V. 17. 5. Qabiliyyətlərin formalaşması
Qabiliyyətlər
və
təlim.
Qabiliyyətlərin
formalaşmasında ən önəmli rolu təlim oynayır. Təbii imkan-
lardan danışarkən qeyd olunduğu kimi, qabiliyyətlərin
inkişafı müxtəlif adamlarda heç də eyni cür olmayan təbii ilkin
şərtlərdən asılı olsa da, qabiliyyətlər daha çox bəşər tarixinin
məhsuludur. İnsan bəşəriyyətin əldə etdiyi təcrübəni, bilik
sərvətlərini mənimsəmədən müvafiq qabiliyyətlərə yiyələnməsi
mümkün deyildir. Bununüçünsə təlim xüsusi yer tutur. İnsanlar
təlim
prosesində
tarixən
əldə
edilmiş
nailiyyətlərə
yiyələnməklə, öz qabiliyyətlərini formalaşdırırlar. A.V. Pe-
trovski və M.Q.Yaraşevskinin qeyd etdikləri kimi «qabiliy-
yətlərin təzahürü insanların tarixən ictimai tələbatlara cavab
vermək məqsədilə əldə etdikləri müvafiq bilik, bacarıq və
vərdişlərin formalaşmasının konkret iş pryomlarından (metodi-
kadan) bilavasitə asılıdır».
Aparılmış tədqiqatlar və həyati faktlar bu fikri bir daha
təsdiq etmişdir. Məktəb təcrübəsində bunu aydın görürük.
Beləki bəzi müəllimlər səmərəli təlim metodlarının tətbiqi
sayəsində
öz
siniflərində
oxuyan
bütün
şagirdlərin
qrammatikanı, riyaziyyatı və s. mənimsəmələrinə nail ola
bilirlər. Adətən, tətbiq olunan metodika uğur qazanmağa imkan
vermədikdə qabiliyyətin anadangəlmə olmasına xüsusi diqqət
yetirirlər.
Bununla
belə,
şübhəsiz
təbii
imkanların
səviyyəsindən asılı olaraq uşaqların müəyyən fəaliyyət növünü
mənimsəmələri fərqli xarakter daşıyacaqdır. Bir cəhəti də
nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik olan
insanlarda da müvafiq qabiliyyətlərin formalaşması üçün
onların təlim fəaliyyətinə cəlb olunmaları, bu zaman lazımi
təlim metodlarından istifadə olunması zəruridir.
Qabiliyyətlər
və
maraqlar.
Qabiliyyətlərin
formalaşmasında təlimlə yanaşı davamlı xüsusi maraqlar da
415
mühüm rol oynayır. Xüsusi maraqlar dedikdə, psixologiyada
insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, bu
fəaliyyət növü ilə əsaslı məşğül olmaq meylinə çevrilən maraq-
lar nəzərdə tutulur. Bu baxımdan insada yaranan idrak
maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə
təhrik edir. Nəticədə idrak maraqlarının təsiri altında
fəaliyyətin mənimsənilməsi baş verir, insanın həmin fəaliyyəti
müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür
edir. Deməli, hər hansı bir fəaliyyət sahəsinə idrak
maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin
oyanması ilə sıx bağlıdır.
Bütün yaş dövrlərində bu cür xüsusi maraqların
təzahürünü müşahidə etmək mümkündür. Lakin təcrübə
göstərir ki, bu cür maraqlar heç də həmişə davamli xarakter
daşımır. Belə olduqda həmin maraqlar qabiliyyətlərin
formalaşmasına lazımi təsir göstərə bilmir.
Qabiliyyətlərin inkişafı. Qabiliyyətlərin digər psixi
hadisələrdən fərqləndirici xüsusiyyəti onun təbii imkanlarla sıx
bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, hər
bir təbii imkanın qabiliyyətə çevrilməsi böyük inkişaf yolu
keçməli olur. Həyati faktlar göstərir ki, insan qabiliyyətlərinin
bir çoxunda bu inkişaf həyatın ilk günlərindən başlayır, müva-
fiq qabiliyyətlər dayanmadan inkişaf edir. Qabiyyətlərin inkişaf
prosesini bir neçə mərhələyə ayırmaq mümkündür. Bu
mərhələlərin bəzilərində gələcək qabiliyyətin anatomik-fizioliji
əsasına hazırlıq baş verir, digər mərhələdə isə təbii imkanların
qeyri bioloji planda formalaşması, üçüncü mərhələdə isə zəruri
qabiliyyət müvafiq səviyyəyə çatması baş verir. Bütün bu
proseslər paralel şəkildə çərəyan edə, bu və digər şəkildə bir bi-
rinin üzərinə düşə, bir-birini tamamlaya bilər.
Aparılmış tədqiqatlar göstərmişdirki, elementar şəkildə
olsa da, əsasında aydın ifadə olunan anatomik fizioloji
imkanları hiss olunan qabiliyyətlərin ilkin inkişaf mərhələsində
belə zəruri üzvü strukturun və ya onların əsasında zəruri funk-
416
sional üzvlərin formalaşması tələb olunur. Bu, adətən, anadan
olandan 6-7yaşa qədər olan dövrü əhatə edir. Bu zaman bütün
analizatorların təkmilləşməsi beyinin ayrı-ayrı sahələrinin,
bünlarla bağlı olaraq hərərət orqanlarının, xüsusilə əlin inkişafı
tələb olunur. Bütün bunlar uşaqda ümumi qabiliyyətlərin
formalaşması və inkişafı üçün səmərəli şərait yaradır ki, bu da
xüsusi qabiliyyətlərin inkişafı üçün zəmin rolunu oynayır.
Xüsusi qabiliyyətlərin fəal şəkildə yaranması, özünü
göstərməsi məktəbəqədər dövrdə müşahidə olunur, kiçik və or-
ta məktəb yaşı dövründə inkişaf tempi daha da yüksəlir. İlk
dövrlər bu inkişafa uşaqların müxtəlif tipli oyunları, sonra isə
təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir.
Psixoloji
tədqiqatlar
göstərmişdir
ki, uşaqlarda
qabiliyyətlərin inkişafında kompleks şəkildə aparılan işlər,
başqa sözlə eyni vaxtda bir-birini tamamlayan bir neçə
qabiliyyətin inkişaf etdirilməsi daha səmərəli nəticə verir.
Çoxplanlı və müxtəlif fəaliyyət növlərindən istifadə
edən insanda qabiliyyətlərin kompleks şəkildə inkişafı üçün
şərait yaranmış olur.
Təcrübə göstərir ki, əgər uşağın fəaliyyəti yaradıcı xa-
rakter daşıyırsa, o daima uşağı fikirləşməyə məcbur edir, onun
üçün cəzbedici olur, öz qabiliyyətini yoxlamaq və inkişaf
etdirmək vasitəsinə çevrilir.
Əgər yerinə yetirilən fəaliyyət optimal çətinlik
zonasında, daha doğrusu onun imkanları səviyyəsində olarsa,
bu həmin sahədə uşağın qabiliyyətinin inkişafını da öz
arxasınca aparacaqdır. Bu zonadan kənarda olan fəaliyyət
qabiliyyətin inkişafına lazim təsir göstərə bilməyəcəkdir. Əgər
həmin fəaliyyət həddindən artıq sadə olarsa, o sadəcə olaraq
yiyələndiyi qabiliyyəti həyata keçirməyə imkan verəcəkdir.
Əgər yerinə yetirilməli olan fəaliyyət həddindən artıq
mürəkkəb olarsa, onda həmin fəaliyyət optimal çətinlik
zonasını aşdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə yeni
bacarıq və vərdişlərin formalaşmasına səbəb olmayacaqdır.
417
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Siz qabiliyyət haqqında nə bilirsiniz? Onun tərifini
verin.
2. B.M.Teplov qabiliyyətləri necə xarakterizə etmişdir?
3. Qabiliyyətlərin bilik, basarıq və vərdişlərlə vəhdəti
nədən ibarətdir?
4. İstedad nəyə deyilir?
5. İstedadın uşaqlıq, yeniyetməlik və gənclik dövrü
üçün xarakterik olan hansı növləri vardır?
6. Qabiliyyətləri keyfiyyət baxımından necə xarakterizə
etmək olar?
7. Qabiliyyətlərin kompensasiya imkanları haqqında
danışın.
8. Xronoloji və ağıl yaşları bir-birindən nə ilə
fərqlənir?
9. Əqli istedad əmsalı hansı düsturla hesablanır?
10.Qabiliyyətlərin quruluşunu şərh edin.
11.Ümumi və xüsusi qabiliyyətləri xarakterizə edin.
12.Talant və dahilik haqqında danışın.
13.Təbii imkanlar qabiliyyətdə nə kimi rol oynayır?
14.Ünsiyyətin qabiliyyətdə yeri nədən ibarətdir?
15.Qabiliyyətlərin formalaşmasından danışın. Ona təsir
edən amillər hansılardır?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Qabiliyyətlər və onların quruluşu.
2. Şagirdlərdə qabiliyətlərin inkişafı.
3. İnsan qabiliyyətlərinin sürətli inkişafı şərtləri.
418
4. Qabiliyyətlər və təbii imkanlar.
Ədəbiyyat
Əlizadə Ə.Ə. İstedadlı uşaqlar. Psixoloji məsələlər.
Esselər, etüdlər. - Bakı, 2005.
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji
problemləri. - Bakı,1998,s.187-213.
Qədirov Ə.Ə. Yaş psixologiyası. - Bakı, 2002
Xrestomotiə po vozrastnoy i pedaqoqiçeskoy psixolo-
qii- M, 1981
Leytes N.S. Umstvennıe sposobnosti i vozrast. - M,
1971, s.129-278
9.Leytes N.S. Sposobnosti i odarennostğ v detskie qodı.
M. -1984
Teplov B.M. İzbrannıe trudı. V 2 kn. - T 1, M.-1985,
s.15-41
Odorennıe deti - M. 1991, s.15-67;153-157 .
Qureviç K.M. İndividualğno – psixoloqiçeskie oso-
bennosti şkolğnikov. M. 1988, s.53-72.
Petrovskiy A.V., Əroşevskiy M.Q. Psixoloqiə. – M.,
2001, s. 475-496.
419
ALTINCI HİSSƏ
ŞƏXSİYYƏT TƏLİM VƏ TƏRBİYƏNİN
OBYEKTİ KİMİ
18-ci FƏSİL
YAŞ VƏ PEDAQOJİ PSİXOLOGİYANIN
PREDMETİ, VƏZİFƏLƏRİ VƏ METODLARI
Qısa xülasə
Yaş və pedaqoji psixologiyanın predmeti. Yaş psixologiyası
haqqında anlayış. Psixi inkişafın şəraiti və hərəkətverici qüvvələri.
Psixi inkişafın qanunauyğunluqları. Pedaqoji psixologiyanın predme-
ti. Pedaqoji psixologiya müasir psixologiya elminin sahələrindən biri
kimi. Tərbiyə,
təlim
və
pedaqoji
fəaliyyətin
psixoloji
qanunauyğunluqlarının öyrənilməsi pedaqoji psixologiyanın predme-
ti kimi.
Yaş psixologiyasının əsas bölmələri və vəzifələri. Yaş
psixologiyasının bölmələri: uşaq psixologiyası, yeniyetmələrin
psixologiyası, gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası,
uzun ömürlülük psixologiyası. Yaş psixologiyasının nəzəri və praktik
vəzifələri.
Psixi inkişafın yaş dövrləri. Psixi inkişafın yaş dövrlərinin
müəyyənləşdirilməsi
prinsipləri.
Yaş
dövrlərinin
ümumi
xarakteristikası.
Müasir pedaqoji psixologiyanın əsas
problemləri,
vəzifələri və bölmələri. Uşaqların həyatının senzitiv dövrləri; təlim
və inkişafın qarşılıqlı əlaqəsi; təlim və tərbiyənin ümumi və yaşla
bağlı olan cəhətlərinin əlaqəsini aşkara çıxarmaq problemləri;
«çətin» uşaqlar, qaçqın və köçgün uşaqların reabilitasiyası problemi.
Pedaqoji psixologiyanın əsas bölmələri, nəzəri və praktik vəzifələri.
Yaş və pedaqoji psixologiyanın metodları. Yaş psixologiya-
420
sında istifadə olunan metodlar kompleksinin psixologiya elminin
müxtəlif sahələrindən götürülməsi. Uşaqlarla iş zamanı müşahidə
metodu. Ana gündəlikləri. Uşaqların öyrənilməsində sorğudan
istifadə. Yaş psixologiyasında eksperiment və testlərdən istifadə. Pe-
daqoji psixologiyanın metodları. Pedaqoji psixologiyanın ümumi və
xüsusi metodları. Təşkiledici, prosedur, qiymətləndirici, faktların
toplanması və işlənməsi metodları. Psixoloji məsləhət, korreksiya,
psixoloji-pedaqoji eksperiment və s. metodları.
VI.18.1. Yaş və pedaqoji psixologiyanın predmeti
Yaş psixologiyası haqqında anlayış. Yaş psixologiyası
müasir
psixologiyanın
əsas
sahələrindən
biridir. Yaş
psixologiyasının predmetini birinci növbədə insan psixikasının
inkişaf dinamikasının, şəxsiyyətin psixi prosesləri və psixi
xassələrinin ontogenezinin inkişaf xüsusiyyətlərinin öyrə-
nilməsi təşkil edir.
Yaş psixologiyasının predmetinə fərdin psixologiyası
və davranışının “yaş” anlayışı ilə ifadə olunan spesifik birliyini
də aid etmək olar. Nəzərdə tutulur ki, insan hər bir yaş
dövründə psixoloji və davranış xüsusiyyətlərinin həmin yaş
dövrü üçün xarakterik olan və həmin dövrdən kənarda heç vaxt
özünü göstərməyən birliyinə malik olur.
Yaş
psixologiyasının
predmetini
təşkil
edən
məsələlərdən birini də insanın psixiki inkişafının hərəkətverici
qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi
inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi
inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən
səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici
qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni
tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik
ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil,
421
bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər
özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik
xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında
daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki,
onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir
göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın
qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qa-
nunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların
köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun
köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Pedaqoji psixologiyanın predmeti. Məktəblərimizin
ən mühüm və daimi vəzifəsi olan gənc nəslə elmlərin əsasları
haqqında dərin və möhkəm biliklər vermək, həmin bilikləri
təcrübəyə tətbiq etmək vərdişləri və bacarığı aşılamaq, hər-
tərəfli
inkişaf
etmiş
şəxsiyyət
formalaşdırılması
işini
müvəffəqiyyətlə həyata keçirmək üçün müəllim tərbiyənin və
təlimin psixoloji qanunauyğunluqlarına dərindən yiyələnməli
və özünün pedaqoji fəaliyyətində həmin biliklərdən istifadə et-
məyi bacarmalıdır. Bu cür biliklər isə müasir psixologiya elmi-
nin mühüm sahələrindən biri olan pedaqoji psixologiyada öz
əksini tapır.
Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə,
təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqla-
rının öyrənilməsi təşkil edir.
Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə,
şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrə-
nilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı
əlaqəsinin, tərbiyənin
idarə
olunması
problemlərinin,
özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixo-
loji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin
psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.
Təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim
və inkişafın qarşılıqlı əlaqəsini, psixi proseslərin, xüsusilə
şagirdlərdə təfəkkürün inkişafında təlim fəaliyyətinin aparıcı
422
rolunu, təlim motivlərinin psixoloji xüsusiyyətlərini, təlim
fəaliyyətinin struktur komponentlərini, əqli fəaliyyətin priyom
və vərdişlərinin mənimsənilməsi prosesinin idarə olunması
problemlərini öyrənmək müasir pedaqoji psixologiyanın
predmetinə daxil olan ən mühüm komponentlərdəndir. Bunlar-
la yanaşı olaraq, təlimdə müvəffəqiyyəti və müvəffəqiyyətsiz-
liyi şərtləndirən psixoloji amilləri, müasir dərsə verilən psix-
oloji tələbləri, təlim prosesində müasir texniki vasitələrdən
istifadənin psixoloji xüsusiyyətləri, pedaqoji fəaliyyətin psix-
oloji xüsusiyyətləri, müəllim və şagirdlərin qarşılıqlı mü-
nasibətlərinin, müəllimin pedaqoji bacarıq və vərdişlərinin,
xüsusilə onun pedaqoji ünsiyyəti və pedaqoji mərifətinin psix-
oloji mexanizmlərini və təlim və tərbiyənin digər mühüm psix-
oloji məsələlərini öyrənmək, aşkara çıxarmaq da pedaqoji
psixologiyanın predmetini təşkil edir.
423
VI. 18. 2. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri
Yaş psixologiyası müasir psixologiya elminin əsas
sahələrindən biri olmaqla yanaşı onun da özünəməxsus və bir-
birini tamamlayan bölmələri vardır. Bunlara aşağıdakılar dax-
ildir: uşaq
psixologiyası, yeniyetmələrin
psixologiyası,
gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası, uzun
ömürlülük psixologiyası (herontopsixologiya).
Müasir yaş psixologiyasının qarşısında duran vəzifələr
geniş və çoxsahəlidir. Yaş psixologiyasının qarşısında duran
əsas vəzifə şəxsiyyətin inkişaf problemlərini, ayrı-ayrı yaş
dövrlərində onun xüsusiyyətlərini, psixi inkişafın dinamikasını,
ümumi
qanunauyğunluqlarını
öyrənməkdən
ibarətdir.
Şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri,
mexanizm, şərait və amillərinin, təlim-tərbiyə prosesində psixi
inkişafın yaş xüsusiyyətlərini nəzərə almağın səmərəli
yollarının və s. öyrənilməsi də yaş psixologiyasının qarşısında
duran mühüm vəzifələrdən hesab edilir.
VI. 18. 3. Psixi inkişafın yaş dövrləri
Psixi inkişafın yaş dövrlərinin müəyyənləşdirilməsi
prinsipləri. Psixoloji ədəbiyyatda uşağın inkişaf prosesi
haqqında iki müxtəlif nöqteyi-nəzər mövcud olmuşdur. Bun-
lardan birinə görə bu inkişaf prosesi fasiləsiz, digərinə görə
diskret - qeyri-bərabər xarakter daşıyır. Birinci fikrə görə
inkişaf dayanmadan, sürətlənmədən, ləngimədən baş verir. Ona
görə də bir mərhələni digərindən fərqləndirəcək hər hansı dəqiq
sərhəddi müəyyənləşdirmək mümkün deyildir. İkinci nöqteyi-
nəzərə görə inkişaf qeyri-rəvan, qeyri-bərabər şəkildə gedir.
Onun sürəti gah arta, gah da azala bilir. Bu isə inkişafın
keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaş dövrlərini
müəyyənləşdirməyə imkan verir. Bu fikrin tərəfdarları hesab
424
edirlər ki, hər bir mərhələdə inkişaf səviyyəsini şərtləndirən
əsas, aparıcı amillər mövcuddur. Bununla yanaşı, fərdi
xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər
bir mərhələsini, onlardan heç birini buraxmadan, qabağa
qaçmadan keçirlər.
Psixi inkişafın yaş dövrləri haqqında həmin konsepsiya
psixoloji ədəbiyyatda özünə geniş yer tapmış və uşaqların
təlim-tərbiyəsində geniş istifadə olunan konsepsiyadır.
Adətən insan bütün həyatı boyu özünün tələbatlarını
ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin
müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri
digərlərinə nisbətən “əsas”, “aparıcı” fəaliyyət növü hesab olu-
nur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində
onun tələbatlarını ödəyən, onun psixi proseslərinin və
şəxsiyyətinin fərdi psixi xassələrinin inkişafını şərtləndirən
fəaliyyət növüdür. Uşağın əsas fəaliyyət növünün dəyişməsi
onun yeni yaş mərhələsinə keçməsini göstərən əsas amildir.
D.B.Elkoninə görə uşaq anadan olandan 17 yaşa qədər
olan dövrdə ardıcıl olaraq aşağıdakı əsas fəaliyyət növlərindən
istifadə edir
və
buna
müvafiq
olaraq
yaş
dövrləri
müəyyənləşdirilir
1
:
1)
bilavasitə-emosional ünsiyyət;
2)
əşyavi-manipulyativ fəaliyyət;
3)
rollu oyunlar;
4)
təlim fəaliyyəti;
5)
intim-şəxsi ünsiyyət;
6)
təlim-peşə fəaliyyəti.
Həmin əsas fəaliyyət növlərindən hansından istifadəyə
əsaslanaraq D.B.Elkonin müvafiq şəkildə uşağın anadan
olandan orta məktəbi qurtarana qədər aşağıdakı altı yaş
1
Эльконин Д.Б. К проблеме периодизаüии психического развития в
детском возрасте. Хрестоматия по возрастной и педагогической пси-
хологии. -М., 1981. стр.26.
425
dövrünü keçdiyini qeyd etmişdir:
1. Körpəlik dövrü: anadan olandan bir yaşa qədər.
Bu dövrdə bilavasitə emosional ünsiyyət aparıcı fəaliyyət
rolunu oynayır. İkinci ayda meydana gələn kompleks canlanma
uşağın böyüklərlə ünsiyyətinin mürəkkəb forması kimi özünü
göstərir. Böyüklərlə bu cür emosional ünsiyyət uşağın əşyalarla
müstəqil olaraq manipulyasiya aparmağa başladığı dövrə qədər
davam edir.
2. Erkən uşaqlıq dövrü: bir yaşdan üç yaşa qədər.
Bu dövrdə əşyavi-manipulyativ fəaliyyət aparıcı fəaliyyət
olur. Bu zaman bir növ xüsusi əşyavi fəaliyyətə keçid baş verir.
Eyni zamanda uşağın böyüklərlə verbal ünsiyyət forması
inkişaf edir.
Aparılmış tədqiqatlar göstərmişdir ki, bu dövrdə uşaqlar
nitqdən təfəkkür aləti kimi deyil, insanlarla birgə fəaliyyət
zamanı əməkdaşlığı təmin etmək üçün əlaqə vasitəsi kimi
istifadə edirlər.
3. Bağça yaşı dövrü: üç yaşdan altı-yeddi yaşa qədər.
Bu dövrdə oyun aparıcı fəaliyyət rolunu oynayır, uşağın
psixika və davranışının bütün cəhətlərinin inkişafı üçün şərait
yaradır. Xüsusi oyun tərzlərindən istifadə etməklə uşaq bir növ
böyüklərin rolunu öz oyunlarında təkrar edir, insanlar
arasındakı qarşılıqlı münasibətləri özünəməxsus şəkildə
mənimsəyir. Bu zaman rollu oyunlar fəallığın növü kimi özünü
göstərir.
4. Kiçik məktəb yaşı dövrü: altı-yeddi yaşdan on-on bir
yaşa qədər.
Bu dövrdə uşaqların psixi inkişafında təlim aparıcı
fəaliyyət kimi özünü göstərir. Təlim prosesində əqli və idrak
qabiliyyətləri formalaşmaqla, təlimin köməyi ilə uşağı əhatə
edən adamlarla onun münasibətlər sistemi şərtlənir.
5. Yeniyetməlik dövrü: on-on bir yaşdan on dörd-on beş
yaşa qədər.
Bu dövrdə əmək fəaliyyəti, eləcə də xüsusi ünsiyyət
426
forması olan intim-şəxsi ünsiyyət meydana gəlir və inkişaf
edərək aparıcı fəaliyyət rolunu oynayır. Ünsiyyətin başlıca
məqsədi yoldaşlıq və dostluğun elementar normalarının aşkara
çıxarılması və mənimsənilməsindən ibarət olur. Ünsiyyətin
bütün formalarında yoldaşlığın özünəməxsus kodeksinə tabe
olmaq münasibəti müşahidə olunur.
6. İlk gənclik dövrü: on dörd-on beş yaşdan on yeddi
yaşa qədər.
Bu dövrdə təlim-peşə fəaliyyəti aparıcı rol oynayır.
Yeniyetməlik dövründə meydana gələn intim-şəxsi ünsiyyət
inkişafda mühüm əhəmiyyət kəsb edir. İlk gənclik dövründə
həyata baxışlar, peşə və şəxsi özünütəsdiq inkişaf edir.
Psixoloji ədəbiyyatda insanın bütün həyat silsiləsini əha-
tə edən aşağıdakı yaş dövrlərinin təsnifi verilmişdir:
|