172
malikdir:
əsasən gecə və yuxu zamanı meydana çıxır, amma bəzən
bütün sutka ərzində də
ola bilir; çox vaxt güclü olur və normal yuxuya mane olur; qaşınma dərinin müəyyən
nahiyyələrində ola bilər və ya başm tüklü hissəsi və üz dərisi
istisna olmaqla bütün
dəri örtüyünə yayıla bilər; qruplaşmış qaşınmadır, ailənin və ya kollektivin bir neçə nü-
mayəndəsini zədələyə bilər.
Gecə qaşınmanm güclənməsi gənələrin həyat ritminin
gecələr sürətlənməsi ilə
əlaqələndirilir. Qoturluqda qaşmmanm əmələ gəlmə mexanizmi tam aydınlaşdınlmamış-
dır. Belə hesab edilir ki, qaşınma gənəyə və onun həyat fəaliyyəti məhsullanna orqaniz-
min sensibilizasiyası ilə əlaqədardır. Bəzi müəlliflər hesab edirlər ki, qaşmmanm əmələ
gəlməsi gənənin ekskrementləri ilə əlaqədardır.Başqa bir nəzəriyyəyə əsasən qaşmma
gənənin hərəkəti zamanı sinir uclannın qıcıqlanmasmın nəticəsidir.
Qoturluq yolu qoturluq xəstəliyini qaşman dermatozlardan fərqləndirən əsas diaq-
nostik əlamətdir.Dəri səviyyəsindən bir az yüksələn ağ və ya çirkli boz rəngli, düz və ya
əyilmiş, lmm-dən bir neçə sm-ə qədər olan qoturluq yolları daha tipik sayılır. Dişi gənə
qoturluq yolunu epidermisin buynuz qatmda açır.Qoturluq yolunun bir ucunda (kor uc)
işıq keçirən şişkinlik - akarioz qovuqcuq qeyd olunıır ki, bu qovuqcuqda adətən dişi
gənə yerləşir.Qoturluq yolunun üç klinik variantı var.Bunlar bir-birindən qoturluq yolla-
rında rast gəlinən morfoloji elementlər və onların möhtəviyyatı ilə fərqlənirlər.
Qoturluğun klinik şəkli üçün səpgilərin polimorfizmi xarakterikdir. Qoturluqda bi-
rincili morfoloji elementlər gövdənin və ətraflann dərisində olan papulalar və əl bar-
maqlarmda təcrid olunmuş vezikulalarla xarakterizə olunur.İkincili morfoloji elementlər
nöqtəvi qanlı qartmaqlar və eroziyalarla özünü büruzə verir.Papulalar qoturluğun ikinci
əsas diaqnostik əlamətidir, onlar başqa səpgilərə nisbətən daha çox müşahidə olunur.Ve-
zikulalarm xarakterik əlaməti onların az miqdarda, təcrid olunmuş lokalizasiyaya malik
olması və daha çox əllərdə rast gəlinməsidir. Barmaqlar arası büküşlərdə rast gəlinən
vezikulalar qoturluğun patoqnomik simptomudur. Qaşınma nəticəsində eroziyalar, qanlı
qartmaqlar, xəttvari qaşınma izləri əmələ gəlir. Ətraflar boyunca
xəttvari yerləşən iri
hemorragik qanlı qartmaqları əlavə diaqnostik əlamət hesab etmək olar.
Qorçakov simptomu - dirsəklərdə və onlarm ətrafında nöqtəvi qanlı qartmaqlann ol-
ması və həmçinin Ardi simptomu - dirsəklərin açıcı səthlərində impetiqolaşmış element-
lərin olması qoturluq üçün tipik hal sayılır.Sağrı büküşlərində və omaya keçən nahiyyədə
impetiginoz
elementlər, qovuqcuq və qartmaqlann olması “üçbucaq simptomu’ adlanır.
Qoturluqda səpgilərin sevimli lokalizasiyası: barmaqlar arası büküşlər,
mil-bilək oy-
nağı nahiyyəsi, dirsəklərin açıcı səthi, göbək nahiyyəsi, qarın divannın ön və yan nahiy-
yəsi, bel, sağrılar, kişilərdə xarici cinsiyyət orqanları, qadınlarda süd vəziləri sayılır.Kişi
cİnsiyyət üzvünün başmda yerləşən bərk qırmızı rəngli pruriginoz papulalar kişilərdə
qoturluğun dəqiq əlaməti sayılır.Südəmər uşaqlarda qoturluq yolları üzün dərisində, ba-
şın tüklü hissəsində və bəzən ayaq tağının iç səthində rast gəlinir.
Dostları ilə paylaş: