Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə139/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   135   136   137   138   139   140   141   142   ...   297
psix

IV. 12. 2.. Təxəyyülün növləri


Təxəyyül surətlərinin yaradılması müxtəlif səviyyələrdə gedə bilir. Bu səviyyələr onunla müəyyən edilir ki, insan bu prosesə nə qədər şüurlu münasibətdə olur. Bu baxımdan təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül.
Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəzifələrini həyata keçirmək naminə, sanki, təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə, niyyətliniyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı misalda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül prosesidir. Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda təcəssümü mümkün olmayan surətlər yaradılarsa, buna xülya deyilir.
Xoş, sevincli, dadlı xülyaya qapılmaq hər kəsə xas olan bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir başa rabitə, əlaqə mövcuddur. Belə bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, insanın təxəyyül fəaliyyətində bu növ təxəyyül üstünlük təşkil etsə, belə adamlara xülyaçı, xülyapərəst adamlar deyilir. Bu cəhət şəxsiyyətin mənfi cəhəti olub, onu passivləşdirən, fəaliyyətdən qoyan bir cəhətdir.
Passiv təxəyyülün niyyətsiz növü adətən şüurun, insanda ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baş verir. Məsələn, siz sərin otaqda yat­mısınız və üstünüzü isti yorğanla örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan kənara çıxır. Bu zaman siz soyuğu hiss etməyə başlayırsınız. Bu duyğu sizdə təxəyyül prosesinin əmələ gəlməsinə səbəb olur, siz yuxu görürsünüz. Görürsünüz ki, qarın üstə ayaqyalın gəzirsiniz, soyuqdan gizlənməyə çalışırsınız və s. Bütün röya obrazları niyyətsiz passiv təxəyyül fəaliyyətinin nəticəsi kimi təzahür edir.
Passiv təxəyyül niyyətli və niyyətsiz növlərə ayrılırsa, fəal təxəyyül həmişə niyyətli xarakterə malik olub, bərpaediciyaradıcı təxəyyül növlərinə ayrılır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin