Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

1) Gipertim  tip  – bu  tipə  mənsub  olan  adamlar 

həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika 

və  pantomimikaları,  çox  danışan,    azdanışan,  başladıqları 

söhbətdən spontan şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq  

konflikt  yaratmaları  ilə  fərqlənirlər.  Müsbət  cəhətlərinə 

gəldikdə  bu  cür  adamlar,  həmsöhbəti  cəlb  edən,  optimist, 

təşəbbüskar olurlar. Onlar çətin işi, tənhalığı sevmirlər.

2) Distim  tip – onlar  üçün  zəif  təmas,  az  danışmaq, 

pessimist  əhval-ruhiyyənin  üstünlüyü  xarakterik  haldır. 

Konfliktə az girir, qapalı həyat keçirməyə meyllidirlər. Onlarla 

dostluq  edəni  sevir,  ona  tabe  olmağa  hazırdırlar.  Ciddiliyi, 

həqiqəti sevirlər.  Passivlik,  lənglik,  fərdiyyətçilik  onlar  üçün  

xarakterik haldır. 



3) Tsikloid tip – bunlara əhval-ruhiyyənin tez-tez dəyiş-

məsi xarakterikdir və bunun nəticəsində ətrafdakılarla ünsiyyət 

qaydaları  dəyişir,  əhvalları  yaxşı  olduqda    ünsiyyətli,  pis 

olduqda qapalı olurlar;



4) Təsirlənən (qıcıqlanan) tip – ünsiyyətdə  təmasə az 

həvəsliliyə , mübahisələrə və söyüşə meyillidir;



5) Ləngiyən  tip – orta  ünsiyyət,  öyüd-nəsihət  verməyə 

meyillilik,  azdanışan,  bəzən  həddən  artıq  özünə    güvənən, 

qısqanc,  şöhrətpərəst,  yaxınlarına  və  işçilərinə  ifrat  tələblər 

irəli sürəndir.



6) Pedant  (xırdaçı)  tip – münaqişəyə  çox  az  halda 

girişir,    mübahisələrdə    passiv  mövqe  tutur,  işdə  özünü 

bürokrat  kimi  aparır.  Səliqəli,  ciddi,  eyni  zamanda  konfliktə 

meyllilik xüsusiyyətlərinə malikdir.



7) Həyəcanlı tip – ünsiyyəti  sevmir, özünə inamsızlıq, 

qorxaqlıq  göstərir,  qəmgin əhval-ruhiyyədə  olur, az  halarda  

münaqişəyə  girirlər.  Dostluğa,  özünü  tənqidə,  işgüzarlığa 

meyllidirlər.



389

8) Emativ  tip – seçdiyi  çox  az  adamla  ünsiyyətdə 

olmağı  üstün  tutur,  nadir  hallarda  mübahisəyə  girişir,  həddən 

artıq həssas və ağlağandır;

9) Nümayişkar  tip – ünsiyyətlidir,  liderliyə  can  atır, 

hakimiyyətə  və  tərifə  çox  həvəslidir.  İnsanlara  yüksək 

uyğunlaşma  qabiliyyətini  və  bununla  birlikdə  xüdbinlik, 

ikiüzlülük, lovğalıq, intriqalara meylini nümayiş etdirir;



10) Coşğun  tip  – yüksək ünsiyyətlilik  bacarığı, çox  da-

nışan  (qeybətçil),  tez-tez  aşiq  olmaq  onlar  üçün  xasdır.  Onlar 

alturistdirlər,  ürəyi  yumşaqdırlar,  yaxşı  zövqləri  var, 

hisslərində səmimi və açıqdırlar, hay-küyçüdürlər;



11) Ekstravert  tip – ünsiyyətlidirlər,  onların    çoxlu 

dostları  var,  çox  danışandırlar,  hər  bir  məlumatı  müzakirə 

etməyi  xoşlayırlar,  tez-tez  liderliyi  başqalarına  verirlər,  itaət 

etməyi  və  kölgədə  qalmağı  üstün  tuturlar,  tez  təsirə  düşürlər, 

yüngülxasiyyətlidirlər, əyləncələrə, dedi-qodulara meyllidirlər;

12) İntrovert tip – o az təmaslıdır, qapalıdır, xəyal-

pərvərdir,  filosofluğa  meyllidir.  Həmçinin  bu  insanlar  təkliyi 

sevirlər,  prinsipiallıq    və  təmkinlilik  kimi  cəzbedici 

xüsusiyyətlərə 

malikdirlər. 

Xoşagəlməz 

xüsusiyyətləri 

bunlardır:  inadkarlıq,  təfəkkürdə  lənglik,  öz  ideyalarını  (hətta 

səhv olsa belə) inadkarcasına müdafiə etmək.

Sonralar  Yeniyetmələrdə  xarakterin    aksentuasiyasının 

təsnifatını A.E.Liçko (1983) vermişdir. Bunlar aşağıdakılardır: 

1) Gipertim  tip – hərəkətlidir,  ünsiyyətlidir,  şuluqluğa 

meyllidir;  Onların əhvalı  həmişə  yaxşı,  yüksək  olur.  Tez-tez 

konfliktə girirlər. Onlar çox şeyə həvəs göstərirlər, lakin axıra 

qədər çatdırmırlar.



2) Tsikloid tip – tez  qıcıqlanır,  fəaliyyətsizliyə 

meyllilidir,  əhval-ruhiyyəsi  tez-tez  dəyişir.  Evdə  tək  qalmağa 

üstünlük verirlər.

3) Qərarsız  tip - əhval-ruhiyyəsi  həddən  artıq    tez-tez, 

həm də daha  çox gözlənilməz surətdə dəyişir;



4) Astenonevrotik tip – bu tip həddən artıq vasvasılığı, 

390

şıltağlığı, yoruculuğu və tündməcazlığı ilə xarakterizə olunur;



5) Senzitiv  tip – o  hər  şeyə  qarşı  yüksək  həssaslıq 

göstərir.  Bu  yeniyetmələr  böyük  məclisləri  və  hərəkətli 

oyunları sevmirlər, onlar adətən utancaq və qorxaqdırlar;

6) Psixoastenik  tip – bu  tipli  yeniyetmələr  intellektin 

erkən  və  sürətli  inkişafı  ilə,  düşüncə  və  xəyallara  dalmağa 

meylliliklə  xarakterizə  edilirlər.  Buna  baxmayaraq,  onlar  çox 

vaxt  işdə  deyil, sözdə  güclü  olurlar.  Özünə  inam  qərarsızlıqla 

uyğunlaşır.  Tanış  adamlar  arasında    özlərini  daha  yaxşı  hiss 

edirlər. 



7) Şizoid tip - əsas xüsusiyyətlərindən biri qapalılığıdır. 

Onların  iç  dünyası  müxtəlif      fantaziyalarla  zəngindir.  

Hisslərini  biruzə  verməkdə  onlar  kifayət  qədər  təmkinlidirlər, 

heç də həmişə ətrafdakılar onları başa düşmür. Qaradinməz, bir 

iş olanda özünü kənara çəkəndir.

8) Epileptoid    tip – bu  tipli  yeniyetmələr  tez-tez 

ağlayırlar,  ətrafdakıları  təngə    gətirirlər,  xüsusən  də  erkən 

uşaqlıqda.  Liçkonun  qeyd  etdiyi  kimi,  bu  uşaqlar  həmçinin 

heyvanlara  əzab  verməyi,  özlərindən  balacalara  sataşmağı, 

köməksizləri  lağa  qoymağı  sevirlər.  Uşaq  kompaniyalarında 

özlərini  diktator  kimi  aparırlar.  Onların  tipik  xüsusiyyətləri    -

qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur.

9) İsteroid tip – bu tipin əsas əlamətləri – eqosentrizm, 

şəxsən özünə daima diqqət duyğusudur. Bu cür yeniyetmələrdə 

tez-tez  şıltaqlığa,  özünü  göstərməyə,  teatrallığa  meyl  özünü 

biruzə  verir.  Onlar  üçün  ətrafdakıların  diqqətini  özünə  cəlb  

etmək və öz ünvanına ona məftun  olduqlarını,   təriflədiklərini 

eşitmək arzusu  ən zəruri ehtiyaclardan birinə çevrilir.



10) Qeyri-sabit  tip – bu  tipi  həmişə  səhv  olaraq  zəif  

iradəli,  kütlədən  seçilməyən  bir  tip  kimi  xarakterizə  edirlər. 

Onlarda əyləncələrə böyük həvəs meyli özünü göstərir.

11) Konform  tip – bu  tipə  aid  olan  yeniyetmələr  hər 

hansı  avtoritetə  sözsüz  itaət  nümayiş  etdirirlər.  “Hamı  necə, 

mən  də  elə”  ideyasını  əsas  götürürlər.  Öz  şəxsi  maraqları 


391

naminə yoldaşlarını satmağa hazırdırlar.



V. 16.4. Xarakter və şəxsiyyət

        Xarakterin  tiplərinin  mövcud  olan    bütün    konsepsiya-

larının çox ciddi bir çatışmazlığı var. Məsələ ondadır ki, hər bir 

insan fərddir və heç də həmişə müəyyən bir tipə aid edilməyə 

bilər. Çox vaxt eyni insanda  xarakterin  ən müxtəlif əlamətləri 

kifayyət  qədər  inkişaf    etmiş  olur.  Praktik  olaraq,  xarakterin 

tiplərinin  bütün  təsvirlərində  ən  müxtəlif  cinsli  və  ya  daha 

düzgün  desək  ən  müxtəlif  qəbildən      olan  xüsusiyyətlərinin 

birləşməsini tapmaq olar.

        Başqa  cür  desək,  onlarda  bütöv  şəkildə  həm  xarakterin, 

həm  də  şəxsiyyətin  xüsusiyyətləri  mövcuddur.  Məsələn,  şizo-

idlərin  xarakteristikasını  verərkən  E.Kreçmer    formal,    yəni 

davranışın  yönümündən  asılı  olmayan  (xarakterin  xüsusiy-

yətləri):  ünsiyyətsizlik,  təmkinlilik,  ciddilik,  qorxaqlıq,  sen-

timentallıq  kimi  xüsusiyyətləri,  o  biri  tərəfdən  isə  daha 

məzmunlu,  şəxs  əsaslı  “insanları  xoşbəxt  etməyə  çalışmaq”, 

“nəzəriyyəbaz  prinsiplərə  meyl”,  “sarsılmayan  əqidə  möh-

kəmliyi”, “baxışlarının təmizliyi”, öz ideyaları uğrunda müba-

rizəyə  mətin olaraq  çalışmaq    və  s.  kimi  xüsusiyyətləri  sada-

layır.

        P.B.Qannuşkinin  paranoyyalı  tiplərə  verdiyi  təsvirdə 



həmçinin  psixoloji  xarakteristikaların  – dinamikliyindən 

tutmuş  dünyabaxışına  qədər  bütün  xüsusiyyətlərini  tapmaq 

olar.

        Bu  cür misalları çoxaltmaq  da  olar.  Xarakterin  tiplərinin 



təsvirinə daxil olan "müxtəlif tipli” əlamətlər tamamilə təbiidir. 

Amma  Gippinreyterin  fikrincə  xarakterin  tam,  təsvirlərinin 

geniş təhlilə ehtiyacı var, lakin xarakterin təsvirinin müəllifləri 

bunu etmirlər. 

        Psixoloji  ədəbiyyatda  şəxsiyyətin  xarakterlərinin  forma-

laşması    haqqında  ümumi  nəzəriyyənin  işlənib  hazırlanması 



392

haqqında  çox  maraqlı  və  dəyərli  təcrübələr  var.  Buna  biz 

təxminən  yüz  il  bundan  əvvəl  yazılmış  A.F.Lazurskinin 

əsərlərində rast  gəlirik.  A.F.Lazurski  “endopsixika  və  ekzo-

psixika”  anlayışlarını  təsdiq  etmişdi.    “Endopsixika”  anlayışı 

dedikdə o xarakter, temperament və əqli qabiliyyətlərin də aid 

edildiyi  daxili  psixi  (psixofizioloji)  funksiyaların  məcmuunu 

nəzərdə  tutur.  Şəxsiyyətin  münasibətini  – təbiətə,  cəmiyyətə, 

mənəvi  dəyərlərə  münasibətlərinin  cəmini  isə  o  “ekzo-

psixika”ya  aid  etməyi  təklif  edir.  Şəxsiyyətin  yetkinliyinin 

müxtəlif  dərəcələrini  nəzərdən  keçirərək  Lazurski  onları  üç: 

aşağı, orta yüksək (ali) səviyyələrə  ayırır. Səviyyələr arasında 

fərqin əs.gasını o endopsixikadan ekzopsixikaya keçiddə görür.

        Aşağı  səviyyənin  nümayəndələrini  Lazurski  aşağıdakı 

tiplərə  bölür:  “dərrakəli”,  “tez  qızışan”,  “fəal”.  Ehtimal  ki, 

burada  təsnifat  müəyyən  şəxslərin  necə  hərəkət  etdikləri  və 

necə  yaşadıqlarının  əlamətlərinə  görə  aparılır.  Müəllif  ali 

səviyyəyə  insanları aparıcı fəaliyyət növlərində iştirakına görə 

müəyyən  edir.  Ali  səviyyəyə  aid  olan  şəxsiyyətlər  nəyə  əsl 

meylləri  olduqlarını  (məsələn,  “biliyə”,  “gözəlliyə”,  “altu-

rizmə”) tez müəyyən edirlər.

        Beləliklə,  demək olar  ki,  aşağı  səviyyədən  ali  səviyyəyə 

keçərkən  A.F.Lazurski  insan  şəxsiyyətinin  xarakter  əlamət-

lərini şəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.



393

V 16.5. Xarakterin formalaşmasının şərtləri

        İnsanın  xarakteri  adətən sosial amillərin təsiri 

altında  formalaşır.  Xarakterin  formalaşması  problemini 

nəzərdən keçirərkən onun eyni  zamanda  həm  sabit,  həm  də 

dəyişkən  olması  prinsipini  tətbiq  etmək  lazımdır.  Bundan 

başqa,  şəxsiyyətin  ən  vacib  xüsusiyyətlərindən    biri  olan 

xarakter – ictimai tarixi bir  kateqoriyadır, ona görə də insanın 

xarakterinin  formalaşmasından  danışarkən  həmişə  sosial 

şərtlərin  təsirini  nəzərdə  tutmaq  lazımdır.  İnsanın  xarakterinin 

formalaşmasına sosial mühitin təsiri hər şeydən əvvəl müxtəlif 

ictimai  formasiyalarda tipik xarakterlərin müqayisəsi  ilə sübut

edilir.  Kiçik  qrupların  psixologiyası  onun  üzvlərinin 

xarakterlərinin 

formalaşmasında 

böyük 

rol


oynayır.             

Xarakterin  formalaşmasına    eyni zamanda bioloji  şərtlər  də

təsir  edir.  Ancaq,  xarakterin  formalaşmasına  irsi  təsirin 

əhəmiyyətli roluna isnad edərkən çox  ehtiyatlı olmaq lazımdır. 

A.N.Leontyevin  sözlərilə  desək,  bioloji  irsilik  əhəmiyyətsiz 

sayılmır,  ancaq  mənimsəmə  prosesi  ilə  müqayisədə  o  asılı 

vəziyyətdə olur.

        Xarakterin  əlamətlərində    cinsi    və  psixi  fərqlərin  prob-

leminin həlli üçün bir çox  tədqiqatlar  aparılmış, hətta kişilik-

qadınlığın  müəyyənləşdirilməsi  üçün  xüsusi  testlər  də  işlənib 

hazırlanmışdır.  Şəxsiyyətin  xüsusiyyətlərində  cinsi    fərqlər 

ortaya  çıxıb.  Məsələn,  kişilər  daha  özünə  güvənən,  aqressiv, 

inadkar və cəsarətlidirlər, xasiyyət, danışıq və hisslərində daha 

çox  kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyir-

xah və emosionaldırlar.

        Xarakterin  formalaşmasının  bioloji  şərtlərindən  danı-

şarkən  fiziki  tərbiyənin  böyük  əhəmiyyətini  qeyd  etmək 

lazımdır. İdmançıların xarakterində iradəlilik xüsusiyyətlərinin 

tərbiyəsinə  həsr  olunmuş  bir  çox  əsərlər  mövcuddur.  Daha 

ümumiləşdirilmiş  formada  bu  problem  P.A.Rudik,  A.Ç.Puni, 



394

O.A.Çernikova tərəfindən təhlil edilmişdir.

       Həyat  öz  müxtəlifliyi    ilə  tərbiyə  edir,  ancaq  xarakterin 

formalaşmasının  əsas  amili  ailə  və  məktəbdir.  Uşaqların 

xarakterinin  bir  çox  qüsurları  ailədə  düzgün  olmayan  tərbi-

yənin  nəticəsidir,  məsələn, ərköyünlik,  inadkarlıq,  şıltaqlıq  və 

eqoizm  yaradır,  fiziki  cəza  isə  uşaqları  kobud,  sərt  bəzən  isə 

qorxaq,  yalançı,  aciz  edir.  Ancaq  heç  də  həmişə  uşaqların 

xarakterinin  qüsurlarını  ailə  tərbiyəsinin  səhv  olması  ilə  izah 

etmək  düzgün    olmaz.  Bəzən  xarakterin  yaranmış  xüsusiy-

yətlərini uşaqlar “küçənin”, pis məktəb yoldaşlarının və s. təsiri 

altında qazanırlar.

       Məktəblilərin  xarakterinin  formalaşdırılması məktəbdə

təlim və tərbiyənin əsas vəzifələrindən biridir.

        Xarakterin  formalaşmasının  əsas  şərtlərinin  siyahısına 

özünü tərbiyəni də əlavə edirlər.

        Məlumdur ki, xarakterin formalaşmasına ətraf mühit təsir 

edir.  Bioloji  şərtlər də  əhəmiyyətli  rol  oynayır.  Bu  şərtlər 

xarakterin  formalaşmasına  fatalist  təsir  etmir,  onlar  həmişə 

müxtəlif və öz qanunauyğunluqları olan daxili şərtlər vasitəsilə 

dəyişir.

        Xarakterin  formalaşmasında  kompensasiya  hadisəsi  də 

böyük  rol oynayır. Xarakterin  bir  əlaməti  zəiflədikdə  bu 

çatışmazlığın əvəzinə  başqa əlamət daha yaxşı inkişaf edir.

Xarakterin formalaşması daxili vəziyyətdən də asılı

olur. L.S.Vıqotski uşaq üzərində hər hansı bir təsir onu uşağın

hiss etməsi nöqteyi-nəzərindən ona subyektiv münasibətindən

keçməsi anlayışını inkişaf etdirmişdir.  İnkişafın  uşağın  daxili 

vəziyyətindən  asılılığı  prinsipi  daha  sonra  A.N.Leontyev 

tərəfindən  inkişaf  etdirilmiş  və  L.İ.Bojoviç və  onun  əmək-

daşlarının tədqiqatlarında xüsusi sübutlarla təsdiq olunmuşdur. 

Bojoviç daxili vəziyyəti uşağın şəxsi ehtiyacları və arzularının 

sistemi  kimi  müəyyən  edir.  Daxili  vəziyyət  həm  də    yaşlı 

insanların xarakterinin dinamikliyində az rol oynamır, məsələn, 

inadkar adamın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha 


395

çox  bu  xüsusiyyətlə  mübarizə  aparmağa  ehtiyac  hiss    etmə-

məsindən  və  onu  pis  əlamət  kimi  hesab  etməməsindən 

ibarətdir.  İnsanın  psixi  vəziyyətinin  öyrənilməsi  prosesində 

daha  bir  zəruri    qanunauyğunluq meydana  çıxır:  xarakterin 

dinamikliyi,  onun  xüsusiyyətlərinin  əldə  edilməsi,  dəyişməsi 

psixi vəziyyətin keçid mərhələsindən, daha dəqiq desək insanın 

öz hərəkətlərinə münasibətindən  keçir.

        Şəxsi  nümunə də tərbiyənin və  özünütərbiyənin  ən güclü  

vasitəsidir.  

        Məktəblilərin xarakterinin formalaşmasına şəxsi nümunə-

nin  təsiri  haqqında  aparılmış  tədqiqatlarda  nümunənin  seçil-

məsi  yolları  məsələsinə  böyük  yer verilmişdir.  Nümunələrin 

seçilməsi  yolları    müxtəlifdir.  Belə  yollardan  biri  şagirdlərin 

etiraf  etdikləri  bəzi  qüsurların  təkmilləşdirilməsi  üçün  nü-

munənin seçimidir.  Belə  ki,  qeyri-mütəşəkkil  bir  şagird  çox 

intizamlı və mütəşəkkil yoldaşına oxşamaq istəyir. Nümunənin

seçilməsinin  ikinci  yolu-oxşarlığa  görədir.  Nümunənin  seçi-

minin  başqa  bir  yolu  mənalı  həyatı  hadisələrin  maraqlı, 

cəlbedici axarına əsaslanır.

        Nəhayət  nümunə  seçiminin  daha  bir  yolu,  N.Levitovun 

şərti olaraq emosional adlandırdığı yoldur. O, şagirdin  müəy-

yən  bir  adama  əvvəlcə    rəğbət  hissi  keçirdiyindən  və  daha 

sonra  isə  nümunə  kimi  bu adamın arxasınca  getməsindən 

ibarətdir. Nümunənin seçilməsi prosesində həm obyektiv, həm 

də subyektiv amillər rol oynaya bilər.

        Hansı şagirdlərə və onların xarakterlərinin hansı xüsusiy-

yətlərinə nümunə daha yaxşı təsir edir. Bu baxımdan şagirdləri 

iki qrupa  ayırırlar:

a) Xarakterin  xüsusi  plastikliyi  və  yüngüllüyü  ilə  seçi-

lənlər;


b) Yaşadıqları  əqidələrin  konkret  daşıyıcıları  olan 

insanları şüurlu  surətdə axtaranlar. 

          Fərdi  psixoloji  şərtlərlə  yanaşı  təsəvvürün,  maraqların 

canlılığı,  öz  üzərində  işləmək  arzusu  kimi  ümumi  psixoloji 



396

şərtlər də mövcuddur. İnadkarlıq, özündənrazılıq, lovğalıq kimi 

xüsusiyyətlər nümunənin təsirinə mane olur.

              

                 Özünü yoxlamaq üçün sual və tapşırıqlar

      

1. Xarakter nəyə deyilir?

2. Xarakter əlamətləri dedikdə nəyi başa düşünüz?

3. İnsanın

başqalarına,

özünə,


əməyə,

əşyalara


münasibətdə ifadə olunan xarakter əlamətlərini

sadalayın.

4. Xarakter haqqında təlimlər tarixindən danışın.

5. Xarakter və şəxsiyyətin əlaqəsini şərh edin.

6. İnsan xarakteri necə formalaşır?

Referat,məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Xarakter həyatda qazanılan davranış forması kimi.

2. Əsas xarakter əlamətləri.

3. Xarakterin aksentüasiyası.

4. Xarakterin formalaşmasına  təsir edən amillər.         

Ədəbiyyat

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.- Bakı,

2002,səh.465-477.



Məhərrəmov M.C. Məktəblilərin xarakterini tərbiyə

etmək haqqında.-Bakı,1967



Kovalev A.Q. Psixoloqiə liçnosti. - M., 1970, s.206-

233.


Levitov N.D. Psixoloqiə xaraktera.- M.,1969.

Liçko E.N. Psixopatii i aksentuaüii xaraktera u

podrostkov. - L.,1983

Psixoloqiə liçnosti. Tekstı. - M.,1982.


397

Rubinşteyn S.L. Osnovı obşey psixoloqii. V 2.t.-t.  II, 

M., 1989, s. 211-235.



398

17-ci  F Ə S İ L

Q A B İ L İ Y Y Ə T L Ə R

Q ı s a   x ü l a s ə

Qabiliyyətlər haqqında anlayış.  Qabiliyyətlər və onların

insan həyatında rolu. Qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi

üçün daha çox yararlı olduğunu göstərən fərdi-psixi xassə kimi. 

Qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə vəhdəti. Qabiliyyət və is-

tedad. 

Qabiliyyətlərin keyfiyyət və kəmiyyət xarakteristikası. 

Qabiliyyətlərin keyfiyyət xarakteristikası,  onun əsas göstəriciləri. 

Qabiliyyətlərin kəmiyyət baxımından xarakteristikası və ölçülməsi. 

Xronoloji yaş və ağıl yaşı.



Qabiliyyətlərin quruluşu. Qabiliyyətlər və fəaliyyət. Ümu-

mi və xüsusi qabiliyyətlər.  Talant qabiliyyətlərin yüksək inkişaf

mərhələsi kimi. Talant və dahilik.

Qabiliyyət və talantın təbii şərtləri.  Təbii imkanlar və

qabiliyyət. Qabiliyyətlər və irsiyyət.



Qabiliyyətlərin formalaşması və inkişafı. Qabiliyyətlər və

təlim. Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin inkişafı.



V. 17.1Qabiliyyətlər haqqında anlayış

Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda

olan və eyni sinifdə oxuyan uşaqlara eyni bir işin icrası

tapşırılır.  Onlar üçün tam eyni olan iş şəraiti yaradılır.  Buna

baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik

çəkmədən yerinə yetirdiyi halda, başqaları çətinlik çəkir. 

Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı

olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir

ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri


399

bilik, bacarıq və vərdişlərə asanlıqla yiyələnir və əldə etdikləri

nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də

insanda müvafiq qabiliyyətlərin olması onun həyat və

fəaliyyətində mühüm rol oynayır,  onun daha çox hansı

fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir. 

Bu cəhəti nəzərə alaraq qabiliyyətə belə tərif vermək

mümkündür:  insanın    hər hansı bir və ya bir neçə fəaliyyət



sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi

xassəyə qabiliyyət  deyilir.

Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayışı altında

hər insanın hansı bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə

icrası üçün şərt olan fərdi-psixi xassəsi başa düşülür.  Bu cür

yanaşma tərzi psixologiyada uzun müddətdən bəri qəbul

olunmuşdur.  Bununla belə bu cür yanaşma tərzi bir çox

müəlliflər tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur.  Bu

sahədə


özünü

göstərən


yanaşma

tərzlərinin

psixoloji

ədəbiyyatda üç variantı qeyd olunur.  Birinci halda qabiliyyət

anlayışı altında mümkün olan bütün psixi proses və halların

məzmununu başa düşürlər.  Bu cür yanaşma tərzi «qabiliyyət» 

anlayışının ən geniş və qədim şərhindən ibarətdir.  Hazırda bu

cür yanaşma tərzindən demək olar ki, istifadə olunmur.

İkinci yanaşma tərzinə görə qabiliyyətlər insanın

müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə icrasını təmin

edən ümumi və xüsusi bilik,  bacarıq və vərdişlərin yüksək

inkişaf səviyyəsindən ibarətdir. Bu cür yanaşma tərzi psixolo-

giyada XVIII-XIX əsrlərdə meydana gəlmiş və müasir dövrdə

də özünü göstərir.

Üçüncü yanaşma tərzinə gəldikdə,  bu yanaşma tərzinə

görə qabiliyyətləri bilik,  bacarıq və vərdişlərlə eyniləşdirmək

olmaz.  O (qabiliyyətlər)  həmin bilik,  bacarıq və vərdişlərə

surətlə    yiyələnməyi,  təcrübədə onlardan səmərəli istifadə

etməyi təmin edir. Üçüncü yanaşma tərzi müasir psixologiyada

ən çox yayılmış yanaşma tərzidir.  Bu sahədə görkəmli rus

psixoloqu B.M.Teplovun tədqiqatları xüsusilə diqqəti cəlb edir. 


400

B.M.Teplov «qabiliyyət»  anlayışının üç əsas əlamətini qeyd

etmişdir.

1

B.M.Teplova görə qabiliyyətlər altında,  birincisi, 



insanları

bir-birlərindən

fərqləndirən

fərdi-psixoloji

xüsusiyyətlər başa düşülür. İkincisi, ümumiyyətlə hər cür fərdi

xüsusiyyəti deyil, yalnız hər hansı bir və ya bir neçə fəaliyyəti

müvəffəqiyyətlə icra etməyə imkan verən fərdi xüsusiyyəti

qabiliyyət  adlandırmaq olar.

Üçüncü,  «qabiliyyət»  anlayışını hər hansı bir insanda

artıq yaranmış olan bilik, vərdiş və bacarıqlarla eyniləşdirmək

olmaz.

A.V.Petrovskinin



M.Q.Yaroşevskinin

fikrincə

qabiliyyətlər və bilik, qabiliyyətlər və bacarıq, qabiliyyətlər və

vərdişlər eyniyyət təşkil etmir.  Bilik,  bacarıq və vərdişlərə

nisbətdə qabiliyyətlər bir növ imkan kimi çıxış edir.  Onların

fikrincə psixologiya elmi qabiliyyətlər ilə fəaliyyətin mühüm

komponentləri olan bilik,  bacarıq və vərdişlərin eyni

olmadıqlarını inkar etməklə yanaşı, onların vəhdətini də xüsusi

olaraq göstərir.  Qabiliyyətlər yalnız fəaliyyətdə,  özü də həmin

qabiliyyətlər olmadan icrası mümkün olmayan fəaliyyətdə

aşkar olunur.

Bəs qabiliyyətlərin bilik,  bacarıq və vərdişlərlə vəhdəti

nədə ifadə olunur?  Qabiliyyətlər bilavasitə bilik,  bacarıq və

vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün

başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik

və bacarıqlara yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və

möhkəm icra olunmasında təzahür edir.

Qeyd edilənlərdən aydın olur ki,  qabiliyyətlər şəx-

siyyətin fərdi-psixoloji xüsusiyyətləri olub,  hər hansı bir

fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin

fəaliyyət üçün zəruri sayılan bilik,  bacarıq və vərdişlərə

                                                

1


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin