169
SAĞICILARIN DÜYÜNCÜKLƏRİ
İnək çiçəyi virusu (Lipşyuts paravaksinləri) tərəfindən törədilir. Xəstəlik infeksiya-
nın xəstə inəklərin süd vəzilərindən dəridəki sıyrıntılara daxil olması nəticəsində baş
verir. Sağıcılar və süd fermalarının digər işçiləri xəstələnirlər.
Klinik şəkil
Əllərdə və saidlər nahiyəsində noxud böyüklüyündə düyüncüklər şəklində, yarımda-
irəvi periferik iltihab haşiyəsi ilə əhatə olunmuş səpgilər əmələ gəlir. Əvvəlcə düyün-
cüklər solğun-çəhrayı rəngdə olur, sonra isə göyümtül-tünd qırmızı rəngə çalır, mərkə-
zində xırda basıqlıq əmələ gəlir ki, bu da təbii su çiçəyi üçün səciyyəvidir. Düyüncüklər
tək-tək və ya çoxlu sayda ola bilər. 1-2 aydan sonra səpgilər çapıqlaşma əlamətləri ol-
madan reqressiya edirlər.
Müalicə
Zədələnmə ocaqlarına kalium permanqanat məhlulu, etakridin laktat ilə isladılmış
nəm sarğı qoyulur; autosanasiya adətən 1-2 ay ərzində spontan baş verir.
Profilaktika
Heyvanlar üzərində baytarlıq nəzarəti aparılır, xəstələr təcrid edilir.
Xəstə şəxslər
sağlam heyvanlara qulluğa buraxılmırlar. Sanitar-gigiyenik rejim həyata keçirilir.