Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Əsas (əsas və vacib) kriteriyalar



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə166/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   446
DERMATOLOGİYA-dərslik 1

Əsas (əsas və vacib) kriteriyalar:
1. Dəri örtüyünün qaşınması
2. Səpgilərin tipik morfologiyası və lokalizasiyası; uşaqlıq dövründə - üz dərisi, 
ətrafların açıcı hissələri, bədənin zədələnməsi; böyüklərdə - ətrafların bükücü hisələrində
lixenifikasiya.
3. Anamnezdə atopiya yaxud atopiyaya irsi meylliyin olması.
4. İlin yaz və payız-qış aylarında kəskinləşmə ilə muşahidə olunan xroniki residiv-
li gedişatı.
Atopik dermatitin – (cədv.18.1) İkincili əlamətləri (əlavə yaxud köməkçi kriteriya-
lar).
Əsasən atopik dermatit diaqnozu kifayət qədər düzgün görüntüyə malikdir, buna bax-
mayaraq atopik şəxslərdə sərhədli və bəzi başqa dəri hallar olur ki, ona görə də yuxarı-
da göstərilən diaqnostik kriteriyalara əsaslanmaq kifayətdir. Diaqnozun qoyulması üçün 
ən azı 3 əsas və 3 əlavə əlamətlərin olmağı vacibdir.
Cədvəl 18.1 Atopik dermatitin əlavə əlamətləri.
Klınık əlamətlər
• 
Kseroderma yaxud ixtioz
• 
Follikulyar keratoz
• 
Xeylit 
• 
Göz qapaqlarının tündləşməsi
• 
Əl və ayaqların qeyri spesifik dermatiti
• 
Keratokonus 
• 
Ön subkapsulyar katarakt
İmmunoloji əlamətlər
• 
Qan zərdabında ümumi İgE-nin səviyəsinin yüksəlməsi
• Qida keçirməməzliyi
• Dəri infeksiyalarına meyillik
Patofizioloji əlamətlər 
• Ağ dermoqrafizm
• Üzün rənginin solması yaxud eriteması
• Lipid əridicilərin və yunun keçirməməzliyi
• Tərləyən zaman qaşınma
1993-cü ildə atopik dermatit üzrə Avropa ope-
rativ qrupu (European Task Force on Atopik Der-
matitis) bu xəstəliyin ağirlığı üzrə bal üsulu hazır-
layıb; indeks SKORAD (The Skorad İndex). 
Atopik dermatitdə diaqnostika birinci növbə-
də müxtəlif allergenlərə olan səbəbli əlaqəsinə 
yönəldilir, hansılar ki dərinin iltihabınin inkişafın-
da aparıcı rol oynayır. Allergik anamnezdə dəri 
zədələmələrinin tarixi, ailə allerqoloji anamnezi, 
atopik respirator əlamətlər, yanaşı gedən dəri 
Şək. 18.2. Atopik dermatitdə səpgilə-
rin üzdə tipik lokalizasiyası


259
xəstəlikləri, anamnezdə risk faktorunun olduğunu (hamiləliyin və doğuşun gedişatı, 
südvermə xarakteri, körpə dövründə infeksiyanin olması, uşaq yaşlarında antibakterial 
preparatların qəbulu, yanaşı gedən xəstəliklər və fokal infeksiyalar, dərman preparatla-
rın keçirməməzliyi) vacib rol oynayır. Allerqoloji müayinə dəri sınaqlarınin qoyulma-
sı( kəskinləşmə olmayan zaman və antihistamin terapiyası aparılmadıqda) və təxribat 
testlərini nəzərə alır. Dermatozun torpid residivli gedişatı zamanı və dəri örtüyünün 
yayılmış zədələnməsində ÇAST (çoxmiqdarda allerqosorbent testi) və ya RAST (radi-
oallergosorbent test)-in köməyi ilə qeyri-infeksion allergenlərə qarşı spesifik İg E və İg 
C4 - antcisimlərin təyini, eləcə də müxtəlif paraklinik və xüsusi instrumental tədqiqat-
lar aparılir (cədvəl 18.2).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin