2. Tədris işinin sinifdaxili (qrupdaxili) fərdiləşdirilməsi. Sinifdə frontal iş fərdi işlə üzvü surətdə əlaqələndirilir. Təlim prosesində hər bir şagirdin fərdi xüsusiyyətləri zəruri surətdə nəzərə alınır, yəni şagirdlərə eyni tapşırıqlar deyil, onların fərdi xüsusiyyətlərinə müvafiq olaraq müxtəlif variantlı tapşırıqlar vermək və ya əlavə ədəbiyyat göstərmək yolu ilə təlim prosesi fərdiləşdirilir.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
Təlim nədir? Onun mahiyyəti və psixoloji qanunauyğunluqlarını açın.
Təlim fəaliyyətinin strukturuna nələr daxildir? Onların mahiyyətini açın.
Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsindən danışın.
Öyrənməyə qabillik dedikdə nəyi başa düşürsünüz?
Təlimdə geridə qalan şagirdlərin hansı tipləri var? Onları xarakterizə edin.
Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amillər hansılardır? Onları xarakterizə edin.
Öyrənmənin müvəffəqiyyətinə təsir edən xarici amillər hansılardır?
Təlimin motivləri hansılardır?
İnkişafetdirici və tərbiyəedici təlimin mahiyyətini açın.
Müasir dərsə verilən psixoloji tələblər hansılardır?
Problem situasiya nədir və onun yaradılması yollarından danışın.
Dərsdə yaddasaxlama tərzlərindən səmərəli istifadə etmə şərtləri hansılardır?
Təlimin fərdiləşməsi və diferensiasiyası dedikdə nəyi başa düşürsünüz?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
Təlim fəaliyyəti və psixi proseslər.
Təlim və psixi inkişaf haqqında konsepsiyalar.
Təlim prosesində təkrar və mümarisələrə verilən psixoloji tələblər.
Pedaqoji psixologiyada təlimin strukturuna dair konsepsiyalar.
Təlim prosesində düzgün ümumiləşdirmə bacarığının formalaşdırılması.