöstərən fərdi-psixi xassəsidir. Bu baxımdan
qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə
şərtlənir. Məhz buna görə də hər bir fəaliyyət növü müvafiq
qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz.
Məsələn, müəllimin pedaqoji qabiliyyətlərin strukturuna
pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün
zəruri olan şəxsi pedaqoji qabiliyyətlər (müşahidəçilik,
uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib
olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik,
nəzəri); təşkilati-kommunikativ qabiliyyətlər (təşkilatçılıq,
avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik)
və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uşaqlara hüsn
rəğbət bəsləmək, müşahidəçilik, pedaqoji mərifət, izah edə
bilmək, təşkilatçılıq və s.) əsas, aparıcı, digərləri isə (natiqlik,
artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji qabiliyyətin
strukturuna daxil olur, təlim və tərbiyənin müvəffəqiyyətlə
həyata keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata
408
keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu
cür xüsusiyyəti müşahidə etmək mümkün olur. Məsələn, ədəbi
qabiliyyətlərin strukturuna estetik hisslərin inkişafı, əyani
hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss etmək,
fantaziya zənginliyi, insan psixologiyasını dərindən bilmək və
s. qabiliyyətlər özünəməxsus şəkildə birləşir.
Ümumi və xüsusi qabiliyyətlər. Adətən, hər şeydən
əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi
olmaqla iki növünü qeyd edirlər.
Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət
növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan
qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər,
hafizə, müşahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə
aid etmək olar. Məsələn, müşahidəçilik qabiliyyətini şagird,
müəllim, yazıçı, rəssam, kəşfiyatçı, alim və başqa fəaliyyət
növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab
etmək olar.
Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər
insanın hər hansı bir spesifik fəaliyyət növünü müvəffəqiyyətlə
yerinə yetirməsi üçün zəruri olan qabiliyyətlərdir. Bu cür
qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman
və s. qabiliyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətlər
insanda müvafiq təbii imkanların olması zəruridir. Adətən,
ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və
ifadəli nitq, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür,
surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi
qeyd etmək olar.
Həyati faktlardan məlum olduğu kimi, hər hansı bir
fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda
qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin
formalaşması zəruridir. Əksər tədqiqatçıların fikrincə ümumi
və xüsusi qabiliyyətlər bir-biri ilə ziddiyyət təşkil etmirlər.
Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır, fəaliyyətin
müvəffəqiyyətini təmin edirlər. Bəzi mütəxəsislərin fikrincə
409
ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün baza
rolunu oynayırlar. Xüsusi qabiliyyətlər, alimlərin fikirincə,
«ancaq və ancaq bir yolla - ümumi qabiliyyətlərin fəaliyyət
prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə» əmələ
gəlir
1
. Bu cür modifikasiyanın gedişini prof. Ə.Ə. Əlizadə belə
şərh edir:
«Qavrayış ədəbi yaradıcılıqda poetik görmə, texniki-
konstruktiv yaradıcılıqda məkan qavrayışı kimi formalaşmağa
başlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi
belə gedir: surət, hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq),
məkan təsəvvürləri (texniki-konstruktiv yaradıcılıq). Təxəyyül
ədəbi yaradıcılıqda bədii (təsviri) təxəyyül, texniki-konstruktiv
yaradıcılıqda fəza təxəyyülü kimi inkişaf edir. Təfəkkür ədəbi
yaradıcılıqda
obrazlı
təfəkkürə,
texniki-konstruktiv
yaradıcılıqda texniki təfəkkürə çevrilir…
Bu proses qabiliyyətlərin «ixtisaslaşması» prosesidir»
1
.
Nəzərə almaq lazımdır ki, hər hansı bir fəaliyyəti mü-
vəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi
qabiliyyətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri zəruridir.
Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır.
Həmin funksiyadan asılı olaraq, fəaliyyətin bir mərhələsində,
tutaq ki, poetik qavrayış əsas rol oynadığı halda, başqa bir
mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə
bilər.
Talant qabiliyyətlərin inkişaf mərhələsi kimi. Əksər
psixoloji ədəbiyyatda talant qabiliyyətlərin ən yüksək inkişaf
mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir
ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti müvəffəqiyyətlə,
müstəqil və orijinal şəkildə yerinə yetirmək imkanı verir. Ta-
lant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan
1
Ялизадя Я.Я. Истедадлы ушаглар. Психпедагожи мясяляляр.
Есселяр, етüдляр. – Бакы, 2005, с.83
1
Ялизадя Я.Я. Йеня орада. Сящ.83
410
verən, həmin nailiyyətlərdə təzahür edən yüksək inkişaf
mərhələsidir.
Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda
yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız
imkan rolunu oynayır. Lakin potensial imkan kimi talantla
onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi
məhsulun əldə edilməsi arasında bərabərlik işarəsi qoymaq ol-
maz. Bu sahədə tədqiqat aparmış psixoloqların (A.V. Petro-
viski, M.Q. Yaroşevski) fikrincə özünün tam dəyərli inkişafı
üçün hansı istedadın daha əlverişli şərait əldə etməsi dövrün
tələbatından və dövlət qarşısında duran konkret məsələlərin
xüsusiyyətlərindən asılıdır. Müharibə dövründə sərkərdəlik
talantı, dinc dövrdə mühəndis, konstruktor və s. talantı daha
sürətlə inkişaf edir.
Talantın
strukturuna
gəldikdə, o, qabiliyyətlər
kompleksindən, onların məcmuundan ibarətdir. Əgər ən yüksək
inkişaf səviyyəsinə çatsa, nə qədər parlaq təzahür etsə belə,
ayrıca götürülmüş qabiliyyətləri talantın analoqu kimi
götürmək olmaz. Bunu həyatı faktlar və aparılmış tədqiqatlar
da təsdiq etmişdir.
Talant və dahilik. Qabiliyyətlərin yüksək inkişaf pilləsi
talantla məhdudlaşmır. Bəzi adamlar öz istedadlarının yüksək
səviyyəsi ilə də fərqlənir, onların yaradıcı nailiyyətləri
cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü,
epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf
səviyyəsi dahilik adlanır. Dahilik şəxsiyyətin elə bir ali
yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan
cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi in-
san, obrazlı şəkildə demiş olsaq, öz fəaliyyəti sahəsində yeni
dövr yaradır. Dahi üçün fövqəlada yaradıcı məhsuldarlıq,
keçmişin mədəni miraslarına yiyələnmək və bununla yanaşı
köhnəlmiş norma və ənənələri aradan qaldırmaq xarakterik
haldır. Dahi şəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin pro-
qressiv inkişafına təsir göstərir. Dahi şəxsiyyət hadisələrin
411
gələcəyini qabaqcadan görə bilir və öz fəaliyyətini buna uyğun
qurmağa çalışır. Dahi insanlar olduqca azdır. Belə hesab edirlər
ki, sivilizasiyanın beş min illik tarixində bu cür adamların sayı
400-dən artıq olmamışdır. Dahini xarakterizə edən yüksək iste-
dad səviyyəsi fəaliyyətin müxtəlif sahələrinin qeyri adiliyi ilə
əlaqədar olur. Tarixən bu cür universallığa malik olan
dahilərdən
Aristotelin,
Leonarda
da
Vinçinin,
M.V.Lomonosovun, Nizami Gəncəvinin, Tusinin və b. adını
çəkmək olar. Məsələn, Tusi müxtəlif bilik sahələrində öz
əvəzolunmaz nailiyyətləri ilə fərqlənmişdir. Lakin bu o demək
deyildir ki, dahi adamlarda bütün fərdi keyfiyyətlər eyni
dərəcədə inkişaf etmiş olur. Adətən, dahilik öz «profilinə» ma-
lik olur. Onun fərdi keyfiyyətlərindən hansısa üstünlük,
dominantlıq təşkil edir, qabiliyyətlərindən hansısa daha aydın
təzahür edir.
V. 17. 4. Qabiliyyət və talantın təbii şərtləri
Təbii imkanlar və qabiliyyət. Qabiliyyətlərin insanda
necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb
etmişdir. Artıq psixologiyada belə bir fikir əsaslandırılmışdır
ki, şəxsiyyətin bütün başqa fərdi-psixi xassələri kimi
qabiliyyətlər də insan tərəfindən hazır şəkildə, təbiətin ona ver-
diyi fitri, anadangəlmə bir şey kimi əldə edilmir, həyat və
fəaliyyətdə formalaşır. Bununla belə qabiliyyətlərin fitriliyini
inkar etmək hec də mütləq səciyyə daşımır. Psixologiyada belə
bir müddəa əsas götürülür ki, insan hər hansı bir fəaliyyət
sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan
təbii imkanlarla doğulur. Bu imkanlar qabiliyyətlərin
inkişafının təbii ilkin şərtləri kimi özünü göstərir. Onlar beyin
qurluşunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional
xüsusiyyətlərindən ibarətdir. Onlar hələ qabiliyyət deyil, təbii
412
imkanlardırlar. Həmin imkanlar yalnız müvafiq şəraitin, təlim
və tərbiyənin təsiri altında bu və ya digər fəaliyyətin
müvəffəqiyyətlə
icrasını
təmin
edən
qabiliyyətin
formalaşmasına gətirib çıxara bilər. Əgər belə şərait yaranmaz-
sa həmin imkanlar yalnız imkan səviyyəsində qalacaq,
qabiliyyətə çevrilməyəcəkdir. Çünki hər cür qabiliyyət nəyə
isə, hər hansı bir konkret insan fəaliyyəti və ya fəaliyyətləri
üçün qabiliyyətdir. Əks halda «qabiliyyət» sözü mənasız bir
sözə çevrilərdi.
Ümumiyyətlə götürdükdə təbii imkanlar çoxmənalı,
çoxcəhətli xarakter daşıyır. Belə ki, fəaliyyətin verdiyi
tələblərin xarakterindən asılı olaraq eyni təbii imkanların
əsasında müxtəlif qabiliyyətlər inkişaf etdirilə bilər.
Hazırkı dövrdə təbii imkanların qabiliyyətlərin inkişafı
üçün az və ya çox təsir göstərməsi barədə müxtəlif fikirlər
mövcuddur.
Məsələn, müasir fiziologiyada belə bir fikir irəli sürülür
ki, nitqin hərəki mərkəzi beyinin sol yarım kürələrinin alt
qırışlarının arxa hissəsinin üçdə birində, nitqi anlama mərkəzi
isə sol yarımkürələrin yuxarı gicgah qırışlarının arxa hissəsinin
üçdə birində yerləşir. Əgər nəzərə alsaq ki, insan nitqi beynin
ayrı-ayrı
sahələrinin
mürəkkəb
qarşılıqlı
əlaqəsinin
məhsuludur, onda belə bir fikri əsas götürə bilmərik ki, insanın
nitq fəaliyyəti ilə bağlı olan qabiliyyəti beynin yalnız bir sahəsi
ilə lokallaşa bilər.
Bununla yanaşı olaraq yaşlı adamlarda beyin çəkisinin
orta hesabla 1400 qramdan çox və ya az olmasının insanların
əqli qabiliyyətcə fərqlənmələrinə səbəb olması haqqında
fikirləri də əsaslandırmaq imkanı vermədi. (İ.S.Turgenevin
beyin çəkisi 2012q, C.Bayronun-1800q. görkəmli kimyaçı
U.Libixin-1362q; yazıçı A.Fransın-1017q; olmuşdur).
Hazırda təbii imkanların beyin və hiss üzvlərinin mi-
krostruktura ilə əlaqələndirən fərziyyələr daha səmərəli hesab
olunur. Güman edirlər ki, beyin hüceyrəsi quruluşunun daha
413
dərindən tədqiqi istedadlı şəxsin sinir toxumasını fərqləndirən
morfoloji və funksional xüsusiyyətləri müəyyən etməyə imkan
verər. Bununla
yanaşı olaraq, təbii
imkanların sinir
proseslərinin bəzi fərqləndirici xüsusiyyətləri ilə (onların
qüvvə, müvazinət və mühərrikliyə görə fərqləri ilə) və deməli
ali sinir fəaliyyətinin tipi ilə şərtləndiyini irəli sürən fərziyyələr
də mövcuddur.
Qabiliyyətlər və irsiyyət. Qabiliyyət və irsiyyət prob-
lemi mutəxəssislərin diqqətini cəlb edən problemlərdən biri
olmuşdur. Qabiliyyətlərin təbii ilkin şərtləri olan təbii
imkanların bütün digər morfoloji və fizioloji keyfiyyətlər kimi,
ümumi genetik qanunlara tabe olduğu qeyd olunur. Lakin təbii
imkanların
irsən
keçməsinin
mümkün
olması
fikrini
qabiliyyətlərin irsiliyi ideyası ilə eyniləşdirmək olmaz. Bu
problemin öyrənilməsi ilə mütəxəssislər məşğul olmuşlar.
1875-ci ildə ingilis antropoloqu və psixoloqu F.Haltonun
«Talantın irsiliyi onun qanunları və nəticələri» adlı kitabı nəşr
olunmuşdur. Müəllif bir neçə görkəmli şəxsiyyətin qohumluq
əlaqələrini öyrənərək belə bir nəticəyə gəlmişdir ki, talant ya
ata, ya da ana xətti ilə nəsildən nəsilə keçir. Lakin Haltonun
gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini
əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmişdir. Bu-
nunla belə mütəxəssislər belə bir fikrə gəlmişlər ki, əksər hal-
larda görkəmli şəxsiyyətlərin nəsil ağacının öyrənilməsi bioloji
irsiyyət deyil, həyat şəraitinin, qabiliyyətlərin inkişafı üçün
zəruri olan əlverişli ictimai şəraitin irsi xarakter daşımasını
sübut edir.
Ümumiyyətlə, aparılmış tədqiqatlar və ciddi statistika
qabiliyyət və talantların irsiliyi barədə heç bir əsas vermir. Bu
və ya digər təbii imkanın irsən keçməsi qabiliyyətin və talantın
irsən keçməsi demək deyildir. Qabiliyyətlərin yaranması üçün
zəruri olan təbii imkanlar yalnız müvafiq şəraitdə qabiliyyətin
formalaşmasına gətirib çıxara bilir.
|