Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları.
Şagirdlərin tərbiyə prosesini idarə etmək üçün tərbiyənin təsiri
altında onların şəxsiyyətində baş verən dəyişiklikləri nəzərə
almaq imkanının olması lazım gəlir. Başqa sözlə, şagirdlərin
tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq imkanımız olmazsa,
tərbiyə prosesini idarə etməyimiz də mümkün olmazdı. Tərbiyə
psixologiyası və pedaqoqikasının ən başlıca vəzifələrindən biri
əxlaqi cəhətdən tərbiyəliliyin kriteriyalarının məzmununu
aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin forma-
laşmasının gedişi haqqında tam dəqiq və etibarlı məlumat verə
bilən metodlarla silahlandırmaqdan ibarətdir.
Biz həyatda çox vaxt elə adamlara rast gəlirik ki, onlar
müəyyən şəraitdə əxlaqi cəhətdən düzgün davrana bilirlər. La-
kin bu adamların biz hələ əxlaqi cəhətdən tərbiyəli olduğunu
söyləyə bilmərik. Biz yalnız o adamın əxlaqi tərbiyəliliyə ma-
lik olduğunu söyləyə bilərik ki, həmin adam heç cür əxlaqsız
hərəkətə yol verə bilməsin. Ona görə də əxlaqi tərbiyəliliyin
əsas kriteriyalarından biri əxlaqi tələbatların, hiss və adətlərin
formalaşma səviyyəsindən ibarətdir.
Şəxsiyyətin formalaşmasının və tərbiyəliliyin mühüm
kriteriyalarından biri də davranışın ixtiyarilik səviyyəsindən
ibarətdir. İnsanın əxlaqi cəhətdən sabitliyi, çətinlikləri aradan
qaldıra bilmək bacarığı öz arzularını, istəklərini idarə edə
bilmək və öz niyyətini yerinə yetirə bilmək bacarığı, öz
davranışını idarə edə bilmək bacarığı olmadan mümkün deyil-
dir.
Düzgün tərbiyə almış adam müəyyən bir işi icra etməyi
507
qərara alır və öz niyyətini həyata keçirir. Qarşısına qoyduğu
məqsədə nail olmaq üçün bütün başqa arzuları, maneələri ara-
dan qaldırır. İradi davranış adlandırılan bu cür davranışın təhlili
göstərir ki, həmin davranışın əsasında şüurlu tənzim
motivasiyası təmayülü mexanizmi dayanır. Bu zaman insan
şüurlu olaraq bir təmayülün, meylin qiymətini artırır, digər
təmayülün qiymətini isə azaldır. Şübhəsiz heç də insan həmişə
özünün motivasiya təmayülünü əldə edə və onu lazımi istiqa-
mətdə yönəldə bilmir. Belə olduqda iradi davranış həyata
keçmir. Beləliklə, deyilənlərdən bir daha aydın olur ki, insanın
tərbiyəliliyinin
mühüm
kriteriyalarından
biri
onun
davranışının ixtiyarilik səviyyəsindən, özünün tələbatlarına
yiyələnə bilmək səviyyəsindən ibarətdir.
Şübhəsiz, tərbiyəliliyin müəyyən səviyyəsində insanın
mədəni davranış formalarına, cəmiyyətdə qəbul olunmuş
birgəyaşayış norma və qaydalarına, məişət və peşə vərdişlərinə
və özünü apara bilməyin digər cəhətlərinə yiyələnməsini də
nəzərə almamaq olmaz. Bu keyfiyyətləri asanlıqla müşahidə et-
mək mümkün olduğuna görə, bizə belə gəlir ki, insanın moti-
vasiya sahəsinə əsasən onların barəsində asanlıqla fikir
yürütmək mümkündür. Lakin tərbiyəlilik həmin zahiri
əlamətlərə diqqətlə yanaşmağı da tələb edir. Onlar insanın
həmin sahəyə təlabatları ilə motivləşən davamlı davranış
forması kimi özünü göstərə bilər, eləcə də yalnız zahirən
mənimsənilmiş davranış da ola bilər. İkinci halda şagirdlər
təzyiqin, nəzarətin təsiri altında ondan tələb olunanların
hamısına əməl edir, nəzarət olmadıqda isə müvafiq davranış
tərzini yerinə yetirmirlər. Buradan isə aydın olur ki, müvafiq
davranış forması şəxsin tələbatına çevrilməmişdir və həmin
adam bu sahədə tərbiyəli deyildir.
Deməli, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi
davranmağı tərbiyəliliyin mühüm kriteriyalarından biri hesab
etmək olar.
508
VI.23.4. Şəxsiyyətin özünütərbiyəsinin psixoloji
əsasları
Tərbiyənin idarə olunması problemi. Tərbiyə kor-koranə
bir proses olmayıb, idarəolunan prosesdir. Tərbiyə prosesi ona
görə idarə olunan prosesdir ki, onun məqsədi, motivləri,
funksiyaları və gözlənilən nəticələri mövcuddur. Şübhəsiz
bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq
şəkildə təşkil etmək elə onun idarə edilməsi deməkdir. Bir
cəhəti də qeyd etmək lazımdır ki, tərbiyə həm xarici, həm də
daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə
olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim
və tərbiyəçilərin, tərbiyəvi işi həyata keçirən kollektivin
fəaliyyəti diqqəti cəlb edir. Ona görə də məktəblinin
şəxsiyyətinin öyrənilməsi tərbiyə prosesinin idarə edilməsinin
mühüm
bir
amilidir.
Bunsuz
məktəbli
şəxsiyətini
formalaşdırmaq da çətin olardı. Bu cür xarici idarəetməyə
tərbiyəvi üsul və vasitələrin düzgün seçilməsi və s. amillərə is-
tinad edilməsini də aid etmək olar. Lakin tərbiyənin idarə
olunması təkcə xarici formada gedə bilməz. Tərbiyə prosesində
biz konkret canlı insanın, fərdin şəxsiyyətini formalaşdırırıq.
Ona görə də bu prosesdə həmin fərdin özünün bu prosesə
münasibəti, özündə bu və ya digər keyfiyyəti aşılamaq cəhdi də
mühüm rol oynayır. Bu isə tərbiyədə daxili idarəetmənin
zəruriliyini irəli sürür. Belə daxili idarəetmə isə özünütərbiyə
prosesində həyata keçir və özünüidarə rolunu oynayır.
Özünütərbiyə və onun motivləri. Özünütərbiyə insanın
şüurlu olaraq qarşısına qoyduğu məqsədə, ideal və inamlarına
müvafiq şəkildə öz şəxsiyyətində dəyişikliklər etməyə
yönəlmiş fəaliyyətindən ibarətdir. Özünütərbiyənin həyata
keçməsi üçün şəxsiyyətin və onun özünü dərk etməsinin
müəyyən inkşaf səviyyəsinin, özünün hərəkətlərini başqalarının
hərəkətləri ilə müqayisə zamanı təhlildən istifadə edə bilmək
qabiliyyətinin,
eləcə
də
daim
özünütəkminləşdirmək
509
ustanovkasının olması tələb edilir.
Şəxsiyyətin özünütəkminləşdirməsi onun cəmiyyətdəki
həyati tələbatları və fəaliyyəti ilə, inkişafı ilə şərtlənir. İnsanın
yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun
özünütərbiyəsində həlledici rol oynayır.
İctimai həyatı, eləcə də onu əhatə edən mühitin
tələblərini, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında
insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün ar-
zu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik
olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünə şüurlu,
planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar
və
davranışını
təkminləşdirmək
qayğısına
qalması
özünütərbiyə adlanır.
Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik
olduğunu bir daha təsdiq edir. Bir çox görkəmli adamlar
uşaqlıqdan pis təlim-tərbiyə almalarına, onların şəxsiyyətində
bir sıra qüsurların olmasına baxmayaraq gənclik və sonrakı
dövrdə özünütərbiyənin köməyi ilə öz şəxsiyyətlərinin yüksək
inkişaf
mərhələsinə
yüksələ
bilmiş,
davranış
və
fəaliyyətlərindəki qüsurları, aradan qaldıra bilmişlər. Məsələn,
görkəmli rus yazıçısı L.N.Tolstoyun özünün etirafına görə o,
uşaqlıq və ilk gənclik dövründə öz xarakterində, davranışında
olan qüsurları, o cümlədən tənbəllik, lovğalıq, şöhrətpərəstlik
və s. kimi mənfi cəhətləri aydın şəkildə görə bilmiş və həmin
qüsurlara qarşı ciddi döyüş elan etmişdir. Bütün həyatı boyu
özündə əməksevərlik, humanizm, düzgünlük, cəsarətlilik
keyfiyyətləri tərbiyə etmişdir.
Həyatdan özünütərbiyənin mahiyyətini açan yüzlərcə bu
cür faktlar gətirmək mümkündür. Bunların hamısından bir
ümumi cəhət aydın olur ki, insanın özünü, öz hərəkətlərini
idarə etməsində özünütərbiyə əvəzolunmaz əhəmiyyətə malik-
dir. Özünütərbiyə bir növ özünüidarə deməkdir. Həm də
özünütərbiyə özünüidarənin ən ali forması kimi özünü göstərir.
İnsan hər bir yaş dövründə özünütəkmilləşdirməyi, özündə
510
yüksək hisslər aşılamağı, öz şəxsiyyətində təzahür edə biləcək
birtərəfliliyi aradan qaldırmağı, xeyir və şəri bir-birindən
ayırmağı bacarmalıdır.
Özünütərbiyə insanın kamilləşməsi ilə, özünü istər
mənəvi, istərsə də fiziki cəhətdən cəmiyyətdəki mövqeyilə və
yaxud cəmiyyətdə tutmaq istədiyi mövqeyə uyğunlaşdırmaq
meyli ilə əlaqədardır.
Özünütərbiyə özünüidarə prosesində həyata keçir. Bura-
da insanın özünütəyini mühüm rol oynayır. Özünütəyin insanın
özünün həyat yolunu, məqsədlərini, əxlaq normalarını, peşə və
həyat şəraitini şüurlu olaraq seçməsi deməkdir.
Özünütərbiyədə özünüdərketmə, özünü ələ almaq,
özünüstimullaşdırma xüsusi rol oynayır.
Özünüdərketməyə özünümüşahidə, özünütəhlil, özünü-
qiymətləndirmə, özünümüqayisə daxil olur.
Özünü ələ ala bilmək özünəinama, özünənəzarətə,
özünütəlqinə, özünü məcburetməyə əsaslanır.
Özünüstimullaşdırma isə özünütəsdiqi, özünübəyənməni,
özünürəğbətləndirməni,
özününümayişi,
özünüməhdud-
laşdırmanı nəzərdə tutur.
İnsanda özünütərbiyə tələbatının yaranması göstərir ki, o,
həyata, qarşısında duran vəzifəyə kor-koranə deyil, şüurlu
şəkildə yanaşır, öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün
özündə müəyyən keyfiyyətlər tərbiyə etmək zərurətini dərk
edir. Buradan isə aydın olur ki, özünütərbiyə insanın yüksək
şüurluluğu ilə, hər şeydən əvvəl, insanın özündə müəyyən
müsbət əlamətləri inkşaf etdirmək, mənfi əlamətlərin isə
qarşısını almaq meylinin yaranması ilə bağlıdır.
Bəs
özünütərbiyə
nə
üçün
baş
verir? İnsanı
özünütərbiyəyə təhrik edən səbəblər-motivlər hansılardır? Bu
sahədə aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra
motivini
aşkara
çıxarmışdır.
Adətən,
aşağıdakılar
özünütərbiyənin motivi kimi özünü göstərə bilər: 1) cəmiyyətin
əxlaqi tələbləri, 2) kollektivin, yoldaşlarının hörmətini qazan-
511
maq iddiası, 3) yarış, 4) tənqid və özünütənqid, 5) işdəki
çətinliklər, 6) ətrafdakıların nümunəsi, 7) maddi həvəsləndirmə
və s.
Fəaliyyətin başqa sahələrində olduğu kimi, özünü-
tərbiyənin motivlərini də xarici və daxili olmaqla iki yerə
bölmək olar.
Xarici motivlərə birinci növbədə cəmiyyətin əxlaqi
tələblərini, onun iqtisadi-siyasi həyat şəraitini aid etmək olar.
Bununla yanaşı olaraq ətrafdakıların nümunəsi, maddi
həvəsləndirmə, tənqid və s. də xarici motiv kimi özünü göstərə
bilər. Əgər xarici amillər insan tərəfindən dərindən dərk edilir
və onun şəxsi marağı, arzu və istəkləri ilə uyğun gəlirsə, həmin
amillər insanı öz üzərində işləməyə, o tələblərə layiqincə cavab
vermək üçün hazırlaşmağa vadar edir, deməli, özünütərbiyənin
motivinə çevrilir.
Özünütərbiyənin daxili motivlərinə isə, insanların maddi
və mənəvi tələbatları, müxtəlif həyati yönəlişliklərini ifadə
edən etiqadları və s. daxildir.
Özünütərbiyənin ən ali motivi idealdır. İnsanın qəbul et-
diyi ideal həmişə onu müəyyən sahədə özünütərbiyəyə, öz
idealarında olan
keyfiyyətlərə
yiyələnmək
üçün
cəhd
göstərməyə yönəldir.
Qeyd etmək lazımdır ki, özünütərbiyə həmişə yalnız bir
motivin təsiri ilə həyata keçmir. Adətən, özünütərbiyə bir neçə
motivin təsiri ilə baş verir. Lakin bu motivlərin biri aparıcı rol
oynayır.
Özünütərbiyənin motivlərini bilmək həm tərbiyəçilər,
həm də özünütərbiyə ilə məşğul olan yeniyetmə və gənclər
üçün çox əhəmiyyətlidir. Çünki həmin motivlərin bir qismi da-
ha təsirli, davamlı olduğu halda, qalanları az təsirli, keçici ola
bilər. Özünütərbiyə üçün daha təsirli və davamlı, uzun
müddətli motivlərin olması böyük əhəmiyyətə malikdir. Bu
halda özünütərbiyə ilə məşğul olmaq, başqa sözlə, insanın daim
özünütəkmilləşdirməyə, daha yüksək insani keyfiyyətlər
512
qazanmağa çalışması şəxsiyyətin ayrılmaz xüsusiyyətinə
çevrilə bilər.
Şəxsiyyətin inkişafı və özünütərbiyə. Şəxsiyyətin
formalaşması və inkişafı mürəkkəb və uzunmüddətli prosesdir.
Burada xarici təsirlər və daxili güc bir-birilə qarşılıqlı təsirdə
olmaqla, inkişaf mərhələsindən asılı olaraq öz rollarını
dəyişirlər.
Məsələn, uşaq yaşlarında ən çox şəxsiyyətin forma-
laşmasının xarici təsirlərdən asılılığı özünü göstərir. Tədricən
şəxsiyyət müstəqillik təşkil etdikcə inkişafda xarici təsirlərin,
birinci növbədə tərbiyənin təsirinin tədricən özünütərbiyənin
təsiri ilə əvəz olunması baş verir.
Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində
meydana gəlir və onun inkşafına təsir göstərir. Fərd həyat
prosesində özünü və başqalarını dərk edir, ətrafdakıların tələbi
ilə öz şəxsi imkanlarını uyğunlaşdırmağa öyrənir. Tərbiyə
prosesində şəxsiyyətin əxlaqi əsası qoyulur, əxlaqi təsəvvürləri,
anlayışları, inamları, adətləri və son nəticədə hal-hazırdakı
davranışını tənzim edən və gələcək həyat planlarını müəyyən-
ləşdirməyə imkan verən əxlaqi idealları formalaşır. Beləliklə
də, şəxsiyyət inkişaf etdikcə özünütərbiyə daha böyük rol
oynamağa, daha aydın və səmərəli şəkildə özünü göstərməyə
başlayır. Deməli, özünütərbiyə şəxsiyyətin həyat şəraiti və
tərbiyə ilə şərtlənən əxlaqi - psixoloji yetginliyinin müəyyən
səviyyəsində özünə yer edir.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki,
özünütərbiyə tələbatı aydın şəkildə özünü yeniyetməlik
dövründə göstərməyə başlayır (xüsusilə VI-VIII siniflərdə).
Əlbəttə, özünütərbiyənin ünsürləri kiçik məktəb yaşı dövründə,
ola bilsin ki, böyük bağça yaşlı uşaqlarda da özünü göstərə
bilər. Lakin, şüurlu, planlı iş kimi o, ilk dəfə olaraq
yeniyetməlik dövründə təzahür edir. Yeniyetmələr bağça yaşlı
uşaqlar kimi böyüklərin rolunu oynamaq, özünü onlara
oxşatmaq istəmir. Onlar böyük olmaq və başqaları tərəfindən
513
də böyük kimi qəbul edilmək istəyirlər. Buradan isə onların öz
şəxsiyyətinin sürətli inkişafı tələbatları meydana gəlir ki, bu da
özünütərbiyənin bir vasitə kimi həyata keçirilməsinə gətirib
çıxarır. Yeniyetmə öz üzərində işləməklə, birinci növbədə, öz
şəxsi davranışındakı qüsurları aradan qaldırmağa, özündəki
zəif cəhətləri ləğv etməyə, ikincisi, özünü güclü, bacarıqlı və
müstəqil
aparmağa
imkan
verən
şəxsiyyətin
müsbət
keyfiyyətlərini
formalaşdırmağa
çalışır.
Aparılmış
tədqiqatlardan aydın olur ki, yeniyetmələr birinci növbədə
özlərində olan iradi nöqsanları aradan qaldırmağa və özlərində
möhkəm iradəli adam üçün xas olan cəsarət, mərdlik, dözüm-
lülük, təkidlilik kimi iradi keyfiyyətləri tərbiyə etməyə can
atırlar.
İlk gənclik dövründə özünütərbiyə fiziki və iradi özü-
nütəkmilləşdirmə ilə yanaşı, mənəvi özünütəkmilləşdirməyə də
xidmət edir. Özünütərbiyənin bu mərhələsində məktəblilər ən
çox özlərində düzlük,mehribanlıq, rəhmlilik, səxavətlilik, dos-
ta, yoldaşa qarşı sadiqlik, daima ona kömək etməyə hazır ol-
maq və s. kimi keyfiyyətləri tərbiyə etməyə can atırlar.
Şagirdlərin özünütərbiyəsinin təşkili. Özünütərbiyə o
qədər də asan proses deyildir. O, özünüidarənin yüksək forması
olduğuna görə şagirdlərin bu işi asanlıqla yerinə yetirəcəklərini
guman etmək olmaz. Ona görə də bu sahədə onlara kənardan,
tərbiyəçilər tərəfindən köməklik göstərilməsi, istiqamət
verilməsi zəruridir. Özünütərbiyənin, bununla da əlaqədar
ümumiyyətlə tərbiyənin səmərəliyi öz üzərində işləyən
şagirdlərlə həmin işin təşkili, onlara istiqamət verilməsi və
köməklik göstərilməsindən çox asılıdır.
Şagirdlərin özünütərbiyəsini təşkil edərkən, birinci
növbədə kollektiv qarşısında bu cür məqsədin qoyulmasından
başlamaq lazımdır. Sosial psixologiyadan aydındır ki,
insanların ümümi işdə təması və vəhdəti nə qədər güclü olarsa,
onların qarşılıqlı təsiri bir o qədər səmərəli xarakter daşıyar.
Buradan isə aydın olur ki, əgər kollektivdəki bir neçə adam,
514
xüsusilə kollektiv üzvlərinin hamısının hüsni rəğbətini qazanan
adamlar öz üzərlərində işləməyə, özünütərbiyə ilə məşğul
olmağa başlayarlarsa, bu hal kollektivin başqa üzvlərinə də
mütləq sirayət edəcəkdir.
Adətən, kollektiv vasitəsilə ayrı-ayrı şagirdlərin qarşısına
özünütərbiyə öhdəliyi qoyulması da bu işin səmərəli nəticə
verməsinə səbəb olur. Bu tədbir o zaman daha çox təsirli xa-
rakter daşıyır ki, yarış şərtlərinə daxil edilsin və bu işə sinfin
fəalları nəzarət etsinlər.
Sinif kollektivi ilə özünütərbiyə işini təşkil edərkən təkcə
onların
qarşısına
özünütərbiyə
məqsədi
qoymaqla
məhdudlaşmamalı, bu işin səmərəli yollarını tapmaqda da onla-
ra köməklik göstərməlidir. Birinci növbədə şagirdi uzun və ya
qısa müddət ərzində öz üzərində aparacağı işlə əlaqədar vəzifə-
ləri dəqiq müəyyənləşdirməyə, birinci növbədə özünü-
tərbiyənin həyata keçirəcəyi vəzifələri qeyd etməyə və həmin
işi dönmədən yerinə yetirməyi öyrətmək lazımdır. Əgər
şagirddə özününəzarət zəifdirsə, bu keyfiyyəti onda aşılamaq
zəruridir. Çünki o, özünənəzarət edə bilməzsə özünütərbiyə də
istənilən səviyyədə həyata keçə bilməz. Bu işə kollektivin
dostcasına nəzarəti də köməklik göstərməlidir.
Heç olmazsa kiçicik bir müvəffəqiyyətin əldə edilməsi
özünütərbiyəni
səmərələşdirmək
üçün
oluqca
böyük
əhəmiyyətə malikdir. Məhz ona görə də ilk dövrlər bu sahədə
kollektivə köməklik göstərmək olduqca vacibdir.
Kollektivdə özünütərbiyə məsələsi ilə əlaqədar müsbət
ictimai rəyin yaranması da bu işin müvəffəqiyyəti üçün
faydalıdır.
Nəhayət, şagirdlərin özünütərbiyəsinə istiqamət verən
müəllimin özünün bu sahədə nümunə göstərməsi, daim özünün
pedaqoji ustalığını və şəxsiyyətini təkmilləşdirməsi həmin işi
müvəffəqiyyətlə yerinə yetirməsinə təkan verir.
Bütün dediklərimizdən aydın olur ki, müəllim şagirdlərin
özünütərbiyəsinə ciddi rəhbərlik etməlidir. Bu zaman o dörd
515
vəzifənin həyata keçirilməsinə fikir verməlidir.
Birinci vəzifə, şagirdlərin özlərində şəxsiyyətin müsbət
keyfiyyətlərini inkişaf etdirmələri və öz davranışındakı bu və
ya digər nöqsanı aradan qaldırmalarına cəhd göstərməyi oyat-
maq (və ya dəyişmək). Əgər belə cəhd yoxdursa bunu misallar
əsasında şagirdə başa salmaq, onlarda inam yaratmaq zəruridir.
İkinci vəzifə, şagirdin öz şəxsiyyətinə tənqidi yanaş-
masına, öz davranışının xüsusiyyətlərini təhlil edə bilməsinə,
öz qüsurlarını göstərməsi və dərk etməsinə köməklik
göstərmək.
Üçüncü vəzifə, müəllim, tərbiyəçi şagirdin özünütərbiyə
proqramını tərtib etməsinə, hansı keyfiyyəti inkişaf etdirmək
lazım gəldiyini, hansıları isə aradan qaldırmağın zəruri
olduğunu müəyyənləşdirməsinə köməklik göstərməlidir.
Dördüncü vəzifə, müəllim, tərbiyəçi şagirdləri özünü-
tərbiyənin ən səmərəli, düşünülmüş yolları, priyomları ilə
silahlandırmalıdır.
VI.23.5.Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji
əsasları
Əxlaqi şüur və əxlaqi davranışın formalaşmasının
vəhdəti. Tərbiyə psixologiyasında diqqəti cəlb edən əsas
məsələlərdən biri şəxsiyyətin əxlaq tərbiyəsi, onda əxlaqi
sahənin formalaşmasıdır. Adətən, məktəblinin tərbiyəsindən
danışarkən
birinci
növbədə
onun
əxlaqi
cəhətdən
formalaşmasına nəzər yetirirlər. Buna görə də şəxsiyyətin
əxlaqi sahəsinin formalaşmasının psixoloji əsasları ilə tanış
olmaq tərbiyəçi üçün az əhəmiyyətə malik deyildir.
Hamıya məlumdur ki, uşağın düşdüyü yeni şəraitdə necə
davranmasi üçün onun istinad etməli olacağı geniş əxlaqi
təsəvvürləri, əxlaqi bilik ehtiyatı olmalıdır. Psixoloji tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, əxlaqi bilik və anlayışların
516
mənimsənilməsi prosesi mürəkkəb xarakter daşımaqla, xüsusi
rəhbərlik tələb edir. Təsadüfi hadisələrin, düzgün olmayan mi-
kromühitin, böyüklərin düzgün olmayan davranışının və s.
təsiri altında yaranan əxlaqi anlayışlar təhrif olunmuş xarakter
daşıya bilər. Bu isə səhv davranışa gətirib çıxara bilər. Ona
görə də birinci növbədə əxlaqi təsəvvür, bilik və anlayışların
yaranması qayğısına qalmaq lazımdır. Lakin təcrübə göstərir
ki, əxlaqi anlayışların mənimsənilməsi əxlaqi şüurun
yaranması və inkişafı üçün mühüm rol oynasa da, öz-
özlüyündə hələ əxlaqi davranışın formalaşmasını təmin edə
bilmir.
Aparılmış
psixoloji
tədqiqatlardan
və
məktəb
təcrübəsindən aydın olur ki, çox vaxt uşaqlar əxlaq normalarını
yaxşı bildikləri, onun haqqında geniş biliyə malik olduqları
halda, öz davranışlarında onlara əməl etmirlər. Bu isə bəzən
müəllimdə, tərbiyəçidə təəccüb doğurur. Ona görə də şagirdin
necə davranmağı yaxşı bildiyini, lakin ona əməl etmədiyini
irad tutur, onu danlayırlar. Bunun nəticəsi isə çox vaxt o qədər
də fərəhləndirici olmur. Əksinə, bəzən şagirdin özünə inamı
itir, biliklə əməl arasında əlaqə pozulur, biliyin tətbiqi üçün
münasib şərait yaranmır. Bu cəhəti nəzərə alaraq birinci
növbədə müəllim öz şagirdləri üçün yalnız öyüd-nəsihətçi,
mentor tərbiyəçi olmaqdan uzaqlaşmalı, onların əldə etdikləri
əxlaqi bilik və təsəvvürləri öz davranışlarına tətbiq etmək mey-
li və adəti yaratmağa çalışmalıdır. Bunu isə yalnız sözlə, verbal
yolla həyata keçirmək mümkün deyildir. Hər şeydən əvvəl
uşaqdakı əxlaqi bilik və anlayışlar onun inamına çevrilməlidir.
Psixoloji tədqiqatlar göstərmişdir ki, şagirdlərdə əxlaqi
bilik və anlayışların inama çevrilməsi üçün həmin bilik və
anlayışların davranış motivləri və onlara uyğun əxlaqi adətlər
sistemində möhkəmləndirilməsi tələb olunur. Necə davranmaq,
hərəkət etməyi dərk etməklə adət edilmiş davranış arasında
müəyyən ziddiyyət mövcud olur. Bu ziddiyyəti aradan
qaldırmaq yalnız şagirdlərin müvafiq davranış təcrübəsinə
517
yiyələnməsi nəticəsində mümkün ola bilər. Əxlaqi təcrübəni isə
şagirdlər davranışdakı mümarisələr sayəsində, başqa sözlə
müəllim tərəfindən uşaqların müxtəlif, lakin mahiyyətcə oxşar
həyati situasiyalarda təşkil olunmuş hərəkət və davranışları
zamanı əldə edirlər. Psixoloqlar uşaqların bu cür davranış
təcrübəsini, praktik fəaliyyətini onların emosiyaları ilə
əlaqələndirməyi vacib hesab edirlər. Bu zaman emosiyalar
vətənpərvərlik
və
beynəlmiləlçilik,
humanizm,
borc,
məsuliyyət, yoldaşlıq, vicdan və s. kimi əxlaqi hisslərin
formalaşmasına müsbət təsir göstərir. Adətən, əxlaqi hisslərin,
eləcə də əxlaqi inamın yaranmasına nail olmaq, həmin
keyfiyyətləri tərbiyə etmək üçün onların şagirdlər tərəfindən
fəaliyyət prosesində mənimsənilməsi və keçirilməsi tələb olu-
nur. Əgər şagird heç olmazsa bircə dəfə yerinə yetirdiyi əxlaqi
hərəkətdən razılıq hissi keçirərsə, sonradan bir daha həmin his-
si halı keçirməyə can atacaqdır. Məhz buna görə də müsbət
əxlaqi hissləri tərbiyə etmək üçün elə situasiya yaratmaq
lazımdır ki, şagird qüvvətli müsbət nümunə ilə qarşılaşsın,
həmin prosesdə iştirak etsin və müvafiq hisslər keçirə bilsin.
Bu zaman şagird öz inam və idealı mövqeyindən çıxış edərək
özünü və bütün ətrafdakıları qiymətləndirməyə başlayır.
Adətən, yüksək əxlaqi keyfiyyətlər insanların cəmiyyətin
məqsədləri ilə müəyyən edilən praktik fəaliyyətlərində
formalaşır. Fəaliyyət prosesində cəmiyyətin nümunələri,
idealları təşəkkül tapır. Yuxarıda qeyd etdiyimiz kimi,
fəaliyyətin düzgün seçilməsi, müvafiq yaş dövrünə uyğunluğu,
düzgün
təşkili
və
tərbiyələndirici
istiqaməti
həlledici
əhəmiyyətə malikdir. Lakin burada bir cəhəti də unutmaq,
nəzərə almamaq olmaz. O da tərbiyə edən və tərbiyə olunanın
qarşılıqlı münasibətlərinin xarakterindən ibarətdir.Burada
tərbiyəçinin tərbiyə olunana münasibəti güclü xarici təsir
qüvvəsi kimi özünü göstərir. Şagirdin xarici təsirlə daxili
aləminin qarşılıqlı əlaqəsini, ona göstərilən xarici təsirə şəxsi
münasibətinin xarakteri burada mühüm rol oynayır. Ona görə
518
də şagirdin şəxsi təcrübəsi böyüklərin ondan tələb etdiyi əxlaq
normalarına zidd olarsa, şagird bu tələbləri formal olaraq
mənimsəyər, ona yalnız müvafiq şəraitdə – böyüklərin nəzarəti
zamanı əməl edər. Təcrübə göstərir ki, qarşılıqlı təsir düzgün
qurulmadıqda, qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda
bəzən uşaqlar tərbiyəçinin tələblərinə formal şəkildə də tabe
olmur, özünü ona qarşı qoyur, öz şəxsi əqidəsində qalır. Belə
olduqda, adətən, uşaq
kollektivdən
ayrılır, özünə
məktəbdənkənar yoldaşlıq mühiti – referent qrup seçir.
Normal şəraitdə belə şagirdlərin tərbiyəçinin tələblərini
mənimsəməsi, həmin tələblərin onun öz tələblərinə çevrilməsi
birdən-birə baş vermir, bir sıra mərhələlər keçir. İlk dövrdə
şagird həmin tələbi xarici, məcburi tələb kimi qəbul etməli
olur. Sonra şagird həmin tələbi könüllü olaraq qəbul edir, öz
vəzifəsini, borcunu dərk edir. Son mərhələdə kənardan verilən
əxlaqi tələb şagirdin özünün şəxsi, daxili tələbinə çevrilir,
özünə qarşı həqiqi tələbkarlıq meydana gəlir.
Dostları ilə paylaş: |