Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə181/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   446
DERMATOLOGİYA-dərslik 1

Histopatologiya
Epidermis çox zaman əsasda torvarı birləşmiş hüceyrələrin uzanması və yoğunlaş-
ması nəticəsində güclü qalınlaşmışdır. Kifayət qədər hiperparakeratoz müşahidə olunur. 
Məməcikli qatda kapilyarlar genişlənmiş, üst qatda əsasən damarlarla birləşmiş limfosi-
tar infiltrat müəyyən edilir. Qırmızı yastı dəmrov və lixenifikləşmiş ekzemadan histoloji 
fərqləndirmə (daha güclü spongiotik dəyişikliklər və ekzositoz) adətən çətinlik törətmir.
Differensial diaqnoz
Sadə xroniki dəmrovun tipik ocaqları yuxarıda təsvir olunan “3 zonalı” quruluşa ma-
likdir. Atopik ekzemada lixenifikasiyalaşmış səpgilər çox zaman simmetrik olur, müəy-
yən yerlərdə daha çox lokalizasiya olunurlar, iltihab daha güclü olur və polimorfizm 
daha çox olur. Atopik ekzemanın gecikmiş əlamətləri kimi ayrı- ayrı məhdud ocaqları 
fərqləndirmək üçün İgE- nin miqdarı təyin olunmalıdır. Lixenifikasiyalaşmış xroniki ek-
zemanın digər formaları daha güclü iltihabi dəyişikliklərlə və həmişə üçzonalı quruluşun 
olmaması ilə fərqlənir. Çətinlik qırmızı yastı dəmrovdan fərqləndirmə zamanı yarana 
bilər, lakin bu zaman səpgilər həmişə poliqonal olur, mərkəzdə bir az batıqlıq müşahidə 
olunur və bir qayda olaraq Uikhem fenomeninə malik olurlar.
Müalicə
Yanaşı gedən xəstəliyin müalicəsi. Qaşınmanın antihistamin dərmanlar vasitəsilə ara-
dan qaldırılması.
Ən yaxşı nəticəni okklüziyon sarğı altında təyin olunan krem və məlhəm formasında 
olan qlükokortikoidlər verir. Lixenifikasiyanın reqresindən sonra qlükokortikoid plastr-
lar və ya daha zəif preparatlar (advantan, dermatop) məsləhət görülür. Daha kiçik ocaq-
ları ocaqdaxili triamsinolon asetonid inyeksiyaları ilə müalicə edirlər. Əhəmiyyətli req-
resdən sonra daha aşağı konsentrasiyalı qlükokortikoidə keçirlər. Sonrakı müalicə üçün 
ixtiol, həmçinin qətran (yumşaq sink pastasında 2-5 %- li daşkömür qətranı və ya təmiz 
ixtiol) bir neçə gün müddətində təyin olunur. Müalicəyə dözümlü ocaqların müalicəsi 
zamanı yumşaq rentgen şüalandırmadan istifadə edilir.


277

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin