345
kistayabənzər dəyişikliklər əmələ gələ bilər. Kistoz aknenin klinik şəkli yaranır. Akne-
nin bu formasında yalnız üz, bəzən isə döş və bel də zədələnə bilər.
Tropik akne (acne tropicalis) - qızmar rütubətli iqlim şəraitində yaşlı şəxslərdə ab-
sesləşən konqlobat aknedir. Xəstəlik dəridə rütubətin səviyyəsinin yüksək olması nə-
ticəsində inkişaf edir ki, bu da follikulun divarının kövrəkləşməsinə və hemoattraktiv
maddələrin xaric edilməsinə, dərinin iltihabının artmasına səbəb olur. Səpgilər əsasən
bel və sağrılar nahiyəsində yeləşir, tək-tək elementlər üzdə, döşün ön hissəsində əmələ
gələ bilər. Bir qayda olaraq, gənc yaşlarında vulqar civzələri olan şəxslər bu xəstəliklə
xəstələnirlər.
İldırımvari akne (acne fulminans) – ildırımvari civzəli səpgi, konqlobat akne və sep-
tisemiya – qəflətən başlanan (latın dilində fulmen - ildırım deməkdir),
çoxlu sayda
ağrılı düyüncüklü və kistoz elementlər kəskin iltihab reaksiyalarla, sürətli gedişli və
deşildikdən sonra dərin girintili-çıxıntılı xoraların əmələ gəlməsi ilə müşayiət olunan
ağır xəstəlikdir. Ən sevimli lokalizasiyası – sinənin və kürəyin yuxarı hissəsi, boynun
və çiyinlərin yan səthləridir. Üz nahiyəsində səpgilər olmur. Xəstəlik yüksək tempera-
tur reaksiyası, artralgiya (diz və çiyin oynaqlarında ağrılar), mialgiya və leykositoz ilə
müşayiət olunur. Bəzən dərin yumşaq toxumaların parçalanması sümüklərə qədər sirayət
edir ki, bu da osteolizislə başa çata bilər. Xəstəlik əsas etibarilə gənc yaşlı
şəxslərdə rast
gəlir.
İnvers akne (acne inversa) – əks klinik şəklə malik konqlobat akne – piy vəzilərinin
və tük follikullarının xronik iltihabi xəstəliyi olub üzdən, sinədən və kürəkdən
başqa
bütün zonalarda meydana çıxır. Səpgilər qoltuqaltı, qasıq və cinsiyyət orqanları nahiyə-
sində, ənsədə, həmçinin qadınlarda süd vəzilərinin altında düyüncüklü-iltihabi və fistul
komedonları və fistul yolları şəklində təzahür edir. Piylənməsi qeyd edilən şəxslərdə
xəstəlik qarındakı büküşlərdə də müşahidə olunur. İnvers akne xəstəliyin ağır forması
sayılır.
Akne-tetrada (acne tetrada) – aknenin ən ağır forması olub konqlobat, invers aknelə-
ri, folliculitis nuchae abscedens et suffodiens (Hoffmanın absesləşən və deşilən folliku-
liti), həmçinin tam və natamam Pilonidalsinus (büzdüm nahiyəsində tük dəstəsi ilə birgə
irinli boşluqdur, bədənin digər sahələrində də ola bilər) özündə birləşdirir.
Dostları ilə paylaş: