Etiologiya
Qasıq biti (pediculus pubis və ya phthirus pubis) baş və paltar bitindən 1,5-2 mm qı-
sadır, enli qalxanabənzər formaya malikdir, ikinci və üçtincü cüt ayaqları nəzərə çarpan
caynaqlarla tamamlanır ki, bunlar vasitəsilə bitlər tükün əsasmdan yapışır. Qasıq bitləri
başqa növ bitlərdən fərqli olaraq, demək olar ki, hərəkət etmirlər, ona görə də onlan
tapmaq çətindir.Onlar həm də ləng çoxalırlar. Qasıq bitlərinin sirkələri daha asanlıqla
tapılırlar.
Bitlər sıx bədən təması, ən çox cinsi əlaqə, həm də valideynlərdən uşaqlara keçmə
nəticəsində baş verir. Yataq ağları, dəsmallar, paltarlar vasitəsilə də yayılma ehtimalı
mümkündür.
Klinik şəkil
Bu növ bitlərin sevimli lokalizasiya yerləri - apokrin tər vəziləri olan nahiyələrdir: qa-
sıq, genito-anal nahiyə, qoltuq altı çuxurlar, həm də qalın tük örtüyü olan nahiyələr-sinə
və qann nahiyələridir. Nadir hallarda, ən çox uşaqlarda, qasıq bitləri başm tüklü hissə-
sində, qaş və kipriklərdə rast gəlinir. Qaşınma qasıq pedikulyozunda az olur, amma ge-
cələr güclənir.Qaşmma izləri effektləri adətən olmur.Tipik lokalizasiya yerlərində dırnaq
ölçüsünə qədər ölçülərdə qasıq bitlərinin dişləməsi nəticəsində silinmiş metal-göyümsov
və ya boz çalarlı ləkələr - maculae coeruleae - əmələ gəlir. Bunlarm mənşəyi bitlərin
tüpürcəklərinin təsiri nəticəsində hemoqlobinin yaşılımtıl parçalanma məhsullarmm yı-
ğılmasıdır.Güclü qaşınma zamanı ekskoriasiyalar, impetiqo, lixenizasiya kimi ikincili
dəyişilmələr qeyd olunur. Uşaqlarda qaş və kipriklərdə seroz qartmaqlar şəklində, bəzi
hallarda göz qapaqlarının şişkinliyi şəklində zədələnmələr qeyd oluna bilər.
Diaqnoz
Tipik lokalizasiyalı, əsasən də qarının aşağısında və budlarda göyümtül-mavi rəngli
ləkələr vacib diaqnostik əlamətlər sayılırlar. Sübut kimi bitlərin və sirkələrin tapılması
göstərilir. Pasientlər genetal orqanlarda və ya qoltuq altı çuxurlar nahiyəsində qaşınma-
182
dan şikayətlənirlərsə həkim mütləq qasıq pedikulyozunun olma ehtimalını nəzərə alma-
lıdır.
Müalicə
Müalicə baş pedikulyozunda tətbiq olunan sxemə əsasən aparılır, belə ki, lindan, al-
letrin, piperonilbutoksid və piretrium ekstraktı preparatlan istifadə oluna bilər.Bədəndə
qalın tük örtüyü olduqda qasıq və qoltuq altı çuxurlarla yanaşı həmin nahiyələr də müali-
cə olunmalıdır.Pasientlə kontaktda olmuş şəxslər də müayinə və müalicə olunmalıdırlar.
Uşaqlarda qaş və kipriklər zədələnən zaman müalicə çətinliklər törədir, belə ki, pre-
paratların toksik qıcıqlanması nəticəsində konyuktivit əmələ gələ bilər.Imkan daxilində
pinsetlə bitləri kipriklərdən qopartmaq lazımdır. Yerli müalicə üçün sadə ağ vazelin ma-
lationun 5%-li suda məhlulu məsləhət görülür. Bununla yanaşı 7-10 gün ərzində sutkada
iki dəfə olmaqla 1%-li san civə məlhəmini sarığı altında göz qapaqlarının kənarlarına
çəkilməklə də müalicə aparılır.
|