21
nın çox olması melaninin zəruriliyini göstərir. Ultrabənövşəyi şüaların təsiri dəridə
qocalma və qırışlar əmələ gətirir.Epidermisdə melanositlərin miqdarına irq və cins təsir
göstərmir. Zənci ilə qafqazlının dərisində eyni miqdarda melanosit var, lakin melanosit-
lərlə və keranositlərlə yayılan çoxlu miqdarda melaninin sintezi nəticəsində onlarda dəri
piqmentasiyası intensiv olur. Qara dəri ağ dəriyə nisbətən uyğun olaraq yenitörəmələrə
az meyllidir.
Üçüncü struktur komponent dərinin mühafizəedicisi rolunu oynayan dermal sinir-
lərdir. Sinir ucları dəridə iki ümumi morfoloji tipdə ekstensiv yerləşmişdir: sərbəst və
xüsusiləşdirilmiş sinir ucları (Fater- Paçini və Meyssner cisimcikləri), hansı ki, ağrı,
təzyiq və qaşınma daxil edilməklə, bir sıra hissiyyatları ifadə edir. Ağrı sağalmaq üçün
zəruridir, belə ki, ağrının mənbəyindən və gələcək zədələnmələrdən uzaqlaşmağa kömək
edir. Hissiyyatın itməsi (məsələn, diabetik neyropatiyada), pasiyent
hiss etmədən əmələ
gələn dərin trofik xoralara gətirib çıxarır. Dəri sinirlərinin zədələnməsi (məsələn, herpes
zoster) üzünmüddətli yandırıcı ağri və herpesdən sonrakı nevralgiyaya gətirib çıxara
bılır.
Protein lifləri (kollagen, elastin) tərəfindən dəriyə verilən yüksək elastiklik, möh-
kəmlik xassəsi, eləcə də dermanı təşkil edən əsas maddələr mexaniki təsirdən qoruyur.
Əsas maddənin elastiklik və özlülük xassəsi sıxılmağa qarşı müqavimət göstərməyə və
müəyyən forma almağa imkan verir ki, bu da daha həssas dəri strukturunanöqtəvari təz-
yiqi azaldır.
Dostları ilə paylaş: