Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Yeniyetməlik yaşının psixoloji xüsusiyyətləri (11-15 yaş)



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix22.06.2020
ölçüsü2,65 Mb.
#32059
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

Yeniyetməlik yaşının psixoloji xüsusiyyətləri (11-15 yaş)

-     İntensiv cinsi yetişmə və inkişaf, orqanizmin güclü fi-

zioloji yenidənqurulması

-

Qeyri-sabit emosional sfera,  emosiya və əhvalların



idarə olunmaması

-

Müstəqillik və fərdiyyətinin ÖZÜNÜTƏSDİQİ, böyük-



lərlə münaqişəli münasibətin meydana gələ bilməsi

-

APARICI fəaliyyət – həmyaşıdları ilə ünsiyyət,  qəbul



olunmağa, həmyaşıdlarının özünə qarşı hörmətinə «nail

480

olmaq» zərurətindən irəli gələn adamlarla yeni davranış

və münasibət normalarının mənimsənilməsi

-

ÖZÜNÜQİYMƏTLƏNDİRMƏNİN,  XARAKTERİN



inkişafı

-

Xarakterin



aksentuasiyası

QEYRİ-ADAPTİV



davranış formasının meydana gələ bilməsi.

-

Şəxsi baxışlarının,  diktat yaşlılara qarşı etirazın, 



müstəqil

olaraq


referent

qrupları


seçmənin

formalaşması

-

Həqiqi


müstəqilliyin

olmaması, 

həmyaşıdlarına

münasibətdə    yüksək təlqinçiliyin və konformizmin

olması

-

MƏNTİQİ təfəkkürün,  yaradıcı şəkildə düşünmək və



özünütəhlil

qabiliyyətinin,  mücərrəd

məfhumlara

istinad etmənin inkişafı.

-

Özünənəzarət və fəaliyyəti planlaşdırmanın hələ çətin



olması

-

Riskə, təcavüzə meyllilik özünütəsdiq tərzi kimi



-

Seksual həvəs və marağın aşkara çıxması

-

Öz

«mənini» 



dərk

etmənin, 

eqoidentikliyin

formalaşması

-

Təlimdə seçicilik, ümumi və xüsusi qabiliyyətlərə sen-



zitivlik.

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Yeniyetməlik yaşında nə kimi anatomik-fizioloji

dəyişikliklər baş verir?

2. Yeniyetməlik yaşında ünsiyyət tələbatından danışın.

3. Yeniyetməlik yaşında mənlik və əxlaqi şüur necə inkişaf

edir?


4. «Yeniyetməlik dövründə yaşlılıq hissi» dedikdə nəyi başa

481

düşürsünüz?

5. Yeniyetməlik yaşının təlim fəaliyyətinin fərqləndirici

xüsusiyyətləri hansılardır?

6. Yeniyetmələrdə idrak proseslərinin inkişafı haqqında

danışın.




Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.

1. Yeniyetmələrdə iradi keyfiyyətlərin formalaşması.

2. Yeniyetmələrdə şəxsiyyətin inkişafı.

3. Yeniyetmələrdə yaşlılıq hissinin xüsusiyyətləri.

4. Yeniyetmələrin cinsi tərbiyəsinin psixoloji məsələləri.

5. Yeniyetmələrin təlimə münasibəti.

Ədəbiyyat

Bayramov Ə.S.  Şagirdlərdə əqli keyfiyyətlərin inkişafı. 

– Bakı, 1967



Əlizadə Ə.Ə.  Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. –

Bakı, 1986.



Əlizadə Ə.Ə. Təxəyyül.  – Bakı, 2006

Əlizadə Ə.Ə. Şagirdlərdə təxəyyülün inkişafı.  – Bakı, 

1965


Məmmədov

A.U.

Məktəblilərdə

hafizənin

xüsusiyyətləri. – Bakı, 1974



Qədirov Ə.Ə.  Yaş psixologiyası.  – Bakı,  2002,  s.2198-

339.


Rzayev

B.İ.

Məktəblilərdə

idrak

proseslərinin



fəallaşdırılması. – Bakı, 2000

Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə. Xrestomatiə. –

M., s.210-311



Nemov R.S. Psixoloqiə.  V 3-x kn.,  kn.2- M,,  1998, 

s.221-233

Vozrastnaə psixoloqiə/  Pod red.  N.F.Dobrınika.  – M., 


482

1965, s.170-229.



483

2 2 - c i F Ə S İ L

  İLK GƏNCLİK YAŞI DÖVRÜNÜN

PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ

Qısa xülasə

Gənclik yaşının ümumi xarakteristikası. Gənclərin formalaşma-

sında bioloji, psixoloji, psixoseksual və sosial amillərin yeri.



İlk gənclik yaşında şəxsiyyətin inkişafı. Həqiqi yaşlılığa real

keçidin baş verməsi. Ünsiyyət fəaliyyətinin inkişafı. Ünsiyyət və emosional

həyat.  Valideynlərlə ünsiyyət xüsusiyyətləri.  Yoldaşlıq və dostluq. 

Məhəbbət hissi. Mənlik şüuru və əxlaqi şüurun inkişafı.



Böyük məktəblilərin təlim fəaliyyəti və idrak proseslərinin

inkişafı. Təlim fəaliyyətinin forma və məzmunca,  məktəblilərin təlimə

münasibətinə görə dəyişməsi. Təlim prosesində idrak proseslərinin inkişafı. 

Maraqlar

mənəvi



tələbatlar.  Dünyagörüşünün

formalaşması. 

Peşəyönümü və peşəseçmə. 

VI.22.1. Gənclik yaşının ümumi xarakteristikası

Gənclik insan həyatında uşaqlıq dövrünün başa çatması, 

insanın fiziki cəhətdən yetkinləşməsi psixoloji cəhətdən

özünəməxsus yüksək keyfiyyətlərin formalaşması dövrüdür.

İnsanın yaşlılıq həyatı məhz bu dövrdən başlanır.

Bu dövr özünüdərketmə,  mənlik şüuru və dünyagö-

rüşünün formalaşması mərhələsi,  məsul qərarların qəbulu

mərhələsi,  dostluğun,  məhəbbətin,  intim yaxınlığın yüksək

qiymətləndirildiyi insani yaxınlıq mərhələsi kimi qiymət-

ləndirilir.



484

Gənclik yaşı dövrünün başlanması və sonu haqqında

müxtəlif fikirlər irəli sürülmüşdür.  Bunlardan daha çox qəbul

edilən 14-15  yaşdan 21  yaşa qədər olan dövrdür.  Psixoloqlar

həmin dövrün iki mərhələni keçdiyini qeyd edirlər:  ilkin

gənclik (15-17  yaş)  və yetkin gənclik (18-21  yaş).  Bəzi

mütəxəssislər yetgin gəncliyə 18-25 yaş dövrünü aid edirlər. 

Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə

çatması kimi xarakterizə etmək olmaz. Gənclərin formalaşması

həm bioloji,  həm psixoloji,  həm psixoseksual,  həm də sosial

amillərin təsiri altında baş verir.  Bunların içərisində gənclərin

bir şəxsiyyət kimi formalaşmasında sosial - psixoloji amillər

xüsusi yer tutur.  Ona görə də gəncliyi sosial-psixoloji hadisə

kimi qeyd etmək olar. 

Bioloji baxımdan gənclik orqanizmi fiziki cəhətdən

əsaslı surətdə dəyişir və onun inkişafı əsasən tamamlanır. 

Psixoloji baxımdan gənclər artıq öz “mən”lərini, 

imkanlarını dərk edir,  idrak fəaliyyətləri və dünyagörüşləri

geniş əhatəli olur. 

Psixoseksual

baxımdan

cinsi


yetişmə

əsasən


tamamlanmış olur,  psixoseksual davranış sosial normalara

uyğunlaşır.

Sosial

baxımdan


gənclər

ictimai


münasibətlər

qovuşuğunda

həmin

münasibətləri



mənimsəməklə

sosiallaşırlar. 

Nəticədə

bu

dövrdə



gənclər

ictimai


münasibətlərin məcmuu kimi,  sosial varlıq kimi yetişir,  həyat

hadisələrinə fəal mövqedən yanaşırlar.

Bütövlükdə,  götürdükdə,  gənclik dövründə şəxsiyyət

biososial-psixoloji

varlıq

kimi


formalaşır. 

Gənclərin

davranışında təşəbbüskarlıq,  prinsipiallıq,  məsuliyyətlilik

yüksəlir.  Onların intellektual fəaliyyətində,  qabiliyyətlərinin

inkişafında əsasən irəliləyiş,  sosial-psixoloji varlıq kimi

formalaşma baş verir. 



485

VI.22.2. İlk gənclik yaşında şəxsiyyətin inkişafı

İlk gənclik yaşında şəxsiyyətin inkişafı məktəb yaşı

dövrü üçün ən yüksək səviyyəyə qalxır.  Bu dövrdə həqiqi

yaşlılığa real keçid baş verir. Burada böyüklük hissinin yüksək

səviyyədə formalaşması və ünsiyyət fəaliyyətinin sürətli

inkişafı mühüm rol oynayır.  Böyük məktəblilərin ünsiyyət

fəaliyyətində onların daxil olduqları sinif kollektivinin, 

valideynlərin rolu artır.  Bu dövrdə ünsiyyət fəaliyyətində kol-

lektivin ictimai rəyi xüsusi yer tutur.  Böyük məktəblilər sinif

və məktəb kollektivinin onlara verdikləri qiymətə və rəyə

həssas yanaşır,  öz fəaliyyətlərində onları nəzərə alırlar.  Bu

dövrdə valideynlərlə ünsiyyət də istənilən nəticəni verir.  Ailə

tərbiyəsi düzgün təşkil edildikdə böyük məktəblilərin

valideynləri ilə ünsiyyətləri də müsbət istiqamətə yönəlir, onlar

bu ünsiyyətə can atırlar.  Burada valideynlərin öz övladlarını

başa


düşmələri, 

onlarla


ünsiyyətdə

avtokratiklikdən

uzaqlaşmaları,  demokratik mövqe tutmaları lazımi nəticə verə

bilir. 


İlk gənclik dövründə yeniyetmələrin ünsiyyətlərindəki

emosionallıq aydın təzahür edir.  Onlar ünsiyyətin gedişinə

özlərinin

münasibətlərini

emosional

cizgilərlə

təzahür

etdirirlər.



Böyük məktəblilərin ünsiyyət fəaliyyətinin inkişafında

yoldaşlıq münasibəti mühüm rol oynayır.  Gənclər öz

yoldaşlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasını

arzulayırlar.  Bu dövrdə yoldaşlıq hissi ilə yanaşı dostluq hissi

də inkişaf edir,  mürəkkəbləşir və davamlılığı ilə fərqlənir.  Bu

dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik dövründə

dostluq hissi yeni motivlərə malik olur.  Dostlar bir-birinə

yüksək tələblər verməyə başlayırlar.  Psixoloqlar bu cür

tələblərə aşağıdakıları aid edirlər.  Gənclərin fikrincə dost,  bi-

rinci növbədə səliqəli, sadiq, prinsipial olmalı, çətin anda dos-



486

tunun köməyinə çatmalıdır;  ikincisi,  dostluq onların həyat və

fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir;  üçüncüsü, 

onların dostluğu ən çox emosional olmalıdır, dost öz dostunun

sevinc və kədərini onunla bölüşdürməlidir. 

İlk gənclik dövründə oğlanlarla qızlar arasındakı

qarşılıqlı münasibətlərdə də əsaslı dəyişiklik baş verir. 

Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar

arasındakı qarşılıqlı münasibətlər xeyli fəallaşır.  Yoldaşlıq

münasibətlərinin sahəsi genişlənir.  Xüsusilə qızlarda qarışıq

dostluğa tələbat güclənir.  İlk gənclik yaşının əvvəllərindən

başlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə

başlayır.  Ona görə də cinslərarası qarşılıqlı münasibətlər

tərbiyə işinin əsas problemlərindən birinə çevrilir.



Mənlik şüurunun inkişafı. İlk gənclik dövründə

məktəblilərdə böyüklük hissi yüksəlir. Məktəblilər özlərinin ar-

tan imkanlarını dərk etməyə başlayırlar.  Bütün bunlar həmin

dövrdə özünüdərketmə meylinin daha sürətlə inkişaf etdiyini

göstərir.  Bu dövrdə gənclər özlərini,  öz şəxsiyyətlərini yaxşı

anlamağa başlayır, mənlik şüurları, özləri haqqında təsəvvürləri

dəyişir.  Onlar bir növ öz mənlərini dərk edirlər.  bu dövrdə

məktəblilərdə özünüdərketmənin inkişafı ilə yanaşı mənlik

şüurunun məzmunu da dəyişir,  özləri haqqında təsəvvürləri

artır.  Oğlan və qızlar özlərinin xarici görkəmini,  simalarını

tamamilə

yeni


şəkildə

qavramağa

başlayırlar.  Zahiri

görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə nara-

hat

edir. 


İlk

gənclik


dövründə

gənclər


özlərini

qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir,  özləri

haqqında müəyyən mühakimələr yürüdürlər.  Yeniyetmələrdən

fərqli olaraq böyük məktəblilərdə özünüqiymətləndirmə

onların öz davranış və fəaliyyətlərini müstəqil olaraq təhlil

etmək əsasında cərəyan edir. Ona görə də ilk gənclik dövründə

özünüqiymətləndirmədə bir sıra uyğunsuzluqlar özünü göstərə

bilir.


Yuxarıda qeyd edilənlərdən göründüyü kimi,  ilk gənclik

487

dövründə ən mühüm psixoloji hadisə özünüdərketmənin və öz

«mən»inin,  öz şəxsiyyətinin davamlı obrazının yaranmasıdır. 

Bu dövrdə özünüdərketmənin,  mənlik şüurunun inkişafı bir

neçə istiqamətdə baş verir.

Birinci növbədə gənclərin öz daxili aləmləri açılır.  Gənc

oğlan və qızlar öz emosiyalarını ətrafda baş verən hadisələrin

doğurduğu hal kimi deyil,  öz «mən»inin vəziyyəti kimi

qavramağa başlayırlar.  Öz xüsusiyyətlərini,  başqalarına

oxşamamalarını hiss etmək baş verir, eyni zamanda təklik hissi

özünü göstərir.

Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox vaxt

həyata keçirilə bilməyən idealları əsasında bir neçə az və ya

çox real fəaliyyət planlarını hazırlamağa başlayır və bunlardan

birini seçməli olurlar.  Gənclərin həmin həyati planları onların

bütün özünütəyin sahələrini:  mənəvi simalarını,  həyat

tərzlərini,  iddia səviyyələrini,  peşə və həyatda öz yerlərini

seçmələrini əhatə edir.  Öz məqsədlərini,  həyati niyyətlərini, 

həyati planlar qurmalarını dərk etmələri onların özlərini dərk

etmələrinin, mənlik şüurlarının mühüm elementini təşkil edir.

Bunlarla yanaşı olaraq bu dövrdə gənclərdə özləri haq-

qında tam təsəvvür formalaşır.  İnsanın özünə münasibəti,  bi-

rinci növbədə onun öz bədəninin xüsusiyyətlərini,  xarici

görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün əxlaqi-

psixoloji,  əqli,  iradi keyfiyyətlərini dərk etməsi əsasında

yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt ziddiyyətli

olur.

Müxtəlif fəaliyyət növlərində əldə edilmiş nəticələrin



təhlili,  onun

haqqında


başqa

adamların

fikirləri

özünümüşahidə,  özünün keyfiyyət və qabiliyyətlərini təhlil



etmək sayəsində gənclərdə özünəhörmət kimi ümumiləşmiş

münasibət yaranır.

İlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi

özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir.



Əxlaqi şüurun inkişafı. İlk gənclik dövründə mənlik

488

şüuru ilə yanaşı əxlaqi şüurun inkişafında da əsaslı dəyişiklik

baş verir.  Bu dövr yeni əxlaq səviyyəsinə - konvensional

əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq).  Psixoloqlar bu

cəhəti onunla izah edirlər ki,  uşaq öz inkişafı prosesində

əvvəlcə əxlaqi davranışın “xarici”  normalarına istinad edir. 

Böyüklərin onu cəzalandırmasından yaxa qurtarmaq,  onlar

tərəfindən rəğbətləndirilmək üçün özünü yaxşı aparır, 

hərəkətlərinin böyüklər tərəfindən necə qarşılanacağını əsas

götürürlər.  Lakin inkişafın sonrakı mərhələsində şagirdlərdə

əxlaqi davranışın “xarici” norma və qaydaları daxili - əqli pla-

na keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar üçün

əhəmiyyətli olan adamlar tərəfindən bəyənilmək və müəyyən

qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxşı

aparmağa çalışırlar.  Buradan isə aydın olur ki,  bu dövrdə

məktəblilər hələ də xarici,  formal əlamətləri əxlaqi tələblərin

mənbəi kimi qavrayırlar.  Tədricən psixi inkişafın yüksəlməsi

ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuş əxlaqi

prinsiplər təşəkkül tapmağa başlayır. Əxlaqi davaranış konkret

şəraitin və ayrı-ayrı şəxslərin təsirindən azad olur.  Oğlan və

qızlar avtanom əxlaqa malik olur. 

Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on

illiklərindən fərqli psixologiyanın formalaşmasına səbəb

olmuşdur.  Bununla,  əlaqədar olaraq gənclərin əxlaqi-etik

problemlərə münasibəti də dəyişmişdir.  Bu sahədə gənclərin

daha cəsarətli baxışları özünü göstərir. 

Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayışlara

münasibəti dəyişmişdir.  Məsələn,  «ədalətlilik»  anlayışı artıq

gənclər tərəfindən əvvəllər başa düşülən stereotip şəklində –

«ədalətlilik odur ki,  heç kimin arasında fərq qoyulmasın» 

şəklində qavranılmır.  Müasir böyük məktəblilər ədalətliliyi

«hər kəsdən imkanlarına görə və hər kəsə gördüyü işə və ya

insanların ümumi rifahı üçün verdikləri real töhvəyə görə» 

yanaşmaqda görürlər.

Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi


489

anlayışlara münasibətləri də dəyişmişdir.  Bu anlayışlar,  bir

tərəfdən yaş artdıqca böyük məktəblilər üçün öz əbədi roman-

tikliyini itirir,  digər tərəfdən,  gənclər tamamilə real mövqeyə

əsaslanır və adamların: valideynlərin, müəllimlərin, yoldaşların

dostların



həqiqi

hərəkətləri

bundan

asılı


olaraq

qiymətləndirilir.  Bu prinsip daha aydın şəkildə böyük

məktəblilərin öz müəllim və valideynlərinə münasibətlərində

təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə

daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik məktəb

yaşı və yeniyetməlik dövründə özünü göstərmir.

Psixoloji tədqiqatlar göstərmişdir ki,  gənclik dövründə

məktəblilər borc,  şərəf,  şəxsi qürur hissi,  vicdan,  təvazökarlıq

kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər. 

Bununla belə onlar həmin anlayışların şərhi zamanı,  eləcə də

əxlaqi davranışı həyata keçirərkən bəzi qüsurlara yol verirlər. 

Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan və

qızların əksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən

formalaşmış,  yetgin və kifayət qədər davamlı əxlaqa

yiyələnmiş adam kimi göstərirlər. Bu isə qabiliyyətlər, motivlər

və xarakter əlamətləri ilə yanaşı şəxsiyyətin dördüncü mühüm

yenitörəməsi kimi özünü göstərir.

VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak

proseslərinin inkişafı

İlk gənclik dövründə təlim fəaliyyətinin ümumi

xarakteristikası. İlk gənclik dövründə təlim fəaliyyəti bir sıra

xüsusiyyətlərinə görə məktəb yaşının əvvəlki dövrlərindən

fərqlənir.  Bu dövrdə təlim fəaliyyəti həm məzmun,  həm də

formaca yeni xüsusiyyətlər kəsb edir.  Təlim fəaliyyətinin

məzmununa yeni anlayışlar sistemi daxil olur. Onlar özlərinin

əhatəliyinə görə əvvəlkilərdən fərqlənir. Mücərrəd anlayışların

miqdarı artır.  Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi


490

tələb olunur. Təlimin formasında da dəyişiklik baş verir. Tədris

prosesində müasir texniki vasitələrdən istifadəyə geniş yer ve-

rilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən yüksək

hazırlıq,  nəzəri təfəkkürün inkişafını,  yaradıcılıq qabi-

liyyətlərinin təşəkkülünü tələb edir. 

Böyük məktəblilər təlimin nə kimi həyati əhəmiyyət

daşıdığını dərk edirlər.  Ona görə də məktəblilərdə təlimə

münasibət əsaslı şəkildə dəyişilir.  Bu dövrdə məktəblilərdə

müxtəlif bilik sahələrinə seçici münasibət təzahür etməyə

başlayır.  Böyük məktəblilərin təlim fəaliyyəti onların əqli

inkişafına əsaslı təsir göstərir. 

Böyük məktəblilər təlim fəaliyyətinin subyekti kimi daxil

olduqları spesifik sosial inkişaf şəraitinin təsiri altına düşürlər. 

Bu dövrdə təlim fəaliyyəti özünün keyfiyyəti,  yeni məzmunu

ilə fərqlənir. Tədris fənnlərində nəzərdə tutulmuş biliklərə

yiyələnmə zamanı şəxsi məna əhəmiyyəti daşıyan daxili idrak

motivləri ilə yanaşı geniş sosial və dar şəxsi xarici motivlər də

özünü göstərir.  Bunların içərisində nailiyyət,  müvəffəqiyyət

motivləri xüsusi yer tutur.  Təlim fəaliyyətinin özü böyük

məktəblilərin gələcək həyat planlarını həyata keçirmək vasitəsi

olduğu üçün, təlim motivləri də öz quruluşuna görə keyfiyyətcə

dəyişir.  Təlimi biliklərə yiyələnməyə yönəlmiş fəaliyyət kimi

bir


sıra

motivlərlə

səciyyələndirmək

olar,  şagirdlərin

əksəriyyəti üçün əsas daxili motiv kimi nəticəyə nail olmağa

yönəlişlik təşkil edir.

Böyük məktəblilərin təlim fəaliyyətinin predmetini, 

başqa sözlə, onun nəyə yönəlməsini, onun struktur təşkili, fərdi

təcrübənin

stimullaşdırılması, 

bunun

hesabına


yeni

məlumatların genişləndirilməsi, əlavə olunması, daxil edilməsi

təşkil edir.  Məsələlərin həllinə müstəqil,  yaradıcı şəkildə

yanaşma, qərar qəbul etmək, mövcud variantları təhlil etmək və

onları tənqidi konstruktiv şəkildə anlamaq bacarığı da böyük

məktəblilərin təlim fəaliyətinin məzmununu təşkil edir. Bu yaş

dövründə mühüm psixoloji yenitörəmə olan şagirdin həyati


491

planları tərtib etmək, onları həyata keçirmək vasitələrini axtar-

maq

bacarığı


böyük

məktəblilərin

təlim

fəaliyyətinin



məzmununun spesifikasını müəyyən edir.  Bu özü həmin

planların həyata keçirilməsi vasitəsinə çevrilir.

Əgər yeniyetməlik dövründə şagirdlər üçün müəllim və

valideynlərin nüfuzu öz həmyaşıdlarının nüfuzu ilə bir növ

tənzim olunursa,  böyük məktəbli üçün ayrı-ayrı fənn

müəllimlərinin nüfuzu məktəbin nüfuzundan fərqləndirilir. 

Böyük məktəblinin

şəxsi


özünütəyinində

iştirak edən

valideynlərinin nüfuzu artır. 

Böyük məktəblilərin peşə və şəxsi özünütəyinlərinə

hazırlığı özünün sərvət meylləri sistemlərinə aydın şəkildə

ifadə olunan peşə istiqamətini və peşə maraqlarını,  nəzəri

təfəkkür formalarının inkişafını,  elmi idrak metodlarına

yiyələnməyi,  özünütərbiyə bacarığını daxil edir.  Şəxsiyyətin

yetişməsi və formalaşmasının bu yekun mərhələsi  məktəblinin

qiymət və bələdləşmə    fəaliyyətinin daha tam təzahür etdiyi

vaxtda başa çatır.  Bu yaş dövründə məktəblinin müstəqilliyə

cəhd göstərməsi əsasında onda mənlik şüurunun tam strukturu

formalaşır,  şəxsi refleksiya inkişaf edir,  həyati planlar və

pespektivlər dərk olunur. 



İdrak proseslərinin inkişafı. İlk gənclik dövründə

idrak prosesləri inkişaf edərək yeni keyfiyyətlər kəsb edir. Bu

dövrdə qavrayışın seçiciliyi və mənalılığında əsaslı dəyişiklik

baş verir. Məktəblilər daha çox əhəmiyyətli, təlimin məqsədləri

ilə səslənən obyektləri və materialları seçir və qavrayırlar. Nit-

qin və təfəkkürün inkişafı qavrayışın mənalılığını artırır. 

Onların qavrayışları daha çox məqsədyönəlmiş xarakter

daşıyır. Məkan, zaman, hərəkət qavrayışı geniş və əhatəli olur. 



Diqqət tam mənasında ixtiyari xarakterə malik olur. 

Böyük məktəblilər maraqlılıq dərəcəsindən asılı olmayaraq

diqqətlərini onlar üçün zəruri olan obyektin üzərinə yönəldə və

onun ətrafında mərkəzləşə bilirlər.  Böyük məktəblilərdə

diqqətin davamlılığı, mərkəzləşməsi əsaslı şəkildə yüksəlir. Bu


492

ən çox böyük məktəblilərin hər gün məktəbdə, sinifdə, ictimai

işlər zamanı yerinə yetirdikləri işlərin əhəmiyyətini dərk

etmələri ilə bağlı olur.  Böyük məktəblilər bəzən bütün dərs

müddətində diqqətlərini onun üzərində saxlaya bilirlər. Bunun-

la yanaşı olaraq böyük məktəblilərdə diqqətin həcmi əsaslı

şəkildə genişlənir.  Bu,  böyük məktəblilərin öyrəndiklərini

əvvəllər öyrənmiş olduqları ilə əlaqələndirə bilmək bacarığı ilə

şərtlənir.  Böyük məktəblilər diqqətlərini paylamaqda və

keçirməkdə çətinlik çəkmirlər.

İlk gənclik yaşında hafizənin inkişafı nəzərə çarpacaq

dərəcədə yüksəlir.  Mənalı,  məntiqi yaddasaxlama üstünlük

təşkil edir.  Bu dövrdə məktəblilər yaddasaxlamanın səmərəli

yollarından istifadəyə geniş yer verirlər. 

İlk gənclik dövründə təfəkkürün inkişafında da əsaslı

yüksəliş baş verir.  Bu dövrdə məktəblilərin təfəkkürü özünün

müstəqilliyi, tənqidiliyi, ardıcıllığı, nəzəri və mücərrəd xarakter

daşıması


ilə

fərqlənir.  Təfəkkürün

proseslərindən

formalarından yerində və düzgün istifadə etmək imkanları artır. 



Bütün bunlarla yanaşı bu dövrdə məktəblilərin ümu-

miləşdirmələrində bəzən tələsgənlik ucundan qüsurlar özünü

göstərə bilir. 

Təlim prosesində böyük məktəblilərdə bərpaedici



təxəyyüllə yanaşı yaradıcı təxəyyülün inkişafı üçün də geniş

imkan yaranır.  Bu hal ən çox şagirdlərin yaradıcı fəaliyyətdə

özünü aydın göstərir. 

Bütün qeyd edilənlərlə yanaşı ilk gənclik dövründə

məktəblilərdə maraq və tələbatlarxüsusilə mənəvi tələbatlar

inkişaf edir. Onlar elmin,  texnikanın,  cəmiyyət və onun həyat

tərzinin müxtəlif sahələri ilə maraqlanmaqla yanaşı,  onlarda

ünsiyyətə,  incəsənətə,  əxlaqi davranış normalarını həyata

keçirməyə mənəvi tələbatlar formalaşır. 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin