Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə90/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   446
DERMATOLOGİYA-dərslik 1

Ağırlaşmaları
Səpgilərin xoralaşması, bədxassəli şişə çevrilməsi, generalizasiyası (QİÇS).
Differensial diaqnoz
Enli kondilomalar (mis kimi qırmızı rəngli, enli əsası, solğun treponema, RW,TIR, 
İFR müsbətdir), papulyoz sifilid, hemorroy, xovlu papillomalar, vegetasiyaedici pem-
fiqus, epitelioma.
Müalicə
Yerli - ferezol, solkoderm, kondilin. Elementlərə qatı üçxlorsirkə turşusu, 20%-li 
lyapis məhlulu, 25%-li podofillin, 0,5%-li kolxamin məlhəmi sürtülür. Keratolitik məl-
həmlər, məhlullar, tozlar (yarıbayarı rezorsin, dermatol), laklar işlədilir. Virusəleyhinə 
məlhəmlər (riodoksol, tebrofen, bonafton, oksolin) təyin olunur. Diatermokoaqulyasiya. 
Maye azotla krioterapiya. Küretaj. Lazeroterapiya.
Profilaktika
Şəxsi gigiyenaya əməl olunması; prezervativlərdən istifadə; sidik-cinsiyyət orqanla-
rının iltihabi xəstəliklərinin, bişməcələrin müalicəsi; dispanser müşahidə.
KONTAGİOZ MOLLYUSK
Epidermisin (nadir hallarda selikli qişaların) çəhrayı rəngli yarımdairəvi düyüncük-
lər formasında, mərkəzində basıqlıq noxud böyüklüyünə qədər viruslu zədələnməsidir. 
Əsasən uşaqlar xəstələnirlər. Xəstəlik yarım il ərzində özbaşına sorulmağa meyllidir. 
İİV-yoluxmuş şəxslərin bədənində çoxlu sayda xırda, üzdə isə iri (nəhəng) elementlər 
aşkar edilir; müalicə aparmadıqda progressə edir. İİV ilə yoluxanların 5-18%- kontagioz 
mollyusk aşkar edilir.
Səpgilərin geniş yayılması və residivləşən gedişi həmçinin immunitetin anadangəl-
mə pozğunluqları olan şəxslərdə, limfoproliferativ xəstəlikləri, atopik dermatiti olan 
xəstələrdə, sistem və yerli kortikosteroidlərlə müalicə zamanı müşahidə olunur.
Etiologiyası
Su çiçəyi qrupundan (DNT-tərkibli), poksviruslar ailəsindən olan virusdur. Kultura-
da aşkar edilməmişdir. Kontagioz mollyusk virusunun 2 tipi ayırd edilir.
Yoluxma yolları. Xəstə şəxslə birbaşa təmas zamanı baş verir. Virusla çirklənmiş 
məişət əşyaları vasitəsilə yoluxma az ehtimal edilir. Cinsi əlaqələr zamanı cinsiyyət 
orqanlarında yerləşməsi xarakterikdir.


168
Klinik şəkil
İnkubasiya dövrü: 2 həftədən 6 aya qədərdir.
Lokalizasiyası: üz, boyun, döş, qoltuqaltı çuxurlar, əlin arxası, bazuönü, qasıq na-
hiyəsi, xarici cinsiyyət orqanları, budun daxili səthi.
Dəri əlamətləri. Çoxlu sayda xırda yarımdairəvi, adətən sancaq başı böyüklüyündə, 
bədən və ya çəhrayı rəngli, mərkəzində basıqlıq içərisində buynuz kütlələrilədolu olan 
səpgilər. Basıqlıq maye azotun qısamüddətli aplikasiyasından sonra daha yaxşı görünür. 
Səpgi elementləri qruplar və ya disseminasiyalı şəkildə yerləşirlər. İmmundefisiti olan 
şəxslərdə diffuz xarakter ala bilər və hətta müalicənin fonunda proqressə edə bilər.
Atipik formalar
Nəhəng mollyusklar (diametri 3 sm-ə qədər); buynuzlaşmış, kistoz, xoralaşmış, mili-
umu xatırladan, sızanaqlar, furunkullar, ziyillər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin