Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə170/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   446
DERMATOLOGİYA-dərslik 1

Fizioterapiya
UBŞ ilə aparılan fototerapiya atopik dermatitin müalicısini tamamlayan vasitə kimi 
və xəstəliyin kəskin mərhələnin sonunda başqa terapevtik tədbirlərlə yanaşı dərini sta-
billəşdirmək məqsədi ilə tətbiq olunur. Fototerapiya: selektiv UB-B-spektr (SUB),UB-B 
ilə UF-A kombinasiyası, PUVA və “yüksəkdozalı” UB -A ilə ən yeni monoterapiya. 
(cədvəl 18.4)
Cədvəl 18.4 Atopik dermatitin fototerapiyası
Fototerapiyanın növü Qeyd
Uzun dalğalı UB-A şüalar(320-400) 320- 400nm
Orta dalğalı UB-B 285-350nm


265
UB-B şüaların dar spektrı 311nm
UB-A/UB-B selektiv fototerapiya
PUVA Autosensibilizator+UBA
UBA,yüksək doza 340-400nm 
Fotodinamik terapiya infraqırmızı şüa 600-730nm+
porfirin qruplu sensibilizatorlar
Atopiklərdə fototerapiyanın mənfi təsiri dərinin surətli quruması və onkoloji xəstə-
liklərin əmələ gəlməsində yüksək riskin olmasıdır. Atopik dermatitə fototerapiyanın təsir 
mexanizmri hələ kifayət qədər öyrənilməyib. Məlumdur ki, UB-B-şüa hüceyrə-vasitəçi 
ilə immun cavabların, əksər hallarda Langerhans hüceyrə aktivliyinin zəifləməsi, yaxud 
miqdarının azalmasına və tormozlaşmasına gətirib çıxarır. Təzə tədqiqat metodları göstə-
rir ki, UB-B aşkar olaraq insan keratositlərinlə İCAM-I ekspressiyanı tormozlaşdırır və 
bununla dəridə olan iltihabi reaksiyaları üstləyir. Ola bilər ki, mikrob əleyhinə effekt 
də müəyyən rol oynayır. PUVA və ayrıca UB-A-şualanmanın atopik dermatitə spesifik 
təsiri haqqında dəqiq göstəricilər yoxdur. Belə bir fikir var ki, Largenqans hüceyrələrini 
daşıyan İgE-ya təsir edən mexanizm kimi, əsas UB-A- şuası təsir göstərir. Müalicədən 
əvvəl fotosensibilizasiya yaradan medikamentlərin qəbulunu istisna etmək lazımdır. İlk 
öncə həkimin baxışı məsləhət görülür. Məktəbə qədər olan uşaqlar terapiyaya az yarar-
lıdırlar, çünki onların çox hərəkətdə olduqlarına görə, şualanma dozasını təyin etmək 
çətindir. I dəri tipi olan pasientlərə UB- zəif dozalarda verdikdə, dəri uzun ağır eritema 
ilə reaksiya verirlər və effektli terapevtik dozanı təyin etmək mümkün olmur. Eyni za-
manda işıqla provokasiya olunan dermatozlarda UB-in təyini əks göstərişidir.
Selektiv fitoterapiya UB-B. Selektiv UB-B fototerapiyası (SUF).CUF-un başlanqıc 
dozaları (əksərən 290-320 nm) minimal eritem dozada (MED) UFB diapazonuna uyğun 
olmalıdır. İkinci seans vaxtı MED 50%, üçüncü də - 40% və növbətində 30% yüksəldilir. 
Həftədə 3, əksərən 5 seans keçirilir. Yüksək intensivli eritema əmələ gəldikdə, müalicə-
ni dayandırılaraq topik kortikosteroidlərin təyin edilməsi məsləhətdir. Eritema solduq-
dan sonra müalicəni əvvəlki şualanmanın 50% təşkil edən doza ilə davam etmək olar. 
Əgər terapiya müəyyən müddətə dayandırılıbsa, bu halda müalicəni əvvəlki təyin olunan 
dozanın yarısı ilə davam etdirirlər. Əlavə təsirləri – günəş dermatiti, eləcə də epitelial və 
melanositar neoplaziyanın inkişafının riskidir. Şua qəbul edərkən üz və genital sahələri
örtmək məsləhət görülür. Axır vaxtlar ağır atopik dermatitin müalicəsində qısa spektri 
olan UB-B (312+2nm), lampalar məsləhət görülür, lakin bu lampaların tətbiqində lazımi 
təcrübə hələ yoxdur.
UB-B və UB-A- şualanma kombinasiyası (UF-AB-terapiya). Aparılan yeni tədqiqat-
lara əsasən UB-B (300+5nm) və UB-A (350+30nm) kombinasiyası UB-A və ya SUF- 
şualanmasına nisbətən atopik dermatidə daha yaxşı effekt göstərir. Belə kombinasiya-
larda, müalicə effekti daha da uzunmüddətli olur. Lakin bu metod monoterapiya kimi 
deyil, yalnız onu kortikosteroidlərin yerli istifadəsilə də eyni zamanda keçirilən metod 
kimi tətbiq edirlər. Pasiyentin şualanması bir kabinada, eyni zamanda iki müxtəlif işıq 
mənbəyi ilə aparılır. UB-A başlanqıc dozası 3Dj/sm2, UB-B başlanqıc dozası isə 0,02 
Dj/sm2 təşkil etməlidir. Şualanmanın davamı SUF olan analogiyası ilə keçirilir. Dozanın 
yüksəlməsi hər iki şualanmanın növündə başlanqıc dozaya uyğun gəlir, və maksimal 


266
doza UB-A üçün 6 Dj/sm2 və SUF üçün 0,18Dj/sm2 təşkil etməlidir.
UB-AI yüksək dozaları ilə şualanma. Bu metod yeni bir variantdır, əsasən seansa 
140 Dj/sm2 yüksək dozalarda uzun dalğalı diapazonda 340-440nm UB-A- şualanma-
sıdır. Bunu aparmaq üçün xüsusi işıq mənbəyi lazımdır. Şualanmanın müddəti 30 dəq 
təşkil edir. Artıq 6-9 seansdan sonra tam effektə (yaxşılaşma 50% qədər) nail olmaq 
olar, ona görə də şualanmanın bu növü monoterapiya kimi bəzi hallarda istifadə oluna 
bilər. UB-A yüksək dozaların nəticəsində, yaranan əlavə uzunmüddətli təsiri hələ ki 
tam öyrənilməyib, belə prosedurun yalnız generalizə olunmuş dermatitin ağır formasın-
da keçirilməsi vacib sayılır. Onların eksperimental terapiya kimi istfadəsi hal-hazırda 
bir neçə avropa universitet mərkəzlərində aparılır. Bu üsul qısa müddətli kəskin inter-
vension tədbir kimi istifadə olunur. Daha uzun müddətli və dəqiq tədqiqatların işlənib 
hazırlanması lazım ola bilər. Təsir mexanizmi aşkar olunmayıb – güman edilir ki, işığın 
təsiri nəticəsində, qamma-interferon da daxil olmaqla iltihabi reaksiyalar azalır. Sonrakı 
tədqiqatların aparılması məqsədəuyğundur. 
PUVA- terapiya. Puva terapiya kortikosteroidlərin tətbiqinə əks göstəriş olduqda, 
atopik dermatitin kəskinləşməsində labüddür. Bu terapiyaya olan reaksiya müsbətdir, 
PUVA ilə ümumən stabil nəticəni almaq üçün, məsələn, psoriazdan fərqli olaraq 2 
dəfədən artıq seanslar tətbiq edilməlidir. Aparılan tədqiqatlara görə UB-A şüalanması-
nın orta kumulyativ dozası 118 Dj/sm2, seansların orta rəqəmi 59-a bərabərdir. Prose-
duraların vaxtından əvvəl dayandırılması “rikaşet” reaksiyasına və ya həyəcandan son-
ra sönmə reaksiyası ilə əlaqələndirilir. Yeniyetmələrdə və gənclərdə PUVA-nın istifadəsi 
ciddi göstəricilərə əsasən və qabaqcadan müəyyən müayinələrdən sonra aparılmalıdır. 
Ona görə atopiyası olan gənc pasientlər üçün bu müalicə üsuluna başlayarkən, onun hələ 
məlum olmayan uzunmüddətli effektlərinə görə diqqətli yanaşmaq lazımdır. Hamilə,
qara ciyər və böyrək xəstəliyi olan səxslərdə PUVA terapiya əks göstərişdir.
Akupunktura (refleksterapiya). Atopik dermatitin müxtəlifliyini və patogenezinin 
mürəkkəbliyini nəzərə alaraq, ümumi təsirini və dəridə səpgilərin lokalizasiyasını daxil 
olmaqla xəstəliyə uyğun reseptur sxemlərinin tərtib edilməsi məsləhət görülür. Müa-
licəni ümumi təsirli bioloji aktiv nöqtələrdən başlayaraq, sonralar yerli və aurikulyar 
nöqtələr də daxil edilir. Yanaşı gedən xəstəliklər olduqda simptomatik nöqtələri də daxil 
edirlər. Dəri prosesinin kəskin mərhələsində tormoz üsulunun I variantı, yarım kəskin 
və xroniki mərhələdə isə tormoz üsulunun II variantı istifadə edilir. Prosedur aparılan 
vaxt hər bir xəstəyə uyğun olan individual nöqtələr resepturu dəri zədələnməsi, qaşınma-
nın intensivliyi yanaşı gedən xəstəlikləri nəzərə almaqla tərtib edilir. Prosedur hər gün 
aparılır. Bir kursa 10-12 prosedur daxildir. Bir həftədən sonra günaşırı olaraq təkrar 6-8 
prosedurdan ibarət kurs təyin edilir. Kəskin və residiv dövrlərdə aurikulyar terapiya da 
qoşulmalıdır
Böyrəküstü sahədə induktotermiya. Atopik dermatitdə böyrəküstü qabığın funksional 
aktivliyinin aşağı düşməsində təyin olunur. UYT-30 aparatından yüksək tezliyi olan in-
duktoterapiya rezonans induktorlu EVT-1 istifadə edirlər. İnduktorları kürək tərəfindən 
T10 -T12 səviyyəsində yerləşdirirlər, birinci 5 prosedur isti zəif dozalı 5-10 dəqiqəli 
hər gün, sonra günaşırı, kursa 8-10 prosedur təyin edilir. Böyrəküstü sahəyə təsiri QYT 
(diapazonu CMB və DMB)-lə “Luç-3” və “Romaşka” ilə aparılır, bir kurs günaşırı 10-15 
prosedur təşkil edir.


267
Dəyişikli yaxud daimi maqnit sahəsi olan maqnitoterapiya.”Polus” aparatından olan 
dəyişkən maqnit sahə atopik dermatitin kəskin və yarımkəskin dövrlərində mərkəzi və 
vegetativ sinir sisteminə və toxumanın trofikasına təsir etmək üçün məsləhət görülür. 
Təsir seqmentar olaraq boyun (yaxalıq hissəsinə), bel nahiyəsinə və yerli olaraq dərinin 
zədəli ocaqlarına göstərilir. Bir başa düz ürəkciyi olan induktor istifadə olunur, rejim 
fasiləsiz, cərayanın forması sinusoidaldır. 
Dəyişkən maqnit sahənin intensivliyi 8,75dən 25 mT qədər, davamiyyətliyi 12-20 
dəqiqə, gündəlik olaraq bir kursa 10-20 prosedur təyin olunur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin