Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə136/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   132   133   134   135   136   137   138   139   ...   297
psix

Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi bacarmaqdan ibarətdir. Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz bu cür müstəqillikdə öz əksini tapır. Həmin keyfiyyətə malik olan adamlar başqalarından asılı olmur, onların öz düşüncə, fikir tərzləri mövcud olur.
Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur. Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub qavradıqları cisim və hadisələr arasındakı yğun­suz­luğu asan­lıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini əsaslandıra bilirlər.


Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1.Təfəkkür nəyə deyilir?


2.Təfəkkürlə hissi idrak arasında əlaqəni şərh edin.
3.Hissi idrakla məntiqi idrak arasındakı fərqlər nə­də­dir?
4.Təfəkkürün ümumi xarakteristikasını şərh edin.
5.Fikri proseslər hansılardır? Onları şərh edin.
6.Təfəkkürün formaları hansılardır? Onlar haqqında ayrı-ayrılıqda danışın.
7.Təfəkkürün növlərini şərh edin.
8.Ağlın keyfiyyətləri dedikdə nəyi başa düşürsünüz? Onları ayrı-ayrılıqda şərh edin.


Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Təfəkkür və məsələ həlli.


2. Yaradıcı təfəkkürün psixologiyası.
3. Ağlın keyfiyyətləri və onların inkişafı vasitələri.
4. Təfəkkür proseslərinin qarşılıqlı əlaqəsi.
5. Dil və təfəkkürün qarşılıqlı əlaqəsi.


Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, 2-ci nəşri – Bakı, 2002 səh.326-357
Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri. – Bakı, 1987
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. – Bakı, 2004 səh 37-90
Qədirov Ə.Ə. Uşaqlarda idrak proseslərinin inkişafı. – Bakı, 1970
Vozrastnıe i individualğnıe osobennosti obaznoqo mışleniə. – M, 1989

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin