Diaqnostika üsulları
Pinset vasitəslə elementi yandan basdıqda ağımtıl rəngli çörək qırıntısına bənzər küt-
lə xaric olur (buynuz huceyrələri, piy, mollyusk cisimləri).
Histopatologiyası
İnfeksion akantoma. Epidermisin hüceyrələri böyümüş, tərkibində plazma-daxili
əlavələr (mollyusk cisimləri) vardır. Dermanın yüngül iltihabi infiltrasiyası əlamətləri
nəzərə çarpır.
Differensial diaqnoz
Disseminasiya olunmuş kontagioz mollyusk – ziyillər (vulqar, yastı), sızanaqlı səp-
gilər, milium, follikulitlər, allergik dermatit; kontagioz mollyuskun tək-tək elementləri
– keratoakantoma, bazalioma, yastıhüceyrəli xərçəng. İİV-yoluxmuş şəxslərdə dərin mi-
kozları istisna etmək lazımdır.
Müalicə
Pinset vasitəsilə elementlərin sıxılması (ocağın səthini əvvəlcədən bir neçə yerlərdə
deşmək lazımdır). Küret vasitəsilə qaşınır və elementlərə yod, gümüş nitrat məhlulu,
ferezol, virusəlyehinə məlhəm sürtülür. Həmçinin diatermokoaqulyasiya, krioterapiya,
lazer terapiyasının aparılmasına göstəriş vardır.
Yerli olaraq benzoilperoksid, tretinoin, kantaridin, podofillin tətbiq olunur.
Yayılmış səpgilər zamanı daxilə simetidin (immunmodulyasiya xüsusiyyətlərinə ma-
lik H2 blokator) – 2 ay ərzində 40 mq/kq/sutka, həmçinin sistem şəklində izotretinoin
təyin edilir.
Profilaktika
Şəxsi və ictimai gigiyenanın gözlənilməsi. Kontagioz mollyuskla xəstə uşaqlar kol-
lektivə müalicədən sonra buraxılırlar.
169
SAĞICILARIN DÜYÜNCÜKLƏRİ
İnək çiçəyi virusu (Lipşyuts paravaksinləri) tərəfindən törədilir. Xəstəlik infeksiya-
nın xəstə inəklərin süd vəzilərindən dəridəki sıyrıntılara daxil olması nəticəsində baş
verir. Sağıcılar və süd fermalarının digər işçiləri xəstələnirlər.
Klinik şəkil
Əllərdə və saidlər nahiyəsində noxud böyüklüyündə düyüncüklər şəklində, yarımda-
irəvi periferik iltihab haşiyəsi ilə əhatə olunmuş səpgilər əmələ gəlir. Əvvəlcə düyün-
cüklər solğun-çəhrayı rəngdə olur, sonra isə göyümtül-tünd qırmızı rəngə çalır, mərkə-
zində xırda basıqlıq əmələ gəlir ki, bu da təbii su çiçəyi üçün səciyyəvidir. Düyüncüklər
tək-tək və ya çoxlu sayda ola bilər. 1-2 aydan sonra səpgilər çapıqlaşma əlamətləri ol-
madan reqressiya edirlər.
Müalicə
Zədələnmə ocaqlarına kalium permanqanat məhlulu, etakridin laktat ilə isladılmış
nəm sarğı qoyulur; autosanasiya adətən 1-2 ay ərzində spontan baş verir.
Profilaktika
Heyvanlar üzərində baytarlıq nəzarəti aparılır, xəstələr təcrid edilir. Xəstə şəxslər
sağlam heyvanlara qulluğa buraxılmırlar. Sanitar-gigiyenik rejim həyata keçirilir.
|