Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə25/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   297
psix

Variantlar

İlk 30 xəttdə


Sonrakı 40 xəttdə

Axırıncı 30 xəttdə

Məlumat verilmədikdə



19

22

20

«Düzdür» və ya «səhvdir» xəbər­dar­lığı zamanı

23



16



12



Yayınma halının böyük­lü­yü bildi­rildikdə

6



4



3



Cədvəldəki rəqəmlərdən göründüyu kimi, yoxlananları xəttin tapşırıqdan nə qədər fərqləndiyi bildirilmiş üçüncü qrupda çəkilmiş xəttlər tapşırıga daha yaxın olmuşdur.
Məktəbdə şagirdlərlə aparılmış iş də mümarisələrin nəticələri ilə tanışlıgın fəaliyyətin mənimsənilməsindəki rolunu bir daha təsdiq edir.
Hər birində 10 nəfər olmaqla iki qrup İV sinif şagirdlərinə eyni orfoqrafik və durgu işarəsi qaydalarını əhatə edən çalışma verilmişdir. Bu işi maksimum sürətlə və düz­gün yerinə yetirməli olduqlarını bildirilmişdir. Bu zaman qruplardan birində (A) hər bir mümarisədən sonra buraxılmış səhvlər təhlil olunmuş, digər qrupda (B) isə bu cür iş aparılmamışdır.
10 mümarisədən sonra A qrupunda bu cür təhlil aparılması dayandırılmış və şagirdlərə mümarisəni düz və ya səhv yerinə yetirmələri barədə heç bir məlumat verilməmişdir. B qrupunda isə əksinə, buraxılmış səhvlər təhlil olunmuşdur. Nəticədə A qrupu şagirdləri B qrupuna nisbətən yaxşı nəticə verdiyi halda, sonrakı 10 mümarisədə A qrupunun şagirdlərinin nəticələri pisləşməyə, B qrupunda olan şagirdlərin nəticələri isə yaxşılaşmağa başlamışdır. Bunu aşagıdakı diaqramdan aydın görürük.
Bütün qeyd olunanlar mümarisələrin nəticələri ilə tanışlığın fəaliyyətin mənimsənilməsindəki rolunu bir daha təsdiq edir.
Vərdişlərin yaranması zamanı tətbiq olunan mümarisələrin məvəffəqiyyəti müsbət nəticələrin artmasında, səhvlərin azalmasında özünü göstərir. Lakin müsbət nəticələrin yüksəlməsi heç də bütün hallarda rəvan, yüksələn xətlə getmir. Eyni vəziyyətdə, səviyyədə qala bilir, yüksələ və aşağı düşə bilir. Hər bir təkrardan sonra səhvlərin azalması da eyni səviyyədə, rəvan getmir. Bu baxımdan vərdişlərin yaranması prosesinin qrafik ifadəsini, necə deyərlər mümarisə əyrisini vermək olar. Sınaqların miqdarı üfiqi xətt (absis), işin yoxlanan əlaməti isə şaquli xətt (ordinat) üzrə qeyd olunur. Qrafikdə alınmış nöqtələri birləşdirən xətt mümarisə əyrisi və ya öyrənmə əyrisi adlanır. O, formalaşan vərdişin inkişaf yolunu səciyyələndirir. Bunu aşağıdakı sxemdən aydın görürük.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin