1. Psixikanın filogenezdə inkişafı ilə bağlı materialist və idealist yanaşmanın fərqi nədir?
2. İnsan psixikasının inkişafında sosial-iqtisadi amillərin rolu barədə fikirlərinizi şərh edin.
3. Tropizm nədir və onun hansı növləri vardır?
4. İnstinktiv davranışla vərdişlərin fərqini göstərin.
5. İntellektual davranış nədir?
6. İnstinktiv davranışla intellektual davranış arasındakı oxşar və fərqli cəhətləri izah edin.
Bayramov Ə.S., Əlizadə Ə.Ə.. Psixologiya. Ali əktəblər üçün dərslik. Bakı, 2002.
Ümumi psixologiya. A.V.Petrovskinin redaktorluğu lə ruscadan tərcümə. Bakı: Maarif, 1982.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001,
s.70-87. Tix N.A. Predistoriə obhestva. İzd. LQU, 1970.
Şoven R. Ot pçelı do qorillı. M.: Mir, 1965.
İKİNCİ HİSSƏ
FƏALİYYƏT VƏ ÜNSİYYƏT
3-cü FƏSİL
FƏALİYYƏT
Q ı s a x ü l a s ə
Fəaliyyət haqqında anlayış. Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığı kimi Fəaliyyət və şüurun dialektik vəhdət təşkil etməsi.
Fəaliyyət və fəallıq. Tələbatlar fəallığın mənbəi kimi. Tələbatlar İnsanın dərk olunmuş ehtiyacıdır. Tələbatların insanın konkret həyat şəraitindən asılılığı. Tələbat və fəaliyyətin motivləri.
Fəaliyyətin quruluşu. Fəaliyyətin quruluşu haqqında anlayış. İş və hərəkatlar. İşin idarə olunması və ona nəzarət.
Fəaliyyətin mənimsənilməsi. Vərdişlər və onların mahiyyəti. Vərdişlər və mümarisələr. Vərdişlərin qarşılıqlı təsiri: keçirilmə və interferensiya. Dillərin mənimsənilməsində dildaxili və dillərarası interferensiya. Bacarıqlar və adətlər.
Fəaliyyətin əsas növləri: oyun, təlim, əmək. Onların psixoloji xüsusiyyətləri və psixi inkişafda rolu.