271
Patogenez
Burada söhbət müəyyən adamlarda polietioloji allergik reaksiya üsulundan gedir.
Bu mənada övrə ilə prinsipial ümumi oxşarlıqları var. Bəzi müəlliflər ilkin səpgilərin
follikulyar yerləşmiş olduğunu (tük follikulu epitelisinin intra və perifollikulyar mono-
nuklear tipli spongiozu ilə müşahidə olunan infiltrat) qeyd edirlər.
Sadə yarımkəskin və sadə xroniki pruriqonun əmələ gəlməsi və persistensiyasına
müxtəlif faktorlar təsir edir. Hormonal pozğunluqlar (kontraseptivlər, gestagenlərə qarşı
allergiya,kişilərdə androgen çatışmamazlığı,pasiyentlərdə
ikincili hiperparatireoidizm,
xroniki hemodializdə olanlar); mədə- bağırsaq traktı pozğunluqları ( mədə turşuluğu-
nun kəskin azalması, hipoxlorhidriya, axlorhidriya, xroniki qastrit, mədə və 12 barmaq
bağırsaq xorası, bağırsaq kandidozu) ;ocaqlı infeksiyalar, qaraciyər funksiyasının po-
zulması (infeksion hepatit); qurd invaziyası; ginekoloji pozğunluqlar (predmenstrual
mastalgiya, polimenoreya, yumurtalıqların kistası, uşaqlığln selikli qişasının vəzi- kis-
toz hiperplaziyası, hiperestrogenemiya, menstrual siklin pozulması). Patogenetik olaraq
allergik
əlamətlər, xüsusən kombinə
olunmuş allergik reaksiyalar, hansılar ki,
sürətli
allergiya tipi ilə (Coombs və Gell- ə görə 1ci tip reaksiya) başlayır, əvvəlcə urtikar görü-
nüşə, sonra isə urtikar ocağın hüceyrə infiltrasiyalı 4-cü tip reaksiyası kimi davam edir.
Dostları ilə paylaş: