Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


XII FƏSİL. PARAZİTAR DƏRİ XƏSTƏLİKLƏRİ



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə92/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   446
DERMATOLOGİYA-dərslik 1

XII FƏSİL. PARAZİTAR DƏRİ XƏSTƏLİKLƏRİ
QOTURLUQ
Qoturluq (Scabies)
– dərinin yoluxucu parazitar xəstəliyidir. Xəstəlik qoturluq gənəsi 
ilə yoluxma nəticəsində baş verir və dəri örtüyündə gecə qaşınmaları, qoşa papulo-vezi-
kulalar , ekskoriasiyalar və qoturluq yolları ilə müşayiət olunur.
Etiologiya və patogenez
Qoturluğun törədicisi (Sarcobtes scabiei var.hominis) kiçik buğumayaqlılar tipinin 
hörümçəyəbənzərlər sinfinin akariformalılar dəstəsinə, qoturluq yarımdəstəsinə aiddir. 
Gənə kiçik ölçülərə malikdir və adi gözlə çətin görünür. Qoturluq gənəsinin quruluşu 
və forması optic mikroskop vasitəsilə öyrənilmiş, sonar isə skanlaşdırıcı electron mik-
roskop vasitəsilə dəqiqləşdirilmişdir. Gənənin bədəni (və ya idioma) 4 cüt ətrafla tə-
chiz olunmuşdur, şar şəkillidir, kartofu xatırladır. Belinin üstündə çoxsaylı iynəciklər 
və köndələn yarıq yerləşir. Dişi gənənin qarnında da köndələn yarıq (tokostoma) var ki, 
bunun vasitəsilə də yumurta qoyur. Mayalanmadan sonra yumurtalıqlar çox böyüyür-
lər. dişi gənənin uzunluğu 200 mk-dan 400 mk-a çatır. Yetkin gənə dəri səthinə yapışan 
kimi qabaq ayaqlarında olan caynaqları vasitəsilə epidermisin buynuz qatını deşməyə 
başlayır, əvvəl çətinliklə gözə çaroan vertical, quyuyabənzər dəliklər, sonra dəri səthinə 
parallel S-ə bənzər qoturluq yolları əmələ gətirir. Gənə elə bir bədən ölçüsünə malikdir 
ki, o hətta malpigi qatının yuxarı qatlarına çata bilir, bu zaman buynuzlaşmanın alterasi-
yasını əmələ gətirir, bu da parakeratozun inkişaf etməsinə səbəb olur. Dişi gənə qoturluq 
yolunda dəyişkən sürətlə irəliləyir, bu zaman ön ayaqların hərəkət intensivliyi və litik 
fermentlərin ifrazı onun irəliləməsinə köməklik göstərir. Mütəxəssislərin fikrinə görə 
parazitin həyatının davam etmə müddəti 2 aya qədər ola bilər. Qoturluq yolu əmələ gəl-
dikdən bir neçə saat sonra dişi gənə yumurta qoymağa başlayır (sutkada 2-3 yumurta), 
yumurtalar qarın boşluğundan köndələn yarıq vasitəsilə xaric olur və amorf maddənin 
köməyi ilə qoturluq yolunun divarına yapışır. Yumurta qoyulduqdan 3-4 gün sonra on-
larda 3 cüt ayağı olan sürfələr xaric olur, sürfələr qoturluq yolunu tərk edir və epidermal 
qata qayıdırlar. 2-3 gün sonra sürfələrdə birinci gün baş verir, bunun nəticəsində octo-
pod nimfa doğulur (4 cüt ayağı olur). Nimfa 2-3 gün sonra dəyişir və yetkin dişi və ya 
erkək gənə doğulur. Cinsi yetişkən gənənin inkişaf sikli yumurta qoymaqdan başlayır 
və yetkin fərdin doğulması ilə qurtarır, bu da 10-14 gün ərzində baş verir. Amma bu 
inkişaf sikli yumurtaların əhəmiyyətli məhvi ilə xarakterizə olunur. Qoyulmuş yumurta-
ların 10%-i böyük fərd əmələ gəlməsinə qədər yaşaya bilir. Qoturluq yolunun divarları 
parazit tərəfindən ifraz olunan xüsusi maddələr və onun ifrazatı ilə örtülü olur. Bu bərk 
kal kütləsi gənənin qidası olan epidermis hüceyrələrinin qalıqlarıdır. Bu yad maddələr 
parazit daşıyıcısı (“sahib”) üçün sensibilizə edici faktordur. Bir adamda 11,3 fərd parazit 
aşkarlamaq olar. Parazitin sayı və onların “sahibi” arasında tarazlıq vəziyyəti yaranır. 
Bunu nəticəsində də bəzən parazitlərin tamamilə , spontan itməsi müşahidə olunur ki, bu 
da klinik sağalma ilə müşahidə olunur.
Otaq temperaturunda gənələr 5 gün sağ qalır. Yaşlı fərdlər və yetişməmiş formalar 
(sürfə-nimfa) 220C temperaturda və 35% rütubətdə 48 saatdan çox yaşamır. 550C tem-
peraturda gənə 10 dəqiqəyə, qaynama zamanı isə həmin an məhv olur.


171

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin