IV.14.3. Şəxsiyyətin iradi keyfiyyətləri
Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində
təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi
xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psix-
oloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti,
sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin
formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək
olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
363
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət,
özünü ələ almaq, inam.
3. Üçüncü
iradi
keyfiyyətlər
–
məsuliyyətlilik,
intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa
bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət,
cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müs-
təqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini
mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə
iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm,
tərsliyi də aid etmək olar.
Təkidlilik – qəbul edilmiş qərarın icrası zamanı qarşıya
çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib
gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir.
Tərslik – isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb
qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət
bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən
öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd
etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olu-
nur. Qətiyyət – iradi keyfiyyət kimi iradi işin bütün
mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd aydınlığı
və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini
qətiyyətsizlik təşkil edir. Qətiyyətsiz adam üçün iradi işin bütün
mərhələləri uzun və üzücü prosesə çevrilir. Qətiyyətsizlik–
inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk
olunmaması və s. səbəblərlə bağlı olur.
Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi işin
icra mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul
edilmiş qərarın icrası zamanı, tapşırığın, işin müvəffəqiyyətli
həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı
getməkdə, risq etməkdə təzahür edir. Cəsarət iradəni
qüvvətləndirir və şəxsiyyətin hörmət və nüfuzunu artırır.
Özünəinam, məqsəd aydınlığı, ədalət cəsarətin aktivatorlarıdır.
364
Çox vaxt mərdlik, qəhrəmanlıq, igidlik, hünərpərvərlik, müba-
rizlik cəsarətliliklə sinonim sözlər kimi işlədilir. Cəsarətə əks
olan keyfiyyət qorxaqlıqdır. Qorxaqlıq – insanın motivasiya
sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş
verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq –
inamsızlıqla,
cəsarətliliklə,
qətiyyətsizliklə
çulğalaşan
keyfiyyətdir. Qorxu həm də orqanizmin bioloji müdafiə
reaksiyasıdır.
Özünü ələ ala bilmək əsasən şəxsin iradi iş zamanı
özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan
məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya
üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırılmasında
ifadə olunur. İradənin özünü ələ ala bilmək, keyfiyyəti ən çətin
situasiyada
insan
dözümlüyündə,
soyuqqanlılıq
və
təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri olub,
şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında
daşıdığı cavabdehlik hissi ilə sıx bağlıdır. Məsuliyyətliliyin
əsasən borc hissinin, eləcə də cavabdehlik hissinin inkişafı ilə
bağlı olması, sosial-mənəvi-psixoloji yetkinliyin göstəricisi
kimi qəbul edilir.
İntizamlılıq – şəxsin qəbul edilmiş qayda və qanunlara
əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir. İnsanın
fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara, eta-
lonlara və s. hörmətlə yanaşması, şəxsin intizamlı olmasını bil-
dirir. Görkəmli alman filosofu İ.Kant – nizam-intizamın insan-
da vəhşiliyi ləğvetmə vasitəsi olduğunu göstərmişdir.
İnsanların qrup və kollektiv şəraitdə birgə fəaliyyət göstərməsi,
başqa səbəblərlə paralel olaraq intizamlılıq keyfiyyətinin dərk
olunması ilə bağlıdır. İntizamlılıq – şəxsiyyətin işgüzarlığı və
sosiallığının göstəricisidir. İntizamlılıq həm də əxlaqi
qiymətdir.
İşgüzarlıq – mühüm iradi keyfiyyətlərdən biri olub,
başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq,
365
axıra qədər icra etməkdir. İşgüzarlıq, ardıcıllıq və icraçılıq bir-
birilə sıx vəhdət təşkil edən keyfiyyətlərdir. Tənbəllik –
işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin
təzahür formasıdır.
Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək,
göstəriş olmadan həyata keçirmək qabiliyyətidir. O, əsasən
qərar qəbulunda və icra olunmuş işə görə cavabdehlikdə özünü
göstərir. Müstəqil adam məsuliyyət hissinə, tənqidi ağıla,
möhkəm əqidəyə və dərin inam hissinə malikdir. Müstəqillik
ən mühüm iradi keyfiyyət kimi iradi işin həm intellektual, həm
də icra mərhələsində təzahür edir. Başqa iradi keyfiyyətlər ki-
mi, müstəqillik də sosial həyat şəraitindən, mühit və tərbiyədən
asılı olaraq formalaşan psixi xüsusiyyətdir.
Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil
edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaq,
təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən
başqalarının təsiri altına düşməkdir.
Səbrlilik. Psixologiyada iradənin təzahürü haqqında
danışdıqda, elə ilk növbədə səbirli olmaq başa düşülür. Səbrli
olmaq – iradi güc, təkidlilik, özünü ələ almaq, inam,
dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir.
Azərbaycan şer kəhkəşanının ən parlaq və sönməyən ulduzu
böyük Sabirin dediyi kimi:
Hansı bir müşküldü kim, səbr ilə asan olmasın?
Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə
həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna ab-
uliya deyilir (yunanca: abulia - qətiyyətsizlik)
Zəif iradəlilik – məqsədəuyğunluğun və yüksək
niyyətlərin yoxluğudur. Zəif iradəlilər üçün özlərinin maraq
dairələrini genişləndlirmək faydalıdır. İradə «lazımdır»,
iradəsizlik isə «istəyirəm» motivi ilə hərəkətə gəlir. Bernard
Şou yazırdı: «İradə olmayan yerdə yol da yoxdur».
Kibernetiklər iradəni həyati mübarizəni əks etdirən bir oyun
anlayışı kimi təyin edirlər. Qədim romalılar deyirdilər:
366
Cəsurlara tale kömək edir (audaces fortuna adjuvat)
Özünü yoxlamaq üçün süal və tapşırıqlar
1. İradə nəyə deyilir?
2. İradi iş zamanı insan hansı maneələri aradan
qaldırır? Onları şərh edin.
3. İradi işin funksiyaları hansılardır?
4. İradi işin mərhələləri və strukturunu şərh
edin.
5. Şəxsiyyətin iradi keyfiyyətlərini sayın və
onları səciyyələndirin.
Referat, məruzə və müstəqil tədqiqatlar üçün mövzu-
lar
1. Psixologiyada iradə problemi.
2. İradi keyfiyyətlər və onların inkişaf etdirilməsi yolları.
3. İradənin inkişafında oyunun rolu.
Ədəbiyyat
1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri
- Bakı., 2002
2. Məhərrəmov M. Məktəblilərdə iradəni tərbiyə etmək
haqqında. – Bakı, 1958
3. Selivanov V.S. Məktəblidə iradə tərbiyəsi. – Bakı,
Azərnəşr. 1969
4. Vladimir Levin. Fikir ardınca. - Bakı., 1972.
5. İlğin E.P. Psixoloqiə voli.- Piter., 2000.
6. Nemov R.S. Psixoloqiə. Kn.1.- Moskva. 1998, s.424-
434
7. Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2-x t. – T
II – M.,1989. s. 182-211
367
BEŞİNCİ HISSƏ
ŞƏXSIYYƏTIN FƏRDI-PSIXOLOJI XASSƏLƏRI
1 5 - c i F Ə S I L
TEMPERAMENT
Qısa xülasə
Temperament haqqında anlayış.Temperament şəxsiyyətin
fərdi-psixi xassəsi kimi. Temperament insanını psixi fəaliyyətinin
intensivliyini, dinamikasını, emosionallıq və müvazinətlilik dərə-
cəsini şərtləndirən fərdi özünəməxsus xassələri kimi.
Temperament haqqında təlimlər tarixindən. İnsanların psixi
fəaliyyətlərinin dinamikliyinə hələ qədim zamanlardan diqqəti cəlb
etməsi. Temperament haqqında humoral nəzəriyyənin banisi kimi
hippokratın xidmətləri. Temperament haqqında somatik və sinir
sistemi nəzəriyyələrinin mahiyyəti.
Temperamentin tipləri. Temperament tipləri və onların
xassələri – sanqvinik, xolerik, fleqmatik, melanxolik temperament
tipləri və onları fərqləndirən xüsusiyyətlər. Təmiz temperament
tipinin olmaması, insanların əksəriyyətində qarışıq temperament
tipinin mövcudluğu.
Temperamentin fizioloji əsasları. İ.P.Pavlovun ali sinir
fəaliyyətinin tipləri haqqında təlimi və temperamentin tipləri.
V.15.1. Temperament haqqında anlayış
Adətən, hər hansı bir insan qrupunda müşahidə apar-
dıqda qrupdakı insanların birinin cəld, digərinin təmkinli,
birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər
şeyə tez reaksiya verən, digərinin ləng olduğunu görürük.
İnsanların bir-birlərindən bu cür fərqli xüsusiyyətə malik
olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə
368
də, bəşəriyyət lap qədimdən müxtəlif adamların psixi xasiy-
yətinin tipik xüsusiyyətlərini ayırmağa, onların ümumiləşmiş
portretlərini tipologiyasını verməyə cəhd göstərmişlər,
temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür
tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə
konkret həyat şəraitində bu və ya digər insanın davranışını
qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları
bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə «temperament»
adı verilmişdir.
Temperament – insanın elə bir anadangəlmə xüsu-
siyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin
dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq
dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
Temperament latın dilindən «qarışıq, mütənasiblik»
deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim
yunan görkəmli həkimi Hippokrat (e.ə. təxminən 460-377 il-
lər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi»
nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd.
Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə
ifadə olunurdu ki, sonralar həmin sözü yunanca tempe-
ramentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın
təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy
Qalen (təxminən 130-200-ci illər) məşhur traktatı «De tem-
peramentum» kitabında şərh etdiyi temperamentlərin tipolo-
giyasını işləyib hazırladı.
Onun təliminə əsasən temperamentin tipi orqanizimdə
bu şirələrdən birinin üstünlüyündən asılıdır.. Temperamentin
bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmiş-
dir:sanqvinik (latınca sanqvius-qan), fleqmatik (yunanca
fleqma-selik, bəlğəm), xolerik (yunanca chole-öd), melanxolik
(yunanca melian chole – qara öd).
369
V.15.2. Temperament haqqında təlimlər tarixindən
İnsanların psixi fəaliyətlərinin dinamikliyinə görə
fərqlənmələri hələ qədim zamanlardan diqqəti cəlb etmişdir.
Bu cür fərqlərin yaranmasının səbəbləri müxtəlif istiqamətdə
öyrənilmişdir. Müasir dövrə qədər temperament haqqında
əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə,
somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi.
Temperament haqqında humoral nəzəriyyənin banisi
Hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (maye)
sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nə-
zəriyyəni əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı
müasir dövrdə də saxlanmışdır. Hippokratın nəzəriyyəsi tempe-
ramentin öyrənilməsi üçün əsaslı təkan rolunu oynamışdır.
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları gös-
tərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı
temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxana
bənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbililik
və qıcıqlanması ilə şərtlənir.
Sonrakı əsrlərdə tədqiqatçılar davranışın bədən quru-
luşundakı və fizioloji funksiyalardakı fərqlərlə üst-üstə düşən
müxtəlifliyi müşahidə edərək bu fərqləri nizama salmağa və
qruplaşdırmağa çalışıblar. Nəticədə temperamentin çoxsaylı
konsepsiyaları və tipologiyaları meydana çıxmışdır. Bu kon-
sepsiyaların əsasında şəxsiyyətin ən müxtəlif şərtləri qoyul-
muşdu. Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri
irsi və anadangəlmə kimi başa düşülür və bədən quruluşunun
xüsusiyyətlərində fərdi fərqlərlə əlaqələndirilirdi. Belə tipo-
logiyalar konstitusion tipologiya adını alır.Bu tipologiya tem-
perament haqqında somatik nəzəriyyənin əsasını qoymuşdur.
Burada bədən quruluşu temperament tipi üçün əsas kimi
götürülmüşdür. Onların sırasında ən geniş yayılmış tipologiya
1921-ci ildə öz məşhur «Bədən quruluşu və xarakter» əsərini
nəşr etdirmiş E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun
370
başlıca ideyasına görə müəyyən bədən quruluşu tipinə malik
olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdir. E. Kreç-
mer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu
da ona 4 konstitusional tipini: leptosomatik, piknik, atletik,
displastik ayırmağa imkan verdi.
1. Leptosomatik – kövrək bədən quruluşu, hündür boy,
yastı döş qəfəsi, dar çiyinlər uzun və arıq aşağı ətraflarla
xarakterizə edilir.
2. Piknik, – ifrat piy toxumu, balaca və ya orta boyla,
böyük qarınlı, qısa boyunda girdə başlı, şişkin bədənlə
xarakterizə edilir.
3. Atletik–inkişaf etmiş əzələləri, möhkəm bədən
quruluşu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır.
4. Displastik–formasız, düzgün olmayan quruluşa
malik adamdır. Bu tipdən olan fərqlər bədən quruluşunun
müxtəlif deformasiyaları ilə xarakterizə edilir.
Bədən quruluşunun adı çəkilən tiplərinə Kreçmer onun
şizotimik, iksptimik və siklotimik adlandırdığı 3 temperament
tipini aid edir.
Şizotimik – astenik bədən quruluşuna malikdir, özünə
qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara
çətinliklə uyğunlaşır.
Ondan fərqli olaraq iksatimik – atletik bədən quru-
luşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək
olmayan elastik düşüncəli həssas olmayan, çax vaxt xırdaca
adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun
emosiyalarıı sevinc və kədər arasında sıçrayır, adamlarla asan-
lıqla əlaqəyə girir, realist baxışlara malikdir.
Kreçmerin nəzəriyyəsi Avropada daha geniş yayıl-
mışdır ABŞ-da XX əsrin 40-cı illərində U.Şeldonun tempe-
rament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon bədən
quruluşunun əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən
çıxış edirdi. Bu fərziyyəni təsvir edərkən embriologiyadan
götürülmüş terminlərdən istifadə etməklə o, üç tipi müəyyən
371
etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.
Şeldona görə bədən quruluşunun bu tiplərinə tempe-
ramentin müəyyən tipləri müvafiqdir. Müasir psixologiya
elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda
insanın psixoloji xüsusiyyətlərinin formalaşmasında mühit və
sosial şəraitin rolunun tonu qiymətləndirilməsinə görə kəskin
təngidə məruz qalır.
V.15.3 Temperamentin tipləri
Yuxarıda qeyd etdiyimiz kimi, müasir psixologiyada
temperamentin dörd tipi əsas götürülür: sanqvinik, xolerik,
fleqmatik, melanxolik. İnsanları temperamentlərinə görə fərq-
ləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanların hansı
tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün müasir
psixologiyada temperamentin özünə məxsus xassələrinə istinad
edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir. :
Aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq
üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı
maneələri necə aradan qaldırması nəzərdə tutulur.
Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən
zəif xarici və daxili təsirləri hiss etmək qabiliyyəti başa dü-
şülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərəyanetmə
və kəsilməsi xüsusiyyətləini xarakterizə edən xassə və key-
fiyyətlər emosionallığa bağlıdır. Psixologiyada onun əsas
cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi
fərqləndirirlər.
Emosiyaların gücü. Burada emosional oyanmanın
intensivliyi və modallığı əsas götürülür.
Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında
qorxulu şəraitdə özünü göstərən emosional oyanıqlıq başa
düşülür.
Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi.
372
Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti. Bu xassəni
insanın xarici təsirlərə nə qədərtez uyğunlaşmasından (plas-
tiklik) və ya, əksinə, davranış adət və mülahizələrinin nə qədər
ətalətli, dəyişkən olmamasından (rigid) bilmək olar.
Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla
insanların temperament tiplərini müəyyənləşdirmək müm-
kündür.
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik
olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb
edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri
canlə və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox
işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci
olmağa çalışır, yorulmadan uzun muddət işləyə bilir. Sanq-
viniklər həddindən artıq qayda-qanuna əməl edən olurlar.
Sürətli hərəkətə, çevik təfəkkürə, sürtli nitq tempinə malik
olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-
birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast
gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən
digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək
olur.
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də
senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xo-
leriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də
xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan
olurlar.Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Bu işi
onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inad-
karlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər
yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətin-
lik çəkirlər. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də eks-
travertlik yüksək olur. Müvazinətsiz olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həd-
dindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa
məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal gi-
rişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər.
373
Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Onların
mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə
keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə
daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və
adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı
fleqmatiklər olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ
ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni
adamlara çətin alışırlar.
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən
artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsir-
lənirlər. Hədsiz dərəcədə küsəyəndir. Mimika və hərəkətləri
dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür.
Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik
uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu
yaradır. Həmişə başqalarının onların halına yanmalarına göz-
ləyirlər. Həddindən artıq təklikliyə qapılırlar. O tez ruhdan
düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmir.
Onlarda introvertlik yüksək olur.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir
tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tip-
lərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin
bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı
həmin tipə aid edirlər.
Bütün bunlarla yanaşı olaraq temperamentin bu tiplə-
rindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin
özünəməxsus müsbət və mənfi cəhətləri vardır.
Dostları ilə paylaş: |