Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə35/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   297
psix

Ünsiyyət və fəaliyyətin vəhdəti. Ünsiyyət psixologiyasında mütəxəssislərin diqqətini cəlb edən əsas, prinsipial məsələlərdən biri ünsiyyətlə fəaliyyətin vəhdəti məsələsidir. Lakin bu məsələyə psixoloqların yanaşma tərzi müxtəlifdir. Qərb ölkələrinin bir sıra psixoloji konsepsiyalarında ünsiyyət və fəaliyyət bir-birinə qarşı qoyulur. Bu konsepsiyalarda ünsiyyət amili davranışın determinantı, şərti kimi qəbul olunsa da, bu zaman fəaliyyətin dəyişdirici rolu nəzərə alınmır. Burada sosial proses mənəvi nitq ünsiyyəti prosesi kimi götürülür. Məhz buna görə də A.N.Leontyevin fikrincə bu kimi hallarda fərd praktik şəkildə fəaliyyət göstərən varlıqdan ünsiyyətə girən varlıq kimi qəbul olunur.
Bunun əksinə olaraq bəzi psixoloqların fikrincə ün­siyyət və fəaliyyət vəhdət təşkil edir. Belə bir nəticə məntiqi olaraq ünsiyyətin real insan münasibəti kimi başa dü­şülməsindən irəli gəlir. Bu baxışa görə hər cür ünsiyyət forması insanların birgə fəaliyyətinin spesifik formasından ibarətdir. İnsanlar sadəcə olaraq müxtəlif sosial funksiyaları yerinə yetirərkən «ünsiyyətə girmirlər». Onlar həmişə bir neçə fəaliyyət prosesində ünsiyyət saxlayırlar. Buradan isə aydın olur ki, daima işgüzar adam ünsiyyətə girir, onun fəaliyyəti həmişə başqa adamların fəaliyyəti ilə üst-üstə düşür. Lakin məhz fəaliyyətin həmin kəsişməsi işgüzar adamın təkcə öz fəaliyyətinin predmetinə deyil, başqa adamların fəaliyyətinə qarşı da müvafiq münasibət, birgə fəaliyyəti yerinə yetirən fərdlər arasında birlik yaradır. Beləliklə ünsiyyətin fəaliyyətlə vəhdəti faktı psixologiyada fəaliyyət nəzəriyyəsinə istinad edən bütün psixoloqlar tərəfindən qəbul olunur, lakin bu əlaqənin xarakteri müxtəlif şəkildə başa düşülür.
Bəzən fəaliyyət və ünsiyyətə yanaşı şəkildə mövcud olan proses kimi deyil, insanın sosial mövcudluğunun, onun həyat tərzinin iki tərəfi kimi baxırlar (B.F.Lomov). Başqa bir halda ünsiyyəti fəaliyyətin müəyyən sahəsi kimi başa düşürlər (A.N.Leontyev). Bəziləri isə ünsiyyəti fəaliyyətin xüsusi növü kimi şərh edirlər (A.A.Leontyev).
Psixoloqlar belə bir fikri əsaslandırırlar ki, ünsiyyətin köməyi ilə fəaliyyət təşkil olunur və zənginləşir. Ünsiyyətə girən tərəflər arasında birgə fəaliyyət planının tərtibi onların hər birindən fəaliyyətin məqsəd və vəzifələrini bilməyi, obyektin spesifikasını, öz imkanlarını aydınlaşdırmağı tələb edir. Ünsiyyətin bu prosesə daxil olması onun iştirakçılarının «razılıq» və ya «narazılığı» həyata keçirmələrinə imkan verir.
Bütün qeyd olunanlar ünsiyyət və fəaliyyətin bir- biri ilə üzvü şəkildə vəhdət təşkil etdiyini söyləməyə imkan verir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin