Yaş dövrləri
Kişi cinsi
Qadın cinsi
Yeni doğulan
1-10 gün
Südəmər uşaq
10 gün - bir il
Erkən uşaqlıq
1-2 il
Uşaqlığın ilk dövrü
3-7 il
Uşaqlığın ikinci dövrü
8-12 il
8-11 il
Yeniyetməlik dövrü
13-16 il
12-15 il
Gənclik dövrü
17-21 il
16-20 il
Orta yaş:
Birinci mərhələ
22-35 il
21-35 il
İkinci mərhələ
36-60 il
36-55 il
Yaşlı adamlar
61-75 il
56-75 il
Qocalıq yaşı
76-90 il
Uzunömürlülük
90 ildən yuxarı
VI.18.4. Müasir pedaqoji psixologiyanın əsas problemləri,
vəzifələri və bölmələri
Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsi pedaqoji
psixologiyanın qarşısında mühüm nəzəri və praktik əhəmiyyətə
malik olan problemlərin həlli vəzifəsini qoyur. Həmin
problemləri həll etmədən və onlardan irəli gələn vəzifələri
həyata keçirmədən pedaqoji psixologiya lazım olan səviyyəyə
qalxa bilməz.
Elm və texnikanın durmadan inkişaf etdiyi və
mənimsənilməsi zəruri olan məlumatların artdığı müasir
dövrdə pedaqoji psixologiyanın qarşısında duran ən mühüm
problemlərdən biri uşaqların həyatının hər bir senzitiv
dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı
üçün lazım olan bütün imkanları müəyyənləşdirmədən
ibarətdir. Psixoloqlar bu məsələnin pedaqoji psixologiya üçün
428
problem məsələ olduğunu onda görürlər ki, hər şeydən əvvəl,
uşaqlarda şəxsiyyətin və əqli inkişafın bütün senzitiv
mərhələləri, onların başlanğıcı, davamlılığı və sonu hələ də
məlum deyildir. Digər tərəfdən, hər bir uşağın həyatında bu
mərhələlərin təzahürü fərdi xarakter daşımaqla, müxtəlif
vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.
Pedaqoji psixologiyanın həll etməli olduğu problem-
lərdən biri də təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara
çıxarmaqdan
ibarətdir.
Uzun
müddətdən
bəri
dünya
psixoloqlarının diqqətini cəlb edən bu problem hələ də
pedaqoji psixologiyanın əsas problemlərindən biri kimi qalır.
Pedaqoji psixologiyanın həll etməli olduğu başqa bir
problem təlim və tərbiyənin ümumi və yaşla bağlı olan
cəhətlərinin əlaqəsinin aşkara çıxarılmasından ibarətdir.
Məlum olduğu kimi, uşağın hər bir yaş dövrü əqli və şəxsi
inkişaf üçün özünəməxsus imkan yaradır. Lakin bu sahədə
müəyyən tədqiqatların aparılmasına baxmayaraq hələ də uşaq
həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən
hansına üstünlük vermək, vahid pedaqoji prosesdə tərbiyəedici
və öyrədici təsirlərin bir-birini tamamlaması üçün hansı
yollardan istifadə etmək özünün əsaslı həllini tapmamışdır.
Pedaqoji psixologiyanın həll etməli olduğu problem-
lərdən biri də uşaqların psixoloji və davranış nöqteyi nəzərdən
inkişafında onların anadangəlmə, genotipik imkanlarının və
mühitin ayrılıqda və ya birgə təsirinin xüsusiyyətlərini aşkara
çıxarmaqdan ibarətdir.
Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixoloji
xüsusiyyətlərinin öyrənilməsi də pedaqoji psixologiyanın həll
etməli olduğu əsas problemlərdəndir. Pedaqoji fəaliyyətin
psixoloji strukturunu, müəllim şəxsiyyətinin, xüsusilə onun
pedaqoji bacarıq və qabiliyyətlərinin, pedaqoji ünsiyyət və
pedaqoji mərifətin psixoloji xüsusiyyətlərini aşkara çıxarmaqla
pedaqoji psixologiya pedaqoji fəaliyyətin idarə olunmasına
düzgün istiqamət vermiş olur.
429
Müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran
və həll edilməsi zəruri olan problemlərdən biri də pedaqoji
cəhətdən baxımsız uşaqlar problemidir. Bu problemlə sıx bağlı
“çətin” uşaqlar problemi ən ümdə problem kimi diqqəti cəlb
edir.
Son illərdə respublikamızda yaşlı nəsillə birlikdə qaç-
qınlıq həyatı keçirən uşaqların həyatı hamını düşündürür. Bu
baxımdan pedaqoji psixologiya da kənarda qala bilməz. Bu cür
uşaqların sosial-psixoloji adaptasiyası və psixoloji reabi-
litasiyası probleminin öyrənilməsi ən ciddi problemlərdən
biridir.
Yuxarıda qeyd olunan problemlərin həll edilməsi gənc
nəslin təlim və tərbiyəsi işinə öz önəmli təsirini göstərə bilər.
Bütün qeyd edilənlərdən aydın olur ki, müasir pedaqoji
psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr
durur. Həmin
vəzifələri
həyata
keçirmədən
pedaqoji
psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.
Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər
şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın
imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanuna-
uyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı
olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri
vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünya-
görüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının
ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar.
Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə
gəldikdə
buraya
təlimin
idarə
olunmasının
psixoloji
məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini,
şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsu-
siyyətlərini və s. öyrənməyi aid etmək olar. Bununla yanaşı
olaraq, pedaqoji psixologiya təlim və tərbiyənin motivlərini
aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə
silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir.
Pedaqoji psixologiyanın bir-biri ilə sıx bağlı olan
430
bölmələri vardır. Pedaqoji psixologiyanın həmin bölmələrinə
tərbiyə psixologiyasını, təlim psixologiyasını, pedaqoji
fəaliyyət və müəllim şəxsiyyəti psixologiyasını aid etmək olar.
Bununla yanaşı psixoloji ədəbiyyatın bir çoxunda anomal
uşaqlarla təlim, tərbiyənin psixologiyasını da pedaqoji
psixologiyanın şöbələrindən biri kimi qeyd edirlər.
Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının
psixoloji mexanizmlərini, tərbiyə işinin metodları və
formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji
cəhətdən
əsaslandırılmasını,
şagird
kollektivinin
psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin
idarəolünması problemini, «çətin» uşaqlar, onların davranışının
korreksiyası məsələlərini öyrənir. Bunların hamısı vahid bir
vəzifəni - şəxsiyyətin formalaşdırılması vəzifəsini yerinə yetir-
məyə yönəlmiş olur.
Təlim psixologiyası təlimin mahiyyəti və psixoloji
qanunauyğunluqlarını, didaktikanın, xüsusi metodikaların,
problemli təlimin, proqramlaşdırılmış təlimin, əqli əməliy-
yatların formalaşmasının psixoloji əsaslarını, təlim və inkişafın
qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir
texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s.
məsələləri tədqiq edib öyrənir.
Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası
pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyəti
və onun peşə-psixoloji istiqamətini, pedaqoji funksiyasının,
pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını,
pedaqoji
mərifət
və
pedaqoji
ünsiyyətin
psixoloji
xüsusiyyətlərini və s. öyrənir.
.
VI.18.5. Yaş və pedaqoji psixologiyasının tədqiqat
metodları
Yaş
psixologiyasında
istifadə
olunan
tədqiqat
431
metodları kompleksi bir neçə blokdan ibarətdir. Bu metodların
bir qismi ümumi psixologiyadan, digər qismi differensial
psixologiyadan, üçüncü qismi sosial psixologiyadan götü-
rülmüşdür.
Uşaqlarda
idrak
proseslərinin
və
şəxsiyyətin
öyrənilməsi üçün tətbiq olunan bütün metodlar ümumi psixolo-
giyadan götürülmüşdür. Bu metodlar uşaqların yaşına uy-
ğunlaşdırılmaqla ayrı-ayrı yaş dövrlərində qavrayışın, diqqətin,
hafizənin, təxəyyülün, təfəkkürün
və
nitqin
inkişaf
xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir.
Differensial psixologiya yaş psixologiyasını uşaqların
fərdi və yaş xüsusiyyətlərini öyrənmək üçün zəruri olan
metodlarla təmin etmişdir. Bu metodlar içərisində əkizlər
metodu xüsusi yer tutur.
Sosial psixologiyadan götürülmüş metodlardan müxtəlif
uşaq qruplarında şəxsiyyətlərarası münasibətləri, eləcə də
uşaqlarla yaşlı adamlar arasındakı qarşılıqlı münasibətləri
öyrənmək üçün istifadə olunur. Həmin metodlar uşaqların
yaşına uyğunlaşdırılmış olur. Bunlara müşahidə, sorğu, in-
tervyu, sosiometrik metodu, sosial-psixoloji eksperimenti aid
etmək olar.
Qeyd
olunan
metodların
bəzilərinin
tətbiqi
xüsusiyyətlərinə nəzər salaq.
Müşahidə metodunun müxtəlif variantlarından istifadə
olunması uşaq haqqında kifayət qədər əsaslandırılmış məlumat
əldə etməyə imkan verir. Hər cür müşahidəni məqsədəyönəlmiş
və müvafiq proqrama, plana uyğun şəkildə aparmaq lazımdır.
Müvafiq nəticə əldə etmək üçün müşahidəni müntəzəm
aparmaq tələb olunur. Uşaqlar çox sürətlə inkişaf edirlər.
Onların psixologiyası və davranışı sürətlə dəyişir. Ona görə də
uşağın yaşından asılı olaraq müşahidələr arasındakı fasilə də-
yişməli olacaqdır. Məsələn, yeni doğulmuş uşaq üzərində hər
gün, 2-3 aylıqdan bir yaşa qədər dövrdə hər həftə, 1-3 yaşlı
uşaqlarda hər ay, bağça yaşlı uşaqlarda ildə ən azı iki dəfə və s.
432
müşahidə aparmaq lazım gəlir. Uşaqlar üzərində müşahidənin
gizli təşkil edilməsi, uşağın bunu hiss etməməsi daha dəqiq
nəticə əldə etməyə imkan verir.
Müşahidənin bir növü kimi "ana gündəlikləri”ndən
istifadə də səmərəli nəticə verir.
Çox vaxt uşaqlarla aparılan şifahi və yazılı sorğu
zamanı bir sıra çətinliklərlə rastlaşmaq olur. Bəzən uşaqlar ona
verilmiş sualı o qədər də düzgün başa düşmürlər. Ona görə də
sorğu zamanı uşağın ona verilən sualı nə qədər düzgün başa
düşdüyünü müəyyənləşdirmək lazımdır.
Uşaqlarla aparılan tədqiqat işində uşağın psixologiyası
və davranışı barədə daha düzgün məlumatlar əldə etmək üçün
eksperiment daha səmərəli metodlardan biri hesab olunur.
Eksperimentlərin daha səmərəli olması üçün onların təbii şə-
raitdə, oyun və təlim fəaliyyətində aparılması zəruridir. Bu
zaman uşaqları eksperimentin gedişinə maraqlandırmaq
lazımdır.
Testləşdirmənin tətbiqi zamanı da uşaqların bu işdə
iştirakının stimullaşdırılması zəruridir. Bunun üçün Kettelin və
Vekselerin testlərinin uşaq variantlarından və sosiometrik testin
bəzi formalarından istifadə olunması daha yaxşı nəticə verə
bilər.
Pedaqoji psixologiyanın tədqiqat metodlarına gəldikdə
ümumi psixologiyada, yaş psixologiyasında və psixologiyanın
digər sahələrində istifadə olunan tədqiqat metodlarından
pedaqoji psixologiyada da istifadə olunur. Bu metodlara
müşahidə, şifahi və yazılı sorğu, eksperiment, fəaliyyət
məhsullarının təhlili, anketlər, testləşdirmə və s. aid etmək olar.
Pedaqoji psixologiyada bu metodlardan istifadə edərkən
uşaqların yaş xüsusiyyəti, psixoloji-pedaqoji problemin
xüsusiyyətləri, onların köməyi ilə uşaqların tərbiyəlilik və
hazırlıq səviyyələrini, təlim və tərbiyənin təsiri altında onların
psixologiyası və davranışında baş verən dəyişiklikləri aşkara
çıxarmaq imkanları nəzərə alınaraq müvafiq dəyişikliklər
433
edilir. Məsələn, pedaqoji müşahidədən uşaqların müxtəlif
sosial şəraitdə özlərini necə aparmalarını, eləcə də müxtəlif
həyati məsələləri həll edərkən əldə etmiş olduqları bilik və
vərdişləri tətbiq edə bilmək bacarığını aşkara çıxarmaq üçün
istifadə etmək olar. Daha yaşlı uşaqları - yeniyetmə və gəncləri
öyrənərkən
bu
məqsədlə
yazılı
sorğu
və
testlərdən,
məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla şifahi sorğudan
istifadə etmək mümkündür.
Bu cür ümumi metodlarla yanaşı pedaqoji psixologiyanın
özünəməxsus xüsusi metodları da vardır. Bu cür metodlara
psixoloji-pedaqoji eksperimenti və uşaqların öyrənməyə
qabillik, biliklilik və tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq
üçün xüsusi psixoloji-pedaqoji testləşdirməni aid etmək olar.
Pedaqoji
psixologiyada
istifadə
olunan
metodları
aşağıdakı şəkildə qruplaşdırmaq olar: təşkiledici, prosedur,
qiymətləndirici, eləcə də faktların toplanması və işlənməsi ilə
bağlı metodlar. Təşkiledici metodlara məqsəd, məzmun, aparı-
lan tədqiqatın strukturu və təşkili, onların tərkibi və hazırlıq
aiddir. Prosedur metodlara bütövlükdə aparılacaq tədqiqatın,
eləcə də onun hissələrinin həyata keçirilmə forması aiddir.
Qiymətləndirici metodlara tədqiqatın nəticələrinin psixoloji-
pedaqoji
qiymətləndirilməsi
yolları
daxildir. Faktların
toplanması və işlənməsi üçün tətbiq olunan metodların köməyi
ilə yoxlanılanlar haqqında zəruri məlumatlar əldə edilir. Əldə
edilmiş faktların işlənməsi üçün tətbiq olunan metodların kö-
məyi ilə müvafiq nəzəri və praktik psixoloji-pedaqoji nəticələr
və tövsiyyələr irəli sürmək mümkün olur.
Qeyd etdiyimiz tədqiqat xarakteri daşıyan metodlarla
yanaşı elə metodlar da vardır ki, onların köməyi ilə uşaqlara
birbaşa praktik psixoloji-pedaqoji təsir göstərmək olur. Bu cür
metodlara psixoloji məsləhət və korreksiyanı aid etmək olar.
Psixoloji məsləhət adi söhbət şəklində şagirdlə, onun
valideynləri və ya onun təlim-tərbiyəsi ilə məşğul olan
adamlarla aparıla bilər. Psixoloji məsləhətdən fərqli olaraq
434
psixokorreksiyanın köməyi ilə psixoloq maraqlandığı şəxsə
bilavasitə psixoloji-pedaqoji təsir göstərir.
Pedaqoji psixologiyada eksperiment metoduna xüsusi yer
verilir. Əldə edilmiş nəticələrin taleyi və səmərəliliyi psixolo-
ji-pedaqoji eksperimentin düzgün təşkili və aparılmasından
asılıdır. Psixoloji-pedaqoji eksperimentin nəticəsinin etibarlı-
lığı üçün bir sıra şərtlərə əməl olunmalıdır. Hər şeydən əvvəl,
nəticələrdə səhvlərə yol verməmək üçün eksperimentin təşkili
məntiqi əvvəlcədən düşünülməlidir.
Psixoloji-pedaqoji tədqiqatın aparılmasına verilən ikinci
xüsusi tələb testlər və digər psixodiaqnostik metodlarla
bağlıdır. Onlar kifayət qədər yoxlanmalı və uşaqların yaşına
uyğunlaşdırılmalıdır.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Yaş psixologiyası nəyi öyrənir?
2. Pedaqoji psixologiyanın predmetini nə təşkil edir?
3. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri
hansılardır?
4. Psixi inkişafın hansı yaş dövrləri vardır? Bunları hansı
prinsipə əsasən müəyyənləşdirmişlər?
5. Pedaqoji psixologiyanın əsas bölmələri hansılardır?
6. Pedaqoji psixologiyanın vəzifələri hansılardır?
7. Yaş
və
pedaqoji
psixologiyanın
tədqiqat
metodlarından danışın.
Referat, məruzə və müstəqil tədqiqiat üçün mövzular
1. Psixologiyada psixi inkişaf problemi.
2. Yaş psixologiyasının inkişaf tarixindən.
3. Pedaqoji psixologiyanın inkişaf tarixindən.
4. Müasir pedaqoji psixologiyanın əsas problemləri.
435
Ədəbiyyat
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2002, səh. 21-
38.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991,
səh.5-24
Abramova Q.S. Vozrastnaə psixoloqiə. – M., 1999
Aseev V.Q. Vozrastnaə psixoloqiə. İrkutsk, 1989, s.32-
50
Vozrastnaə psixoloqiə. Xrestomatiə. – M., 2001, s.11-61
Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə./ Pod red M.V.
Qamezo i dr. s.10-13;27-46
Leontğev A.N. Problemı razvitiə psixiki. – M., 1981, s.
538-557
436
19-cu FƏSİL
MƏKTƏBƏ DAXİL OLANADƏK UŞAĞIN
PSİXİ İNKİŞAFI
Qısa xülasə
Körpəlik və erkən uşaqlıq dövrünün xüsusiyyətəri. Yeni
doğulmuş uşaq. Şərtsiz reflekslər. İlk şərti reflekslərin yaranması. Körpənin
böyüklərlə bilavasitə - emosional ünsiyyəti. Hərəki fəallığın formalaşmağa
başlaması. Körpəlik dövründə psixi inkişafın xüsusiyyətləri. Erkən uşaqlıq
yaşının xarakteristikası. İdrak prosesləri və nitqin inkişaf xüsusiyyətləri.
Müstəqillik meylinin formalaşması, 3 yaşın böhranı.
Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri. Bağça yaşı döv-
ründə uşaqların ümumi inkişafı. Uşağın psixi inkişafında oyunun rolu.
Bağça yaşı dövründə oyun uşağın əsas fəaliyyət növü kimi. İdrak prosesləri
və nitqin inkişafı: qavrayış, diqqət, hafizənin, təxəyyül və təfəkkürün inkişaf
xüsusiyyətləri.
Uşağın məktəbə psixoloji hazırlığı şərtləri. Uşağın məktəbə psix-
oloji hazırlığında idrak proseslərinin: qavrayış, diqqət, hafizənin, təxəyyül
və nitqin inkişaf səviyyəsinin rolu. Uşaqda idrak maraqlarının, təlim motiv-
lərinin, qabiliyyət və xarakter əlamətlərinin inkişafı.
VI. 19.1. Körpəlik və erkən uşaqlıq dövrünün
xüsusiyyətləri
Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yalnız bir
neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz
refleksə malik olur. Bunlar ətraf aləmlə ilkin əlaqə yaratmaq
imkanı verir. İkinci həftənin axırlarında uşaqda ilk şərti refleks
yaranmağa başlayır. Üçüncü ayın sonunda bütün analizatorlar
üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqəsini bir
növ asanlaşdırır.
437
Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki
yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və
körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə
sensor və hərəki funksiyalar, nitqə yiyələnməyə hazırlıq
böyüklərlə bilavasitə qarşılıqlı təsir prosesində intensiv imkan-
ları əldə edir. Körpəlik dövründə böyüklərlə bilavasitə - emo-
sional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və
başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə
onun fiziki və psixi inkişafında mühüm rol oynayır.
Körpəlik dövründə uşaqda hərəki fəallıq artır, hərəki
vərdişlər sürətlə formalaşmağa başlayır. Bir il ərzində uşağın
hərəkətlərinin inkişafında heyrətamiz dəyişikliklər baş verir.
Bu dövrdə uşaqlarda hərəki vərdişlər, xüsusilə əlin və ayağın
mürəkkəb, tənzimlənmiş hərəkətləri sürətlə formalaşır. Bu cür
hərəkətlər sonralar uşağın idrak və əqli qabiliyyətlərinin
yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uşaq
oturmağı, iməkləməyi, ayaq üstə durmağı və nəhayət
böyüklərin köməyi ilə yeriməyi öyrənir. Bütün bunların
sayəsində uşağın ətraf aləm haqqında müvafiq məlumatlar əldə
etməsi asanlaşır. Nəticədə körpədə xarici aləm haqqında
təsəvvürlər formalaşmağa başlayır.
Körpəlik dövründə uşaqda temperatur, lamisə, görmə,
iybilmə və dadbilmə duyğuları kompleks şəkildə inkişaf
etməyə başlayır. Bu, körpədə qavrayışın inkişafına imkan verir.
Yeni doğulmuş uşaq gözü ilə obyektləri izləyə bilsə də hələ iki-
dörd aya qədər onun görməsi nisbətən zəif olur.
İkinci aydan başlayaraq uşaqda sadə rəngləri fərq-
ləndirmək qabiliyyəti özünü göstərməyə başlayır. İki-üç aylıq
körpə anasının gülümsəməsinə özünün gülümsəməsi və
hərəkətlərinin ümumi fəallaşması ilə reaksiya verir. Bu can-
lanma kompleksi adlanır. Psixoloqlar belə bir qənaətə
gəlmişlər ki, yaşlıların uşaqla intensiv emosional ünsiyyəti
uşağın psixi inkişafına müsbət təsir etdiyi halda, laqeyd,
ürəkdən gəlməyən ünsiyyət isə canlanma kompleksinin
438
inkişafına mane olur və ümumi psixi inkişafı ləngidə bilir.
Uşağın sifətindəki təbəssüm öz-özünə yaranmır. Buna
anasının, onu əhatə edənlərin mehriban müraciəti səbəb olur.
Ona görə də uşaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi,
mimikası xoş, fərəhli, səsi isə cəlbedici, emosional xarakter
daşımalıdır. İlk kompleks canlanma ünsürləri uşağın həyatının
ikinci ayında özünü göstərir. Bu – susmaq, təbəssüm,
qığıldamaq şəklində baş verir. Üçüncü ayda bu ünsürlər bir sis-
tem halında birləşir və eyni vaxtda baş verir.
Üçüncü-dördüncü ayda uşaqlar öz davranışları ilə aydın
şəkildə göstərirlər ki, onlar yalnız tanış adamları, adətən, ailə
üzvlərini görmək, eşitmək və onlarla ünsiyyətdə olmağa
üstünlük verirlər.
Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır.
Birinci yaşın sonunda uşaq xeyli sözü başa düşür, eyni zaman-
da tək-tək hecaları və sözləri tələffüz edə bilir.
Körpədə hafizənin təşəkkülü şərti reflekslərin meydana
gəlməsi ilə əlaqədar baş verir. Uşaq ilk dəfə ancaq həyatında
mühüm rol oynayan, üzvü tələbatı ilə bağlı olan cisimləri
tanıyır. 5-6 aylıq uşaqlar yaxın adamları tanımağa başlayırlar.
7-8 ayda isə adı çəkilən əşyanı axtarırlar.
Uşaqlarda emosiyalar çox erkən müşahidə olunur. Bu-
nunla yanaşı körpə uşaqlarda emosiyalar çox dəyişkən olur.
Dostları ilə paylaş: |