Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə28/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   297
psix

Bacarıqlar. Fəaliyyətin mənimsənilməsi zamanı vərdiş­­lərlə yanaşı bacarıqlar da formalaşır.
Bacarıqlar – qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasıdır. Bacarıq yarandıqda insan qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiş olur. Bacarıqların formalaşması biliklərə daxil olan məlumatların işlənməsi ilə bağlı olan əməliyyatların, bu məlumatın aşkara çıxarılması, həmin məlumatın hərəkətlərlə müqayisəsi və ona aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir.
İnsanın bacarığa yiyələnməsi müxtəlif yollarla həyata keçirilə bilər. Psixoloqlar bunlardan ikisini xüsusi olaraq qeyd edirlər. Birinci yolda öyrənən, fəaliyyyəti mənimsəyən adam zəruri biliklərə malik olur. Onun qarşısında həmin bilikləri lazım olan yerdə səmərəli tətbiq etmək vəzifəsi qoyulur. İnsan fəaliyyətinin müvafiq istiqamətlərini, məlumatları işləmək yollarını və priyomlarını səhv və sınaq yolu ilə aşkara çıxarmaqla bu vəzifənin həllinə çalışır. Mütəxəssislər az səmərəli olmasına baxmayaraq bu yolun hazırda təlimdə geniş yayılmış yol oldugunu göstərirlər. İkinci yol, şagirdlərin bilikləri tətbiq etməsi üçün zəruri olan psixi fəaliyyətini müəllimin idarə etməsindən ibarət olan yoldur. Bu zaman müəllim şagirdləri lazım olan əlamətləri və əməliyyatları seçmək istiqamətləri ilə tanış edir, qarşıya qoyulmuş məsələni həll etmək üçün şagirdlərin aldıqları məlumatları işləmək və onlardan istifadə etmək sahəsindəki fəaliyyətlərini təşkil edir. Bu yol hazırda pedaqoji psixologiyada səmərəli şəkildə işlənən yoldur. Bacarıqlara yiyələnmənin səmərəliliyini təmin edən ümumi şərtlərə a) şagirdin ümumiləşmiş qaydanı anlaması və b) yeni məsələnin həlli prosesindəki əks əlaqə daxildir.
Vərdişlərdən fərqli olaraq bacarıqlar həmişə fəal əqli fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil edir. Zəruri əqli nəzarət bacarıqları vərdişlərdən fərqləndirən başlıca cəhətdir.
Adətlərə gəldikdə, o da vərdişlər kimi işin, hərəkətlərin icrasının avtomatlaşmasıdır. Lakin vərdişlərdən fərqli olaraq adət yarandıqda həmin iş və ya hərəkətin icrası insanın tələbatına çevrilir. İnsan daima özünün həmin tələbatını ödəməyə can atır. Məsələn, insanda oxu vərdişi yarandıqda o, çətinlik çəkmədən götürdüyü kitabı səhvsiz və sürətlə oxuya bilir, lakin bu işi yalnız lazım olduqda həyata keçirir. Adətdə isə belə deyildir. Məsələn, hər gün yatağa uzanmaqdan qabaq kitab oxumağa adət etmiş adam bu işi görmədən yata bilmir. Yaxud, həmişə bayırdan gəldikdə və ya yeməkdən qabaq əllərini yumağa adət etmiş adam buna əməl etməyə bilmir.
Vərdişlər şüurlu təkrarlar – mümarisələr sayəsində yaranır. Adətlər isə bəzən bu cür şüurlu təkrarlar olmadan da yarana bilir. Məsələn, şagird dərsdə yerindən danışmağı qarşısına məqsəd qoymur. Təsadüfən bir neçə dəfə yerindən danışır və nəticədə danışqanlığa adət edir.
Həyati faktlardan aydın olur ki, insanın yiyələndiyi düzgün vərdiş əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur. Lakin insanda formalaşan adət həm xeyirli, həm də ziyanlı ola bilər. Məsələn, böyük gələndə ayağa qalxmaq, başqasının sözünü kəsməmək xeyirli (faydalı), müsbət adət olduğu halda, böyüyə qarşı, laqeydlik, gobudluq, dərsdə yerindən söz atmaq və s. ziyanlı, mənfi adətdir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin