274
bərk, 0.3- 0.5 sm diametrdə noxud və ya paxla dənəsi böyüklükdə azca hiperemiyalaş-
mış düyünlər olur. Onların səthi yandan işıqlandırıldıqda tutqun, rəngi bozumtul-qonur
və ya çirkli boz olur. Belə ki, səpgilər güclü qaşınma səbəbindən intensiv dərinin tam-
lığının pozulması nəticəsində ekskoriasiyalaşır və ya çirkli bozumtul rəngli keratotik,
ziyiləbənzər törəmələrin əmələ gəlməsinə meylli olurlar. Ətraf dəri normal və ya hi-
perpiqmentləşmiş olur. Xəstələri çox intensiv qaşınma narahat edir, bu da tutma şəkilli
olaraq artır və hətta ona dözümsüzlük nəticəsində suisidə də gətirib çıxarır. Səpgilərin
güclü qaşınması eroziya, bəzi hallarda isə hemorragik qartmaq əmələ gətirir və düyün-
lərin böyüməsinə səbəb olur. Xəstəliyin gedişi davamlı, xronikidir. Spontan reqressiya
müşahidə olunmur.
Histopatologiya
Histoloji şəkli buynuz qatın qalınlaşması, qeyri-requlyar hiperakantoz, hiperpapillo-
matoz, histiosit və limfositlərdən ibarət bərk xroniki iltihabi infiltrat ilə müşayiət olunan
sadə xroniki dəmrovu xatırladır. Tosqun hüceyrələrin sayı çox vaxt artır, bəzən eozino-
fillərə də rast gəlinir. Sinir uclarının zədələnməsi də müşahidə olunur. Əvvəlcə hipertro-
fiya, sonra çoxsaylı sinir liflərinin degenerasiyası və şvann hüceyrələrinin proliferasiyası
(şvannomayabənzər formasiyanın əmələ gəlməsi- neyroma Pautrier) baş verir.
Dostları ilə paylaş: