Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə173/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   446
DERMATOLOGİYA-dərslik 1

Proqnoz
Uşaqlarda mümkün olan ikincili infeksiyanin əmələ gəlməsi ilə əlaqədar nəticə 
ehtiyatla proqnozlaşdırılmalıdır. Ümumən həyatın birinci ilindən sonra xəstəliyin in-
tensivliyi aşağı düşür. Dəri təzahürləri azalır və 30 yaşa kimi onlar tamamilə itir. Başqa 
atopik zədələnmələrlə olan (bronxial astma, allergik rinit və konyunktivit) əlaqə 
individualdır və tam aydın deyil. Hər individual halda proqnoz vermək çətinlik törədir. 
Profilaktika 
Genetik konsultasiya; qidada məhdudiyyətlə (uşaqlarda və böyüklərdə qeyri müəy-
yən müddətə dietik tədbirlər); aeroallergenlərdən qaçmaq (pişiklərlə, itlərlə, atlarla və s 
heyvanlarla kontaktı istisna etmək, ev heyvanları saxlamamaq, evdə siqaret çəkməyi 
istisna edilməsi, tozcuq yaradan bitkilədən imtina); ev tozunda olan gənələrə qarşı – 
xalçaların və mənzilin nəmli təmizlənməsi; yataq otağında toz yığan xalça, pərdələrin 
yığışdırılması; yataq dəstlərinin təmiz yuyulması, toz mənbələrinin kənarlaşdırılması, 
quruluq əleyhinə - bədən yuyulduqdan sonra kremlənməsi zəruridir. Otaqların rütu-
bətliliyi 40 % ətrafında olmalıdır; ağır fiziki hərəkətlərdən, tərləmədən, istilənmədən 
sintetik parçalar, kobud yun paltarlardan uzaqlaşmaq; atopik dermatitli uşaqların 
valideynlərinin maarifləndirilməsi; dispanser nəzarəti (atopik dermatitli pasiyentlərə in-
formasiyaların verilməsi və belə xəstələrin qeydiyyatı).


269
XIX FƏSİL. PRURİQO (qaşınma xəstəliyi)
Güclü qaşınma ilə müşaiyət olunan dəri xəstəliyidir. Pruriqo termini intensiv qaşınma 
verən dermatozları birləşdirir. Bu dermatozların ilkin səpgiləri urtikar seropapula, urti-
kar papula və ya persistensiya edici papulyoz düyünlü elementlərdən ibarətdir. 
Sadə kəskin uşaq pruriqosu
Sinonimləri: uşaq qaşınması, strofulyus, strofulus infantum, pruriqo simplex acuta 
infantum, urticaria papulosa infantum, lichen urticaria, lichen simplex acutus. Proses 
əsasən uşaqlarda müşahidə olunan, xüsusi nəzərə çarpan residiv verən, allergik reaksiya-
dan ibarətdir. Xəstəliyin başlanğıcında buna epizoonoz kimi baxılır. Bu xəstəliklə əsasən 
2-8 yaşında uşaqlar yay- payız fəslində xəstələnirlər. Gənc və yaşlı insanlar bu xəstəliklə 
nadir hallarda xəstələnirlər. Ona görə də xəstəlik strophulus infantum adlanır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin