264
larının eləcədə sidiyin analizi daxil edilməlidir. Siklosporin və metotreksatla müalicədə
olduğu kimi, terapiyanın müddəti, dozanın endirmə sxemi və preparatların enmə faza-
sında stabilləşdirici təsiri eynidir.
Sistem kortikosteroidlər, triamsinolon asetonidin daxil olmaqla əzələ daxili inyek-
siyaları, atopik dermatitin simptomları üzərində nəzarət üçün çox effektlidir. Pasientlər
və klinisistlər üçün cavabın tezliyi, qısa müddət qəbulunda yaxşı təsiri və nisbətən ucuz
qiyməti, prednizolon ilə aparılan müalicəni eyni olaraq cəlbedici edir. Lakin steroidlərlə
uzun müddətli terapiya nəticəsində əlavə təsirlər (məsələn, osteoporoz, katarakta), onla-
rın istifadəsini xroniki proseslərdə, əsasən, atopik dermatit də daxil olmaqla məhdudlaş-
dırır. Prednizolonu ağir tutmaların qarşısını almaq üçün müvafiq olaraq, ildə 1-2 dəfə,
6-8 gün müddətində, qəbul etmək olar, lakin steroidlərdən asıllıq və pasientlər tərəfindən
prednizolon terapiyasının təkrarlanması cəhdləri qalmaqdadır. Bu, rekoşet kimi korti-
kosteroidlərin effektivliyinin aşağı enməsi təkrar terapiyanı cəlbedici etmir.
Çox müəlliflərinı təcrübəsi göstərir ki, atopik dermatitdə qaşınmadan –qaşımaya
(ekskoriasiya) qədər olan hisslərin zəncirvari siklini, sedativ antihistamin preparatlarla
dayandırmaq olar. Yeni nəsil iltihab əleyhinə təsirli qeyri-sedativ antihistamin preparat-
lar (atopik dermatitdə - loratadin, setirizin-amertil, parlazin göstərilir), H1- antihistamin
effektindən başqa, atopik dermatiti olan başqa qrup pasientlərdə qaşınmanı azaldırlar.
Atopik dermatiti olan xəstələrdə çox hallarda stafilakokk infeksiyası əmələ gəlir, bu
da öz növbəsində dermatitin kəskinləşməsinə gətirib çıxara bilər. Belə xəstələrin müa-
licəsində əsas olaraq antibiotiklərin sistem qəbulu vacibdir. Stafilakokk kulturaları pen-
sillinə və adətən eritromisinə qarşı dəyişməz olaraq dayanıqlı olurlar, seçim preparatı
kimi 250 mq dozada böyüklərə gündə 4 dəfə və kiçik uşaqlara 125mq gündə 2 dəfə
(gündə 25-50mq/kq çəkiyə iki qəbula bölünmüş) siklosporin və dikloksasillin iştifadə
olunur. Bir qayda olaraq, pustulalar tez sağalır və pasientlərə 5 gündən artıq preparatı
qəbul etmək nadir hallarda lazım olur. Əgər pasientlərdə infeksiya residivləşirsə, onda
yaxşı olar ki, xəstəliyin kəskinləşməsini qabaqlamaq üçün, bir daha 5 günlük müddətə
müalicə kursu təyin edilsin. Bəzi pasientlərdə çoxlu sayda və ya tez-tez təkrarlanan re-
sidivlərin müalicəsini təmin etməklə, siklosporinə rezistentliyin qarşısını almaq üçün 1
ay müddətinə tetrasiklinlə müalicə kursu aparmaq lazımdır (pasientlər 12 yaşdan yuxarı
olmalıdırlar).
Dostları ilə paylaş: