Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə22/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   297
psix

İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz müvafiq cari məsələləri həll etməli olur. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş və ya əməl adlanır. Məsələn, cümlədə mübtədanı tapmaq, 11 metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və s. müvafiq fəaliyyətin nisbətən bitmiş elementi olan işlərdir. Bu cür işlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. Bu işlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya xassəsinin dəyişməsinə yönəlmiş olur. Hər cür maddi iş və ya əməl məkan və zamanla bağlı olan müəyyən hərəkətlərdən əmələ gəlir. Məsələn futbol zamanı 11 metrlik cərimə topunu vurmaq işini yerinə yetirmək üçün idmançı topu 11 metrlik nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaşır, bir ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baş verir. Belə ki, idmançı topu başqa yerə deyil cərimə olunmuş komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin işarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu başqa yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz.
Hər cür maddi işlər hərəkətlərin müəyyən sistem üzrə yerinə yetirilməsindən ibarətdir. O, işin məqsədindən, həmin işin yönəldiyi əşyanın xassəsindən və iş şəraitindən asılıdır. Belə ki, məsələn,11 metrlik cərimə topunu vurmaq üçün hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, ümumi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq üçün hərəkətlər «t» hərfini yazmaq üçün lazım olan hərəkətlərdən fərqlənəcəkdir.
Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus idarəolunmanəzarət tələb edir. Fəaliyyət prosesində hərəkətlərin özünün icrası onun nəticəsinin işin son məqsədi ilə müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım gəldikdə təshih olunur. Təcrübə göstərir ki, iş və hərəkətlərin icrası zamanı nəzarəti və təshih etməni yerinə yetirə bilməyən adamlar ən sadə işi də yerinə yetirmək imkanına malik olmurlar. Məsələn, bu cür uşaqlar sətir boyu xətt çəkməyi belə bacarmır, sətrləri bir-birinə qarışdırırlar.
Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir işi müvəffəqiyyətlə yerinə yetirməsi üçün iş və ya hərəkətləri idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir. İşləri təşkil edən hərəkətlər sistemi isə nəticə etibarilə həmin işlərin məqsədilə idarə və tənzim olunur. Yerinə yetirilən işlərin nəticələri həmin işin məqsədi nöqteyi-nəzərdən qiymətləndirilir və təshih olunur. Başqa sözlə, məhz işin məqsədi şeylərin hansı xassə və vəziyyətlərinin onun icrası, nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin