Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə82/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   78   79   80   81   82   83   84   85   ...   297
psix

Rəhbərlik üslubu. Təcrübə göstərir ki, qrup fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan əsaslı şəkildə asılıdır. İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür rəhbərlik üslubu qeyd olunur : avtokratik, avtoritar, demokratik, laqeyd (etinasız, liberal) və qeyri-sabit (ardıcıl olmayan) rəhbərlik üslubu.
Avtokratik rəhbərlik üslubuna malik olan liderlər (rəhbərlər) bir növ müstəbid olur. Adətən avtokratik və avtoritar rəhbərlik üslubuna malik olan liderlər qrup üzvlərinin fikir və ideyalarını nəzərə almadan, müstəqil hərəkət edirlər. Əmr, göstəriş, təlimat, töhmət, təşəkkür onların qrup üzvləri ilə əsas əlaqə forması olur. O hər cür məlumatı bir növ özündə gizlədir, heç kəsin bundan xəbəri olmur, ona görə də ona tabe olanlar, adətən güman və şayiə aləmində olurlar.
Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini aşağı qiymətləndirir. Bu cür rəhbərlər qrup üzvlərinin təşəbbüslərini boğur, ya da sadəcə olaraq onlardan istifadə etmirlər. Bu cür rəhbərlər belə hesab edirlər ki, onlar «hər şeyi özləri bilirlər», onsuz da heç kim bu işi onun kimi yaxşı yerinə yetirə bilməz. Məhz buna görə də bu cür qruplarda qrup üzvlərinin hamısında ümumi işə qarşı məsuliyyət hissi zəifləmiş olur, əmək onlar üçün sanki formal bir işə, vəziyyətə çevrilir.
Adətən avtoritar lider rəhbərlik etdiyi qrup üzvlərindən kiminsə müəyyən səhvə yol verdiyini gördükdə onu necə düzəltməyi məsləhət görmək əvəzinə ona gülür, onu ələ salır. Avtoritar lider iştirak etmədikdə onun qrupunda aparılan iş ləngiyir, bəzən dayandırılır. K.Levinin təcrübələri göstərmişdir ki, avtoritar lider otaqdan çıxan kimi qrup üzvləri işi kənara qoymuş, onu davam etdirməmiş, ya da fəaliyyətin səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Bu cür lider uzun müddət qrupdan uzaq düşdükdə qrup öz işini müstəqil yerinə yetirmək və ya onu səmərəli təşkil etmək imkanından məhrum olmuşdur.
Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarşılanır. Bu cür rəhbərlik üslubuna malik olan lider daima qrup üzvləri ilə razılaşır. Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini nəzərə alır. Demokratik rəhbərlik üslubuna malik olan lider öz fəaliyyətini təkcə qrup fəaliyyətinə nəzarət və onu tənzim etməklə məhdudlaşdırmır, onların tərbiyəsi və təliminə də ciddi diqqət yetirir. Demokratik rəhbərlik hslubuna malik olan liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır.
Aparılmış müşahidə və tədqiqatlar göstərmişdir ki, laqeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə ynsiyyəti kortəbii xarakter daşıyır. Çox vaxt onların arasında yaranan ünsiyyət qrup üzvləri tərəfindən diktə olunur. Bu cür liderlər qrupa müəyyən tapşırıqlar verməklə məhdudlaşır, onun necə yerinə yetirilməsinə əhəmiyyət vermirlər. Laqeyd rəhbərlər qrupun ayrı-ayrı üzvlərinin işinə qarışmamağa çalışır, bir növ qrupdan təcrid olunur, neytrallığa can atırlar.
Qeyri-sabit rəhbərlik üslubuna malik olan liderlərə gəldikdə onlar dəyişgən olurlar. Onların necə hərəkət edəcəklərini qabaqcadan müəyyənləşdirmək mümkün olmur. Bir dəfə avtoritarlıq göstərən bu cür liderlər, başqa vaxt yerli-yersiz ya demokratik, ya da laqeyd rəhbərlik üslubuna yer verirlər. Bütün bunlar isə onunla qrup üzvləri arasında anlaşıqsızlıq yaradır. Nəticədə qrup fəaliyyətinin səmərəliliyi üçün zəruri olan şərait yaranmır.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin