Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Mümarisələrin nəticələri ilə tanışlığın əhəmiyyətini göstərən diaqram



Yüklə 1,29 Mb.
səhifə26/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   297
psix

Mümarisələrin nəticələri ilə tanışlığın əhəmiyyətini göstərən diaqram

84
80
76
72
68
64
60
56
52

Мüвяффягиййят эюстяриъиси (%-ля)



























































































































































































































































































































































































































































































































































































































































































































































































































1 2 3 4 5 6 7 8 9 10 111213 14151617 1819
Mümarisələrin sayı
A qrupu
B qrupu
Şəkil 3.


Сящфлярин мигдары

25

































20































15































10































5































0

1

2

3

4

5

6

7

8

9

10

Mümarisələr
Şəkil 4. Vərdişlərin yaranmasının mümarisə əyrisi: səhvlərin miqdarının azalması (M.Ə.Həmzəyevə görə)
Vərdişlərin yaranmasının digər qanunauyğunluğu onun tərəqqisitənəzzülündə özünü göstərə bilir.
Hər hansı bir vərdiş hər hansı bir fəaliyyətə nə qədər çox, tez-tez tətbiq olunarsa və həyatda təkrar edilərsə o bir o qədər avtomatlaşmış və möhkəm olur. Əksinə əldə edilmiş vərdişdən uzun məddət fəaliyyətdə istifadə olunmadıqda, bu cür vərdişlər get-gedə sönür, tənəzzülə uğrayır.
Nəhayət, vərdişlərin yaranmasının bir qanunauyğunlugu da onların qarşılıqlı təsirində özünü göstərir.
Vərdişlərin qarşılıqlı təsiri: keçirilmə və interferensiya. Hər bir fəaliyyət prosesində insan müxtəlif vərdişlərə yiyələnir və həmin vərdişlər onun fəaliyyətinin səmərəliliyini təmin edir. İnsanların yiyələndikləri bu vərdişlərin hamısı birdən-birə, eyni vaxtda yaranıb, eyni vaxtda da başa çatmır. İnsan ardıcıl olaraq bütün həyatı boyu müxtəlif vərdişlərə yiyələnməli olur. Hər bir vərdiş isə insanın artıq malik oldugu vərdişlər sistemində fəaliyyət göstərir və təşəkkül tapır. Təcrübə göstərir ki, bu vərdişlərdən bəziləri yeni vərdişin yaranmasına və fəaliyyət göstərməsinə kömək edir. Həmin vərdişin təsiri altında fəaliyyətin digər cəhətlərinin icrası asanlaşır. Bu prosesdə yeni vərdişlərin yaranmasına keçmiş vərdişin mexanizmi bir növ köməkçi rol oynayır. Bu hal eyni tipli və müxtəlif vərdişlərin yaranması zamanı özünü göstərə bilir.
Lakin əvvəl yaranmış vərdişlər heç də həmişə yeni vərdişin yaranmasını asanlaşdırmır. Əvvəl yaranmış vərdişlər bəzən yeni vərdişin yaranmasıını çətinləşdirir, onun formalaşmasını ləngidir. Əvvəl yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına bu gür müsbət və mənfi təsiri psixologiyada vərdişlərin qarşılıqlı təsiri adlanır.
Qeyd edilənlərdən göründüyü kimi, vərdişlərin qarşılıqlı təsirində iki hal özünü göstərir. Əvvəl yaranmış vərdişlər yeni vərdişlərin yaranmasına müsbət təsir göstərir, onu asanlaşdırırsa bu hal müasir psixologiyada vərdişlərin keçirilməsi adlanır. Əksinə, əvvəl yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsi isə interferensiya adlanır.
Psixoloji ədəbiyyatda keçirilməyə aşağıdakı kimi tərif vermişlər. Bir işin yerinə yetirilməsi və ya öyrənilməsi zamanı onun ardınca gələn işlərdə müvəffəq nəticələr əldə olunursa, buna məsbət keçirilmə və ya proaktiv yüngülləşmə deyilir. Bu yüngülləşmə anlayışı hər hansı bir konkret prosesi deyil, ancaq fəaliyyətin effektivliyinin yüksəldilməsini nəzərdə tutur. Fəaliyyətin effektivliyi ya düzgün cavabların çoxalmasında, ya səhvlərin azalmasında, ya da cavabların sürətlə artmasında və ya fəaliyyətin təkmilləşməsinin digər göstəricilərində ifadə olunur.1
Yuxarıda qeyd etdiyimiz kimi, yeninin keçmiş təcrübəyə uyğun şəkildə qavranılması « vərdişlərin keçirilməsi» hadisəsi adı altında qəbul edilmişdir. Psixoloji ədəbiyyatda göstərildiyi kimi işin formalaşdığı şəraitdən ayrılması və onun yeni şəraitə, yeni obyektlərin üzərinə keçirilməsi uzaq nəticələr verən mühüm hadisə kimi özünü göstərir.
Bir çox hallarda işin bu cür keçirilməsi yeni tip məsələni səhvsiz və sınaqsız, müvəffəqiyyətlə həll etməyə imkan yaradır. Cisim və hadisələrin mühüm əlamətlərə görə oxşarlıgı burada mühüm əhəmiyyət kəsb edir.
Pedaqoji psixologiyada keçioilmə problemi mərkəzi problemlərdən birini təşkil edir. Mənimsənilmiş işlərin yeni məsələlərin üzərinə düzgün və məvəffəqiyyətlə keçirilməsinə nail olmaq yeni fəaliyyət növünü sürətlə və minimum səhvlərlə mənimsəmək deməkdir. İnsanda mənimsənilmiş işlərin keçirilməsi halları nə qədər geniş olarsa o, bir o qədər çox öyrənir, onun öyrənilməsinin nəticəsi bir o qədər məhsuldar olur; insan fəaliyyəti üçün onlar bir o qədər səmərəli olur.
Məsələn, bir musiqi alətində çalmaq vərdişlərinə yiyələnən adam digər musiqi alətində çalmağı asanlıqla öyrənir. Eyni fikri dillərin mənimsənilməsinə də aid etmək olar.
Bu nöqteyi nəzərdən dillərin qarşılıqlı təsirində keçirilmə hadisəsinin yerini və xüsusiyyətlərini aşkara çıxarmaq mühüm praktik əhəmiyyət daşıyır.
Psixoloji tədqiqatlardan məlum olduğu kimi, ana dili həmişə ikinci dil faktlarını mənimsəmək üçün əsas, ikinci dildə hadisələrin mahiyyətini anlamaq üçün özünəməxsus açar rolunu olnayır. Üçüncü və sonrakı dillərin mənimsənilməsində də eyni qanunauygunluq özünü göstərir. Bu zaman əvvəl mənimsənilmiş dillər sırasının mənimsənilməsində də müsbət təsirini göstərir.
Məhz buna görə də, həmin sahədə aparılmış tədqiqatlardan göründüyü kimi ikinci və sonrakı dillər əvvəl mənimsənilmiş dillərin sistemi bazasında, başqa sözlə həmin dillər üzrə bilik, bacarıq və vərdişlərin aydın və ya gizli fonunda mənimsənilir. Öyrənilən dillə əvvəl mənimsənilmiş dillər bir-biri ilə sıx kontaktda olur və bu zaman müsbət keçirilmə hadisəsi, yaxud dilçilərin qeyd etdiyi kimi, əvvəl mənimsənilmiş dillər (o cümlədən ana dili) üzrə bacarıq və vərdişlərin öyrənilən sonrakı dildə oxşar hallarda transpozisiya hadisəsi baş verir.
Bacarıq və vərdişlərin keçirilməsi hadisəsi « bacarıqların keçirilməsinin, daha doğrusu, koordinasiyanın keçirilməsinin ümumi qanunauygunluqlarına əsaslanır. Bu zaman korreksiyanın dərk olunması və avtomatlaşması bacarıqda düzəlişlər aparılması, bacarıgı yenidən yaratmaga nisbətən sərfəlidir.
Məhz buna görə də ikinci dilin öyrənilməsi zamanı keçirilmənin bu xüsusiyyəti nəzərə alınır. Əks halda keçirilmə yanlış xarakter daşıyır, dilin mənimsənilməsi qüsurlu olur. Psixoloqların apardıqları müşahidələr göstərmişdir ki, dili öyrənənlər keçirilməni düzgün prinsiplər üzrə aparmadıqda ya səhv ümumiləşdirməyə, ya da interferensiya hadisəsinə rast gəlirlər. Bu isə mənimsəmənin səmərəliliyini aşağı salır.
Psixoloqların apardıqları müşahidələr göstərmişdir ki, kontaktda olan dillərdə qrammatik, struktur və dil faktları nə qədər çox oxşar olarsa, keçirilmə hadisəsi də bir o qədər çox özünü göstərmə imkanına malik olur.
Psixoloji tədqiqatlar göstərmişdir ki, keçirilmənin səmərəliliyi statistik deyil, dinamik xarakter daşıyır. Keçirilmənin səmərəliliyi bir-birinə təsir edən hadisələrin zaman intervalından asılıdır. Məhz buna görə də sonrakı dilə təsir edən əvvəlki dil üzrə bilik, bacarıq və vərdişlərin əldə edildiyi vaxt, onların mənimsəmə səviyyəsi həlledici rol oynayır. Təcrübə göstərir ki, əvvəl mənimsənilmiş dil üzrə, onun əlamət və prinsipləri üzrə bilik, bacarıq və vərdişlər nə qədər çox möhkəmlənərsə, onların yenicə öyrənilən dilə təsiri bir o qədər çox olur. Nəticədə bu və ya digər oxşar hallara müvafiq olaraq əvvəl mənimsənilmiş dilin həm əlamətləri, həm də prinsipləri öyrənilən dilə də şamil edilməyə başlayır.
Psixoloqlar sübut edirlər ki, dil keçirmələri ən çox sonradan yarananreseptiv ikidillilik və ya çoxdillilik şəraitində özünü göstərir. Burada daha çox əvvəlki dilin, xüsusilə ana dilinin sonrakı dilin mənimsənilməsinə müsbət təsiri, keçirilməsi halları baş verir.
Psixoloji tədqiqatlar (M.Həmzəyev) göstərmişdir ki, dillərarası keçirilmə ha­­­­disəsi iki səviyyədə baş verə bilir: a) generalizasiya səviyyəsində keçirilmə; b) fərqləndirmə səviyyəsində keçirilmə. 1
Bu səviyyələrin ümumi mahiyyəti aşagıdakından ibarətdir. Adətən, keçirilmə oxşarlıq əlamətlərinə görə, aparıldıgına görə buradakı ümumiləşdirmənin rolu şübhəsizdir. Lakin ümumiləşdirmə həmişə tələb olunan səviyyədə vaş vermir.
Psixoloji tədqiqatlar artıq sübut etmişdir ki, bəzən aparılan ümumiləşdirmələr oxşar mühüm əlamətlərinə görə deyil, ikinci dərəcəli, formal əlamətlərə görə aparılır. Bu cür ümumiləşdirmələr çox vaxt yanlış xarakter daşıyır. Bu cür ümumiləşdirmələr psixoloji ədəbiyyatda generalizasiya hadisəsi adlandırılmışdır.
Təcrübə göstərir ki, generalizasiya hadisəsi çox vaxt müşahidə etdiyimiz cisim və hadisələrin, mənimsədiyimiz faktların, məfhum və qaydaların xüsusiyyətlərilə bağlı olur. Bu xüsusiyyətlər isə həmişə səmərəli mənimsəmə imkanı yaratmır, bəzən səhv ümumiləşdirmələrin meydana gəlməsinə şərait yaradır. Professor P.A.Şevaryov bu şəraiti belə xarakterizə edir: adətən, müəyyən hadisənin daimi xüsusiy­yətləri iki qrupa (A və B qruplarına) ayrılır. Lakin bəzən elə hadisələrə də rast gəlirik ki, onlarda daimi A xüsusiyyəti oldugu halda, B xüsusiyyəti mövcud deyildir. Həmin hadisə yalnız müəyyən mərhələdə həm A, həm də B xüsusiyyətlərinə malik olur. Ona görə də şagirddə bu cür hadisələr üzrə yalnız A xüsusiyyətlərini dərk etməyə aid assosiasiya yaranır.
Hadisədə həm A həm də B xüsusiyyətləri olduqda şagird yalnız birinci xüsusiyyətə əsaslansa da bu cür assossasiyanın səhv olduğu meydana çıxmır. Lakin şagirdin yalnız A xüsusiyyətinə malik olan, ancaq B xüsusiyyəti olmayan hadisələr rast gəldikdə də eyni yolla hərəkət etməsi, yalnız A xüsusiyytinə əsaslanması səhvə gətirib çıxarır. Deməli burada A xüsusiyyətinə əsaslanılır, B xüsusiyyətinin mövcud olunmasına fikir verilmir. Nəticədə səhvə yol verilmiş olur.
Eyni hadisə ikinci və üçüncü dilin mənimsənilməsi prosesində də özünü göstərir. İkinci və üçüncü dili öyrənən adam həmin dil faktlarının əvvəlki dilə oxşar bir əlamətinə istinad etdiyi (A əlamətinə) və burada ikinci əlamətin olub olmadığına (B əlaməti) fikir vermədiyi üçün səhv ümumiləşdirmə aparılır ki, bu da çox vaxt səhvlərlə nəticələnir.
Eyni hal təkcə iki dilin əlamətlərinin deyil prinsiplərinin keçirilməsi səviyyəsində də özünü göstərir. Bəzən öyrənən adamlar ana dilində prinsipin yalnız bir cəhətini , həm də formal cəhətini fərqinə varmadan öyrəndiyi dilin faktlarına da şamil edir ki, bu da bəzən istənilən nəticəni vermir.
Ona görə də keçirilmənin həmin səviyyəsi hələ əsl müsbət keçirilmə hesab oluna bilməz. Bəs ikinci və sonrakı dilin öyrənilməsi zamanı keçirilmə hadisə­­sinin generalizasiya səviyyəsi nə vaxt özünü göstərir, onun özünəməxsus başqa hansı xüsusiyyətləri vardır?
Psixoloji tədqiqatlar göstərmişdir ki. İkinci dilin mənimsənilməsi zamanı baş verən keçirilmə hadisəsinin generalizasiya səviyyəsi ən çox həmin dilin öyrənilməsinin ilk mərhələlərində təzahür edir. Əvvəl qeyd etdiyimiz kimi çox vaxt ikinci dili mükəmməl şəkildə ali məktəbdə mənimsəməyə başlayan tələbə bu halla qarşılaşır. Bu zaman ana dilinin həm formaca həm məzmunca, denotatlar səviyyəsində oxşar cəhətləri ikinci dilə keçirilir. Nəticədə həm forma, həm də məzmun generalizasiyası baş verir.
Forma oxşarlığının keçirilməsi birinci növbədə oxşar qrammatik quruluşu, dil faktlarının bu və ya digər anlayışa aid edilməsinin müəyyənləşdirilməsi şəklində özünü göstərir. Həm də bəzən ana dilində də o qədər səmərə verməyən, lakin möhkəmlənmiş priyomların ikinci dilin öyrənilməsində də tətbiqi müşahidə olunur. Məsələn, üzərində tədqiqat aparılan tələbə ana dilindi hər hansı bir sözü müəyyən qrammatik kateqoriyaya aid etmək üçün qrammatik sualdan (formal qrammatik) istifadə etdiyi kimi, ikinci dildə də həmin əlamətə istinad edir. Yaxud ana dilinin tələffüz xüsusiyyətlərini, onun intonasiya və vurgusunu olduğu kimi öyrəndiyi dildə tətbiq edir.
Müşahidələr göstərir ki, generalizasiya səviyyəsində keçirilmə təkcə formaca oxşarlığa görə baş vermir. Bəzən leksik, qrammatik materialların məzmun və mənaca oxşarlığı da səhv ümumiləşdirməyə səbəb olur. Ona görə də öyrənilən dildə məzmun və mənaca ana dilinə oxşar olan cəhətlər özünə yer etməyə, başqa sözlə öyrənilən dilə keçirilməyə başlayır. Nəticədə bu cür oxşarlıq ikinci dərəcəli əlamətlər üzrə olduqda çox vaxt ikinci dilə yiyələnmədə səhvlər özünü göstərməyə başlayır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, generalizasiya səviyyəsində keçirilmə ikinci və sonrakı dilin mənimsənilməsinə həm müsbət, həm də mənfi təsir göstərə bilir. Bu zaman keçirilmənin müsbət cəhəti ondan ibarətdir ki, ikinci dili öyrənən adam artıq onda mövcud olan bilik və bacarıqlar sisteminə istinad edir, ona görə də həmin dili mənimsəmə imkanları xeyli artmış olur. Bununla yanaşı, doğrudan da oxşar, lakin qanunauyğunluğu dərk edilməyən hallar sonrakı dilin mənimsənilməsini asanlaşdırır.
Generalizasiya səviyyəsində keçirilmənin mənfi cəhətinə gəldikdə, bu əvvəlki dildən zahirən oxşar halları kor-koranə öyrənilən sonrakı dilə aid etməklə nəticələnir. Nəticədə sonrakı dildə aradan qaldırılması zəruri olan qüsurlar özünü göstərməyə başlayır.
Diqqəti cəlb edən faktlardan biri də ondan ibarətdir ki, iki dillilik şəraitində dil faktları arasındakı fərq nə qədər az olarsa, onlar bir o qədər çox qarışdırılır və generalizasiya hadisəsinin təzahürünə səbəb olur. Nəticədə keçirilmə də həmin səviyyədə baş verir. Məhz buna görə də keçirilmənin həmin səviyyəsində ikinci dili öyrənən adam keçilən dil faktlarının mühüm oxşar əlamətləri üzrə deyil, ikinci dərəcəli, formal əlamətləri üzrə hərəkət edir. Bu zaman forma və ya məzmunca oxşarlıq onun əsas kriteriyası olur. Başqa sözlə demiş olsaq, bu cür oxşarlıq onun ana dili faktlarını öyrəndiyi dilin üzərinə keçirilməsi üçün «istinad faktına» çevrilir. Keçirilmənin həmin səviyyəsində çox vaxt yeni dili öyrənən adam bu cür keçirilmənin qanunauyğunluğunu dərk edə bilmir. Ona görə də əvvəlki dildə və ikinci dildə oxşar hesab etdiyi faktları fərqləndirməkdə çətinlik çəkir. Keçirilmə bir növ dərkedilməmiş və fərqləndirilməmiş xarakter daşıyır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, fərqləndirmə səviyyəsində keçiril­məyə gəldikdə, bu əvvəlki səviyyədən bir çox cəhətlərinə görə fərqlənir. Əvvəla, bu cür keçirilmə dili nisbətən sonra, öyrənən adamın faktları mühüm əlamətlərinə görə fərqləndirməyə başladığı dövrdə özünü göstərir. Məhz buna görə də həmin səviyyədə keçirilmə hadisəsi daha məntiqi və dərk edilmiş olur. Bu zaman istər əlamətlərin, istərsə də prinsiplərin keçirilməsi məntiqi xarakter daşıyır. Keçirilmədə onlar faktların mühüm əlamətlərinə istinad etdiklərinə görə bu cür keçirilmə həmişə müsbət xarakter daşıyır, insanın yeni fəaliyyət sahəsində düzgün bilik, bacarıq və vərdişlərə yiyələnməsini asanlaşdırır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin