Şagirdlərin kollektivdə tərbiyəsi. İnsanlar təcrid
olunmuş şəkildə deyil, qruplarda, kollektivdə yaşayır və
fəaliyyət göstərir. Ona görə də öz qrupunun hər bir üzvünün
tərbiyəsində həmin qrupun, kollektivin rolu böyükdür. Məhz
bu mənada uşaq kollektivinin böyüməkdə olan şəxsiyyətin
formalaşmasında rolunu qeyd etməmək olmaz. Kollektiv bir
növ uşaq şəxsiyyətinin inkişafı üçün şərait və şərt rolunu
oynayır. Uşaq kollektivi öz üzvlərinə qarşı tərbiyələndirici
funksiyanı yerinə yetirir. Kollektiv öz üzvlərinə təsir edir, on-
lardan müvafiq davranış tərzinə əməl etməyi tələb edir. Kollek-
tivin təqdiri və məzəmməti, sağlam tənqidi, işgüzar və ciddi
tələbi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların
aradan qaldırılmasına səbəb olur. Məhz buna görə də müəllim
və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında, o
cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu cür
imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil
olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur.
519
Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə şagirdlərin
tərbiyəsinə kollektivin həlledici təsiri belə bir psixoloji cəhətlə
də bağlıdır. Adətən bu dövrdə yaranan uşaq kollektivləri eyni
tələbata malik olan, müstəqilliyə can atan həmyaşıdlardan
ibarət olur. Ona görə də uşaqlar ən çox yoldaşları ilə qarşılıqlı
əlaqədə olur, onları anlayır, onlarla asanlıqla razılığa gəlirlər.
Nəticədə kollektivin tərbiyələndirici təsir gücü daha real və
faydalı olur. Bu cəhəti nəzərə alaraq müəllim və tərbiyəçilər
tərbiyəvi
tədbirin
təşkili
zamanı
kollektivin
həmin
imkanlarından lazımi dərəcədə istifadə etməlidir.
Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai
həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək
ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslərin
formalaşmasına geniş imkan yaranır.
Yüksək ictimai həmrəylik hissinin formalaşması şagirdi
kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kol-
lektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir. Həmin
hisslərin olması şagirdləri öz sinfinin, öz məktəbinin şərəfi
uğrunda mübarizəyə təhrik edir.
Uşaq kollektivində xüsusilə yoldaşlıq və dostluq hissinin
formalaşması üçün geniş imkan yaranır. Burada şagirdlərin bir-
birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur.
Kollektivdə yaranan bu cür hisslər şagirdləri bir-birinə qarşı
qayğı göstərməyə, lazımi köməklik etməyə yönəldir. Yaxınlıq,
yoldaşlıq münasibətləri dostluq hissinin formalaşmasına, hər
bir gəncin yaxın dostunun meydana gəlməsinə səbəb olur.
Kollektiv möhkəm olduqda onun bütün normaları öz
üzvlərinin normalarına çevrilir. O cümlədən kollektiv
üzvlərində yüksək ideya inamı yaranmış olur.
Nəhayət kollektiv özü şagirdlərdə kollektivçilik hissinin
formalaşmasına da gətirib çıxarır ki, nəhayət həmin şagirdlərdə
onları
əhatə
edən
yoldaşlarına
qarşı
əsl
humanist
münasibətlərin yaranmasına səbəb olur. Onlarda empatiya
(başqa adamların psixi halətlərini başa düşmək və onların
520
dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və
s. kimi keyfiyyətlər baş qaldırır.
Gənc nəslin tərbiyəsində ailənin rolu. Uşağın
münasibətlərdə olduğu ilk qrup ailədir. Uşaq ilk növbədə ailədə
tərbiyə alır. Onun sonrakı taleyi, həyatda tutacağı mövqe həmin
tərbiyədən çox asılıdır.
Ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan şəxsiyyətin
formalaşmasında əsas vasitə olmuşdur. Azərbaycanın görkəmli
şairi və mütəfəkkiri Nizami Gəncəvi ailəni uşağın ilk tanış
olduğu ictimai mühit adlandırmışdır. Nizamiyə görə uşaqların
həyatda düzgün mövqe tutması üçün ailə tərbiyəsi əsas
olmalıdır.
Uşaqlara ictimai borcu şüurlu mənimsətmək, ictimai
mənafeyin pozulmasına qarşı mübariz, ədalətli, əməksevər
ruhda həyata vermək valideynin vətəndaşlıq borcuna sadiq
qalması ilə şərtlənir, onun özünün cəmiyyətə münasibətini,
cəmiyyətdə tutduğu mövqeyi müəyyənləşdirir.
Məhz ailə uşaq şəxsiyyətinin formalaşmasının ilk
məktəbi olur. Böyüklərlə ünsiyyət prosesində uşaq tam bir
əxlaqi sərvət və ideallar sistemini mənimsəyir. Bütün bunların
formalaşmasında böyüklərin şəxsiyyətinin –xüsusiyyətləri, ailə
üzvlərinin qarşılıqlı münasibəti əsaslı rol oynayır. Başqa sözlə,
uşağın tərbiyəsi, onun şəxsiyyətinin inkişafı valideynlərinin
şəxsiyyətinin necə formalaşmasından çox asılıdır. Bir cəhəti də
qeyd etmək lazımdır ki, sən valideynlərin üçün nə etmisənsə,
övladlarından da onu gözləməlisən. Çünki onun şəxsiyyətinin
formalaşmasında sənin münasibətlərin öz əksini tapır. Başqa
sözlə, uşaq öz valideynini bir nümunə kimi qavrayır, onun
bütün münasibətlər sistemini mənimsəyir və öz davranışına
daxil edir. Burada görkəmli psixoloq L.S.Vıqotskinin bir fikrini
xatırlamaq yerinə düşərdi. L.S.Vıqotski göstərir ki, uşağın
gerçəkliyə münasibəti lap əvvəldən sosial münasibət xarakteri
daşıyır. Uşaq artıq körpəlik dövründən böyüklərdən özünün
ətraf mühitlə əlaqəsi üçün vasitəçi kimi istifadə etməyə
521
başlayır. Bu prosesdə o, dilə yiyələnir. Ailənin yaşlı üzvləri
əşyaların simvolik işarələri barədə uşağa biliklər verməklə
həmin əşyalara və hadisələrə qarşı öz münasibətlərini də
çatdırırlar. Beləliklə, tədricən uşaqda bilik, münasibət və
təəssürat sistemi yaranır və uşaq şəxsiyyətinin sonrakı inkişafı
bu zəmindən çox asılı olur. Ona görə də ailədə uşaqların
tərbiyəsinə çox erkən, kiçik yaşlardan başlamaq lazımdır. Bu
vəzifə isə birinci növbədə ailənin üzərinə düşür.
İnsan anadan olduğu gündən ömrünün axırına kimi bir
çox tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Ona görə də
valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidirlər ki, onun
hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O,
cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv,
ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin. Adətən,
şəxsiyyətində mənfi keyfiyyətlər formalaşan adamdakı həmin
keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır
və gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uşaqların
ailədə tərbiyəsi zamanı birinci növbədə onların davranış və
rəftarlarında mənfi keyfiyyətlərin yaranmasının qarşısını al-
maq, bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan
qaldırmaq lazımdır. Şübhəsiz, biz burada ailə tərbiyəsinin
bütün məsələlərini geniş əhatə etmək fikrində deyilik. Bu işlə
tərbiyə nəzəriyyəsi sahəsində çalışan mütəxəssislər məşğul
olurlar. Lakin qısaca olaraq qeyd etmək lazımdır ki, ailədə
uşaqların tərbiyəsi onların şəxsiyyətinin formalaşmasına
xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir.
Bu mənada ailədə uşaqların əqli, əmək, əxlaqi, fiziki, estetik
tərbiyəsi məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.
VI.23.6. “Çətin” uşaqlar və onlarla aparılan işin
xüsusiyyətləri
Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez «çətin uşaqlar»
sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox vaxt bəzi
uşaqların «çətinliyindən» şikayətlənirlər. Əksər halda «çətin»
522
uşaqların sırasına sözə baxmayan, şıltaq, tərs, intizamsız, ko-
bud, tənbəl, yalançı və s. uşaqları daxil edir və bunları asosial
uşaqlar kimi xarakterizə edirlər. Bu cür uşaqların pedoqoji
baxımsızlıqdan irəli gəldiyini xüsusilə qeyd edirlər.
Adətən «çətin» uşaqların xüsusiyyətləri ən çox yeni-
yetməlik dövründə özünü göstərir. Bu dövr uşaqlarda
“çətinliyin” yaranmasına təkan verir.
Psixoloji tədqiqatlar «çətin» yeniyetmələrin dörd qrupu-
nu müəyyənləşdirmək imkanı vermişdir: 1) davranışındakı
qüsurları onun emosional-iradi inkişaf səviyyəsi ilə şərtlənən
yeniyetmə; 2) pedaqoji cəhətdən baxımsız və nəticədə əxlaqi
təsəvvürlərə yiyələnməyən yeniyetmə; 3) əlverişli olmayan
inkişaf şəraiti və ya tərbiyəçinin düzgün iş apara bilməməsinin
təsiri ilə “çətin” böyüyən yeniyetmə; 4) uyğun gəlməyən
münasibətlərlə şərtlənən və yaxud “xüsusi çətin tərbiyə olunan-
lar”.
Psixoloqlar emosional sahəsində problemlərin olması ilə
bağlı hələ kiçik məktəb yaşı dövründə «çətin» uşaqların mey-
dana gəldiyini də qeyd edirlər. Bununla bağlı olaraq «çətin»
uşaqları üç qrupa ayırırlar (L.D.Stolyarenko): təcavüzkar
uşaqlar; yüksək emosionallığa malik olan uşaqlar; hədsiz
dərəcədə utancaq, hər şeydən tez təsirlənən, küsəyən, qorxaq,
həyəcanlı uşaqlar.
Təcavüzkar uşaqlar. Adətən, elə bir uşaq tapmaq olmaz
ki, həyatında heç olmazsa bir dəfə təcavüzkar hərəkət etməmiş
olsun. Lakin bunların hamısını «təcavüzkar» adlandırmaq ol-
maz. Bu qrupa yalnız o uşaqları aid etmək olar ki, onların
təcavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı,affektiv
davranışa səbəb olma xarakteri ilə fərqlənsinlər.
Yüksək, idarə olunmayan səviyyəyə çatan emosionallığa
malik olan tipə daxil edilən uşaqlar hər şeyə çox sərt reaksiya
verirlər. Əgər onlar hər hansı bir sevinc, şadlıq hissi
keçirirlərsə, öz ekspressiv davranışları sayəsində bütün sinfi
hərəkətə gətirirlər; əgər onlar əzab, iztirab hissləri keçirirlərsə –
523
onların iniltisi, ah-vayı, ağlamağı həddindən artıq uca və
diqqəticəlbedici olacaqdır.
Hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən,
küsəyən, qorxaq, həyəcanlı uşaqlar isə öz hisslərini həddindən
artıq ucadan və aydın ifadə etməyə utanır, başqalarının
diqqətini cəlb etməkdən qorxduqlarına görə öz problemlərini
sakit keçirirlər.
Çox vaxt “çətin” uşaqların meydana gəlməsi ailə
tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur. Ailədə
valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin
olmaması, uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı üçün
müvafiq şəraitin yaradılmaması, valideynlər arasında ciddi
konfliktin olması, valideyinlərin davranışında uşağa mənfi təsir
edəcək qüsurların mövcudluğu, ailədə əxlaq, ictimai münasibət
normalarına uyğun olmayan sərvət və normalar sisteminin
formalaşması və s. “çətin” uşaqların yaranmasının başlıca
səbəbləridir.
Hələ kiçik məktəb yaşı dövründə emosional sahəsində
problemlərin olması ilə bağlı «çətin» uşaqların meydana
gəlməsi də özünəməxsus amillərlə bağlı olur. Kiçik
məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə
aşağıdakıları aid etmək olar: 1) təbii xüsusiyyətlər (məsələn,
temperamentin tipi); xoleriklərdə oyanma çox vaxt yüksək ol-
duğundan, onlarda təcavüzkarlıq yüksək olur; melanxoliklər
ağlağan, hər şeydən tez təsirlənən, utancaq olurlar); 2) sosial
amillər:
– ailə tərbiyəsinin tipi (uşağı rədd etmək, həyəcanlı-
vasvası tərbiyə, hipersosial tərbiyə, eqoistik tərbiyə);
– müəllimlərin münasibəti;
– məktəb psixoloqunun təsiri.
“Çətin” uşaqlarla iş aparmaq və onlarda özünü göstərən
qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ
gəlməsinin səbəblərini araşdırmaq, psixoprofilaktika və psix-
okorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım
524
gəlir. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş
düşür. Burada birinci növbədə əsas diqqət şəxsiyyəti sosial
cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında
diaqnostikasını verməyə yönəldilməlidir. Bu zaman uşaqda
“çətinliyin” yaranması səbəblərinin aşkara çıxarılmasına da
xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın
fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi
iş sistemi müəyyənləşdirilməlidir.
Təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür
uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədəyönlü xa-
rakter daşıyır, baş vermiş fövqəladə hadisənin formal
müzakirəsi ilə məhdudlaşır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni
deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı, qi-
sas almağı xatırladır. Ona görə də müəllimlər belə uşaqlardan
sadəcə olaraq yaxalarını qurtarmağa çalışırlar.
Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər
müasir psixologiyanın nailiyyətlərinin məktəb həyatına tədbiqi
nəticələrinə istinad etməlidir.
Şagirdlərin davranışında və şəxsiyyətinin inkşafında
özünü göstərə bilən qüsurların qarşısını almaq və onları aradan
qaldırmaq
sahəsindəki
işin
aşağıdakı
istiqamətlərini
müəyyənləşdirmək mümkündür:
1. Məktəbə yeni daxil olan şagirdlə, onun valideyinləri
ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin
şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa
çalışmaq.
2. “Çətin” şagirdin kollektivə alışmasına köməklik
göstərmək; sinif rəhbəri ilə birlikdə şagirdin davranışında
mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq.
3. Davranışında və şəxsiyyətinin inkişafında qüsurlar
olan şagirdləri dərindən öyrənmək, bu zaman peşə etikası
normalarına əməl etmək, imkan daxilində şagirdə yoxla-
nmasının həqiqi məqsədini bildirməmək. Lazım gələrsə psix-
oloq həmin şagirdin əqli inkşaf səviyyəsini müəyyənləşdirmək
525
üçün müvafiq mütəxəssislərlə (məsələn, psixiator, həkim və b.)
əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında qüsurlar, psixi
normalara uyğun gəlməmək halları müəyyənləşdirilərsə,
məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə
və valideyinlərə məsləhət verə bilər.
Çətin tərbiyə olunan uşaqlarla, xüsusilə yeniyetmələrlə
psixoloqun işi onun əsas vəzifələrindən birini təşkil edir. Ona
görə də burada psixoloqun və başqa müəllimlərin aparacaqları
işlərin xarakteri qabaqcadan müəyyənləşdirilməli və buna
müvafiq iş aparılmalıdır.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Tərbiyə psixologiyasının başlıca vəzifəsi nədir?
2. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının
psixoloji şərtləri nədən ibarətdir?
3. Tərbiyə işinin metodları və formalarının psixoloji
əsasları barədə danışın.
4. Yaşlılarla uşaqlar arasında «məna maneələri» necə
yaranır?
5. Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları
barədə danışın.
6. Özünütərbiyə nədir və onun hansı motivləri vardır?
7. Əxlaqi şüur və əxlaqi davranışın formalaşması necə
gedir?
8. «Çətin» uşaqlar kimlərdir və onlarla nə kimi iş apar-
maq tələb olunur?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
1. «Çətin» yeniyetmələr və onlarla aparılan işin psixoloji
xüsusiyyətləri.
2. Özünütərbiyə və onun təşkili yolları.
3. Fəaliyyət və şəxsiyyətin formalaşması.
526
4. Əxlaq tərbiyəsinin psixoloji əsasları.
Ədəbiyyat
Bayramov Ə.Ə. Gənclik və özünütərbiyə haqqında
söhbət. – Bakı,1969.
Qaralov Z.İ. Tərbiyə 3 cilddə, 2-ci cild. – Bakı, 2003,
12-31; s.197-203
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
səh.25-30; 50-69
Əliyev R.İ. Tərbiyə psixologiyası. – Bakı, Nurlan, 2006.
Əmiraslanova S.F. «Çətin» uşanlar və onlarla aparılan
işin psixoloji xüsusiyyətləri. – Bakı, 2000.
Boqoslovskiy V.V. Psixoloqiə vospitaniə şkolğnika. –
LQU, 1974.
Stolərenko L.D. Pedaqoqiçeskaə psixoloqiə. –
«Feniks»,2000, s. 362-368.
Koçetov A.İ. Verüinskaə N.N. Rabota s trudnımi
detğmi. – M., 1986
Ratter M. Pomohğ trudnım detəm. – M., 1987.
Məsihev V.N. Trudnıe deti v massovoy şkole. – M. – L.,
1993.
527
2 4 - c ü F Ə S İ L
TƏLİM PSİXOLOGİYASI
Qısa xülasə
Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi
kimi. Təlim psixologiyası pedaqoji psixologiyanın əsas sahələrindən biridir.
Təlimin
nəzəri
və
tətbiqi
problemləri. Təlimin
mahiyyəti
və
qanunauyğunluqları. Təlim prosesində bilik, vərdiş və bacarıqların ya-
ranması.
Təlimin
müvəffəqiyyətinin
nəyi
öyrətməkdən,
kimin
öyrətməsindən və kimi öyrətməkdən asılılığı. Təlim fəaliyyətinin strukturu.
Təlim və psixi inkişaf. Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi
barədə J.Piaje, C.Bruner və L.S.Vıqotskinin fikirləri. İnkişafın aktual və
yaxın səviyyyəsi. Təlimin müvəffəqiyyətində “inkişafın yaxın zonası”- nın
rolu.
Öyrənməyə qabillik problemi və mənimsəmə. “Öyrənməyə qabil-
lik” anlayışının meydana gəlməsi. Öyrənməyə qabillik insanın təlim
prosesində bilik, bacarıq və vərdişləri mənimsəməsinin sürət və
keyfiyyətinin fərdi göstəricisi kimi. Öyrənməyə qabilliyin ümumi və xüsusi
növləri. Geridə qalan şagirdlərin psixoloji xüsusiyyətləri. Geridə qalan
şagirdlərin tipləri.
Öyrənmənin müvəffəqiyyətini təmin edən amillər. Diqqət və us-
tanovka öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amil kimi. Təlim
materiallarının xüsusiyyətləri öyrənmənin müvəffəqiyyətini təmin edən xa-
rici amil kimi.
Təlim prosesində motivasiya - tələbat sahəsinin formalaşması.
Təlim motivləri və onların növləri. Təlim motivləri və şagirdlərin tələbat
sahəsinin formalaşması. İnsan fəallığının daxili, xarici və şəxsi mənbələri.
İnkişafetdirici və tərbiyələndirici təlim.
Dərsin təşkilinin psixoloji şərtləri. Müasir dərsə verilən psixoloji
tələblər. Dərsdə problemli situasiya yaradılması yolları. Dərsdə yaradılan
problemli situasiyanın tipləri. Dərsdə yaddasaxlama tərzlərindən səmərəli
istifadə etmənin şərtləri.
Təlimin fərdiləşdirilməsi və diferensesiyası. Şagirdlərin özlərinin
öyrənməyə qabillikləri, əqli inkişaf səviyyələri, idrak imkanları və fərdi-
psixi xassələrinə və s. görə fərqlənmələri. Bununla əlaqədar təlimin fər-
diləşdirilməsinin zəruriliyi. Təlimin diferensesiyası. Təlimin diferensesiyası
528
və fərdiləşdirilməsi formaları.
VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri
və tətbiqi problemi kimi
Təlim problemi bəşəriyyətin daima diqqət mərkəzində
olan bir problemdir. Bu problem hazırda da öz əhəmiyyətini
itirməmiş, əksinə özünün yeni cəhətləri ilə daha qabarıq şəkildə
diqqəti cəlb edən bir problemə çevrilmişdir. Həmin problemin
günün tələbləri səviyyəsində həlli pedaqoji psixologiyanın
qarşısında duran əsas vəzifələrdən hesab olunur.
Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm
nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri
problem kimi həlli birinci növbədə onun nəzəri əsaslarını,
qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Bir
nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun
açılması, onun
motivləri, məqsədləri
və
vəzifələrinin
dəqiqləşdirilməsi, təlim fəaliyyətinin müasir tələblərdən doğan
konsepsiyalarının aşkara çıxarılması pedaqoji psixologiyanın
həll etməli olduğu əsas problemlərdən hesab edilir.
Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim
nəzəriyyəsini bir sıra istiqamətlərdə inkişaf etdirmişlər. Bunları
ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim
nəzəriyyələri diqqəti cəlb edir: 1) izahlı illüstrativ (ənənəvi)
təlim; 2) proqramlaşdırılmış təlim; 3) fikri işlərin və
anlayışların mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi; 4) problem-
li təlim; 5) təlim nəzəri təfəkkürün inkişafı kimi; 6) tərbiyəedici
təlim.
Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz.
Həmin problemin aşkara çıxarılmış qanunauyğunluqları
təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə
529
öz
səmərəsini
göstərməzsə, onun
əhəmiyyətindən
də
danışmağa dəyməz. Məhz buna görə də təlim və onun
keyfiyyətini idarə etmək mühüm tədbiqi problem kimi pedaqoji
psixologiyanın
qarşısında
durur. Təlimin
forma
və
metodlarından istifadəni, təlim prosesində şagirdlərin inkişa-
fının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi
zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə verilən
psixoloji tələblərin aşkara çıxarılması bu baxımdan xüsusi
əhəmiyyət kəsb edir.
Təlimin mahiyyəti və qanunauyğunluqları. Təlim
insanın əsas fəaliyyət növlərindən biridir. Məktəb yaşı
dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə
çevrilir. Onun köməyi ilə şagirdlər müəyyən məlumatları,
hərəkətləri və davranış formalarını mənimsəyirlər. Oyundan
fərqli olaraq burada subyekt öyrənmə məqsədi güdür, ona
məlum olmayan məlumatları əldə etməyə, bu və ya digər
hərəkətlərə, davranış tərzlərinə yiyələnməyə çalışır. Bu iş kor-
korana deyil, şüurlu, planlı şəkildə həyata keçirilir. Məhz buna
görə də təlim prosesində aşağıdakı məqsədlərə nail olma baş
verir:
a) hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təşkil
edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında
məlumatın mənimsənilməsi; b) həmin fəaliyyət növlərini təşkil
edən yolların və əməliyyatların mənimsənilməsi; v) qarşıda du-
ran məsələnin həllində lazım olan yolları və əməliyyatları
düzgün seçmək və onlara nəzarət etmək üçün qeyd olunan
məlumatlardan istifadə qaydalarını mənimsəmək. Birinci halda
biliklərin, ikinci halda vərdişlərin, üçüncü halda isə bacarıqla-
rın yaranması baş verir.
Buradan isə aydın olur ki, təlim o zaman mümkündür ki,
müəyyən bilik, vərdiş və bacarığa yiyələnmək üçün insanın
fəaliyyəti
şüurlu
məqsədlərlə
idarə
olunsun. Həqiqi
mənimsəmə həmişə müxtəlif idrak məsələlərinin həlli ilə bağlı
olan fəal prosesdir. Belə mənimsəmə nəticəsində əldə edilən
530
biliklər müəyyən sistem təşkil edir və təcrübəyə tətbiq oluna
bilir.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və
həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş
və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak
fəaliyyətidir.
Dostları ilə paylaş: |