257
sətəlcəmlə başlayır və ümumi vəziyətin pisləşməsinə qədər davam edir. Elə həmin mər-
hələdə dəridə çoxlu miqdarda qovucuqlar əmələ gəlir. Praktiki olaraq epitelial nəhəng
hüceyrələrin (Tzank-test) mövcudluğunu təsdiq etmək üçün qovucuqların dibindən
yaxma götürmək vacibdir. Bəzən törədicinin mövcudluğunu təsdiq etmək üçün neqativ
kontrastlanma, immunfluorestensiya, PZR və yaxud virus kulturası üsuluna müraciət
edilir. Molluscum contoginosum (eczema molluscatum) və insan papillomavirusu (İPV)
(eczema verrucatum) virusları ilə törənən infeksiyalar çox asanlıqla diaqnozlaşdırılır.
Belə ki, paronixiya sahəsində və uşaqların pəncəsinin altında olan ziyillər bizi atopiya
haqqında düşünməyə vadər edir. Atopik dermatit zonasında (eczema coxsaccium) Kok-
saki virus infeksiyası çox nadir hallarda rast gəlinir.
Dostları ilə paylaş: